Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1595/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 04.10.2022 hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)573/2022 saylı, 19 may 2022-ci il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydası nda (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı Qərarına əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı rayonlarında mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən binaların müəyyən edilərək sökülməsi, yerində yeni yaşayış binalarının tikilməsi, tikiləcək binalardan sakinlərə mənzillərin ayrılması qərar a alınmışdır.
2. Cavabdeh başçısının 219 nömrəli, xx.xx.2017-ci il tarixli “Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə fərdi yaşayış evlərinin sökülməsi və yeni yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında” sərəncamı ilə Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə fərdi yaşayış evlərinin sakinlərinin qarşılıqlı razılaşma əsasında "xxxx" MMC tərəfindən köçürülərək həmin binaların Azərbaycan Respublikası FHN-nin əlaqədar təşkilatının müvafiq rəyi əsasında sökülməsinə icazə verilmişdir. Sərəncamın 2-ci bəndinə əsasən sökülmüş binaların yerində yüksəkmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi "xxxx" MMC-yə icarəyə ayrılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində 0,0443 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 15 otaqlı, 182,9 kv.m yaşayış sahəsi, 118,1 kv.m köməkçi sahədən ibarət olan 80 nömrəli fərdi yaşayış evinin Cavabdeh 219 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamına əsasən, onun heç bir razılığı olmadan sökülməsinə görə Cavabdehndən 950.558 manat məbləğində pulun tutularaq ona kompensasiya olaraq ödənilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Nazirlər Kabinetinin 86 saylı “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının surətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarına əsasən bütün öhdəliklər aidiyyatı üzrə Bakı şəhəri Cavabdeh üzərinə 5 il müddətinə qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı İcra Hamimiyyəti tərəfindən imzalanan sərəncamdan daha üstün hüquqi qüvvəyə malikdir. Cavabdeh sərəncamla işi kimə həvalə etməsindən asılı olmayaraq, həmin işin yerinə yetirilməsi və yerinə yetirilməsinə nəzarət əsasında məsuliyyət daşıyır. Bu səbəbdən ərizəçinin hüquqlarının bərpa edilməsi, onu Nazirlər Kabinetinin 86 saylı qərarı icra edilənə qədər yerlə şdirilməsi, kompensasiyanın ödənilməsi və digər öhdəliklər cavabdehin üzərindədir. Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində 0,0443 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli 15 otaqlı 182,9 kv.m yaşayış sahəsi, 118,1 kv.m köməkçi sahədən ibarət 80 nömrəli fərdi yaşayış evi ərizəçinin titullu mülkiyyətində idi. 30 iyun 2017-ci ildə Cavabdeh Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən, fərdi evlərin (o cümlədən ərizəçinin evinin) yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə ev kimi sökülməsi barədə sərəncam verdi və 2018-ci ilin yazında ərizəçinin evi onun razılığı olmadan və ona kompensasiya verilmədən sökülmüşdür.
5. Cavabdeh tərəfindən iddiaya dair etiraz ərizəsi verilməmişdir.
6. Bakı İnzi bati Məhkəməsinin 2-1(112)-248/2020 saylı iş 3 mart 2020-ci il tarixli (hakim A.Abdullayeva) qərardadı ilə iddia mümkün sayılmamışdır.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi iddiaya cavab verməli olmayan cavabdehə qarşı qaldırıldığından Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə əsasən, iddiaçının hazırki tələbinə inzibati mühakimə icraatı qaydasında baxıla bilməz.
8. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər S.Seyidova -sədrlik edən və məru zəçi, V.Ağayev və A.Nuriyeva) 2-1(103)-1176/2020 saylı 12 iyun 2020-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 3 mart 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
11. Ali Məhkəmənin İnzibati Kollegiyasının (hakimlər – İ.Şəfiyev sədrlik edən və məruzəçi, Z.Quliyev və R.Nəbizadə) 2-1(102)-321/2021 nömrəli, 31 mart 2021-ci il tarixli qərarı ilə iddiaçının kasasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2020-ci il tarixli 2-1(103)-1176/2020 nömrəli qərardadının ləğv edilməsi, işə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
12. Məhkəmə qeyd etmişdir ki, məhkəmələr Bakı şəhəri Cavabdeh olmadığını bildirməsinə baxmayaraq, əsil cavabdehin kim olduğunu müəyyən etməmiş, mümkünlüklə bağlı məsələləri iddiaçı ilə müzakirə etməmişdir. Məhkəmələr hüquqi yardımla bağlı tələblərə əməl etməmişdir. d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X.Cəmilova sədrlik edən və məruzəçi, M.Tağızadə və A.Hüseynov) 2-1(103)-1684/2021 saylı 16 iyun 2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 3 mart 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üç ün həmin məhkəməyə göndərilmişdir. e) birinci instansiya məhkəməsində ikinci icraat
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9181/2021 saylı iş 17 sentyabr 2021-ci il tarixli (hakim O.Həsənov) qərardadı ilə iddia mümkün sayılmamış, iddiaçıya hazırkı iddia tələbi ilə "xxxx" MMC-yə qarşı aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılması üçün ümumi məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
15. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. f) apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.Hüseyn sədrlik edən və məruzəçi, S.Bəktaşi və İ.Kərimli) 2-1(103)-573/2022 saylı 19 may 2022-ci il tarixli qərardadı ilə iddiaçı nın apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
17. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" MTK-nin şikayəti əsasında baxılan mübahisənin Mənzil Məcəlləsi ilə nizamlanan münasibətlərdən yaranan mübahisə deyil, Şəhərsalma və Tikinti Məcəlləsinin normaları ilə nizamlanan dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı münasibətlərdən doğan mübahisə olduğu qənaətinə gəlmişdir. Belə olan təqdirdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2020-ci il tarixli qərarı əslində iddiaçının iddiasının mümkünlüyünü əsaslandırır. Çünki bu mübahisə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı münasibətlərdən irəli gəlir. Bu siyasətin həyata keçirilməsinə cavabdeh orqar kimi Cavabdeh olduğu üçün iddiaçını onu cavabdeh kimi qoyması düzgün idi. Kassator hesab edir ki, apelyasiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 5 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarına və İPM-nin 2.2.7, 35.1-ci maddələrinə zidd qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh kassasiya şikayətinə dair etiraz ərizəsi təqdim edərək, iddiaçının kassasiya şikayətinin təmin edilməməsi, apelyasiya instansiyası məhkəməsinin 19 may 2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 5 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı: 20. “İnzibati icraat haqqında” Qanun: Maddə. 2.0.1 İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Maddə 2.0.2 İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
21. Avr opa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı
22. İnzibati Prosessual Məcəllə: a) Maddə 2.2.7 İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında iddialara baxılır. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəlikləri n icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. b) Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsa slandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə ak tının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquq ları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
29. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, “Bakı şəhərinin Sur axanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı Qərarına əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami. Yasamal, Səbail, Pirallahı rayonlarında mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən binaların müəyyən edilərək, sökülməsi, yerində yeni yaşayış binalarının tikilməsi, tikiləcək binalardan sakinlərə mənzillərin ayrılması qərara alınmışdır.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı Qərarına əsasən Cavabdeh başçısı tərəfindən 219 nömrəli, xx.xx.2017-ci il tarixli “Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə fərdi yaşayış evlərinin sökülməsi və yeni yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında” Sərəncam qəbul edilmişdir. Həmin Sərəncamın 1-ci hissəsinə əsasən Yasaml rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə fərdi yaşayış evlərinin sakinlərinin qarşılıqlı razılaşma əsasında "xxxx" MMC tərəfindən köçürülərək həmin binaların Azərbaycan Respublikası FHN-in əlaqədar təşkilatının müvafiq rəyi əsasında sökülməsinə icazə veri lmişdir. Həmin Sərəncamın 2-ci hissəsinə əsasən sökülmüş binaların yerində yüksəkmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi "xxxx" MMC-yə icarəyə ayrılmışdır. Həmin Sərəncamın 3-cü hissəsinə əsasən sifarişçiyə tapşırılmışdır ki: -3.1.Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən yaşayış evlərinin sakinlərinin qarşılıqlı razılaşma müqaviləri əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı verilməklə başqa yerə köçürülməsini və qəzalı binanın sökülməsini təmin etsin.
31. Cavabdeh sözügedən sərəncamı ilə yeni çoxmənzilli yaşayış binalarının tikintisinə başlanması məqsədi ilə qəza vəziyyətində olan binaların sakinlərinin qarşılıqlı razılaşma əsasında yeni mənzillə təmin edi lənədək hər ay kirayə haqqı verilməklə başqa yerə köçürülməsini, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq qəzalı binaların Azərbaycan Respublikası FHN-in əlaqədar təşkilatının müvafiq rəyi əsasında sökülməsini "xxxx" MMC-yə həvalə etmiş və iddiaçıya məxsus evi cavabdeh yox, "xxxx" MMC tərəfindən sökülmüşdür və həmin söküntüdə cavabdehin iştirakçı və onun hər hansı bir qanunsuz hərəkəti və hərəkətsizliyi iş materialları ilə sübuta yetirilməmişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaya cavab verməli olan hüquqi şəxs isə inzibati akt, yəni ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yarad an qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri barədə akt qəbul etmək səlahiyyətinə malik olan hüquq şəxs hesab edilmədiyindən ona yönələcək iddia tələbi də hazırkı qaydada, yəni inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələb hesab edilə bilməz.
33. Hazırkı mübahisənin ümumi hüquq sahəsinə aid olmaması, ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün hakimiyyət səlahiyyətinə malik olan cavabdehə qarşı olmaması ilə tərəflər arasında yaranacaq münasibətlərin müqavilə əsasında yarana bilmə səbəbi ilə bağlıdır.
34. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-573/2022 saylı 19 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.