Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1598/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü, subyektiv hüquq). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (3-cü şəxs: X4) “qərarın və alqısatqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2041/2022 saylı, 8 iyun 2022-ci il tarixli qərarından iddiaçının hüquqi varisi Əliyeva Mehr iban Felman qızının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Səbail Bələdiyyəsinin 421 saylı, 27 dekabr 2005-ci il tarixli qərarı ilə X5 Səbail rayonu, Səlyan şossesi 12 ünvanında bələdiyyə ərazisindən 300 kv.m torpaq sahəsi ayrılmış və “Torpaqların alqı-satqısına dair” Akt tərtib edilmişdir.
2. Digər tərəfdən, Bakı şəhəri, Səbail rayonu, 12 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi Səbail Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 313 saylı qərarına, torpaqların alqı-satqısına dair xx.xx.2009-cu il tarixli akta və ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş AN 480133 saylı, 11 dekabr 2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi nə əsasən xx.xx.2020-ci il tarixdə üçüncü şəxs X1 adına dövlət reyestrində qeydə alınmış və müvafiq Çıxarış verilmişdir.
3. X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 4. ünvan 4 ünvanladığı xx.xx.2021-ci il tarixli məktubuna əsasən, X3 vərəsəlik işi ilə əlaqədar vərəsəsi İddiaçı notariat ofisinə müraciət etmiş və bununla əlaqədar müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 12 ünvanında yerləşən 300 kv.m torpaq sahəsi X3 adınadır. Vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar sözügedən torpaq sahəsinə dair İddiaçı çıxarış verilməsi xahiş olunmuşdur.
5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı vəkili X2 ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 12 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs A.İsmayılovun adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş və X8 kitabında 11 dekabr 2013-cü il tarixdə qeydiyyata alınmış AN-520795 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsinə əsas olmuş Bakı şəhəri, Səbail rayon bələdiyyəsinin qərarının və alqı-satqı müqaviləsinin ləğv olunmasını xahiş etmişdir.
7. İddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən verilmiş məktuba əsasən, onun həyat yoldaşı Əliyeva Mehriban Felman qızı, övladları X9 və X7 miras əmlakın qəbulu üçün müraciət etmiş vərəsələrdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1337/2022 saylı iş üzrə 5 aprel 2022-ci il tarixli (hakim M.Qarayeva) qərardadı ilə Əliyeva Mehriban Felman qızı İddiaçı hüquqi varisi qismində hazırkı işə cəlb edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1337/2022 saylı iş üzrə 19 aprel 2022-ci il tarixli (hakim M.Qarayeva) qərardadı ilə iddia mümkün sayılmamışdır.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hüquqi varisi sözügedən daşınmaz əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Belə ki, hazırki işdə iddiaçının hüquqi varisinin Bakı şəhəri Səbail Bələdiyyəsinin 421 saylı, 27 dekabr 2005-ci il tarixli qərarı ilə torpaq sahəsi ayrılmış mərhum X3 yeganə vərəsəsi olduğu müəyyən olunmur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11 59.1 və 1159.2-ci maddələrində birinci və ikinci növbədə vərəsələrin kimlər olması konkret olaraq göstərilmişdir. Həmçinin də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsində təsbit olunmuş normaya əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Hazırki halda isə mərhum X5 Səbail rayonu, Səlyan şosesi 12 ünvanda bələdiyyə ərazisinə məxsus 300 kv.m torpaq sahəsi ayrılması barədə Bakı şəhəri Sə bail Bələdiyyəsinin 421 saylı, 27 dekabr 2005-ci il tarixli qərarına əsaslanmaqla, daşınmaz əmlak üzərində hüquq əldə etmiş şəxsə münasibətdə onun birinci və ya ikinci növbəli vərəsəsi olmadığı üçün iddiaçının hüquqi varisi cavabdehdən müəyyən hərəkətləri etməyi tələb edə bilməz.
11. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər H.Həmidov -sədrlik edən və məruzəçi, E.Kazımov və C.Yusifov) 2-1(103)-2041/2022 saylı, 8 iyun 2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilm ədən saxlanılmışdır.
13. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
14. Əliyeva Mehriban Felman qızı kassasiya şikayətində qeyd etmişdir ki, o, irsi transmissiya üzrə Mülki Məcəllənin 1252-ci maddəsinin tələblərinə görə iddiaçının vərəsəsi kimi X5 məxsus torpaq sahəsinə üçüncü şəxsə verilmiş qərarın və çıxarışın ləğv olunmasını tələb edə bilər. Lakin Bakı Apellyasiya Məhkəməsi öz qərardadında Mülki Məcəllənin 1159.1 və 1159.2-ci maddələrinə istinad etsə də, irsi transmissiya üzrə İddiaçı vərəsəsi kimi əmlak və tələb hüquqlarının Əliyeva Mehriban Felman qızına keçməsi faktını nəzərə almamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Üçüncü şəxs A.İs mayılov kassasiya şikayətinə qarşı etiraz ərizəsi verərək, kassasiya şikayətinin təmin edilməməsini, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 8 iyun 2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Mülki Məcəllə Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.
17. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahi sənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul e dir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbl əri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilməklə iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.
21. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən olunur ki, X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı onun vərəsəsi olmuş və X3 adına olduğu iddia edilən Bakı şəhəri, Sə bail rayonu, 12 ünvanında yerləşən 300 kv.m torpaq sahəsinin miras kimi qəbul edilməsi prosedurunun yekunlaşması üçün sözügedən torpaq sahəsinə dair İddiaçı çıxarış verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xahiş edilmişdir.
22. İşin hallarında görünür ki, sözügedən torpaq sahəsinin yerləşdiyi ünvanda 0.04 ha torpaq sahəsi üçüncü şəxsin xüsusi mülkiyyətində olduğundan, Səbail rayonu, 12 ünvanında yerləşən 300 kv.m torpaq sahəsi üzərində İddiaçı hüquqlarının qeydə alınması mümkün olmamışdır. Odur ki, İddiaçı üçüncü şəxsə çıxarış verilməsinə əsas olmuş hüquqi sənədlərin ləğvi ilə bağlı hazırkı iddianı qaldırmış, lakin birinci instansiya məhkəməsində icraat zamanı vəfat etmişdir.
23. Göründüyü kimi, İddiaçı atası X3 vəfatı ilə əlaqədar sonuncuya məxsus olduğu iddia edilən Səbail rayonu, 12 ünvanında yerləşən 300 kv.m torpaq sahəsinin miras kimi qəbulu üçün prosedura başlasa da, öz adına rəsmiləşdirə bilmədən (torpaq sahəsi ilə bağlı mübahisə yarandığından), yəni mirası qəbul etmədən vəfat etmişdir.
24. Belə olan halda, Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən, sözügedən mirasdan (hazırkı halda Səbail rayonu, 12 ünvanında yerləşən 300 kv.m torpaq sahəsindən) pay almaq hüququ İddiaçı vərəsələrinə keçmişdir.
25. İşə baxan aşağı instansiya məhkəmələri Əliyeva Mehriban Felman qızının X5 münasibətdə vərəsəlik məsələsinə qiymət vermiş, bu zaman Mülki Məcəllənin 1159.1 və 1159.2-ci maddələrinə istinad etmiş, başqa sözlə, Əliyeva Mehriban Felman qızının X3 yeganə vərəsəsi olduğunu müəyyən etməyin mümkün olmamasına istinadən iddianı mümkün saymamışlar. Halbuki, yuxarıda qeyd edildiyi kimi, Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən, İddiaçı mirasdan pay almaq hüququ irsi transmissiya qaydasında Əliyeva Mehriban Felman qızına keçmişdir.
26. Belə olan halda isə, Əliyeva Mehriban Felman qızının subyektiv hüququnun olmaması ilə bağlı aşağı instansiya məhkəmələrinin mövqeyi əsassız və Mülki Məcəllənin 1252-ci maddəsinə zidd olmuşdur.
27. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı məsələyə düzgün qiymət verməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərardadı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
28. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iş üzrə iddia tələbi üçüncü şəxs A.İsmayılovun adına Dövlət Torpaq və Xəri təçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş və X8 kitabında 11 dekabr 2013-cü il tarixdə qeydiyyata alınmış AN-520795 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsinə əsas olmuş Bakı şəhəri, Səbail rayon bələdiyyəsi tərəfindən qəbul edilmiş qərarın və alqı-satqı müqaviləsinin ləğv edilməsinə yönəlmişdir. İşə təkrar baxan aşağı instansiya məhkəmələri İPM-nin 2 və 13-cü maddələrinin tələblərini rəhbər tutmaqla, iddia tələbinin alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə bağlı hissəsinin mümkünlüyünü müzakirə etməli və iddia tələbinin dəqiqləşdirilməsində müvafiq yardım göstərməlidirlər.
29. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2041/2022 nömrə li, 8 iyun 2022-ci il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin.