Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1597/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, sonradan tərtib edilmiş əmək kitabçasındakı məlumatların mötəbərliliyi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X9 Bakı şəhəri Sabunçu rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 21(103)-268/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı x xxxx 1955-ci il təvəllüdlüdür, xx xxxxxx 2018-ci il tarixli əmək kitabçasına əsasən, xx xxxxxxxx 1975-ci il tarixdən xx xxxx 1982-ci il tarixə kimi “Bərdə rayonlararası təsərrüfat X1”ndə, xx xxxx 1983-cü il tarixdən xx xxxxxxxx 2003-cü il tarixədək “X15 Nəqliyyat” ASC-də sürücü olaraq çalışmışdır. Bərdə R ayon İcra Hakimiyyəti Bərdə Rayon Dövlət Arxivinin x xxxxxx 2018-ci il tarixli arxiv arayışına görə, iddiaçı xx.xx.1980-ci il tarixli 256 saylı əmrlə Bərdə rayon 4 nömrəli X5 işdə hesab edilmiş, xx.xx.1981-ci il tarixli 217 nömrəli əmrdə işlədiyi qeyd edilmiş, xx.xx.1982-ci il tarixli 145 nömrəli əmrdə ona 94,63 manat pul verildiyi əks olunmuşdur. Cavabdehin iddiaçıya ünvanladığı x xxx 2019-cu il tarixli məktubdan görünür ki, iddiaçı x xxx 2019-cu il tarixli ərizə ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, x xxxxxx 2019-cu il tarixdən kişilər 64 yaşı tamam olduqda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğind ən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının şöbəyə təqdim etdiyi sənədlər əsasında ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan pensiya sığorta kapitalı olmadığına görə əmək pensiyası hüququ yaranmır. İddiaçı x xxxx 2019-cu il tarixdə iddia ərizəsi ilə cavabdehə qarşı məhkəməyə müraciət edərək iddiaçının əmək kitabçasında və arxiv arayışında qeyd olunan illəri ümumi sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi yerlər haqqında əmək kitabça sında müvafiq qeydlər aparılmışdır. xx.xx.1980-ci l tarixdən xx.xx.1982-ci il tarixədək olan işlədiyi yerlər barədə Bərdə rayon Milli arxiv idarəsindən arayış verilmişdir. Daha sonra iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası qanunsuzdur. İddianın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 7ci, 31-ci, İPM-in 45 və 47-ci maddələrinə istinad edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, 2-1(81)-2423/2019 saylı iş) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X3-məruzəç i, X4 və X8, 2-1(103)-268/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının iddia tələbini təmin etməmişdir. Apelyasiya instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçının mübahisəli dövrdə əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən mötəbər əmək kitabçası cavabdehə və məhkəməyə təqdim olunmamışdır, işdə olan arxiv arayışı isə Qaydalarla nəzərdə tutulmadığı üçün belə bir hüquqi əhəmiyyətə malik deyil. Bundan əlavə, arxiv arayışı iddiaçının cəmi 2 ildən az iş stajı barədə məlumatları ehtiva edir. Bununla da, iddiaçının əmək kitabçası ona görə qeyri-mötəbər hesab edilir ki, həmin kitabçada 1975-ci, 1980 və 1983-cü illərə dair məlumatlar latın qrafikası ilə doldurulmuş, “Bərdə rayonlararası Təsərrüfat X1”nin qeydləri həm Bərdə “xxxxxxxxxxxxx ” ASC-nin, həm də sonuncunun latın qrafikalı möhürü ilə təsdiq edilmiş, 1983-cü ilin qeydləri isə eyni qaydada “X15 Nəqliyyat” ASC tərəfindən təsdiq olunmuşdur. Halbuki 1975-1983-cü illərdə Azərbaycan SSR-də xüsusi mülkiyyətə əsaslanan səhmdar cəmiyyətləri fəaliyyət göstərmirdi. Təqdim olunması qanunvericiliklə imperativ qaydada tələb edilən sənədin (mötəbər əmək kitabçasının) təqdim edilməməsi iddianın əsassızlığına dəlalət edir. İddiaçı xx xxx 2020-ci il tarixdə qərarın surətini almış, xx xxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmə k pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alman sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: Qaydaların 3.1.1-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsa sən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər kabinetinin xx xxxxxx 1996-cı il tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində iş stajının təsdiq edilməsi qaydası nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. “Əmək pensiyaları haqqın da” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki, bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını x ahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edil ir. İddiaçı işlədiyi illərin sosial sığorta stajı kimi müəyyən edilərək, ona hüququnun yarandığı tarixdən əmək pensiyası təyin edilməsini xahiş edir. Cavabdeh hesab edir ki, təqdim edilən sənədlərdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan pensiya kapitalı olmadığına görə əmək pensiyası hüququ yaranmamışdır. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... İddia mümkün lük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulu n 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun müddəalarına görə iddiaçının 25 il sığorta stajı və 63 yaş 6 ayı olduğu təqdirdə pensiya hüququ yaranacaqdır. İddiaçı x xxxx 1955-ci ildə doğulmuşdur. Onun 63 yaşı x xxxx 2018-ci il tarixdə tamam olmuşdur. Qanunun 7-ci maddəsinin Qeyd hissəsi nəzərə alınarsa, iddiaçının 2017-ci ilin iyulun 1-dən 2018-ci ilin iyulun 1-dək olan müddət (bu dövr daxilində iddiaçının 63 yaşı tamam olduğuna görə) üzrə 6 aylıq dövr 63 yaşa əlavə edilməklə, 63 yaş 6 aydan, yəni x xxxxxxxx 2018-ci ildən pensiya hüququ yaranmış olur. İddiaçının 25 il sığorta stajı ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İddiaçıya məxsus əmək kitabçasındakı məlumatlara görə ümumi sığorta stajı 25 ildən çoxdur. Əmək kitabçasına görə iddiaçının fəal iyyət göstərdiyi dövr 1975-1980 və 1983-2003cü illəri əhatə edir. İddiaçının 1980-1991-ci illərdə işlədiyi dövrlərdə qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin x xxxxxx 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci bəndinin a) yarımbəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut kimi qəbul edilmişdir. İddiaçının 1992-2003-cü illərdə işlədiyi vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşları n başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət X12 sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu qayda “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də əksini tapmışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1 -ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına say ılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. Bəhs olunanlara əsasən iddiaçının əmək kitabçası iş stajını təsdiq edən sənəd kimi qəbul edilə bilər. Lakin iddiaçıya məxsus əmək kitabçasının surətindəki məlumatlara görə 2003-cü ilə qədər əmək fəaliyyəti ilə məşğul olsa da, əmək kitabçası xx xxx xxx 2018-ci il tarixdə tərtib edilmişdir. Əmək kitabçasının uzun illər sonra tərtib edilməsi barədə apelyasiya məhkəməsinin narahatçılığını qəbul edən məhkəmə kollegiyası hesab edir ki, əmək kitabçasında olan iş dövründə iddiaçının həqiqətən fəaliyyət göstərməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 3.1- i bəndində qeyd edilir ki, əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur (7.2-ci bənd). Əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir (7.3-cü bənd). Əmək kitabçasının hansı idarə, müəssisə tərəfindən tərtib edilməsi, tərtib edilərkən iddiaçının iş fəaliyyəti barədə məlumatların hansı sübutlar (əmrlər, arayış, əmək haqqı cədvəli və s.) əsasında qeydə alınması məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçının işlədiyi idarə və müəssisələrin hazırda fəal iyyət göstərib-göstərməməsi, həmin təşkilatların iddiaçının işlədiyi vaxt mövcud olması, iddiaçının həqiqətən işləməsi barədə aidiyyəti dövlət orqanlarına, həmçinin iş yerləri üzrə təşkilatlara sorğular edilməmişdir. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). İPM-in 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). İPM-in 12-ci maddə sinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apelyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi hissəsində təmin oluna bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi nin İnzibati kollegiyasının 2-1(103)-268/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarıləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1597/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1597/2020
12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver