Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1596/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin 1 ildən çox ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı X1 (xx.xx.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X3 xx.xx.1955-ci il təvəllüdlü; FİN: 1Z4W76H, X2 - xx.xx.1980-ci il təvəllüdlü; FİN: 1Z4W76H) “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və əmlakın ona qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 iyul 2019-cu il tarixli, 2-1(103)-1807/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən verilmiş 22 iyul 2008-ci il tarixli, ******* saylı çıxarışın ləğv olunması və əmlakın ona qaytarılmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhk əməsinin 16 may 2019-cu il tarixli, 2-1(82)551/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 iyul 2019-cu il tarixli, 2-1(103)-1807/2019 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2-1(82)551/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. Apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı 9 avqust 2019-cu il tarixdə iddiaçı tərəfindən poçt xəbərnaməsinə imza edilərək təhvil alınmışdır.
6. İddiaçı 12 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 18 iyul 2019-cu il tarixli, 2-1(103)-1807/2019 nömrəli qərardadından kassasiya şikayətini, 22 iyun 2022-ci il tarixdə isə prosessual müddətin bərpa olunması barədə ərizəni Bakı Apellyasiya Məhkəməsinə təqdim etmişdir. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
7. İddiaçı prosessual müddətin bərpa olunması barədə ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(103)-1807/2019 saylı qərarından şikayət verildiyi zaman İPM-nin 94.1-ci maddəsi ilə qərardan şikayət verilməsi üçün müəyyən edilmiş 1 aylıq prosessual müddət buraxılmışdır ki, bunun da səbəbi məhkəmə, iddiaçının nümayəndəsi və vəkili tərəfindən ona işlə əlaqədar qərarın verilməməsidir. Belə ki, cavabdeh Gürcüstan Respublikasında doğulub yaşadığı üçün latın əlifbasını bilməməsi səbəbin dən ona rəsmi surətdə çatacaq sənədləri onun nümayəndəsi tərəfindən əldə edirdi. Sözügedən qərar isə ona Bakı İnzibati Məhkəməsi tərəfindən 2022-ci ilin mart ayında məhkəmə prosesi zamanı verilmişdir. Bu səbəbdən də iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarından şikayət vaxtında verilməmişdir. Prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən İPM-nin 24-cü maddəsinə müvafiq olaraq bərpa edilməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses i ştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 23.2. Hüquqi müdaf iə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin müddətdə şikayətin verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğunu sübut edən proses iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etməyə mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən i stifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinləni lmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ
9. Ərizə və şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
10. İddiaçı ərizənin əsası kimi Gürcüstan Respublikasında doğulub yaşadığı üçün latın əlifbasını bilməməsi səbəbindən ona rəsmi surətdə çatacaq sənədləri onun nümayəndəsi tərəfindən əldə edildiyini qeyd edir. Lakin nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən apellyasiya instansiya məhkəməsinin müvafiq qərardadın alınmasına dair sübut iş materiallarında mövcuddur. Bununla bağlı qeyd edilməlidir ki, iş materiallarına əsasən hazırkı iş üzrə mübahisə predmetinə dair iddiaçı və üçüncü şəxslər arasında çoxsaylı məhkəmə çə kişmələri olmuş və müvafiq məhkəmə aktları qəbul edilmişdir. Yəni iddiaçı hazırkı məhkəmə mübahisəsində maraqlı olmuşdur. Ona görə də, iddiaçının 18 iyul 2019cu il tarixdən kassasiya şikayətini verdiyi 12 aprel 2022-ci il tarixə qədər məhkəmə qərardadından xəbərsiz olması iş materialları ilə öz təsdiqini tapmır.
11. Bundan başqa, iddiaçı ərizəsində Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2019cu il tarixli, 2-1(103)-1807/2019 nömrəli qərarını və qərardan şikayət verilmə müddətinin bir ay olmasını qeyd etsə də, nəzərə alınmalıdır ki, hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən 18 iyul 2019-cu il tarixdə 2-1(103)-1807/2019 nömrəli qərardad qəbul edilmişdir və İPM-nin 94.1-ci maddəsinə əsasən qərardaddan kassasiya şikayəti verilməsi üçün müəyyən edilən müddət 10 gündür.
12. Azərbayca n Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
13. Buna baxmayaraq, iddiaçı tərəfindən kassasiya şikayəti və prosessual müddətin bərpa olunması barədə ərizə 3 ilə yaxın müddət keçdikdən sonra, müvafiq olaraq 12 aprel və 22 iyun 2022-ci il tarixdə verilmişdir.
14. Qərardaddan vaxtında şikayət verilməsi imkanını mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır.
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 iyul 2019-cu il ta rixli, 2-1(103)-1807/2019 nömrəli qərardadının iddiaçıya təqdim edilməsindən 2 ildən çox vaxt keçdiyinə görə iddiaçının kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə müraciət etməsini istisna edir. Bu səbəbdən, müddətin bərpasına dair ərizə də mümkünsüzdür.
16. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 iyul 2019-cu il tarixli, 2-1(103)-1807/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət və prosessual müddətin bərpasına dair ərizə üzrə kassasiya mümkün sayılmır, kassasiya şikayətinin və ərizənin qəbulundan imtina edilir.