Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1597/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyini, ödənişsiz məzuniyyət dövrünün sığorta stajına daxil edilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası X4 Nəbizadə (məruzəçi), Zakir Müslüm oğlu Quliyev və X3 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fo ndu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1031/2023 nömrəli, 3 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçının xx.xx.2022-ci tarixdə 65 yaşı tamam olmuş, həmin tarixdən ona yaşa görə sosial müavinət təyin edilmişdir.
2. İddiaçının əmək kitabçasına əsasən o, xx.xx.1974 - xx.xx.1975-ci il tarixlərdə Xanlar” adına sovxozda briqadir (əmr No 98, xx.xx.1974) və xx.xx.1978-xx.xx.1978-ci il tarixlərdə “Xanlar” adına sovxozda fəhlə (əmr No 01/24, xx.xx.1978), xx.xx.1978-ci il tarixdən (əmr No 563/ok, xx.xx.1978) xx.xx.2005-ci il tarixədək “Bakı Təcrübə Eksperimental Zavodu"nda elektrik qaynaqçısı və usta peşələrində işləmişdir.
3. İddiaçının hərbi biletinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci tarixədək dövrlər onun hərbi xidmət dövrü və təhsil haqqında diploma istinadən xx.xx.1975-ci il tarixdən xx.xx.1985-ci il tarixədək olan dövrlər qısa fasilələrlə onun təhsil aldığı dövrü təşkil edir.
4. İddiaçı 4.04.2022-ci il tarixli arxiv arayışına əsasən X5 Su Cəmiyyəti Su X2 Təsərrüfatı və X6 xx.xx.1997-cı il tarixli 60/k saylı əmrinə əsasən xx.xx.1997-ci tarixdən su sayğaclarının təmiri və bərpası sexinə 6-cı dərəcəli çilingər vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1998-ci il tarixli 18/k saylı əmrinə əsasən xx.xx.1998-ci il tarixdən öz xahişi ilə işdən azad olunmuşdur.
5. İddiaçı cavabdehə müraciət edərək yaşa görə pensiya təyin edilməsini xahiş etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubu ilə iddiaçının 23 il iş stajı olmasını əsas gətirərək müraciətin icrasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona xx.xx.2022-ci il tarixdən 65 yaşının tamam olduğu vaxtdan yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1997-ci ildən xx.xx.2005-ci il tarixədək ödənişsiz məzuniyətdə olsa da, işdən çıxmamış və həmin iş illəri iddiaçı nın sığorta stajına aid edilmişdir. Həmçinin bildirilmişdir ki, 04.04.xx.xx.1997-ci ildən xx.xx.1998-ci il tarixədək X5 Su Cəmiyyəti Su X2 Təsərrüfatı və X7 su sayğaclarının təmiri və bərpası sexində 6-cı dərəcəli çilingər vəzifəsində işləməyi də nəzərə alınmamışdır. İddiaçının ümumilikdə hərbi xidməti dövrü nəzərə alınmaqla 31 ilə yaxın iş stajının olmasını təsdiq edən əmək kitabçası və arxiv arayışı olduğu halda cavabdeh əsassız olaraq yuxarıda qeyd olunan iddiaçının iş illərini nəzərə almayaraq iddiaçıya pensiya təyin etməmiş və iddiaçının pensiya hüquqları pozulmuşdur.
8. Cavabdeh məhkəməyə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əmək kitabçasında qeyd olunan xx.xx.1992-xx.xx.2005- ci il tarixlərdə “Bakı Təcrübə Eksperimental Zavodu”nd akı fəaliyyətinin yoxlanılması zərurətinin olması bildirilmiş və buna uyğun olaraq da xx.xx.2022-ci il tarixdə "xxxx" ASCdə qarşılıqlı yoxlama aktı tərtib edilmişdir. Tərtib olunan akta əsasən iddiaçının 1978-2005ci illərdə “Bakı Təcrübə Eksperimental Zavodu”nda işlədiyi və bu müddət ərzində xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək öz hesabına ödənişsiz məzuniyyətdə olması müəyyən edilərək müraciətin təmin olunmasından imtina edilmişdir. Həmçinin iddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli arxiv arayışında xx.xx.1997-xx.xx.1998-ci illərdə “X5 Su Cəmiyyəti Su X2 Təsərrüfat və X9”ndə işlədiyi qeyd olunsa da, sözügedən dövrlər əmək kitabçasında olan dövrlərlə üst-üstə düşdüyündən və əmək kitabçasına daxil edilmədiyindən sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Əlavə olaraq 1975-19 85-ci illəri əhatə edən təhsil dövrü də əmək kitabçasında qeyd olunan dövrlərlə üst-üstə düşdüyünə görə sığorta stajına daxil edilməmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: M.Qarayeva) 27 sentyabr 2022-ci il tarixli, 21(112)-9077/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixdən 65 yaşının tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçının hərbi xidmət dövrü və təhsil dövrü, həmçinin əmək kitabçasında göstərilən iş müddəti nəzərə alınmaqla 25 ildən artıq ümumi iş stajının mövcud olması öz təsdiqini tapmış və məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmamışdır.
11. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1031/2023 nömrəli iş üzrə 3 mart 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: M.Tağızadə, hakimlər: K.Əkbərov və R.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 sentyabr 2022-cı il tarixli, 2-1(112)-9077/2022 saylı qərarı dəyişdirilməd ən qüvvədə saxlanılması qərara alınmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayətində işin halları, imtina məktubunun dəlilləri təkrarlanmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iş üzrə əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamış və iş üzrə sübutları düzgün qiymətləndirməmişdir.
16. Bundan əlavə qeyd edilmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı q eydə alınmamışdır.
17. Bundan əlavə qeyd edilmişdir ki, iddiaçının xx.xx.2022-ci il tarixli arayışındakı dövrlər sosial sığorta stajına daxil edilsə belə, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajı tamamlanmır. Həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasının doldurulma tarixi doğru qeyd edilməmiş və açılma barədə möhür və imza yoxdur.
18. Əlavə olaraq bildirilmişdir ki, iddiaçı tərəfindən qeyd olunan dövrlərdə ödənişsiz məzuniyyətdə olduğu etiraf edilib, iddiaçı barəsində Sosial Ödənişlərin Təyinatı üzrı X1 və araşdırma şöbəsinin iddiaçının 1997-2005-ci illər ərzində ödənişsiz məzuniyyətdə olduğunu təsdiq edən xx.xx.2022-ci il tarixli akt məhkəməyə təqdim edilsə də, məhkəmələr qeyd olunan sübutlara qiymət verməmişdir. b. Kassasiya şikayəti nə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanun Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığor ta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: Maddə 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyat a keçirilir. Maddə 21-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: Maddə 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəal iyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; b) yaradıcılıq ittifaqları və peşəkar birlikləri üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə respublika Pensiya Fonduna sığorta haqqı keçirdikdə; v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; q) idarə tabeliyindən və xüsusi, yaxud hərbi rütbənin olub-olmamasından asılı olmayaraq hərbiləşdirilmiş mühafizə və xilasetmə hissələrində, xüsusi rabitə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmay araq; ə) işsizlik müavinətinin verildiyi müddət, yaxud haqqı ödənilən ictimai işlərdə iştirak etdiyi müddət, müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə bir yaşayış məntəqəsindən digərinə köçmək və işə düzəlmək üçün müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət; j) iş dövründə başlanmış müvəqqəti əmək iqtidarsızlığı müddəti; z) əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən işləməyən İ və İİ qrup əlillərin pensiyada olduqları müddət; i) zabit heyəti, praporşik, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçu arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları dövr, lakin 10 ildən artıq olmamaq şərti ilə; ı) müalicə-əmək müəssisələrində məcburi müalicə dövründə iş müddəti; k) azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt; g) şəxsin qanunsuz tutulma, həbsdə olma və cəza çəkmə müddətləri, eləcə də işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət. İşin hər ili üçün pensiyanın məbləği artırılarkən bu maddənin “a”—”z” və "g" bəndlərində göstərilən dövrlər nəzərə alınır. Yaşa görə pensiya təyin olunandan sonrakı əmək fəaliyyəti ümumi əsaslarla iş stajına daxil edilir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən xüsusilə zərərli və ağır iş sahələri üzrə iş stajı hesablanarkən (13-cü maddənin “a” bəndi) həmin işdə alınmış əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlillik müddəti göstərilən staja daxil edilir. İşin hər ili üçün pensi yanın məbləği artırılan zaman yaşa görə pensiya təyin edildikdən sonrakı iş stajı nəzərə alınmır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci- yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə
71. Pensiyaların əmək haqqına görə hesablanması Pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onu n müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır, pensiya üçün müraciət edənin arzusuna əsasən aşağıdakılar həmin aylardan çıxılır: işə qəbul olunduğu və işdən azad edildiyi natamam aylar; növbəti məzuniyyətlərə, o cümlədən tam olmayan, eləcə də ödənişsiz məzuniyyətlərə təsadüf edən aylar; əlil olduğu müddət və ya sağlamlığına zərər dəyməsi ilə əlaqədar zərərin ödənilməsi müddəti; uşağa qulluq üçün məzuniyyətdə olma müddəti; İ qrup əlilə, 16 yaşına qədər əlil uşağa və 70 yaşına çatmış qocalara qulluq müddəti; [59] ali, orta ixtisas, texniki peşə məktəblərində, kadrlar hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtis askeçmə kursların-da, aspiranturada, doktoranturada, klinik ordinaturada əyani təhsil müddəti; müddətli hərbi və ya alternativ xidmət müddəti; əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət alma müddəti; işsizlik müavinəti alma müddəti və ya işsizin yenidən peşə hazırlığı və təhsil müddəti. Bu halda pensiyaçının arzusu ilə çıxılmış aylar göstərilmiş 24 və 60 aylıq müddətdən əvvəlki və ya sonra gələn aylarla əvəz edilir. Pensiyaların məbləğləri və onlara əlavə hesablanarkən onların qəpik hissəsi manata qədər yuvarlaqlaşdırılır.
22. Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi (10 dekabr 1971 Maddə
74. Əmək haqqı saxlanılmadan məzuniyyət Ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə fəhlə və ya qulluqçuya onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın rəhbərinin, yaxud ist ehsalat vahidi rəhbərinin icazəsi ilə əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilə bilər, bu məzuniyyət əmrlə (sərəncamla) rəsmiləşdirilir. Lazımi hallarda tərəflərin razılığı ilə bu məzuniyyətin əvəzində fəhlə və ya qulluqçu istehsalın şərait və imkanları əsas götürülməklə, sonrakı dövrdə işləyə bilər (4, 6).
23. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (1 sentyabr 2000-ci il) Maddə
9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır:... x) hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək;... Maddə
54. Əmək şəraitinin təmin edilməsi
1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir:... bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını;... Maddə
79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar
1. İşəgötürən tərəfindən:... məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddə
111. Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları
1. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməs i yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.
2. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər. Maddə
112. Məzuniyyətin növləri
1. İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir:... ç) ödənişsiz məzuniyyət. Maddə
128. Ödənişsiz məzuniyyətdən istifadə hüququ Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Maddə
129. Ödənişsiz məzuniyyətlərin növləri
1. Ödənişsiz məzuniyyətl ər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.
2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. [194] [194] 24 fevral 2009-cu il tarixli 771-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 129-cu maddənin 2-ci hissəsində “müddəti” sözündən sonra "xxxx" sözləri əlavə edilmişdir. Maddə
146. Müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məzuniy yətə buraxılmasının tənzimlənməsi
1. Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır.
2. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolve rilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Maddə
169. Boşdayanma vaxtı əməyin ödənilməsi
1. Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
2. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. 24. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: Maddə
1. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel ta rixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Maddə
4. Bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Maddə
5. Bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir.
25. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müda xiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.
4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
28. İddiaçı 65 yaşı və 25 il ümumi stajı olduğunu bildirib yaşa görə pensiya təyin edilməsini xahiş etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir.
29. Cavabdehin şikayətinin dəlillərinə görə Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialın Monitorinq və araşdırma şöbəsinin xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktına əsasən iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1997-xx.xx.2005-ci il tarixlərdə ödənişsiz məzuniyyətdə olduğu dövrün qanunvericiliyin tələbləri baxımından sığorta s tajı kimi nəzərə alınması mümkün deyildir. Bu səbəbdən iddiaçı 25 il ümumi sığorta stajına malik olmadığından yaşa görə pensiya hüququ yaranmamışdır.
30. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 31. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələbinə görə iddiaçının yaşa görə pensiya hüququnun yaranması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.
32. İddiaçının qanunvericiliyin tələb etdiyi həddə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı mövcud olmamışdır.
33. C avabdeh iddiaçının ümumi stajının 22 il 2 ay oluğunu qəbul edir.
34. Bundan əlavə, "xxxx"Açıq Səhmdar Cəmiyyətinin “Bakı Sukanal” idarəsinin 18 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı X5 Su Cəmiyyəti Su X2 Təsərrüfatı və X6 xx.xx.1997-cı il tarixli 60/k saylı əmrinə əsasən xx.xx.1997-ci tarixdən su sayğaclarının təmiri və bərpası sexinə 6-cı dərəcəli çilingər vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1998-ci il tarixli 18/k saylı əmrinə əsasən xx.xx.1998-ci il tarixdən öz xahişi ilə işdən azad olunmuşdur.
35. İddiaçının 9 ay 4 gün əmək fəaliyyəti ilə məşğul olması iş yerinin arayışları ilə təsdiq olunduğundan həmin dövr onun ümumi iş stajına daxil edilməlidir.
36. Cavabdehin qəbul etdiyi 22 il 2 ay da nəzərə alınmaqla ümumi staj 22 il 11 ay 4 gün təşkil edir.
37. İddiaçının “Bakı Təcrübə Eksperimental Zavodu”nda işlədiyi vaxt əmək kitabçasında qeyd edilən xx.xx.1997-xx.xx.2005-ci il tarixlərdə ödənişsiz məzuniyyətdə olması iddiaçının iddia ərizəsi, cavabdehin və iddiaçının iş yeri üzrə nümayəndələrinin birgə tərtib və təsdiq etdikləri aktla təsdiq olunur.
38. İddiaçının 1997-1999-cu illərdə ödənişsiz məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin 74-cü maddəsində əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilməsi nəzərdə tutulmuşdur. 39. 1999-2005-ci illərdə işlədiyi dövrdə qüvvədə olmuş Əmək Məcəlləsinin 129cu maddəsinin 2-ci bəndinə görə işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.
40. Həmçinin həmin Məcəllənin 128-ci maddəsinə görə qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
41. İşin hallarından görünür ki, iddiaçının ödənişsiz məzuniyyəti qısa müddətli olmamış və ödənişsiz məzuniyyətin verilməsinə əsas olan hallar mövcud olmamışdır.
42. Apelyasiya instansiyası məhkəməsi “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanuna istinad edərək hesab edir ki, qanunvericiliklə bütün sığortaedənlərin məcbu ri dövlət sosial sığorta haqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinmişdir. Buna görə də iddiaçının xx.xx.1997xx.xx.2005-ci il tarixlərdə ödənişsiz məzuniyyətdə olması həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmamasını istisna edir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, adı çəkilən Qanunda ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə silinməsindən bəhs olunur. Bu işdə iddiaçının xx.xx.1997-xx.xx.2005-ci il tarixlərdə faktiki olaraq “Bakı Təcrübə Eksperimental Zavodu”nda işləməsi, ona əmək haqqı hesablanması, əmək haqqından məcburi dövlət sosial sığorta haqları tutulması, lakin ödənilməməsi, nəticədə borc yaranmasına dair hər hansı məlumat mövcud deyildir. Apelyasiya məhkəməsinin istinad etdiyi Qanunun 1-ci maddəsində sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə silinməsindən bəhs olunur. İddiaçı xx.xx.1997-xx.xx.2005-ci il tarixlərdə “Bakı Təcrübə Eksperimental Zavodu”nda işləmədiyi halda uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclardan söhbət gedə bilməz. Bu səbəbdən hazırkı mübahisəyə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun müddəaları tətbiq edilə bilməz.
44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, həm “Vətəndaşların pensiya təminatı h aqqında” Qanunda, həm də “Əmək pensiyaları haqqında” Qanunda 1 yanvar 2006-cı ilədək ödənişsiz məzuniyyət dövrünün pensiya təyini zamanı ümumi staja aid etməsini nəzərdə tutmamışdır.
45. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin 17 may 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Bu normaya görə 6 ay müddət iddiaçının ümumi stajına daxil edilsə belə, yenə 25 il ümumi staj mövcud olmayacaqdır.
46. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının ödənişsiz məzuniyyətdə olması onun təqsiri üzündən baş verməmişdir və həmin dövrdə qüvvədə olan qanunvericilik no rmalarına əsasən qeyd edilən aylar iddiaçının arzusu ilə onun iş stajına daxil edilə bilər (Əmək Məcəlləsinin 146.2 və 169.1-ci maddələri).
47. Bəhs olunan hüquq normalarına görə işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə xəbərdarlıq etdikdə işçilərə işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
48. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ödənişsiz məzuniyyətdə, boşdayanma halıının olması işəgötürənin təqsiri üzündən baş verməsi, habelə boşdayanmanın başlanması haqqında iddiaçının işəgötürənə məlumat verməsi, işəgötürən tərəfindən iddiaçıya ödəniş edilməsi iş materialları ilə sübut edilmir.
49. Bəhs olunanlara əsasən işin hazırkı vəziyyətində iddiaçının xx.xx.1997xx.xx.2005-ci illərdə (6 ay istisna olmaqla) ödənişsiz məzuniyyətdə olması dövrünün onun ümumi sığorta stajına daxil etməklə apelyasiya məhkəməsi haqlı olmamışdır.
50. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan azı 25 il sığorta stajı olmadığından kasasiya şikayəti təmin edilərək apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
51. Məhkəmə kollegiyası şərh olunanları rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 3 mart 2023-cü il tarixli 2(103)1031/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.