Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1598/2024 21.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı "yeni məlumat vərəqinin göndərilməsi" tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2-1(103)-516/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək DSX-nın təqdim etdiyi 100 gün ezamiyyət günlərinin ümumi xidmət ilinə 50 gün əlavə edilməklə hesablanaraq yeni məlumat vərəqinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı təqvim ili 22 il 4 ay 6 gün, güzəştli şərtlərlə (imtiyazlı) isə ümumilikdə 29 il 11 ay 14 gün olmaqla hərbi xidmə t dövrü keçmiş və 04 dekabr 2017-ci il tarixdə (əmr № 0290) Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. 2014-cü ilin dekabr ayından 2017-ci ilin dekabr ayınadək N nömrəli hərbi hissənin (Xudat SD) X1 Bölməsinin baş zabiti vəzifəsində xidmət etmişdir. 2014-2017-ci illər ərzində hərbi hissə rəhbərliyinin əmri əsasında (nizami hissə üzrə əmrlər məhv edilmir) sərhəd zastavalarında uzunmüddətli ezamiyyətlərdə (səyyar-sərhəd məntəqələrinə rəhbərlik, gənc əsgərlərin xidmətə alışdırılması, sərhəd zastavalarının gücləndirilməsi - dövlət səviyyəli tədbirlərin keçirilməsi zamanı və dövlət sərhədində əməliyyat şəraitinin gərginləşməsi ilə əlaqədar, tibb müəssisələrində müalicə alan və məzuniyyətə buraxılmış sərhəd zastavası rəislərinin əvəz edilməsi) ol muşdur. Lakin ehtiyata buraxılarkən qanunvericiliyin tələblərinə zidd olaraq onun sərhəd zastavalarındakı ezamiyyət günləri güzəştli xidmət illəri kimi hesablanmamışdır. Hərbi xidmətlə bağlı məsələlərin həll edilməsi üçün istifadə etmədiyi növbəti məzuniyyətin ona pul kompensasiyası şəklində ödənilmiş 45 günü, həmçinin sərhəd zastavalarında olduğu ezamiyyət günlərinin qanunvericiliyin tələblərinə müvafiq qaydada xidmət illərinə əlavə olunmaqla hesablanaraq yeni məlumat vərəqinin ƏƏSMNnin yanında DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsinə dair 22 sentyabr 2021-ci il tarixdə (DSX-nin ünvanına çatma xx.xx.2021) Dövlət Sərhəd Xidmətinə müraciət ünvanlamış, müraciəti dolayı yolla cavablandırılmışdır. Belə ki, iddiaçı müraciətində sərhəd zastavalarında ştat üzrə vəzifələrdə keçdi yi dövr üzrə hesablamanın aparılmasını deyil, 2014-cü ilin dekabr ayından 2017-ci ilin dekabr ayınadək N N-li hərbi hissənin (Xudat SD) X1 Bölməsinin baş zabiti vəzifəsində xidmət edərkən sərhəd zastavalarında hərbi hissə rəhbərliyinin əmri əsasında ezamiyyətdə olduğu günlərin güzəştli (imtiyazlı) xidmət dövrü kimi (bir ayı ay yarım hesablanmaqla) xidmət illərinə əlavə edilməklə həmin əlavələrin pensiyasının hesablanması üçün ƏƏSMN DSMF XŞTİ-nə yeni məlumat vərəqinin göndərilməsini xahiş etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-616/2023 saylı 12 iyun 2023-cü il tarixli qərarı ilə (hakim X2) iddia təmin edilərək İddiaçı 2015-2016-cı illərdə 100 gün sərhəd zastavalarında ezamiyyətdə olmaqla xidmət etdiyi müddətin güzəştli şərtlərlə uzun müddət xidmətə daxil edilməsi və hərbi xidmət m üddəti və təminat xərcliyi barədə yeni məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması qərara alınmışdır.
4. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2-1(103)-516/2024 nömrəli qərarı ilə (hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X5) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)616/2023 saylı 12 iyun 2023-cü il tarixli qərarı dəyişdir ilmədən saxlanılmışdır.
6. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
7. Kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmələr maddi hüquq normasını düzgün tətbiq etməmişlər. Belə ki, iddiaçı sərhəd zastavasına qısa müddətə ezam edilmişdir ki, qanunvericilikdə ezamiyyət vəziyyətində bir ayın ayyarım kimi qəbul edilməsi nəzərdə tutulmamışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qə rardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslan dırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mö vcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”. 10 Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
11. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qanunvericilikdəki tənzimləmələr onların məqsədi nəzərə alınmaqla təfsir edildikdə iddiaçının sərhəd zastava larına və ya məntəqələrinə ezam olunduğu müddətlərə münasibətdə xidmətin bir ayı ayyarım hesablanmalıdır. Çünki iddiaçı ezamiyyət dövrlərində, məhz ezam olunduğu sərhəd zastavalarında və ya səyyar sərhəd məntəqəsində orada daimi xidmət edən digər hərbi qulluqçular kimi eyni və ya tapşırılmış başqa xidmət vəzifələri icra etmişdir. İddiaçının ezamiyyətə göndərilməsi xidməti zərurətlərlə bağlı olmuşdur, xidməti vəzifələrin yerinə yetirilməsinə yönəlmişdir və bu zaman iddiaçı həmin hərbi hissələrdə daimi xidmət edən hərbi qulluqçularla eyni xidmət şəraitində olmuşdur. Həmçinin ezamiyyət dövrlərində faktiki olaraq sərhəd zastavalarında xidmət edən iddiaçının, həmin zastavanın hərbi qulluqçularının xidmətinin bir ayı ayyarım sayıldığı halda, ona münasibətdə fərqli qaydada davranılması iddiaçının bərabərlik hüququnun pozulmasına səbəb ola bilər. Çünki bərabərlik hüququnun tələblərinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağan edilir. Eynilə inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Göründüyü kimi iddiaçının istinad etdiyi faktiki hallar ilə xidmətlərinin bir ayı ayyarım hesablanan digər şəxslərin istinad etdikləri faktiki hallar eyni olduğu halda, yəni eyni şəraitdə xidməti vəzifələrin icra olunması halları mövcud olduğu halda, onlara münasibətdə ağlabatan əsas olmadan (xidməti vəzifələrin ezam olunmaqla və ya daimi əsaslarla xidmət yeri kimi icra olunması) fərqli rəftara gətirib çıxarır. Həlledici olan eyni xidmət şəraitində xidməti vəzifələrin icrasıdır. İddiaçıya münasibətdə bu şərt ödənildiyi üçün o, digər şəxslərə münasibətdə olduğu kimi ona da xidmət illərinin hesablanmasına münasibətdə eyni qaydada davranılmasını tələb edə bilər (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2433/2023 nömrəli üç ulduzlu qərarı).
12. Beləliklə, göründüyü kimi formalaşmış vahid məhkəmə təcrübəsi cavabdehin belə əsaslandırılmamış şikayətlərlə müraciət etməsini mümkün saymır.
13. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəs ini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.
14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
15. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2-1(103)-516/2024 saylı qərarından verdiyi kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.