Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1595/2019 08.05.2019 ALİ MƏHKƏMƏ “XXX” MMC-nin Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı “XXX” MMC-nin nümayəndəsi Nümayəndə və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakı ilə İddiaçı “XXX” MMC-nin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı qərarların ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkə məsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2473/2018 saylı 18 dekabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 08.05.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “XXX” MMC barəsində cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergilərin hesablanması barədə” 05.08.2017-ci il tarixli 1719020478233900 saylı, 19.08.2017-ci il tarixli 1719020506308400 saylı, 08.09.2017-ci il tarixli 1719020549680400 saylı qərarlar ilə 2017-ci ilin may-iyul ayları üzrə ƏDV, 17.11.2017-ci il tarixli 1719020700435300 nömrəli, 1719020700489600 nömrəli, 1719020700416600 nömrəli, 1719020700515600 nömrəli qərarlar ilə 201 7-ci ilin aprel-iyul ayları üzrə ƏDV hesablanmışdır. İddiaçı “XXX” MMC Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 05.08.2017-ci il tarixli 1719020478233900 saylı, 19.08.2017-ci il tarixli 1719020506308400 saylı, 08.09.2017-ci il tarixli 1719020549680400 saylı, 17.11.2017-ci il tarixli 1719020700435300 nömrəli, 1719020700489600 nömrəli, 1719020700416600 nömrəli, 1719020700515600 nömrəli “Vergilərin hesablanması barədə” qərarların ləğv edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi 2-1(81)-285/2018 saylı iş üzrə 23.07.2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi 2-1(81)-285/2018 saylı iş üzrə 23.07.2018-ci il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2473/2018 saylı 18.12.2018-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.07.2018-ci il tarixli qərarı qismən, cavabdehin 05.08.2017-ci il tarixli 1719020478233900 saylı, 19.08.2017-ci il tarixli 1719020506308400 saylı, 08.09.2017-ci il tarixli 1719020549680400 saylı qərarlarının ləğv edilməsi hissəsində ləğv edilmiş, iddiaçının cavabdehə qarşı cavabdehin 05.08.2017-ci il tarixli 1719020478233900 saylı, 19.08.2017-ci il tarixli 1719020506308400 saylı, 08.09.2017-ci il tarixli 1719020549680400 saylı qərarlarının ləğv edilməsi tələbinə aid hissədə işin icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsini n İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2473/2018 saylı 18.12.2018-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı 17.11.2017-ci il tarixli 1719020700435300 saylı, 1719020700489600 saylı, 1719020700416600 saylı, 1719020700515600 saylı qərarların ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2473/2018 saylı 18.12.2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, vergi ödəyicisinin 2017-ci ilin aprel ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin araşdırılması zamanı onun tərəfindən 01.01.201730.04.2017-ci illər ərzində 985.697,95 manat məbləğində malların idxal olunduğu müəyyən edilmişdir. Qeyd olunan bu hal, o cümlədən satılmış mallara ticarət əlavəsi tətbiq edilməklə müvafiq dövr üzrə vergiyə cəlb edilən dövriyyənin az göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisi tərəfindən qeyd edilən kənarlaşma ilə bağlı izahat və sənədlər təqdim olunmadığından vergi ödəyicisinə 27.461,81 manat əlavə vergi məbləği hesablanmışdır. Vergi ödəyicisi tərəfindən 2017-ci ilin may ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin araşdırılması zamanı vergi ödəyicisinin 2016-cı ilin sonuna 18648,24 manat mal qalığının olduğu, 01.01.2017-31.05.2017-ci illər ərzində 5524748,38 manat məbləğində malların idxal olunduğu müəyyən edilmişdir. Qeyd olunanlar, eyni zamanda, satılmış mallara ticarət əlavəsi tətbiq edilməklə müvafiq dövr üzrə vergiyə cəlb edilən dövriyyənin 3889193.61 mana t göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisi tərəfindən qeyd edilən kənarlaşma ilə bağlı izahat və sənədlər təqdim olunmadığından vergi ödəyicisinə 338500,7 manat əlavə vergi məbləği hesablanmışdır. 2017-ci ilin iyun ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin araşdırılması zamanı vergi ödəyicisinin uçot-baza məlumatlarına əsasən 01.01.2016-30.06.2017-ci il ərzində YGB üzrə idxal edilmiş malların dəyəri 8.340.381,37 manat təşkil etmişdir. Qeyd olunan məlumatlar nəzərə alınmaqla müvafiq dövrlər üzrə dövriyyənin 6.790.765,55 manat göstərilməsi ticarət əlavəsi tətbiq etməklə müəyyən olunmuş dövriyyə məbləği ilə müqayisədə fərq yaratmışdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisi tərəfindən qeyd edilən kənarlaşma ilə bağlı izahat və sənədlə r təqdim olunmadığından vergi ödəyicisinə 732308,6 manat əlavə vergi məbləği hesablanmışdır. 2017-ci ilin iyul ayında keçirilmiş operativ nəzarət tədbirləri nəticəsində anbarda olan mal qalığının uçot baza məlumatları ilə düzgünlüyü yoxlanılmaqla 794.556,05 (ƏDV-siz) manatlıq malların əskik gəldiyi müəyyən olunmuşdur ki, bu da dövriyyə məbləği ilə müqayisədə kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər ilə əlaqədar vergi ödəyicisi tərəfindən ona ünvanlanmış uyğunsuzluq məktubunda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat və sənədlər təqdim olunmadığından kameral vergi yoxlaması ilə əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. 2017-ci ilin iyul ayı üzrə verginin hesablanması əsası operativ vergi nəzarəti tədbiri zamanı birbaşa əldə olunmuş faktlardır. Belə ki, müvafiq operativ nəzarəti tədbiri nəticəsində vergi ödəyicisinin 2 ayrı obyekti üzrə vergi ödəyicisinin özü tərəfindən verilən arayış üzrə göstərilən mal qalığı nəzarət tədbiri zamanı müəyyən edilən mal qalığı ilə eynilik təşkil etmir. Nəzarət tədbiri zamanı alış aktları aşkar edilən malların ödəyiciyə məxsus anbarda aşkar edilməməsi həmin malların təqdim edilməsi kimi qiymətləndirilmişdir. Bundan əlavə, mübahisələndirilən qərarlar üzrə iddia müddətinin keçməsi ilə bağlı məhkəməyə vəsatət və lazımi sübutlar təqdim edilsə də, məhkəmə əsassız olaraq iddia müddətinin ötürülmədiyi qənaətinə gəlmişdir. Kassator Vergi Məcəlləsinin 24.0.1, 24.0.2, 37.1, 37.3, 94.0.2-ci maddələrinə, İnzibati Proses sual Məcəllənin 81, 85, 87-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2473/2018 saylı 18 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2473/2018 saylı 18 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbu l edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı “XXX MMC-nin nümayəndəsi Nümayəndə və vəkili Ukalayev İlkin Ramazan oğlu kassasiya şikayətinin dəlillərini qəbul etməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2473/2018 saylı 18 dekabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2473/2018 saylı 18 dekabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, mübahisələndirilən 17.11.2017-ci il tarixli 1719020700435300 nömrəli, 17 19020700489600 nömrəli, 1719020700416600 nömrəli, 1719020700515600 nömrəli “Vergilərin hesablanması barədə” qərarlar ilə 2017-ci ilin aprel-iyul ayları üzrə ƏDV hesablanmışdır. Cavabdeh 2017-ci ilin aprel ayı üzrə hesablanmış (17.11.2017-ci il tarixli 1719020700435300 nömrəli qərar ilə) 27461.81 manat ƏDV-ni belə əsaslandırmışdır ki, vergi ödəyicisinin 2017-ci ilin aprel ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin araşdırılması zamanı onun tərəfindən 01.01.2017-30.04.2017-ci illər ərzində 985.697,95 manat məbləğində malların idxal olunduğu və 20% ticarət əlavəsi tətbiq edilməklə ehtimal olunan mal satışının 1201485.8 manat olduğu müəyyən edilmişdir. Nəticədə 180027.4 manat yaranan kənarlaşmaya əsasən 27461.81 manat ƏDV hesablanmışdır. Cavabdeh 2017-ci ilin may ayı üzrə hesablanmış (17.11.20 17-ci il tarixli 1719020700489600 nömrəli qərar ilə) ƏDV-ni belə əsaslandırmışdır ki, vergi ödəyicisinin 2017ci ilin may ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin araşdırılması zamanı 2016-cı ilin sonuna 18648.24 manat mal qalığının olduğu, onun tərəfindən 01.01.2017-31.05.2017-ci illər ərzində 5524748.38 manat məbləğində malların idxal olunduğu və 5% ticarət əlavəsi tətbiq edilməklə ehtimal olunan mal satışının 5819634 manat olduğu müəyyən edilmişdir. Nəticədə 2219060.2 manat yaranan kənarlaşmaya əsasən 338500.7 manat ƏDV hesablanmışdır. Cavabdeh 2017-ci ilin iyun ayı üzrə hesablanmış (17.11.2017-ci il tarixli 1719020700416600 nömrəli qərar ilə) ƏDV-ni belə əsaslandırmışdır ki, vergi ödəyicisinin 2017ci ilin iyun ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin araşdırılması zamanı onun tərəfi ndən 01.01.2016-30.06.2017-ci illər ərzində 8340381.37 manat məbləğində malların idxal olunduğu və 40% ticarət əlavəsi tətbiq edilməklə ehtimal olunan mal satışının 11676533.9 manat olduğu müəyyən edilmişdir. Nəticədə 4800689.8 manat yaranan kənarlaşmaya əsasən 732308.6 manat ƏDV hesablanmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya aprel-iyun ayları üzrə ƏDV hesablanarkən idxal edilmiş malların dəyəri və satışın dəyəri də düzgün müəyyən edilməmiş, nəticədə ƏDV düzgün hesablanmamışdır. Belə ki, hər ay üzrə dövriyyə hesablanarkən 01.01.2017-ci ilin yanvarından etibarən idxal edilmiş malların dəyəri təkrar-təkrar nəzərə alınmış (aprel ayı üzrə 01.01.2017-30.04.2017, may ayı üzrə 01.01.2017-31.05.2017, iyun ayı üzrə 01.01.2016-30.06.2017) və bu da aylar üzrə dövriyyənin əsassız olaraq daha çox götürülməsinə səbəb olmuşdur. Hətta 2017-ci ilin iyun ayı üzrə dövriyyə müəyyən edilərkən 2016-cı ilin yanvar ayından 2017-ci ilin iyun ayına qədər idxal edilmiş (18 ay ərzində) malların ümumi həcmi götürülmüşdür. Bundan əlavə, vergi orqanı müəyyən etdiyi dövriyyəyə aprel ayında 20%, may ayında 5% və iyun ayında 40% ticarət əlavəsi tətbiq etməklə iddiaçı tərəfindən idxal edilmiş malların ehtimal olunan satış dəyərini müəyyən etmiş və həmin dəyərə ƏDV tətbiq etmişdir. Lakin cavabdeh nə qəbul etdiyi qərarlarda, nə də ki kassasiya şikayətində ticarət əlavəsini hansı əsasla aylar üzrə fərqli götürdüyünü əsaslandırmamış, o cümlədən iddiaçının dövriyyəsinə ticarət əlavəsi tətbiq etməklə ƏDV hesablanmasının normativ əsasının göstərməmiş, şəxsi mülahizəsi əsasında ticarət əlavəsinin tətb iq etməklə iddiaçının dövriyyəsinin əsassız artmasına səbəb olmuşdur. - Belə ki, Vergi Məcəlləsinin 13.2.64-cü maddəsinə əsasən ticarət əlavəsi – malın ƏDV tətbiq edilmədən pərakəndə satış qiyməti (mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda bazar qiyməti) ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərqdir. Vergi orqanı tərəfindən satış qiyməti müəyyən edilmədiyi halda qanunvericiliyə uyğun olaraq bazar qiymətinin tətbiq etməlidir. Vergi Məcəlləsinin 14-cü maddəsində bazar qiymətinin anlayışı və müəyyən edilməsi qaydaları göstərilmişdir. Belə ki, həmin maddənin müddəalarına əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması barter (mal müb adiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda həyata keçirilir. Göründüyü kimi vergi orqanının qanunvericiliklə müəyyən edilmiş bazar qiyməti tətbiq etmək hüququ mövcüd olduğu halda, heçbir hüquqi əsası olmadan ticarət əlavəsini tətbiq etmişdir. Cavabdeh 2017-ci ilin iyul ayı üzrə hesablanmış (17.11.2017-ci il tarixli 1719020700515600 nömrəli qərar ilə) müvafiq operativ nəzarəti tədbiri nəticəsində vergi ödəyicisinin 2 ayrı obyekti üzrə vergi ödəyicisinin özü tərəfindən verilən arayış üzrə göstərilən mal qalığı nəzarət tədbiri zamanı müəyyən edilən mal qalığı ilə eynilik təşkil etməməsi müəyyən edilmiş və malların ödəyiciyə məxsus anbarda aşkar edilməməsi həmin malların təqdim edilməsi kimi qiymətləndirilmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış arayışlarda Ünvan ünvanınd a yerləşən anbarda 260895.00 manat məbləğində mal qalığının olduğu, Ünvan ünvanında 1144136.00 manat məbləğində mal qalığının olması qeyd edilmişdir. Cavabdeh tərəfindən aparılmış operativ vergi yoxlaması zamanı isə Ünvan ünvanında yerləşən anbarda 224894.00 manat məbləğində mal qalığının olduğu, Ünvan ünvanında 385570.95 manat məbləğində mal qalığının olması, nəticədə 794556.05 manat məbləğində kənarlaşmanın olması müəyyən edilmişdir. Cavabdeh iyul ayı üzrə ödənilməli olan ƏDV-nin 476332.23 manat hesablasa da, qeyd edilən məbləğin hansı qaydada hesablandığını göstərməmiş, qəbul etdiyi qərarı məbləğin hesablanma qaydası hissəsində əsaslandırmamışdır. Halbuki, İnzibati icraat haqqında Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə ə saslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəl əndirilən qərarlar cavabdeh tərəfindən həm vergi qanunvericiliyinin, həm də inzibati icraat haqqında qanunvericiliyin tələbərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidirlər. Məhkəmə kollegiyası kassatorun “iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə” dair dəlilləri ilə əlaqədar qeyd edir ki, mübahisələndirilən inzibati aktlar 17.11.2017-ci il tarixdə qəbul edilmişdir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə verdiyi ərizədə tarix qeyd olunmasa da (I cild: iş v.61), 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.11.2017-ci il tarixli qərardadı ilə iddia tələbinə dəqiqləşmə ərizəsi icraata qəbul edildiyindən iddiaçı İPM-nin 38.1ci maddəsində nəzərdə tutulan iddia müddətini ötürməmiş və kassatorun qeyd edilən dəlili əsassızdır. Belə ki, İnzibati-Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin kassasiya şikayəti təmin edilməs in. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2473/2018 saylı iş üzrə 18 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1595/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1595/2019
08.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver