Məhkəmə qərarları › İş №2-1(102)-1594/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1594/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1594/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-1594/2022) (Açar sözlər: inzibati aktın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 21.09.2022 Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs "xxxx" MMC) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2022-ci il tarixli, 2-1( 103)-78/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, №0447837 saylı çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 0,02356 kv.m torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir, onun üzərində yerləşən ümumi sahəsi 368,7 kv.m olan 8 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi isə xüsusi mülkiyyətindədir.

2. Bakı şəhəri Cavabdeh başçısının 3 noyabr 2017-ci il tarixli, 280 saylı sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarı rəhbər tutularaq və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx/xx-1731 saylı, 25 noyab r 2016-cı il tarixli tikintiplanlaşdırma eskizi nəzərə alınaraq Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir.

3. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 3 mart 2017-ci il tarixli “Bakı şəhəri, Nəsimi rayonu, 3-cü kərpic döngəsi ev 3,4,5,6,8, 4-cü Kərpiçni dal 1 ev 3,4,5, 4-cü Kərpiçni ev 3,4,6,7,8,9,10,12,14,18 saylı ünvanlarda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında” Aktına əsasən "xxxx" MMC-yə ayrılmış sahədə yerləşən tikililər XX əsrin əvvəllərində inşa edilmiş, divarlarda keçici çatlar, ağac konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olunmuş, yaşayış evlərinə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması, kommunikasiya xətləri və sistemlərinin yararsız vəziyyətdə olması, yaşayış evlərinin ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab verməməsi, yaşayış evlərinin məhdud işlək vəziyyətdə olması, yaşayış evlərində təmir-bərpa işlərinin aparılmasının texniki və iqtisadi cəhətdən məqsədəuyğun olmaması müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 14 may 2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhər Cavabdeh başçısının yaşayış və qeyriyaşayış binalarının layihələndirilməsi haqqında 280 saylı 3 noyabr 2017-ci il tarixli sərəncamının etibarsız hesab edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 0,02356 kv.m torpaq sahəsi onun qanuni istifadəsindədir, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 368,7 kv.m olan 8 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi isə xüsusi mülkiyyətindədir. Qeyd edilən fərdi yaşayış evi yenidən tikilmiş və yüksək səviyyədə təmir edilmişdir və hal-hazırda o, ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Cavabdehin sərəncamı ilə onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin altında yerləşən və onun qanuni istifadəsində olan torpaq sahəsi ona hər hansı formada məlumat verilmədən və onun hər hansı formada razılığı alınmadan "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Sözügedən sərəncamın rəhbər tutduğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarında rayonların ərazilərində yerləşən qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil - məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulduğu halda, Cavabdeh başçısının 280 saylı, 3 noyabr 2017-ci il tar ixli sərəncamında qəzalı və yaşayış üçün yararsız olan binaların deyil, Nəsimi rayonunun Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud, yəni bütün yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi nəzərdə tutulmuşdur.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarı ilə cavabdehə 5 il müddətində Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 qəzalı vəziyyətdə olan yaşayış binasının, habelə rayonun ərazisində şə hərin ümumi görünüşünə xələl gətirən, yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi cavabdehə həvalə edilmişdir. İddiaçıya məxsus ev də şəhərin ümumi görünüşünə xələl gətirir və mövcud şəhərsalma no rmalarına cavab verməmişdir. Həmçinin "xxxx" MMC tərəfindən sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqqı verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşlər. İddiaçı isə "xxxx" MMC-nin təkliflərini qəbul etməyərək müqavilə bağlamaqdan yayınır. Bununla da digər mülkiyyətçilərin hüquqları pozulmuşdur. Halbuki, "xxxx" MMC İddiaçı və qeyrilərinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdehnə qarşı “tikiləcək binada müvafiq yaşayış sahəsi ilə təmin edilməklə mənzildən çıxarılma” tələbinə dair 7 sentyabr 2018-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Nəsimi rayon Məhkəməsinin 6 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı (ailə üzvləri ilə birlikdə) "xxxx" MMC tərəfindən aylıq 1000 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmi n ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 500 kv.m. təmirli mənzil sahəsi ilə təmin edilməsi şərti ilə çıxarılmaları qət edilmişdir. Bundan əlavə, iddiaçının torpaqla bağlı tələbi Torpaq Məcəlləsinin 67 və 68-ci maddələrinin tələbləri baxımından əsassızdır. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2430/2019 saylı, 31 iyul 2019-cu il tarixli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati iş üzrə icraata cəlb edilmişdir. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2430/2019 saylı, 09 sentyabr 2019-cu il tarixli qərarı (hakim: X9) ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədləri hazırlanıb (tikinti layihələrinin işlənməsindən əvvəl) Azərb aycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırıdıqdan sonra Cavabdeh başçısının 3 noyabr 2017-ci il tarixli, 280 saylı sərəncamı ilə Salatın Əsgərova, Mərdanov Qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Hazırkı mübahisədə cavabdeh orqan tərəfindən qəbul edilmiş qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirildiyi halda, iddiaçı sərəncamın əsassız olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2751/2019 saylı, 10 dekabr 2019-cu il tarixli (hakimlər: X34 (sədrlik edən və məruzəçi), X27 və X21 ) ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 sentyabr 2020-ci il tarixli, 2-1(102)-914/2020 nömrəli qərarı (hakimlər: X1 (sədrlik edən və məruzəçi), X28 və X22) ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

15. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, - sərəncamın icrası məqsədi ilə FHN Tikintiyə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 12 yanvar 2017-ci il tarixli, 34/00074 saylı tapşırığına əsasən, “Azərdövləttikintilayihə” İnstitutunun mütəxəssisləri tərəfindən sözügedən ərazilərdə araşdırma aparılmış və həmin araşdırma əsasında Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 3 mart 2017-ci il tarixli “Bakı şəhəri, Nəsimi rayonu, 3-cü kərpic döngəsi ev 3,4,5,6,8, 4-cü Kərpiçni dal 1 ev 3,4,5, 4-cü Kərpiçni ev 3,4,6,7,8,9,10,12,14,18 saylı ünvanlarda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında” Akt əsasında iddiaçıya məxsus əmlakın yerləşdiyi torpaq sahəsinin "xxxx" MMC-yə verilməsi iddiaçıdan tələb edilmiş, hətta iddia tələbinə etirazda cavabdeh bu barədə məhkəmə qətnaməsinin mövcud olduğunu da qeyd etmişdir. Lakin sözügedən qətnamə iş materiallarına əlavə edilməmiş, həmçinin hüquqi qüvvəyə minib-minməməsi barədə məlumat müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi də həmin qətnaməni tələb etməmişdir. Həmçinin, kassasiya şikayətinə əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(006)-3603/2019 saylı qətnaməsində qeyd edilmişdir ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 3 mart 2 017-ci il tarixli “Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Kərpic döngəsi ev 3,4,5,6,8, 4-cü Kərpiçni dal 1 ev 3,4,5, 4-cü Kərpiçni ev 3,4,6,7,8,9,10,12,14,18 saylı ünvanlarda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında” Aktı iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və məhkəmə qətnaməsi ilə sözügedən Akt iddiaçının əmlakına münasibətdə etibarsız hesab edilmişdir. - Mübahisələndirilən sərəncamın rəhbər tutduğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarı ləğv edilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə sərəncamın rəhbər tutduğu qərarın 17 dekabr 2019-cu il tarixdə ləğv olunduğu nəzərə alınaraq sərəncamın hüquqi qüvvəsi ilə bağlı qiymətləndirmə aparmadan, nəticədə qərarda yalnız işin hallarını və qanunvericilik normalarını sadalamaqla iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmaqla İPM-in 12.1, 12.2 və 87.8-ci maddələrinin tələblərini pozmuşdur. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

16. Apellyasiya instansiyası mərhələsində iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 6 dekabr 2018-ci il tarixli, 2(006)-5652/2018 saylı qətnaməsi ilə müəyyən olunmuşdur ki, iddiaçı” Malibo” MMC-nin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “tikiləcək binada müvafiq yaşayış sahəsi təmin edilməklə mənzildən çıxarılma” tələbinə dair ilkin iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Kərpiçni və 4-cü Kərpiçni küçələrində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tik ilməsi üçün "xxxx" MMC-yə ayrılmış torpaq sahəsində yerləşən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiçni küçəsi, ev 4/6 saylı mənzilin mülkiyyətçisi İddiaçı (ailə üzvləri ilə birlikdə X5, X29, X30, X13, X39, X35) "xxxx" MMC tərəfindən aylıq 1000 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20 % əlavə edilərək) 500 kv.metr təmirli mənzil sahəsi ilə təmin edilməsi şərtilə, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiçni küçəsi, ev 8, mənzil 1-in mülkiyyətçisi X14 (ailə üzvləri ilə birlikdə X15, X16, X31, X17, X32, X18, X10) "xxxx" MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20 % əlavə edilərək) 62,4 kv.metr təmirli mənzil sahəsi ilə təmin edilməsi şərtilə, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiçni küçəsi, ev 10 saylı mənzilin mülkiyyətçisi X3 (ailə üzvləri ilə birlikdə X19, X11, X6, X4) "xxxx" MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20 % əlavə edilərək) 133,94 kv.metr təmirli mənzil sahəsi ilə təmin edilməsi şərtilə çıxarılması, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mülkiyyət hüququna müdaxilənin qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.

17. Apellyasiya instansiyası mərhələsində iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2330/2019 saylı, 15 iyul 2019-cu il tarixli qərardadı ilə müəyyən olunmuşdur ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdehnə qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiası ilə bağlı 2(006)-2330/2 019 saylı mülki iş üzrə icraatın 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutuna qarşı “inzibati aktın qismən etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə yekun məhkəmə aktı çıxarılana qədər dayandırılması qərara alınmışdır.

18. Apellyasiya instansiyası mərhələsində iş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(103)-12249/2019 saylı qərardadı ilə müəyyən olunmuşdur ki, cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2330/2019 saylı, 15 iyul 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

19. Ape llyasiya instansiyası mərhələsində iş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(103)-6593/2019 saylı qərardadı ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 6 dekabr 2018ci il tarixli, 2(006)-5652/2018 saylı qətnaməsindən ilkin iddia tələbi üzrə cavabdehlər İddiaçı və qeyriləri tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üzrə icraatın İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdehnə qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-2330/2019 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır.

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2022-ci il tarixli, 2-1(103)-78/2022 nömrəli qərardad ı ilə X2 üçüncü şəxs qismində inzibati icraatda iştirakına xitam verilmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2022-ci il tarixli, 2-1(103)-78/2022 nömrəli qərarı (hakimlər: X56 (sədrlik edən və məruzəçi), X23 və X7) ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd etmişdir ki, - Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tərtib edilmiş 3 mart 2017-ci il tarixli “Bakı şəhəri, Nəsimi rayonu, 3-cü kərpic döngəsi ev 3,4,5,6,8, 4-cü Kərpiçni dal 1 ev 3,4,5, 4-cü Kərpiçni ev 3,4,6,7,8,9,10,12,14,18 saylı ünvanlarda yerləşən, is tismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında” Aktın sözügedən qətnamə ilə iddiaçıya münasibətdə etibarsız hesab edilməsi mübahisləndirilən sərəncamın etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. - Həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 1 avqust tarixli, 226 nömrəli Fərmanının 4.3-cü bəndinin icrasını təmin etmək məqsədilə və “Bakı şəhərində dövlət şəhərsalma fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” 2019cu il 29 noyabr tarixli 868 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər bar ədə” 2015-ci il 8 oktyabr tarixli, 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli, 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli, 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında 482 saylı, 17 dekabr 2019-cu il tarixli qərarı ilə “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərar ı ləğv edilmişdir. Nazirlər Kabinetinin 482 saylı, 17 dekabr 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Cavabdeh, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərin in tələblərinə əməl etməklə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvə qqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini.... həyata keçirsinlər.

23. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

24. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Nazirlər Kabinetinin sözügedən qərarı qeyd edilən rayonların ərazilərində yerləşən qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qəbul olunmuşdur. Cavabdeh başçısının 280 saylı, 3 noyabr 2017-ci il tarixli sərəncamı Nazirlər Kabinetinin qərarı əsasında verilməsinə baxmayaraq, sərəncamda qəzalı və yaşayış üçün yararsız olan binaların deyil, Nəsimi rayonunun Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud, yəni bütün yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi nəzərdə tutulmuşdur. Sözügedən qərarda hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödə nilməklə əldə edilməsinə və va həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasının təmin edilməsinin tapşırılmasına baxmayaraq, sərəncamla torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilərək "xxxx" MMC-yə torpağa icarə müqaviləsinin bağlanmasını və icarə hüququnun qeydiyyata alınmasını təmin etməsi tapşırılmışdır. "xxxx" MMC, Nəsimi rayonunun Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən, təkcə qəzalı və yaşayış üçün yararsız vəziyyətdə olan tikililəri deyil, mövcud olan bütün yaşayış binalarının sökülməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin həm 86 saylı qərarında, həm də həmin qərarın ləğv edilməsi barədə 482 saylı qərarında yalnız qəzalı vəziyyətdə ola n binaların (tikililərin, evlərin, obyektlərin) sökülməsindən bəhs edilir. Həmçinin, bəhs edilən hər iki qərarda hüquqi və fiziki şəxslərin mülkiyyətində və va istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsi və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsi nəzərdə tutulur. Yuxarıda şərh olunanlardan da göründüyü kimi, mübahisələndirilən sərəncamda iddiaçının istifadəsində olan torpaq sahəsinin mülki qanunvericiliyə zidd olaraq onun razılığı olmadan "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilməsinin nəzərdə tutulması qanunsuzdur. İddiaçı əlavə olaraq bildirmişdir ki, hazırda ona məxsus olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də artıq onun xüsusi mülkiyyətindədir. b. kassasiya şikayətinə etirazın dəlilləri

25. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “İnzibati icraat haqqında” qanun Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt.

27. İnzib ati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsasla ndırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır:... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəm ənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil e dir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi sərəncamın etibarsız hesab edilməsinin əsaslarının mövcud olubolmadığı ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarını n tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 35. “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair İPM-in 36-cı maddəsində nəzərdə tutulmuş qaydada «tanınma haqqında» iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla və təmin oluna bilər ki, «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun.

36. İddia ərizəsinə görə iddiaçı cavabdehin sərəncamının məhz etibarsız hesab edilməsini xahiş edir. Nəzərə almaq lazımdır ki, inzibati aktın etibarsızılığı tələbinə baxarkən məhkəmənin yoxlaması və qiymətləndirməsi məhz “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində sadala nmış məhdud əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğunun müəyyən olunmasına yönəlir. Lakin, “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində təsbit edilən və həmin sərəncamın etibarsızlığına səbəb olan əsaslardan hər hansı biri hazırkı işdə mövcud olmadığından sərəncamın etibarsızlığına dair tələb əsaslı hesab edilə bilməz. Odur ki, hazırkı tələb üzrə iddianı rədd etməkdə məhkəmələr haqlı olmuşlar.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2022-ci il tarixli, 2-1(103)-78/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar