Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1598/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinə əsasən ödənilmiş pul vəsaitinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyin ə qarşı “alqısatqı müqaviləsinə əsasən ödənilmiş pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-314/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarından cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərracın keçirilməsinə dair xx.xx.2017-ci il tarixli, 141N-li sərəncam qəbul edilmişdir. 2. xx.xx.2018-ci il tarixli protokolu və xx.xx.2018-ci il tarixli müəssisənin alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 60,8 kv.m olan qeyri-y aşayış sahəsi hərraca çıxarılmış, xx.xx.2018-ci il tarixdə 45 000 manata İddiaçı satılmış və Komitə ilə sonuncu arasında alqı-satqı müqaviləsi bağlanmışdır. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-143/2019 nömrəli, xx.xx.2019cu il tarixli qərarına əsasən iddiaçı "xxxx" X2 tərəfindən cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı (3-cü şəxs İddiaçı) xx.xx.2017ci il tarixli, 141 N-li sərəncamın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2375/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-143/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin olunmuşdur. Azər baycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, 141 №-li sərəncamı ləğv edilmişdir.
5. Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2020- ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı tərəfindən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin açıq hərrac yolu ilə əldə olunması üçün ödənilmiş 45000 manat pulun 25%-nin, yəni 11250 manat hissəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən, 75%-nin, yəni 33750 manat hissəsinin isə Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə alınıb İddiaçı qaytarılması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3164/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə apell yasiya şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, həmin işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. İddiaçı isə hazırkı iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-dən və AR Maliyyə Nazirliyindən, ünvan 3 ünvanında yerləşən 60,8 kv.m qeyri-yaşayış sahəsinin açıq hərrac yolu ilə əldə olunması üçün hərracda bağlanmış xx.xx.2018-ci il tarixli 3888 №-li alqı-satqı müqaviləsinə görə dövlət büdcəsinə ödənilmiş 45000 manat (26470,58 sent (iyirmi altı min dörd yüz yetmiş dollar 58 sent)), maddi ziyan üçün 64.800 AZN (altmış dörd min səkkiz yüz manat), mənəvi ziyan üçün 20000 manat (iyirmi min manat), bank xidməti üçün 16.7 manat, Çıxarış və Texniki pasport üçün ödənilmiş 80 manat dövlət rüsumunun, xidmət haqqı üçün ƏMDK-nin hesabına ödənilmiş 130 manat, Xətai rayon məhkəməsinin hesabına ödənilmiş 30 manat və Bakı apelyasiya məhkəməsinin hesabına ödənilmiş 15 manat dövlət rüsumunun alınaraq iddiaçıya geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi 125 ünvanında yerləşən 60,8 kv.m qeyri-yaşayış sahəsinin açıq hərrac yolu ilə əldə olunması üçü n hərracda bağlanmış xx.xx.2018-ci il tarixli 3888 №-li alqı-satqı müqaviləsinə əsasən ödənilmiş 45000 manat pul vəsaitinin 25%-ni cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabından, 75%-ni Azərbaycan Respublikası dövlət büdcəsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin inzibati məhkəmə icraatına qəbul edilməsi qərara alınmışdır.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən 60,8 kv.m qeyri-yaşayış sahəsi Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-kommunal Təsərrüfatı Departamenti, Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq sözü gedən əmlakın hərrac vasitəsilə özəlləşdirilməsi barədə ƏMDK-si tərəfindən qərar qəbul edildikdən sonra “Mülkiyyət” qəzetində, www.emdk.gov.az rəsmi internet saytında və www.privatization.az özəlləşdirmə portalında elan verilmişdir. Həmin dövlət əmlakı axırıncı dəfə xx.xx.2018-ci il tarixində açıq hərraca çıxarılmış və o həmin hərracın qalibi olmuşdur. AR Əmlak Məsələləri Dövlət Komitəsi (Xidməti) ilə o İddiaçı arasında xx.xx.2018-ci il tarixli 10/01 №İi Hərrac protokoluna əsasən, xx.xx.2018-ci il tarixində 3888 №li alqı-satqı müqaviləsi bağlanmışdır. Bu alqı-satqı müqaviləsinə əsasən d övlət büdcəsinə 45 000 manat pul vəsaiti, bank xidməti üçün 16.7 manat ödənilmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən həmin sahə İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Bu Çıxarış və Texniki pasport üçün 80 manat dövlət rüsumu, xidmət haqqı üçün isə ƏMDK-nin hesabına 130 manat ödənilmişdir. Hərracın nəticələrindən narazı qalan "xxxx" X1 direktoru X6, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçının, cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsinə (üçüncü şəxs İddiaçı) qarşı xx.xx.2009cu il tarixli, 9207/2294 №li icarə müqaviləsinin predmeti olan ünvan 3 ünvanında yerləşən sahəni ona təkli f olunmadan açıq hərracda satıldığına görə xx.xx.2018-ci il tarixli hərracın nəticəsinin ləğv edilməsi, AR Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli 141 №li Sərəncamının ləğv edilməsi barədə iddia tələbi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-143/2019 saylı qərarı ilə təmin edilməmişdir. (hakim Tahirə Əsədova) Həmin qərardan "xxxx" X2 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 noyabr 2019-cu il tarixli 2-1(103)-2375/2019 saylı qərarı ilə təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-143/2019 saylı qərarı və AR Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli 141 №li Sərəncamı ləğv edilmişdir.
10. Azərbaycan Respu blikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2020ci il tarixli, 2-1(102)508/2020 saylı qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Cavabdehlər bu işlə bağlı keçirilən məhkəmə proseslərinin heç birində nə iştirak etmiş, nə də ki qəbul edilən məhkəmə qərarlarının mübahisələndirilməsində maraqlı olmuşdurlar. Hərracın nəticəsi ləğv olunduğundan, iddiaçı cavabdehlərə pul vəsaitin geri ödənilməsi barədə dəfələrlə rəsmi müraciət etsə də məhkəmə qərarlarında bu haqda heçnə yazılmadığını bəhanə edərək yenidən məhkəməyə müraciət etməyini məsləhət görmüşdürlər. Ona görə də xx.xx.20220 tarixində dövlət büdcəsinə ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbi ilə Xətai rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-6090/20 20-saylı 19 noyabr 2020-ci il tarixli Qətnaməsi ilə iddia qismən təmin edilmiş, maddi və mənəvi hissədən isə rədd edilmişdir. Məhkəmə qərarına görə 45000 (qırx beş min) manat pulun 25%-i, yəni 11250 (on bir min iki yüz əlli) manat hissəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-dən, 75%-i, yəni, 33750 (otuz üç min yeddi yüz əlli) manat hissəsi isə Azərbaycan Respublikası dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə alınıb iddiaçıya qaytarılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apelyasiya şikayəti vermişdi. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)3164/2021 saylı, 7 aprel 2021-ci il tarixli Qərardadı ilə apelyasiya şikayətləri qismən təmin olunmuş. Həmin işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. İddiaçı isə hazırkı iddia tələbi ilə müvafiq İnzibati məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Birinci instansiya məhkəməsi üçün 30 (otuz) manat, Apelyasiya şikayəti üçün isə 15 (on beş) manat dövlət rüsumu ödənilmişdir. Sonuncu dəfə 25 noyabr 2021-ci il tarixində cavabdehlərə dövlət büdcəsinə ödənilmiş pul vəsaitinin geri qaytarılması xahişi ilə müraciət etməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Ona görə iddiaçı hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
11. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilərək bildirilmişd ir ki, ünvan 3 ünvanında yerləşən sahəsi 63 kv. m olan qeyri-yaşayış sahəsi 13 mart 2018-ci il tarixli, 10/01 nömrəli hərrac protokoluna, hərracın yekunlarına dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3888 saylı alqı-satqı müqaviləsinə əsasən sonuncu tərəfindən özəlləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ünvan 6 ünvanında yerləşən 60.8 kv. m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, 141 nömrəli sərəncamı ləğv edilmişdir. Ali Məhkəmənin xx.xx.2020ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarı qüvvədə saxlanılmışdır. Hazırda yuxarıda qeyd olunan dövlət əmlakının özəlləşdirilməsi qanuni qüvvəyə minmiş məhk əmə qərarı ilə etibarsız hesab edildiyindən, iddiaçı əmlakın özəlləşdirilməsi ilə əlaqədar ödənilmiş pulun və digər vəsaitlərin geri qaytarılmasını xahiş edir.
12. Bununla əlaqədar bildirilmişdir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsinə ödənilmiş vəsaitin iddiaçıya qaytarılması səlahiyyətinə malik deyildir. Qeyd edilən səbəbdən, iddiaçı tərəfindən yuxarıda qeyd edilən əmlakın özəlləşdirilməsinə görə dövlət büdcəsinə ödənilmiş 45.000 manat vəsait qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli dövlət orqanı tərəfindən dövlət büdcəsindən iddiaçıya ödənilə bilər. Əlavə olaraq bildirmişdir ki, iddiaçı maddi ziyan üçün 64800 (altmış dörd min səkkiz yüz) manatın, mənəvi ziyan üçün 20000 (iyirmi min) manatın, bank xidməti üçün 16.7 (on altı manat yetmiş qəpik) manatın, çıxarış və texniki pasport üçün ödənilmiş 80 (səksən) manat dövlət rüsumunun, xidmət haqqı üçün ödənilmiş 130 (yüz otuz) manatın, Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 (otuz) manatın və Bakı Apellyasiya Məhkəməsinin hesabına ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun da cavabdehlərdən müştərək qaydada tutulmasını da xahiş etmişdir.
13. Bununla əlaqədar bildirilmişdir ki, iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ona maddi və mənəvi zərər vurulduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, iddia maddi və mənəvi zərər hissəsində də rə dd edilməlidir. Eyni zamanda, iddiaçının Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı əsas tələbi rədd edilməli olduğundan, qeyri-yaşayış sahəsinə çıxarış və texniki pasport alınması üçün çəkilmiş xərclərin ödənilməsinə dair əlavə tələbi də təmin edilə bilməz. Qeyd edilənlərdən əlavə bildirilir ki, hazırkı mübahisənin predmeti ilə bağlı iddiaçının eyni məzmunlu iddia tələbinə Bakı şəhəri Xətai Rayon Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində bundan əvvəl baxılmış və iş üzrə icraata xitam verilmişdir. Mülki Prosessual Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məcəllənin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqq ında məsələlər həll edilə bilər. Bu səbəbdən də bildirilir ki, iddiaçının əvvəlki məhkəmə mübahisələri üzrə Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 manat və Bakı Apellyasiya Məhkəməsinin hesabına ödənilmiş 15 manat dövlət rüsumunun geri qaytarılması ilə bağlı məsələyə hazırkı məhkəmədə münasibət bildirilə bilməz.
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4983/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim E.Əliyev) iddianın təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi 125 ünvanında yerləşən 60,8 kv.m qeyri-yaşayış sahəsinin açıq hərrac yolu ilə əldə olunması üçün hərracda bağlanmış xx.xx.2018-ci il tarixli 3888 №-li alqı-satqı müqaviləsinə əsasən ödənilmiş 45000 manat pul vəsaitinin 25%-ni cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliy i yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabından, 75%-ni Azərbaycan Respublikası dövlət büdcəsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır.
15. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 13-cü bəndinə əsasən özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və səhmlərin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunmuş pul vəsaiti AR dövlət büdcəsinə daxil olur. Dövlət əmlakının özəlləşdirilməsində müstəqil maliyy ə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili və müəssisələrin özəlləşdirmə qabağı sağlamlaşdırılması, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına bu vəsaitin 25%-i həcmində ayırmalar nəzərdə tutulur.
16. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmə dən xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-314/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və K.H.Əkbərov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia tələbi təmin edilmiş, xx.xx.2018-ci il tarixli, 3888 №-li alqı-satqı müqaviləsinə əsasən dövlət büdcəsinə ödənilmiş 45000 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qeyri-yaşayış sahəsinin hərrac yolu ilə özəlləşdirilməsinə da ir Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2017-ci il tarixli, 141 №-li sərəncam verilmiş və qeyri-yaşayış sahəsi hərracda iddiaçı tərəfindən satın alınmışdır. Daha sonra qanuni qüvvədə olan məhkəmə qərarı əsasında hərracın keçirilməsini nəzərdə tutan sərəncam ləğv edilmişdir. İddiаçı alqı-satqı müqaviləsinə əsasən özəlləşdirilmiş əmlaka görə 45 000 manat pul vəsaitini bilavasitə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına köçürmüşdür, hərracın keçirilməsinə dair sərəncam ləğv edildiyindən, əmlak iddiaçıya təqdim edilmədiyindən tərəflərin əvvəlki vəziyyəti bərpa edilməli, iddiaçının ödədiyi pul vəsaiti ona qaytarılmalıdır.
19. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti həmin qərardan kassasiya şikayəti verərək, qərar ın ləğv edilməsini və İddiaçı tərəfindən ödənilmiş 45000 manat pul vəsaitinin 25%-ni cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətindən, 75%-nin isə Maliyyə Nazirliyindən tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericilikdə dövlət əmlakının özəlləşdirilməsi nəticəsində dövlət büdcəsinə daxil olan 100 % vəsaitdən yalnız 25 % həcmində Əmlak Məsələləri Dövlət Xidməti üçün ayırmalar nəzərdə tutulur.
21. Beləliklə, qanunvericilik aktlarının tələblərinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitdən yalnız 25 % həcmində Əmlak Məsələləri Dövlət Xidməti üçün ayırmalar nəzərdə t utulduğu halda, Bakı Apellyasiya Məhkəməsinin özəlləşdirilmiş əmlaka görə ödənilmiş 45000 manat pul vəsaitinin tam həcmdə Xidmətdən tutması barədə qəbul etdiyi qərar tamamilə əsassızdır.
22. Belə ki, apellyasiya məhkəməsi tələb olunan vəsaitin bütövlükdə Əmlak Məsələləri Dövlət Xidmətindən tutulması barədə iş üzrə yeni qərar qəbul edərkən, iddiaçı tərəfindən alqı-satqı müqaviləsinə əsasən özəlləşdirilmiş əmlaka görə ödənilmiş 45000 manat pul vəsaitinin bilavasitə cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına köçürüldüyünü əsas gətirmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi inkişaf Nazirliyi və Azərbaycan Respublikasının Milli X5 sədri tərəfindən təsdiq edilmiş “Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsindən daxil olan vəsaitlə rin dövlət büdcəsinin hesabına alınmasının prosedur qaydalarının ikinci bəndinin birinci abzasına əsasən dövlət əmlakının özəlləşdirilməsinə görə əmlak alıcıları tərəfindən pul vəsaitlərinin ödənilməsi və bu vəsaitlərin büdcəyə köçürülməsi üçün İqtisadi İnkişaf Nazirliyinin və Maliyyə Nazirliyinin Milli bankdakı tranzit manat, tranzit valyuta depozit manat və depozit valyuta hesablarından istifadə olunur. Həmin qaydaların üçüncü bəndinə əsasən özəlləşdirilən və icarəyə verilən obyektlərə görə subyektlər tərəfindən tranzit özəlləşdirmə və icarə manat hesabına ödənilən pul vəsaitləri hər iş gününün sonuna Milli Bank tərəfindən Maliyyə Nazirliyinin Baş Dövlət Xəzinədarlığının Milli bankdakı cari hesabına köçürülür. Qeyd olunan qaydaların doqquzuncu bəndinin ikinci abzasına əsasən özəlləşdirmə nin və icarənin tranzit hesablarından qaytarılması olan vəsaitlər hər bir halda İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının idarə edilməsi və özəlləşdirilməsi departamenti tərəfindən təqdim olunmuş rəy məktubları əsasında Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
23. Göründüyü kimi, dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar ödənilmiş pul vəsaitləri ilkin olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin Mərkəzi Bankdakı hesabına ödənilsə də, sonradan həmin vəsait Maliyyə Nazirliyinin cari hesabına köçürülür. Eyni zamanda qeyd olunan qaydalardan göründüyü kimi, Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsinə ödənilmiş vəsaitin iddiaçıya qaytarılması səlahiyyətinə malik deyildir. Qeyd edilən səbəbdən, iddiaçı tərəfindən yuxarıda qeyd edilən əmlakın özəlləşdirilməsinə görə dövlət büdcəsinə ödənilmiş 45.000 manat vəsait qanunvericiliklə müəyyən edilmiş qaydada Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsindən iddiaçıya ödənilə bilər. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
24. Cavabdeh Maliyyə Nazirliyi tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, şikayətin təmin edilməməsini və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunu: Maddə 1.0.1. Dövlət əmlakının özəlləşdirilməsi- dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Maddə 11.1. Dövlət əmlakının özəlləşdirilməsində əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür.
26. Azərbaycan Respublikası Prezidentinin 2000- ci il 23 dekabr tarixl i 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydaları”: Bənd
1. Bu Qaydalar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na (bundan sonra - İİ Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydalarını müəyyən edir. Bənd
2. Özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və onların səhmlərinin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir. Bənd
4. Ödəmə məbləği alıcı tərəfindən özəlləşdirilən obyektin satış şərtlərinə uyğun olaraq dövlət büdcəsinə köçürülür. Bənd
8. Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunun aparılmasını və onun dövlət büdcəsinə köçürülməsinin təmin edilməsini, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir.
27. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instans iyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsini n qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. X7 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. İşin hallarına əsasən ilk öncə qeyd edilməlidir ki, cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin açıq hərracda satışını təşkil etdiyi qeyri- yaşayış sahəsi iddiaçı tərəfindən satın alınmış və həmin əmlaka görə 45 000 manat məbləği ödəmişdir, lakin sonradan qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında hərracın keçirilməsinə dair sərəncam ləğv edilmişdir.
35. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na (bundan sonra - İİ Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və özəlləşdirmədən əldə olunan vəsaitin Azərbay can Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydalarını müəyyən edir.
36. Həmin Qaydaların 4-cü bəndinə əsasən ödəmə məbləği alıcı tərəfindən özəlləşdirilən obyektin satış şərtlərinə uyğun olaraq dövlət büdcəsinə köçürülür. Həmin Qaydaların 8-ci bəndinə əsasən dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunun aparılmasını və onun dövlət büdcəsinə köçürülməsinin təmin edilməsini, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir.
37. Məhkəmə kollegiyası yaranmış mövcud mübahisəyə münasibətdə apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, qeyri-yaşayış sahəsinin hərrac yolu ilə öz əlləşdirilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2017-ci il tarixli, 141 №-li sərəncam verilmiş və qeyri-yaşayış sahəsi hərracda iddiaçı tərəfindən satın alınmışdır. Daha sonra qanuni qüvvədə olan məhkəmə qərarı əsasında hərracın keçirilməsini nəzərdə tutan sərəncam ləğv edilmişdir. İddiаçı alqısatqı müqaviləsinə əsasən özəlləşdirilmiş əmlaka görə 45 000 manat pul vəsaitini bilavasitə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına köçürmüşdür, hərracın keçirilməsinə dair sərəncam ləğv edildiyindən, əmlak iddiaçıya təqdim edilmədiyindən tərəflərin əvvəlki vəziyyəti bərpa edilməli, iddiaçının ödədiyi pul vəsaiti ona qaytarılmalıdır.
38. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
39. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-314/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən sa