Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1598/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Iddiaçı vəkili Vəkil iştirakı ilə İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilərək qaçqın statusunun verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-392/19 saylı 14 fevral 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 24.04.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq a şağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Əfqanistan İslam Respublikasının vətəndaşı ****-ci il təvəllüdlü Iddiaçı 01.02.2018-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, onunla müsahibə keçirildikdən sonra Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 30.04.2018-ci il tarixli XX***/* saylı qərarına əsasən qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmış, həmin qərardan yuxarı inzibati orqana iddiaçı tərəfindən edilmiş şikayət 10.07.2018-ci il tarixli qərarla təmin edilməmişdir. İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin XX***/*saylı, 30 aprel 2018-ci il tarixli və 58 saylı, 10 iyul 2018-ci il tarixli qərarlarının ləğv edilməsi, Iddiaçı qaçqın statusunun verilməsi haqqında vəsatətinin təmin edilərək qaçqın statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3847/18 saylı, 14.11.2018-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı Iddiaçı apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3847/18 saylı, 14.11.2018-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-392/19 saylı 14 fevral 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İn zibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3847/18 saylı, 14.11.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, qaçqın statusu verilməsi haqqında vəsatətə əsasən ərizəçi ölkəsini qaçqın anlayışında əks olunmuş 5 əsasdan hər hansı birinə uyğun gələn təqibə məruz qaldığını əsaslandıra bilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-392/19 saylı 14 fevral 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətində iddiaçı işin faktiki halları məhkəmə tərəfindən tam aydınlaşdırılmamışdır. İddiaçı 1985-ci ildə Əfqanıstanda doğulmuş, 18 yaşında olanda İrana getmiş və 7 ilə qədər orada yaşamışdır. Sonra Əfqanıstana qayıtmış və 1 il 7 ay polis məmuru işləmiş, Talibana qarşı hərbi əməliyyatlarda iştirak etmişdir, Talibanın onun polis məmuru olması barədə bilməsini Malik adlı şəxsdən öyrənmiş və bundan narahat olmuşdur. Bundan başqa qardaşının arvadı onu sevgili olmaq təklifini etməkdə günahlandırmış, bu da ailədaxili münaqişəyə səbəb olmuşdur. İddiaçı əvvəlcə İrana, oradan isə Azərbaycana gəlmiş və qeyd edilən problemlərə görə də öz ölkəsinə qayıtmaq istəmir. İddiaçı AİHK-nın 3, 8, 13-cü maddələrinə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-392/19 saylı 14 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhk əmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Iddiaçı vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-392/19 saylı 14 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-243/19 saylı 17 yanvar 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Göründüyü kimi, şəxsin qaçqın sayılması üçün onun təqibi sadalanan beş səbəbdən biri ilə əlaqədar özünü biruzə verməlidir: irqi əlamət, milli mənşə, dini etiqad, müəyyən sosial qrup a mənsubiyyət və siyası əqidə. Hazırkı iş üzrə qaçqın statusu verilməsi haqqında vəsatətə əsasən ərizəçi ölkəsini qaçqın anlayışında əks olunmuş 5 əsasdan hər hansı birinə uyğun gələn təqibə məruz qaldığını əsaslandıra bilməmişdir. Belə ki, şəxsin qaçqın hesab edilməsi üçün irqi, dini, milli və bu kimi digər əlamətlərinə görə öz ölkəsini tərk etməyə məcbur olmalıdır. İddiaçının “qaçqın” statusu verilməsi barədə vəsatətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılaraq müəyyən edilmişdir ki, iddiaçı vətəndaşı olduğu ölkəyə qayıtmaq istəməməsini polis məmuru vəzifəsində işləməsi ilə əlaqədar Taliban qruplaşması tərəfindən təhdid olunması və ailə üzvləri tərəfindən qardaşına xəyanət etməkdə təqsirləndirilməsi ilə əlaqələndirmək istəsə də, Miqrasiya Xidmətinə müsahibə zamanı ver diyi izahatlardan onun təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş həmin müsahibənin məzmunundan görünür ki, iddiaçı heç bir real hədə qorxusu olmadan öz mənşə ölkəsində yaşamış, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, nə özü, nə də ailəsi dövlət orqanları tərəfindən hər hansı səbəbdən təqibə məruz qalmamışlar. Müsahibə zamanı iddiaçı İranda bir müddət yaşadıqdan sonra könüllü olaraq Əfqanıstana qayıtdığını ğöstərmişdir. Bu hal təsdiq edir ki, iddiaçı öz ölkəsinə sərbəst gedib-gəlir və mənşə ölkəsində onun üçün heç bir real hədə yoxdur. Göründüyü kimi, iddiaçı hazırkı iş üzrə qaçıqın statusunun verilməsi üçün zəruri olan faktiki şərtlərin mövcudluğunu sübuta yetirmədiyindən iddia tələbi əsassızdır. A zərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin «Qayda»nın 1 -ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin «Qayda»nın 7-9-cu bəndlərinə əsasən: - «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. - Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xah işinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. -«Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini b ildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edil məməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı Iddiaçı nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-392/19 saylı 14 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1598/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1598/2019
24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver