Məhkəmə qərarları › İş №2-1(102)-1596/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1596/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1596/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-195/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçıya məxsus xx.xx.1978-ci il tarixdə tərtib edilmiş ******* saylı əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdən Neftximavtmak ETLİ-də 6-5 laboratoriyasında mühəndis (əmr №47-k, xx.xx.1978), xx.xx.1980-ci il tarixdən 10-1 laboratoriyasında mühəndis (əmr №1-1, 2.01.1980), xx.xx.1982-ci il tarixdən kiçik elmi işçi (əmr № 60/k, xx.xx.1982), x x.xx.1985-ci il tarixdən ETO-13-də eyni vəzifədə (əmr №43-k, xx.xx.1985-ci il), xx.xx.1986-cı il tarixdən elmi əməkdaş (əmr №91k, xx.xx.1986), xx.xx.1990-cı il tarixdən 10-3 ETQ-də müdir (əmr №165-k, xx.xx.1990), xx.xx.1993-cü il tarixdən ixtisaslaşdırılmış inklinometrik və ultrasəs çevirici və kontinental şelf obyektləri üçün sistemlər laboratoriyasında müdir (əmr №55k, xx.xx.1993), xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 8 saylı elmi tədqiqat bölməsində müdir (əmr №38, xx.xx.1998), xx.xx.2002-ci il tarixdən Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə X1 İdarəsinin rəisi (əmr №006, xx.xx.2002), xx.xx.2003-cü il tarixdən metrologiya şöbəsinin rəisi (əmr № 229-k,xx.xx.2003), xx.xx.2006-cı il tarixdən Mərkəzi Aparatın metrologiya şöbəsinin müdiri vəzifəsi ndə işləmiş (əmr №022, xx.xx.2006), xx.xx.2008-ci il tarixdən Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradılmış, xx.xx.2009-cu il tarixdən Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Mərkəzi Aparatın metrologiya şöbəsinin müdiri (əmr № 117k,01.09.09), xx.xx.2010-cu il tarixdən Komitənin 4 saylı ərazi Dövlət Nəzarəti İdarəsinin rəisi (əmr №003-k,xx.xx.2010), xx.xx.2010-cu il tarixdən Komitənin 4 saylı ərazi Sınaq Sertifikatlaşdırma İdarəsinin rəisi (əmr № 012-k, xx.xx.2010), xx.xx.2010-cu il tarixdən X4 İdarəsinin rəisi (əmr № 101, xx.xx.2010), xx.xx.2012-ci il tarixdən Şəki İdarəsinin rəisi (əmr №079, xx.xx.2012), xx.xx.2013-cü il tarixdən Komitənin Aparatının metrologiya şöbəsində müdir (əmr №067, xx.xx.2013), xx.xx.2017 ci il tarixdən (əmr №036-k, xx.xx.2017) xx.xx.2017-ci il tarixədək Aparatın metroloji təminat şöbəsinin texnoloji proseslərin metroloji təminat sektorunun müdiri, həmin tarixdə vəzifəsinə xitam verilmiş, xx.xx.2017-ci il tarixdən Azərbaycan Metrologiya İnstitutu X6 baş direktor müavini vəzifəsinə təyin edilmiş (əmr №082-k, xx.xx.2017), xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək direktor vəzifəsinin icraçısı (əmr №126-k,xx.xx.2017), xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Aparatın metroloji təminat şöbəsinin texnoloji proseslərin metroloji təminat sektorunun müdiri (əmr № 012-k,xx.xx.2012), xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Metrologiya İnstitutu Publik Hüquqi şəxsin Rəhbərlikdə baş direktorun müşaviri (əmr №097, xx.xx.2 018), xx.xx.2020-ci il tarixdən Azərbaycan Metrologiya İnsititutu Publik Hüquqi şəxsin Biznesin İnkişafı Departamentinin Direktoru (əmr №033, xx.xx.2020), xx.xx.2020-ci il tarixdən X2 Departamentinin direktorunun müşaviri (əmr № 046-k, xx.xx.2020) vəzifələrində işləmişdir.

2. İddiaçıya məxsus 320 saylı 7 iyun 1982-ci il tarixli diplomdan görünür ki, iddiaçı 1980-1982-ci illərdə Azərbaycan KPMK-nin Marksizm-Leninizm Universitetinin Sumqayıt Filialında təhsil almışdır.

3. İddiaçıya məxsus 769350 saylı xx.xx.1978-ci il tarixli diplomdan görünür ki, iddiaçı 1973-1978-ci illərdə M.Əzizbəyov adına X7 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır.

4. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli 081-K saylı Əmri ndən görünür ki, “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1.-ci maddəsinə əsasən dövlət qulluqçusu İddiaçı öz arzusu ilə dövlət qulluğuna 22 iyun 2017-ci il tarixdən xitam verilməsi əmr edilmişdir.

5. Cavabdehin 08 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi məsələsinə publik hüquqi şəxsin yaradılması ilə əlaqədar iddiaçının dövlət qulluğuna xitam verilməsinə dair müvafiq arayışı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim edildikdən sonra baxılacağı bildirilmişdir. Lakin iddiaçı tələb olunan müvafiq arayışı Mərkəzi Filiala təqdim etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin in tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qulluq stajına görə əmək pensiyasına əlavələr də nəzərə alınmaqla iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixində yaşa görə əmək pensiyasına çıxmışdır. 1978-ci ildən başlayaraq 2021-ci ilədək müxtəlif dövlət orqanları və publik hüquqi şəxslərdə əmək fəaliyyəti ilə məşğul olmuş və ümumilikdə 43 ilə yaxın sığorta stajı mövcuddur. Qeyd etdiyi əmək fəaliyyəti dövrünün xx.xx.2002-ci ildən xx.xx.2017-ci ilədək olan hissəsini Azərbaycan Respublikası Stand artlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində (daha sonra isə onun əsasında yaradılmış Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində) dövlət qulluqçusu statusu ilə müxtəlif dövlət qulluğu vəzifələrində çalışmışdır. Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 1234 №-li Fərmanının 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunmasını, qorunub saxlanılmasını və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini təmin edən bir ay müddətində “Azərbaycan Metro logiya İnstitutu” publik hüquqi şəxsinin yaradılması həvalə edilmiş, həmin Fərmanın 5-ci bəndinə əsasən həmin Fərmanın 3.1-3.4-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslər dövlət qeydiyyatına alındığı gündən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin, Dövlət Metrologiya Xidmətinin və Dövlət Akkreditasiya Xidmətinin ləğv edildiyi müəyyən olunmuşdur. Məhz “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsinin yaradılması və müvafiq dövlət qurumlarının ləğv edilməsi səbəbi ilə xx.xx.2017-ci il tarixdə dövlət qulluğuna xitam verilərək Azərbaycan Metrologiya İnstitutu publik hüquqi şəxsinə baş direktor müavini vəzifəsinə təyin edilmişdir. Dövlət qulluğu vəzifəsi nə xitam verildiyi xx.xx.2017-ci il tarixdə iddiaçı artıq 14 ildən artıq müddətdir ki, (xx.xx.2002-ci ildən başlayaraq) Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində dövlət qulluğu vəzifəsində qulluq stajına malik idi. Qanunun 4-cü maddəsindən göründüyü kimi dövlət qulluğuna xitam verildiyi xx.xx.2017-ci il tarixdə iddiaçının 61 yaşı olmuş və həmin tarixdə əmək pensiyası yaşı kişilər üçün 63 yaş olaraq müəyyən edilmişdir. Beləliklə, həmin tarixdə əmək pensiyası yaşına çatmağına 2 ildən daha az müddət qaldığından bu vəziyyətdə 20.11-1-ci maddənin bütün tələbləri ödənilir. Digər tərəfdən iddiaçı 1980-1982ci illərdə Marksizm-Leninizm Universitetində təhsil almışdır. Həmin Universitetdə təhsil aldığı dövr də siyasi partiyada fəaliyyətə bərabər tutulurdu. SSRİ Nazirlər Sovetin in 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin “M” bəndində təsbit edilmişdir ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin ğ) bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Təhsil aldığı Universitetdəki dövrün siyasi partiyada fəaliyyətə bərabər tutulduğunu nəzərə alaraq həmin dövrün də dövlət qu lluğu vəzifəsində qulluq stajı olaraq nəzərə alınmalı olduğunu hesab edir. O cümlədən, hərbi biletindən də göründüyü kimi 1977-ci ildə hərbi xidmətdə olmuşdur. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Hüquq münasibətinə verilməli olan qiymət onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Yuxarıda qeyd olunan hallar Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalara uyğun olaraq iddiaçıya dö vlət qulluğu vəzifəsində qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ verir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır.

8. Cavabdeh iddiaya dair yazılı etirazında göstərmişdir ki, İddiaçı 15 noyabr 2021-ci il tarixli ərizəsi ilə cavabdeh orqana müraciət edərək “Əmək pensiyaları haqqında” Qanunun 20.11-1-ci maddəsinə əsasən ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən vətəndaşa ünvanlanmış 08 dekabr 2021-ci il tarixli məktuba müvafiq olaraq vətəndaşın publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluğuna xitam verilməsini təsdiq edən sənədin təqdim edilməməsi əsası ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Qeyd edir ki, iddiaçı 22 iyun 2017-ci il tarixdə yeni publik hüqu qi şəxsin yaradılması səbəbi ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində dövlət qulluğuna xitam verildiyini və həmin vaxt 14 ildən artıq dövlət qulluqçusu kimi stajı olması səbəbindən sözügedən Qanunun 20.11-1-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası hüququnun mövcud olduğunu iddia edir. Hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. İddiaçının işdən azad olduğu tarixdə (xx.xx.2017) qanunda qeyd edilən yaş həddinə çatması hazırkı məhkəmə mübahisəsinin mübahisələndirilməyən halıdır. Lakin iddiaçının cavabdeh orqana təqdim etdiyi əmək kitabçasında xx.xx.2017-ci il tarixdə dövlət qulluğuna xitam verilməsinin əsası olaraq həmin Qanunun 33.1.1-ci maddəsinə istinad edilmişdir. Qeyd olunanları nəzərə alaraq, 08 dekabr 2021-ci il tarixli məktuba müvafiq olaraq İddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi məsələsinə publik hüquqi şəxsin yaradılması ilə əlaqədar iddiaçının dövlət qulluğuna xitam verilməsinə dair müvafiq arayışı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim edildikdən sonra baxılacağı bildirilmişdir. Lakin iddiaçı tələb olunan müvafiq arayışı Mərkəzi Filiala təqdim etməmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-721/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim M.C.Qarayeva) iddia təmin edilməsi, İddiaçı qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini n tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı işin hallarından göründüyü kimi iddiaçının dövlət qulluğuna xitam verildiyi xx.xx.2017-ci il tarixdə 61 yaşı tamam olduğundan həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən əmək pensiyası yaşı kişilər üçün 63 yaş olduğundan onun nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmasına dair yaş senzi ona münasibətdə ödənilir. Belə ki, cavabdeh də bu şərti mübahisələndirmir. İkinci senzlə bağlı isə qeyd edilməlidir ki, Qanunda göstərilmiş “publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dö vlət qulluğuna xitam verildiyi tarixə” cümləsinin isə cavabdehin dəlillərinə görə məhz “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.2-ci maddəsində nəzərdə tutulmuş dövlət orqanının ləğv edildiyi şərti ilə deyil, həm də 33.1.1-ci maddəsində nəzərdə tutulmuş dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi şərti ilə də baş verə biləcəyini, yəni qanunverici burda əsas şərtin dövlət qulluğundan azad edilmənin baş verməsini və bu şərtlərdən ən azı birinin mövcud olduqda tətbiq oluna biləcəyi nəzərdə tutur. Odur ki, məhkəmənin mövqeyinə görə iddiaçının təqdim etdiyi əmək kitabçasında xx.xx.2017-ci il tarixdə onun dövlət qulluğuna xitam verilməsinin əsası olaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə istinad edildiyinə görə 14 il 7 ay 21 gün dövlət qulluğunda xidmət etmiş şəxsə münasibətdə ona dövlət qulluqçusu kimi pensiya təyinatından inzibati orqanın imtina etməsi formal yanaşma kimi qiymətləndirilməlidir. Cavabdeh orqan onu da nəzərə almamışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 1234 №-li Fərmanının 3.1-ci bəndinə əsasən “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsinin yaradılması və həmin Fərmanın 5-ci bəndinə əsasən həmin Fərmanın 3.1-3.4-cü bəndlərində nəzərdə tutulan müvafiq dövlət qurumlarının ləğv edilməsi səbəbi ilə iddiaçının da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində dövlət qulluğuna xitam verildiyi 22 iyun 2017-ci il tarixə onun 14 ildən artıq dövlət qulluqçusu kimi stajının topladığına baxmayaraq “Dövlət qulluğu haqqınd a” Qanunun 33.1.2.-ci maddəsi əvəzinə, həmin Qanunun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilməsinin rəsmiləşdirilməsi, daha sonra isə hələ həmin tarixdə onun Azərbaycan Metrologiya İnstitutu X6 baş direktor müavini vəzifəsinə təyin edilməsi məhz inzibati orqanın iddiaçının vəziyyətində formal rəsmiləşdirmənin düzgün aparılmamasına dəlalət edir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 11.Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən və məruzəçi: Ş.A.Məmmədova, hakimlər: C.A.Yusifov və P.A.Hüseynov) 2-1(103)-195/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-721/2023 saylı, 20 aprel 2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının əmək kitabçasından, eləcə də Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli 081-K saylı Əmrindən gö rünür ki, “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1.-ci maddəsinə əsasən dövlət qulluqçusu İddiaçı öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi əmr edilmişdir. Əmrin verilməsinə İddiaçı ərizəsi əsas olmuşdur. Məhkəmə Kollegiyası qeyd edir ki, nə qədər ki, İddiaçı öz ərizəsi əsasında “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1.-ci maddəsinə əsasən dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli 081-K saylı Əmri qüvvədədir (İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır və iddiaçı tərəfindən mübahisələndirilməyib, ləğv edilməyib, qüvvədən düşməyib və sair) birinci instansiya məhkəməsinin həmin əmrin məzm ununu, yəni dövlət qulluğuna xitam vermə səbəbini müvafiq dövlət qurumunun ləğv edilməsi səbəbi kimi qəbul edərək mövqeyini inzibati orqanın iddiaçının vəziyyətində formal rəsmiləşdirmənin düzgün aparılmaması kimi əsaslandırması həm dövlət qulluğu, həm pensiya təminatı ilə bağlı münasibətləri tənzimləyən qanunvericiliyin, həm də İİQ-nun 64-cü, İPM-in 68.2-ci maddəsinin tələblərinə ziddir. İddiaçı öz ərizəsi əsasında “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1.-ci maddəsinə əsasən dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri xx.xx.2017-ci il tarixlidir. Lakin Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamı ilə Azərbaycan Respublik asının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilmiş (Sərəncamın 3-cü bəndi) və Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə verilmişdir. (Sərəncamın 4-cü bəndi)

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Ka ssasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya tələbi üzrə ona münasibətdə dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququnun yaranması üçün dövlət qulluğuna xitam verildiyi tarixə aşağıdakı şərtlər ödənilməlidir: Dövlət qulluğuna dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar xitam verilməsi: əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalması, dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajının olması. Bildirilir ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı işdən azad olduğu tarixdə (xx.xx.2017) sözügedən normada qeyd edilən yaş hə ddinə çatması (61 yaş) hazırkı işin mübahisələndirilməyən halıdır. “Dövlət qulluğu haqqında” Qanunun 33-cü maddəsində dövlət qulluğuna xitam verilməsinin əsasları müəyyən edilmişdir. Həmin maddədə dövlət qulluğuna xitam edilməsinin əsasları siyahısına a) dövlət qulluqçusunun öz xahişi (33.1.1), b) dövlət orqanının ləğv edilməsi (33.1.2) də daxil edilmişdir. Lakin iddiaçının cavabdeh orqana təqdim etdiyi əmək kitabçasında xx.xx.2017-ci il tarixdə dövlət qulluğuna xitam verilməsinin əsası olaraq həmin Qanunun 33.1.1-ci maddəsinə istinad edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.11-1-ci maddəsinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-1-ci maddəsinə əsasən iddiaçının hazırkı iddiası o zaman təmin oluna bilərdi ki, xx.xx.2017-ci il tarixdə iddiaçının dövlət qulluğuna publik hüquqi şəxsin yaradılması ilə əlaqədar xitam verildiyi müəyyən olunsun. Lakin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan və ona qoşma sənədlərdən (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xx.xx.20717-ci il tarixli 081-K saylı Əmrindən) görünür ki, “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluqçusu İddiaçı öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi əmr edilmişdir. Əmrin verilməsinə İddiaçı ərizəsi əsas olmuşdur. İddiaçının işdən azad olduğu tarixdə (xx.xx.2017) dövlət qulluğuna xitam verilməsinin əsasını öz xahişi təşkil etdiyindən onun iddiasının əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 20.11-1-ci maddəsi üzrə tələbinin təmin edilməsi qanunvericiliyin tələbl əri baxımından mümkün hesab edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirlər ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olduğundan Bakı Apellyasiya Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2-1(103)-195/2024 nömrəli qərarı qanuni və əsaslı olmuş, odur ki, məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.0.1. Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pe nsiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunveric ilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); Maddə 20.11. Bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsin də 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Maddə 20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti o rqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. 18. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği döv lət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Maddə 23.2-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əs aslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə m übahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı ləğv olunmalıdır.

23. Hazırkı iş üzrə iddiaçının hüququ marağı ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.

24. Şəxsin dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı əsasında dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququnun yaranması üçün iki dispozisiya şərti ödənilmə lidir: 1) Həmin şəxsin dövlət qulluğuna publik hüquqi şəxsin yaradılması ilə əlaqədar xitam verilməlidir; 2) Onun dövlət qulluğuna xitam verildiyi tarixə qanunvericilikdə nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmalıdır.

25. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin müəyyən edilmiş hallarına əsasən iddiaçıya münasibətdə qeyd edilən dispozisiya şərtləri ödənilir.

26. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının dövlət qulluğuna xitam verildiyi xx.xx.2017-ci il tarixdə 61 yaşı tamam olduğundan həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən əmək pensiyası yaşı kişilər üçün 63 yaş olduğundan onun nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmasına dair yaş tələbi ona münasibətdə ödən ilir. xx.xx.1956-cı il təvəllüdlü İddiaçı işdən azad olduğu tarixdə (xx.xx.2017) sözügedən normada qeyd edilən yaş həddinə çatması (61 yaş) hazırkı işin mübahisələndirilməyən halıdır.

27. Dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının dövlət qulluğuna xitam verilməsinin publik hüquqi şəxsin yaradılması ilə bağlı olması halı ilə əlaqədar isə qeyd edilməlidir ki, “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə bir ay müddətində dövlət kəmiy yət vahidləri etalonlarının əldə olunmasını, qorunub saxlanılmasını və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini təmin edən “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsinin yaradılması tapşırılmışdır.

28. Hazırkı işin hallarından müəyyən olunur ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1. maddəsinə (dövlət qulluqçusunun öz arzusu ilə) əsasən Aparatın Metroloji təminat şöbəsinin Texnoloji proseslərin metroloji təminatı sektorunun müdiri İddiaçı dövlət qulluğuna 22 iyun 2017-ci il tarixdən öz arzusu ilə xitam verilmiş, məhz həmin tarixdə də Azərbaycan Metrologiya İnstitutu X6 baş direktor müavini vəzifəsinə təyin edilmişdir.

29. Bununla bağlı qeyd edilməlidir ki, 22 iyun 2017-ci il tarixdə iddiaçının ərizəsinə əsasən Standartlaşdırma, Metrol ogiya və Patent üzrə Dövlət Komitəsində dövlət qulluğuna xitam verildiyi təqdirdə, məhz həmin tarixdə də Azərbaycan Metrologiya İnstitutu X5 baş direktor müavini vəzifəsinə təyin edilməsi iddiaçının dövlət qulluğuna xitam verilməsinin publik hüquqi şəxsin yaradılması ilə bağlı olduğunu göstərir.

30. İddiaçının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində dövlət qulluğuna xitam verildiyi 22 iyun 2017-ci il tarixdə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.2.-ci maddəsi əvəzinə, həmin Qanunun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilməsinin rəsmiləşdirilməsi, daha sonra isə həmin tarixdə onun Azərbaycan Metrologiya İnstitutu X6 baş direktor müavini vəzifəsinə təyin edilməsi məhz inzibati orqan tərəfindən iddiaçının vəziyyətində formal rəsmiləşdirmənin düzgün aparılmadığını göstərir.

31. Bundan başqa, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 22 iyun 2017-ci il tarixli 081-K əmrindən həmçinin görünür ki, iddiaçının çalışmış olduğu şöbənin müdiri vəzifəsinə X3 təyin edilməsi ilə bağlı da “Dövlət qulluğu haqqında” Qanunun 21.1.6-cı maddəsinə (dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük) istinad olunmuşdur.

32. Göründüyü kimi iddiaçının dövlət qulluğuna öz arzusu ilə xitam verilməsi qeyd olunsa da, hazırkı işin faktiki halları ilə təsdiq olunur ki, iddiaçının dövlət qulluğuna xitam verilməsi publik hüquqi şəxsin yaradılması ilə bağlı olmuşdur.

33. Hazırkı hal da iddiaçı ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmiş, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur, bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir.

34. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı əsasında dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququnun yaranması üçün iki dispozisiya şərti: 1) dövlət qulluğuna publik hüquqi şəxsin yaradılması ilə əlaqədar xitam verilməsi; 2) dövlət qulluğuna xitam verildiyi tarixə qanunvericilikdə nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalması mövcud olduğundan cavabdehin iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Odur ki, İddiaçı qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

35. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunmaması barədə düzgün nəticəyə gəlmədiyindən kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edil məsi barədə yeni qərar qəbul edilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-195/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar