Məhkəmə qərarları › İş №2-1(102)-1594/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1594/2023

28.09.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1594/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (şəhid ailəsi statusuna malik bir neçə şəxsin mənzillə təmin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 10 aprel tarixli, 2-1(103)-1832/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İş materiallarında olan AZ-İİ seriyalı, 348414 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən, X5 və İddiaçı arasında 2019-cu il 11 sentyabr tarixində nikah bağlanmışdır. 2. 2020-ci il 6 noyabr tarixli, AZ-İİ seriyalı, 126402 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X5 2020-ci il 11 oktyabr tarixində hərbi əməliyyat nəticəsində odlu silah və digər adi silah növləri ilə törədilmiş zədələmələr səbəbindən ölmüşdür.

3. İddiaçı 2021-ci il 15 fevral tarixdə şəhid ailəsinin üzvü vəsiqəsi verilmişdir. 4. 2021 -ci il 24 iyul tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən, 2020-ci il 11 oktyabr tarixində vəfat etmiş X2 vərəsələri: anası X4, oğlu X6, arvadı İddiaçıdır və onların hər biri miras əmlakdan 1/3 irs almalıdırlar.

5. Cavabdehin iddiaçıya ünvanlanmış 2021-ci il 7 dekabr tarixli, 21830225 nömrəli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli, 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AESdə qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlərlə təmin edilməsi nəzərdə tutulmuşdur. Əlavə olaraq Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Göstərilənlərə əsasən, şəhid Ruslan Cəfərovun övladı şəhid ailəsinin üzvlərinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan X6 şəhid ailəsi üzvü kimi yaşayış sahəsinə ehtiyacı olan qismində Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyətində uçota alınmış və 2021-ci il 22 sentyabr tarixində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən yaşayış kompleksində birotaqlı mənzillə təmin edilmişdir. Qeyd olunanları nəzərə alaraq, müraciətinizin müsbət həlli mümkün deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat

6. İddiaçı X3 (bundan sonra-iddiaçı) 2022-ci il 6 oktyabr tarixində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə (bundan sonra-cavabdeh və ya Sosial Xidmətlər Agentliyi) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci il 11 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsi zamanı Xocavənd rayonunun Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərd ə şəhid olmuş X2 (bundan sonra-R.Cəfərov) həyat yoldaşıdır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, şəhid olduqdan sonra mərhum yoldaşına “şəhid” statusu, onun ailəsinə isə “şəhid ailəsi” statusu verilmişdir. Bu barədə onlara Sosial Xidmətlər Agentliyi tərəfindən 2021-ci il 15 fevral tarixli, 002510 nömrəli “şəhid ailə üzvü vəsiqəsi” də təqdim edilmişdir. Müvafiq vəsiqə iddiaçıya təqdim olunduqdan sonra o, 2021-ci il 18 fevral tarixli, Ə-48068 saylı ərizə ilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək, şəhid ailəsi kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsini xahiş etmiş, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 2021-ci il 3 iyun tarixli, 103 saylı sərəncamı ilə ş əhid ailəsi kimi güzəştli əsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Şikayətlərin nəticəsində ona məlum olmuşdur ki, mərhum həyat yoldaşının birinci nikahdan olan oğlu, X6 ehtiyacı olan qismində Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətində uçota alınmış, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs olduğu üçün ona 2021-ci il 22 sentyabr tarixində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən yaşayış kompleksində birotaqlı mənzil verilmişdir. İddiaçı cavabdeh quruma müraciət edərək, mənzil və ya fərdi evlə təmin olunmağını xahiş etmiş, lakin ona 2021-ci il 9 dekabr tarixli, **********5 nömrəli cavab məktubu ilə qeyd olunan əsasla imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Sosial Xidmətlər Agentliyi tərəfindən iddiaçıya 2021-ci il 15 fevral tarixli, 002510 nömrəli “şəhid ailə üzvü vəsiqəsi” verilmişdir. Məhz bu vəsiqəyə əsasən, iddiaçının şəhid ailəsi kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Habelə, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin 2021-ci il 3 iyun tarixli, 103 saylı sərəncamı ilə şəhid ailəsi kimi güzəştli əsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Bu imtina şəhid ailəsi kimi onun güzəşt və imtiyazlardan istifadə edilməsi üçün maneə olmuşdur. Çünki yoldaşının birinci nikahdan olan oğlunun şəhid ailəsi üzvünün vəsiqəsi olmadığına baxmayaraq, onun mənzil növbəsinə götürülməsi və tezliklə mənzillə təmin olunması iddiaçının hüquqlarını pozmuşdur. Azərbaycan Respublik ası Mənzil Məcəlləsinin tələblərinə müvafiq olaraq şəhid ailəsi üzvü kimi verilmiş mənzil şəhidin digər ailə üzvləri ilə birgə yaşayış üçün nəzərdə tutulmuşdur.

8. Tələbin maddi hüquqi əsası kimi Mənzil Məcəlləsinin 51.2, 51.3, 51.4, 51.5, 51.6, 51.7, 52, 53.1.1, 53.1.2, 53.1.3, 53.1, 53.2, 53.3-cü, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 58.1, 67.1, 67.2, 67.3-cü, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İPM) 2.2.3, 34.1, 58.7, 68.1, 68.2, 70.3-cü maddələrinə, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli, 2449 nöməli Sərəncamına, “Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli Fərmanının 2.3-cü yarımbəndinə istinad edilmişdir.

9. Cavabdeh iddia ərizəsinə qarşı 2022-ci il 23 dekabr tarixində Bakı İnzibati Məhkəməsinə etiraz təqdim edərək bildirmişdir ki, şəhid R.Cəfərovun ailə üzvü qismində 1-ci nikahından olan övladı X6 Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətində 2021-ci il 11 avqust tarixindən yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınmışdır. Həmin vətəndaşa 2021-ci il 22 sentyabr tarixində cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəs əbəsində yerləşən Yeni yaşayış kompleksindən mənzil verilmişdir.Ona görə də iddia ərizəsi rədd olunmalıdır.

10. Bakı İnzibati Məhkəməsinin 2023-cü il 8 fevral tarixli, 2-1(112)-2908/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim-M.Qarayeva).

11. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddia mahiyyətcə iddiaçının şəhid ailəsinin üzvü kimi mənzillə təmin edilməsinin cavabdehə həvalə edilməsindən ibarətdir.

12. İddiaçı şəhid ailəsinin üzvü statusuna malikdir, yerli icra hakimiyyəti orqanında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır.

13. Qeyd edilən Sərəncamın mətninə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərin (yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hə rbi əməliyyatlar zamanı şəhid olmuş şəxslərin ailələrinin mənzil və ya fərdi evlə təmin edilməsi tapşırılmışdır. Yəni Sərəncamda mənzil və ya fərdi evə münasibətdə ismin kəmiyyət halı “tək” formada işləndiyindən, Sərəncamın məzmunu bir şəhid ailəsinə birdən artıq mənzilin verilməsi qənaətinə gəlməyə məhkəməyə əsas vermir. Hazırki işin halına uyğun olaraq müəyyən edilir ki, şəhid R.Cəfərovun övladı şəhid ailəsinin üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan X6 şəhid ailəsi üzvü kimi yaşayış sahəsinə ehtiyacı olan qismində Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətində uçota alınmış və qeyd edilən Sərəncamın icrası qaydasında 2021-ci il 22 sentyabr tarixində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən yaşayış kompleksində bir otaqlı mənzillə təmin edilmişdir.

14. Hazırkı iş üzrə i ddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir.

15. Məhkəmə öz qərarını Azərbaycan Respublikası Konstitusiyasının 12.1, 16.1-ci, Mənzil Məcəlləsinin 91.1.4, 95, 98.1, 98.2, İPM-in 14.3, 58.7, 68.1, 68.2, 73.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-ci maddəsinə, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nöm rəli Qərarına, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli, 569 nömrəli Sərəncamına, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli, 2449 nöməli Sərəncamına istinad etməklə əsaslandırmışdır.

16. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməs ini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 10 aprel tarixli, 2-1(103)1832/2023 saylı qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır(hakimlər: K.Əkbərov/sədrlik edən, M.Tağızadə və R.Səmədov).

18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, onun istinad etdiyi qanunvericilik normalarına istinad etmiş və apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd etmişdir.

19. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Kassasiya şika yətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

20. Şikayətdə qeyd olunmuşdur ki, apellyasiya instansiya məhkəməsi iz üzrə mühüm məqamları nəzərə almamış və düzgün araşdırma aparmamışdır.İddiaçının şəhid ailəsi üzvü kimi mənzillə təmin olunmaq hüququ məhdudlaşdırılmışdır.Dövlət proqramları əsasında ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək cavabdehin nizamnaməsi ilə təsdiq edilmiş vəzifəsidir.Lakin agentlik mərhumun 1-ci nikahdan olan oğlu Cəfərli Raulun mənzillə təmin olunduğunu əsas gətirərək iddiaçını mənzillə təmin etməkdən əsassız olaraq imtina etmişdir.Belə ki, qanunvericiliklə şəxsin mülkiyyət ində əmlak olduğu halda mənzillə təmin edilməməsi birbaşa nəzərdə tutulmamışdır.Beləliklə cavabdeh tərəfindən müvafiq qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı nizamnamə üzrə vəzifəsi də icra edilməmişdir.

21. Bakı Apellyasiya məhkəməsi iş üzrə qərarını heç bir şəkildə əsaslandırmamış, sadəcə hüquq normalarına formal olaraq istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəm əyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə q ərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.3. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkə mə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

26. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

27. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

28. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldır ılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.

29. Mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının həyat yoldaşı R.Cəfərov Xocavənd rayonunun Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlər zamanı 11 oktyabr 2020-ci il tarixində şəhid olmuşdur. R.Cəfərova “şəhid” statusu, onun ailəsinə isə “şəhid ailəsi” statusu və bunu təsdiqləyən müvafiq vəsiqə verilmişdir. İddiaçı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 2021-ci il 3 iyun tarixli, 103 saylı sərəncamı ilə şəhid ailəsi kimi güzəştli əsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Eyni zamanda mərhumun birinci nikahdan olan oğlu, X6, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs kimi ehtiyacı olan qismində 2021-ci il 11 avqust tarixində Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətində uçota alınmış və ona 2021-ci il 22 sentyabr tarixində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən yaşayış kompleksində birotaqlı mənzil verilmişdir.

30. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı şəhid ailəsi statusuna və Nəsimi rayon icra hakimiyyətində ehtiyacı olan qismində mənzil növbəsində olduğuna əsaslanaraq ona şəhid ailəsinin üzvü kimi mənzil verilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh şəhidin birinci nikahdan olan oğlunun evlə təmin olunduğuna və bu səbəbdən artıq şəhid ailsinin mənzillə təmin olunduğuna istinad edərək, onun həyat yoldaşı olan və şəhid ailəsi kimi tanınmış iddiaçıya mənzil verilməsindən imtina etmişdir.

31. Məhkəmə iddianı rədd edərkən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyini n və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli, 2449 nöməli Sərəncamında bir şəhid ailəsinə birdən artıq mənzilin verilməsinin nəzərdə tutulmaması qənaətindən çıxış etmişdir.

32. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, apelyasiya məhkəməsi iddiaçının da şəhid ailəsi kimi həmin sərəncamda nəzərdə tutulmuş şərtlər daxilində mənzillə təmin olunma hüququna malik olma imkanını nəzərə almamışdır. Belə ki, şəhidin birinci nikahdan olan oğlunun mənzillə təmin edilməsi onun şəhid ailəsi statusuna malik olan hazırkı həyat yoldaşı qismində iddiaçıya mənzil ayrılmasını istisna edə bilmə z.

33. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin məhkəmələr tərəfindən müəyyən olunmuş halları baxımından iddiaçıya yaşayış sahəsinin verilməsindən cavabdehin imtinasının bu qərarın 29-cu bəndində istinad olunan sərəncama və müvafiq qanunvericilik aktlarına uyğunluğuna qiymət verilərkən, həm şəhidin birinci nikahdan olan və ehtiyacı olan qismində mənzil növbəsində olan oğlunun, həm də şəhid ailəsi statusuna malik və bu qisimdə mənzil növbəsində olan iddiaçının maraqları nəzərə alınmalı və bunun üzərindən qərar qəbul olunmalı idi. Bu zaman həm də konstitusion dəyər olan ədalət prinsipi də nəzərə alınmalıdır. Başqa sözlə, apelyasiya məhkəməsi yaşayış sahəsinin ayrılması zamanı həm şəhidin birinci nikahdan olan və ehtiyacı olan qismində mənzil növbəsində olan oğlunun, həm də şəhid ailəsi statusuna malik və bu qisimdə mənzil növbəsində olan iddiaçının maraqlarının nəzərə alınıb-alınmadığını müəyyən etməlidir.

34. Yalnız cavabdehin istinad etdiyi hala, yəni şəhidin birinci nikahdan olan oğluna mənzilin veridiyinə və istinad olunan sərəncamda mənzilin şəhid ailəsinə yalnız bir dəfə verilməsinin nəzərdə tutulması barədə qənaətinə əsaslanaraq, məhkəmə iddianı rədd etməkdə haqlı sayıla bilməz. Nəzərə almaq lazımdır ki, məhkəmələr tərəfindən istinad olunan normalarda yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı şəhid olmuş şəxslərin ailələrinin mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur.

35. Mübahisənin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından iddiaçını n da şəhid ailəsi statusuna malik olduğu, Binəqədi rayon İcra Hakimiyyətinin 2021-ci il 3 iyun tarixli, 103 saylı sərəncamı ilə şəhid ailəsi kimi güzəştli əsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə götürüldüyü görünür. Yəni məhkəmələr tərəfindən iş üzrə qərar qəbul edilərkən bu xüsusatlar da mütləq nəzərə alınmalı və qiymətləndirilməlidir.

36. Təkrar apellyasiya baxışı zamanı məhkəmə nəzərə almalıdır ki, mənzillə təmin olunma hüququnun reallaşdırılması şəhid ailəsi statusuna malik olan bütün şəxslərin maraqları nəzərə alınmaqla təmin olunmalıdır. Bu mənada, işin hallarından müəyyən olunur ki, inzibati orqan şəhidin birinci nikahdan olan oğlunun mənzillə təmin edilməsi ilə bağlı məsələni həll edərkən bununla bağlı apardığı icraata şəhid ailəsi statusuna malik olan hazırkı həyat yoldaşı qi smində iddiaçını cəlb etməmiş, onun maraqlarını nəzərə almamışdır. Belə olan halda, əgər apellyasiya baxışı zamanı məhkəmə, iş üzrə araşdırmanın aparılmasının zəruri olduğu və məhkəmə tərəfindən müstəqil şəkildə məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsinin mümkün olmadığı qənaətinə gələrsə, inzibati orqanın üzərinə məhkəmənin mövqeyi nəzərə alınmaqla məsələyə yenidən baxılması barədə öhdəlik qoya bilər. Mübahisənin tərəflərin mövqelərini öyrənməklə və zəruri araşdırmanın aparılması ilə həlli mümkün olduğu təqdirdə isə, mübahisənin mahiyyəti üzrə həll edilməsinə dair qərar çıxarılmalıdır.

37. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdır ma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 2008-ci il 13 iyun tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altı na alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

39. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 2007-ci il 21 yanvar tarixli qərarı).

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli və iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsin də qeyd olunan hallar (iddiaçının da marağı nəzərə alınmaqla mənzilin ayrılması), obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 aprel 2023-cü il tarixli, 2-1(103)1832/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar