Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1596/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1, İddiaçının vəkili Ukalayev İlkin Ramazan oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 yanvar tarixli 2-1(103)-18/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkə mə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 18 aprel tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə (güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə, zərərli və ağır olan işlərdə çalışan (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) sığortaolunanların kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta staj ına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə pensiya hüququ vardır. İddiaçı 2018-ci il 14 may tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1972-ci il 28 fevral tarixdən 1972-ci il 30 avqust tarixədək Astara rayonunun Şuvi subtropik sovxozunda fəhlə işlədiyi 5 ayın, 1972-ci il 1 sentyabr tarixdən 1977-ci ilin iyun ayının sonunadək (hərbi xidmətlə əlaqədar yaranmış fasilə çıxılmaqla) Bakı Politexnik Texnikumunda təhsil aldığı 2 il 10 ayın, 1973-cü il 9 noyabr tarixdən 1975-ci il 16 noyabr tarixədək 2 il 7 gün ordu sıralarında xidmətinin, 1977-ci il 26 avqust tarixdən 1978-ci il 10 fevral tarixədək Astara rayonunun Kələdəhnə kənd yeməkxanasında aşbaz işlədiyi 5 ay 15 günün, Astara Çay fabrikində 1978-ci il 10 may tarixdən 1978-ci il 4 sentyabr tarixədək işlədiyi 3 ay 25 günün, yenidən Astara rayonunun Şuvi subtropik sovxozunda 1978-ci il 8 sentyabr tarixdən 1980-ci il 15 aprel tarixədək işlədiyi 1 il 4 ay 7 günün, 1993-cü il 2 iyun tarixdən 2000-ci il 1 sentyabr tarixədək əvvəlcə Astara peşə məktəbində, sonra isə Lənkəran peşə liseyinin Astara filialında mülki müdafiə rəisi və müəllim işlədiyi 7 il 3 ayın, 2000-ci il 1 noyabr tarixdən 2004-cü il 1 mart tarixədək x2-də işlədiyi 3 il 4 ayın, 2004-cü il 2 mart tarixdən 2010-cu il 1 aprel tarixədək Azərbaycan Respublikası Hərbi Vətənpərvərlik Cəmiyyəti Astara rayon şöbəsində Texniki İdman klubunda müəllim işlədiyi 6 ilin, 2010-cu il 12 mart tarixdən 2010-cu il 1 iyul tarixədək x3nin Astara rayon idarəsində sahə rəisi işlədiyi 3 ay 18 günün, 2011-ci il 1 sentyabr tarixdən 2012-ci il 1 mart tarixədək işsizlik müavinəti aldığı 6 ayın, 2013-cü il 14 yanvar tarixdən 2013-cü il 30 dekabr tarixədək x4-də usta peşəsində işlədiyi 11 ay 16 günün, 2014-cü il 8 yanvar tarixdən 2015-ci il 23 dekabr tarixədək x5-də qapı istehsalı sexində qazanxana operatoru işlədiyi 1 il 11 ay 15 günün, 2016-cı il 1 avqust tarixdən 2017-ci il 1 may tarixədək x6-də sorğuçu vəzifəsində işlədiyi 9 ayın onun ümumi stajına, 1980-ci il 22 may tarixdən 1993-cü il 18 may tarixədək Rusiya Federasiyasının Tümen vilayətinin Uzaq Şimal rayonlarına bərabər tutulan Surqut şəhərində müxtəlif müəssisə və təşkilatlarda işlədiyi 12 il 11 ay 26 gün stajının keçmiş SSRİ Nazirlər Sovetinin 1972-ci il 3 avqust tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət p ensiyalarının təyin edilməsi və ödənilməsi haqqında” Əsasnamənin 110-cu bəndinə uyğun olaraq 1,5 əmsalına vurulmaqla 19 il 5 ay 24 gün olmaqla həm ümumi, həm də güzəştli stajına daxil edilməklə, ümumi sığorta stajının 47 il 11 ay 5 gün, güzəştli stajının 19 il 5 ay 24 gün olduğunu, habelə 57 yaşının 2012-ci il 4 mart tarixdə tamam olduğunu, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31 və 32-ci maddələrinin göstərişlərini nəzərə alaraq, ona 2012-ci ilin mart ayından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, 1972-ci il 28 fevral tarixdən 1972-ci il 30 avqust tarixədək Astara rayonunun Şuvi subtropi k sovxozunda fəhlə işləmiş, 1972-ci il 1 sentyabr tarixdən Bakı Politexnik Texnikumunun gündüz şöbəsində təhsil almış, 1973-cü il 9 noyabr tarixdən 1975-ci il 16 noyabr tarixədək ordu sıralarında xidmət etmiş, xidmətini başa vurduqdan sonra təhsilini davam etdirərək 1977-ci ilin iyun ayının sonunda texnikumu bitirmişdir. O, 1977-ci il 26 avqust tarixdən 1978-ci il 10 fevral tarixədək Astara rayonunun Kələdəhnə kənd yeməkxanasında aşbaz, 1978-ci il 10 may tarixdən 1978-ci il 4 sentyabr tarixədək Astara Çay fabrikində fəhlə, 1978-ci il 8 sentyabr tarixdən 1980-ci il 15 aprel tarixədək yenidən Astara rayonunun Şuvi subtropik sovxozunda fəhlə, 1980-ci il 22 may tarixdən 1980-ci il 24 sentyabr tarixədək Surqut Avtonəqliyyat müəssisəsində çilingər, 1980-ci il 22 oktyabr tarixdən 1985-ci il 2 yan var tarixədək Surqut Avtonəqliyyat müəssisəsində çilingər, çilingər motorist və usta işləmişdir. 1985-ci il 2 yanvar tarixdə köçürmə qaydasında Tümen Baş Geologiya İdarəsinin Avtonəqliyyat İdarəsinə köçürülmüş, 1985-ci il 11 yanvar tarixdən 1990-cı il 2 fevral tarixədək həmin idarədə baş usta, avtomobil dəstəsinin rəisi, qaraj müdiri vəzifələrində, 1990-cı il 2 fevral tarixdən x7 köçürmə qaydasında göndərilmiş, 1990-cı il 6 fevral tarixdən 1991-ci il 31 may tarixədək orada istismar şöbəsinin rəisi vəzifəsində, 1991-ci il 17 iyun tarixdən 1993-cü il 18 may tarixədək Surqut şəhərində x8-də direktorun kommersiya üzrə müavini vəzifələrində işləmişdir. Beləliklə, 1980-ci il 22 may tarixdən 1993-cü il 18 may tarixədək 12 il 11 ay 26 gün Rusiya Federasiyasının Tümen vilayətinin Uzaq Şimal rayonla rına bərabər tutulan Surqut şəhərində müxtəlif müəssisə və təşkilatlarda işləmişdir. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən Uzaq Şimal rayonlarında və onlara bərabər tutulan yerlərdə işləyənlərin əmək stajı 1.5 əmsalı ilə hesablanmalıdır. Bu zaman onun stajı 19 il 5 ay 24 gün təşkil edir. İddiaçı Azərbaycan Respublikasına qayıtdıqdan sonra 1993-cü il 2 iyun tarixdən 2000-ci il 1 sentyabr tarixədək əvvəlcə Astara peşə məktəbində, sonra isə Lənkəran peşə liseyinin Astara filialında mülki müdafiə rəisi və müəllim, 2000-ci il 1 noyabr tarixdən 2004cü il 1 mart tarixədək x2-də mühəndis və baş mühəndis, 2004-cü il 2 mart tarixdən 2010cu il 1 aprel tarixədək Azərbaycan Respublikası Hərbi Vətənpərvərlik Cəmiyyəti Astara rayon şöbəsində Texniki İdman klubunda müəllim, 2010-cu il 12 mart tarixdən 2010-cu il 1 iyul tarixədək x3-nin Astara rayon idarəsində sahə rəisi, 2013-cü il 14 yanvar tarixdən 2013-cü il 30 dekabr tarixədək x4-də usta, 2014-cü il 8 yanvar tarixdən 2015-ci il 23 dekabr tarixədək x5-də qapı istehsalı sexində qazanxana operatoru, 2016-cı il 1 avqust tarixdən 2017-ci il 1 may tarixədək x6-də sorğuçu vəzifələrində işləmişdir. Bundan əlavə 2011-ci il 1 sentyabr tarixdən 2012-ci il 1 mart tarixədək işsizlik müavinəti aldığı müddətdə onun sosial sığorta stajına daxil edilməlidir. Beləliklə, onun ümumi iş stajı 47 il 3 ay 7 gün təşkil edir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 9 oktyabr tarixli2-1(82)2615/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, 1972-ci il 28 fevral tarixdən 1972-ci il 30 avqust tarixədək Astara rayonunun Şuvi subtropik sovxozunda fəhlə işlədiyi 5 ayın, 1972ci il 1 sentyabr tarixdən 1977-ci ilin iyun ayının sonunadək (hərbi xidmətlə əlaqədar yaranmış fasilə çıxılmaqla) Bakı Politexnik Texnikumunda təhsil aldığı 2 il 10 ayın, 1973-cü il 9 noyabr tarixdən 1975-ci il 16 noyabr tarixədək 2 il 7 gün ordu sıralarında xidmətinin, 1977-ci il 26 avqust tarixdən 1978-ci il 10 fevral tarixədək Astara rayonunun Kələdəhnə kənd yeməkxanasında aşbaz işlədiyi 5 ay 15 günün, Astara Çay fabrikində 1978-ci il 10 may tarixdən 1978-ci il 4 sentyabr tarixədək işlədiyi 3 ay 25 günün, yenidən Astara rayonunun Şuvi subtropik sovxozunda 1978-ci il 8 sentyabr tarixdən 1980-ci il 15 aprel tarixədək işlədiyi 1 il 4 ay 7 günün, 1993-cü il 2 iyun tarixdən 2000-ci il 1 sentyabr tarixədək əvvəlcə Astara peşə məktəbində, sonra isə Lənkəran peşə liseyinin Astara filialında mülki müdafiə rəisi və müəllim işlədiyi 7 il 3 ayın, 2000-ci il 1 noyabr tarixdən 2004-cü il 1 mart tarixədək x2-də işlədiyi 3 il 4 ayın, 2004-cü il 2 mart tarixdən 2010-cu il 1 aprel tarixədək Azərbaycan Respublikası Hərbi Vətənpərvərlik Cəmiyyəti Astara rayon şöbəsində Texniki İdman klubunda müəllim işlədiyi 6 ilin, 2010-cu il 12 mart tarixdən 2010cu il 1 iyul tarixədək x3-nin Astara rayon idarəsində sahə rəisi işlədiyi 3 ay 18 günün, 2011ci il 1 sentyabr tarixdən 2012-ci il 1 mart tarixədək işsizlik müavinəti aldığı 6 ayın, 2013-cü il 14 yanvar tarixdən 2013-cü il 30 dekabr tarixədək x4-də usta peşəsində işlədiyi 11 ay 16 günün, 2014-cü il 8 yanvar tarixdən 2015-ci il 23 dekabr tarixədək x5-də qapı istehsalı sexində qazanxana operatoru işlədiyi 1 il 11 ay 15 günün, 2016-cı il 1 avqust tarixdən 2017-ci il 1 may tarixədək x6-də sorğuçu vəzifəsində işlədiyi 9 ayın onun ümumi stajına, 1980-ci il 22 may tarixdən 1993-cü il 18 may tarixədək Rusiya Federasiyasının Tümen vilayətinin Uzaq Şimal rayonlarına bərabər tutulan Surqut şəhərində müxtəlif müəssisə və təşkilatlarda işlədiyi 12 il 11 ay 26 gün stajının keçmiş SSRİ Nazirlər Sovetinin 1972-ci il 3 avqust tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi haqqında” Əsasnamənin 110-cu bəndinə uyğun olaraq 1,5 əmsalına vurulmaqla 19 il 5 a y 24 gün olmaqla həm ümumi, həm də güzəştli stajına daxil edilməklə, ümumi sığorta stajının 47 il 11 ay 5 gün, güzəştli stajının 19 il 5 ay 24 gün olduğunu, habelə 57 yaşının 2012-ci il 4 mart tarixdə tamam olduğunu, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31 və 32-ci maddələrinin göstərişlərini nəzərə alaraq, ona 2012-ci ilin mart ayından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi “çilingər” və “motorçu” peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəri cilərin Siyahısı”nda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verənlər peşələr kimi nəzərdə tutulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 yanvar tarixli 2-1(103)-18/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı qanunla tələb olunan xüsusi iş stajını toplamamışdır. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 25 fevral tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 14 mart tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və yeni qərar qəbul o lunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, (2017-ci il 1 iyul tarixədək olan redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına mali k olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «“Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərl i və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Göstərilən normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək sta jı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı oldu qda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə v ə təşkilatın verdiyi sənədə əsasən təsdiq olunur. İş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Beləliklə, həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 1 və 2 nömrəli Siyahılara (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 50 yaşdan (1 nömrəli Siyahı üzrə) pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulmuş 20 illik ümumi və 10 illik xüsusi iş stajını, 55 yaşdan (2 nömrəli Siyahı üzrə) pensiya təyin edilməsi üçün həmin maddənin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997- ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya müvafiq olaraq 52 (1 nömrəli Siyahı üzrə) və ya 57 (2 nömrəli Siyahı üzrə) yaşdan pensiya təyin edilir. Bu zaman nəzərə alınmalıdır ki, 2006-cı il yanvarın 1-dən 2007-ci il yanvarın 23-dək olan müddətdə qazanılmış xüsusi stajın aid olduğu peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş siyahılardan (1 və ya 2 nömrəli) məhz hansında nəzərdə tutulduğu əhəmiyyət kəsb etmir. Bel ə ki, 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində həmin peşələr üzrə vahid staj müddətləri (25 il ümumi və 12,5 il xüsusi staj) və yaş həddi (57 yaş, 2017-ci il iyulun 1-dən 60 yaş) müəyyən edilmişdir. Bundan başqa, «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli, 377 №-li Fərmanının 1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li Qərərı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş, güzəştli şərtlərlə yaşa görə pensiya hüquq verən peşələrin vahid s iyahısı müəyyən edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu 2012-cİ il 4 mart tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun həmin tarixə azı 25 il ümumi stajı olmalı, bunun 12,5 ilini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yuxarıda qeyd edilən Qərarları ilə təsdiq edilmiş Siyahılarda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının istinad etdiyi vəzifələr “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”ndə nəzərdə tutulmamışdır. İddia çı öz tələbinin əsası kimi qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Onun 1980-ci il 22 may tarixdən 1993-cü il 18 may tarixədək 12 il 11 ay 26 gün Rusiya Federasiyasının Tümen vilayətinin Uzaq Şimal rayonlarına bərabər tutulan Surqut şəhərində müxtəlif müəssisə və təşkilatlarda işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyə əsasən Uzaq Şimal rayonlarında və onlara bərabər tutulan yerlərdə işləyənlərin əmək stajı 1.5 əmsalı ilə hesablanmalıdır. Bu halda onun stajı 19 il 5 ay 24 gün təşkil edir. Məhkəmə kollegiyası iddiaçının həmin dəlili ilə bağlı aşağıdakıları qeyd edir. 1956-cı il 14 iyul tarixdə qəbul edilmiş, 1956-cı il 1 oktyabr tarixdən qüvvəyə minmiş və iddiaçının işlədiyi 1980-1990-cı illərdə qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun tətbiqi ilə bağlı SSRİ Nazirlər Sovetinin 1972-ci il 3 avqust tarixli, 590 №-li Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 16-cı maddəsinin “d” bəndinə əsasən, Uzaq Şimal rayonlarında azı 15 təqvim ili yaxud Uzaq Şimal rayonlarına bərabər tutulan ərazilərdə azı 20 təqvim ili işləmiş fəhlə və qulluqçular – kişilər 55 yaşına çatdıqda və 25 il iş stajı olduqda – yaşa görə pensiya hüququna malikdirlər. Həmin Əsasnamənin 110-cu maddəsinə əsasən, Uzaq Şimal rayonlarında və Uzaq Şimal rayonlarına bərabər tutulan ərazilərdə iş 1960-cı il martın 1-dən staja 1.5 miqdarda daxil edilir, bu şərtlə ki, işçi SSRİ Ali Soveti Rəyasət Heyətinin “Uzaq Şimal rayonlarında və Uzaq Şimal rayonlarına bərabər tutulan ərazilərdə işləyən şəxslər üçün güzəştlərin tənzimlənməsi haqqında” 1960-cı il 10 fevral tarixli Fərmanı ilə müəyyən edilmiş güzəştlərə malik olsun. Oxşar müddəa 1990-cı il 15 may tarixdə qəbul edilmiş “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” SSRİ Qanununda da təsbit olunmuşdur. Həmin Qanunun 16-cı maddəsinə əsasən, Uzaq Şimal rayonlarında azı 15 təqvim ili yaxud Uzaq Şimal rayonlarına bərabər tutulan ərazilərdə azı 20 təqvim ili işləmiş fəhlə və qulluqçular – kişilər 55 yaşına çatdıqda və 25 il iş stajı olduqda –pensiya hüququna malikdirlər. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı həmin qanunvericilik aktlarının tələblərinə əsasən işlədiyi müd dət də daxil olmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Bununla yanaşı, istinad edilən normaların məzmunundan gö ründüyü kimi, Uzaq Şimal rayonlarında və Uzaq Şimal rayonlarına bərabər tutulan ərazilərdə işləmiş şəxslər o halda güzəştli şərtlərlə (vaxtından əvvəl) pensiya hüququna malik olurlar ki, onlar həmin ərazilərdə, müvafiq olaraq 15 və ya 20 təqvim ili işləmiş olsunlar. İddiaçı təsdiq edir ki, o, Uzaq Şimal rayonlarına bərabər tutulan ərazidə təqvim tarixi ilə 12 il 11 ay 26 gün işləmişdir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə (vaxtından əvvəl) pensiya təyin edilməsi üçün tələb olunan şərti (20 təqvim ilini) ödəməmişdir. İddiaçının faktiki işlədiyi cəmi 12 il 11 ay 26 gün təqvim müddətinə güzəşt əmsalının (1.5) tətbiq edilməsi isə yalnız onun ümumi sığorta stajının müddətinin hesablanması üçün əhəmiyyət kəsb edə bilər, lakin ona vaxtından əvvəl əmək pensiyası təyin edilməsinə səbəb ola bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 yanvar tarixli 2-1(103)-18/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1596/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1596/2019
08.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver