Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1599/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Dövlət X7 Xüsusi X2rşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1599/2020) Açar sözlər: güzəştli şərtlərlə 57 yaşdan pensiya təyin olunması Bakı şəhəri xx xxxxxx 2020-ci Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili X3 cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X6 İdarəsinə (bundan sonra ixtisarla DSMF-nin X 6 İdarəsi və ya cavabdeh yazılacaq) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-817/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur və Ağsu şəhərində yaşayır. İddiaçının iş materiallarına əlavə olunmuş əmək kitabçasının, HZ № ******* saylı hərbi biletinin, 375348 saylı diplomunun surətindən və Ağsu Rayon Dövlət Arxivinin xx.xx.2016-cı il tarixli 669 saylı arayışından görünür ki, iddiaçı 1977-1979-cu illərdə hərbi xidmətdə olmuş, 1980-1981-ci i llərdə (10 ay) texniki peşə məktəbində əl ilə elektrik qaynaqçısı peşəsi ixtisası üzrə təhsil almış, 1973-1976-ci illərdə Ağsu rayon, M.B.Qasımov adına kolxozda kolxozçu, 1982-1997-ci illərdə qaynaqçı və 1998-2001-ci illərdə kolxozçu işləmişdir. İddiaçı məktubla DSMF-nin X6 İdarəsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. DSMF-nin X6 İdarəsi iddiaçıya **********7 saylı, xx xxxxxxxx 2019-cu il tarixli məktubla cavab verərək, onun ümumi iş stajının 25 ildən az olduğunu və bu səbəbdən ona pensiya təyin edilməsinin mümkün olmadığını bildirmişdir. Bundan sonra, yəni xx.xx.2019-cu il tarixdə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona Ağsu rayon M.B. Qasımov adına kolxozda 1973-1976-ci illərdə kolxozçu, 1982-1997-ci illərdə qaynaqçı və 19982001-ci illərdə kolxozçu işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinə qüvvədə olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən t əsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Buna görə də cavabdehin ona pensiya təyin etməkdən imtina etməsi əsassızdır. Cavabdehin etirazları: Cavabdehin etiraz dəlilləri yuxarıda qeyd olunan imtina məktubunda göstərilmiş pensiya təyin etməkdən imtinanın əsasları ilə eynidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3888/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tə min edilərək, İddiaçı Ağsu rayon M.B. Qasımov adına kolxozda 1973- 1976-ci illərdə kolxozçu, 1982-1997-ci illərdə qaynaqçı və 1998-2001-ci illərdə kolxozçu işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh DSMF-nin X6 İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1973-cü il tarixindən xx.xx.2001-ci il tarixədək olan iş stajı iş materiallarında olan İT2674455 nömrəli əmək kitabçası və Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş 669 nömrəli, xx xxxxxx 2016-ci il tarixli arxiv arayışı ilə təsdiq edildiyinə və iddiaçının işlədiyi əl qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirl ər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın «35. Ümumi peşələr» bölməsində «əl ilə qaynaq aparan elektrik qaynaqçıları» adı ilə nəzərdə tutulduğuna görə cavabdeh tərəfindən verilmiş imtina qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdehin nümayəndəsi həmin qərarın dəlilləri ilə razılaşmayaraq xx.xx.2020-ci il tarixdə apelyasiya şikayəti vermiş, qərarın ləğv olunmasını və yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-817/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər S.Seyidova (sədrlik edən və məruzəçi), A.Nuriyeva və V.Ağayev) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmışdır. Qərarın surəti cavabdehə xx.xx.2020-ci ildə çatdırılmış və cavabdehin nümayəndəsi və vəkili xx.xx.2020-ci ildə həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır, qərar qanunsuz və əsassızdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının 1982-2001-ci illərdə elektrik qaynaqçısı kimi işlədiyi peşə Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıdakı əl ilə qaynaq aparan elektrik qaynaqçıları (23200000-19906) peşəsinə uyğundur. Halbuki, iş materiallarında iddiaçının "əl ilə qaynaq aparan" elektrik qaynaqçısı olması ilə bağlı heç bir sübut yoxdur. İddiaçı bu barədə arayış da təqdim etməmişdir. «"Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqasına keçirilməsi və ödənilməsi Qaydaları»nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır. Həmin qaydaların 3.2-ci bəndində görə 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının hansı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilməli olması sadalanmış və həmin sənədlərə əmək kitabçası ilə yanaşı sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər də daxil edilmişdir. Tərəflərin izahatları: Cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. İddiaçının vəkili X1 şikayətinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblə rə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı onun xx.xx.2006-cı il tarixə 25 il sosial sığorta stajına malik olduğunu, bu dövrün 12,5 ilinin güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşələrə aid olduğunu iddia edir və bu əsasla ona pensiya təyin olunmasını xahiş edir. İddiaçının bu tələbinin hüquqi əsaslarını təşkil edən «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə ol muş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına im kan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin «a» bəndinə görə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin maddənin «b» bəndində isə göstərilirdi ki, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. xx.xx.1997-ci il 321-İQD saylı Qanunla 13-cü maddəyə edilən dəyişikliyə əsasən, qeyd olunan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılmışdır. Göründüyü kimi iddianın təmin olunması üçün aşağıdakı şərtlər məcmu halda mövcud olmalıdır:
1. İddiaçının xx.xx.2006-cı il tarixə 25 il ümumi stajı olmalıdır;
2. İddiaçı həmin müddətin 12 il 6 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəric ilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında göstərilən işlərdə işləməlidir;
3. İddiaçı 57 yaşa çatmalıdır. Apelyasiya instansiyası məhkəməsi də bu şərtlər üzrə araşdırma apararaq iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda göstərilmiş işlərdə çalışması barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, həmin Siyahının 35-ci “Ümumi peşələr” bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. Həmçinin məhkəmələr iddiaçının texniki peşə təhsili aldığı müddətin onun sosial s ığorta stajına daxil edilməsi barədə də düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçının texniki peşə təhsili aldığı dövrdə qüvvədə olan, yəni 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin xx xxxxxx 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «i» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. Həmçinin 1992-ci il 23 sentyabr t arixli «Vətəndaşların pensiya təminatı haqqında» qanunun 67-ci maddəsinin ğ) bəndində qeyd olunmuşdu ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi iddiaçının texniki peşə təhsil aldığı müddətin onun əmək stajına daxil edilməsi, təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində deyilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəs i geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bundan başqa, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 27-ci maddəsində 2006-cı ilin yanvarın 1-dək qazanılmış pensiyanın nəzərə alınması müəyyən edilmişdir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. İddiaçının iş yerindən arayış təqdim olunmadığı barədə kassatorun dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən də «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədl ərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Baxılan iş üzrə bu arayışın olmaması iddianın təmin olunmasını istisna etmir. Ona görə ki, əvvəla iddiaçının keçmişdə fəaliyyət göstərmiş kolxozda qaynaqçı işləməsi və əllə qaynaq etməsi şübhə doğurmayacaq (sübuta ehtiyacı olmayacaq) dərəcədə aşkar faktdır və bu halda iş yerindən verilən arayışa zərurət qalmır. Digər tərəfdən iddiaçının işlədiyi müəss isə artıq ləğv olunmuşdur və ondan bu cür arayışı tələb etmək, iddiaçını faktiki olaraq mümkünsüz sübut tələb etməyə məcbur etmək, nəticə etibarilə hüquqlarını reallaşdırmasına maneə törətmək deməkdir. İddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair Ağsu rayon Dövlət Arxiv şöbəsinin xx.xx.2016-cı il tarixli 669-No-li arayışı təqdim olunmuşdur və həmin arayışda iddiaçının 1982-ci-1997-ci illərdə qaynaqçı peşəsində çalışdıgı göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1973-cü il tarixindən xx.xx.2001ci il tarixədək olan iş stajı iş materiallarında olan İT2674455 nömrəli əmək kitabçası və Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş 669 nömrəli, xx xxxxxx 2016-ci il tarixli arxiv arayışı ilə təsdiq edildiyindən və iddiaçının işlədiyi əl qaynaqçı sı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının” (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “35. Ümumi peşələr” bölməsində “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” nəzərdə tutulduğundan məhkəmələr iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşəyə aid etməkdə haqlı olmuşdur. Lakin apelyasiya instansiyası məhkəməsi öz qərarında yanlış olaraq qeyd etmişdir ki, guya iddiaçı 1968-ci ildən 1971-ci ilə qədər Bakı dəmir yolu texnikumunda təhsil alıb. Halbuüki, iş materiallarında iddiaçının yuxarıda qeyd edilən illərdə adı çəkilən texnikumda təhsil alması ilə bağlı heç bir sənəd və ya diplom mö vcud olmamışdır. Buna baxmayaraq, apelyasiya instansiyasının yol verdiyi yanlışlıq işin yekun nəticəsinə təsir göstərmir. Kassasiya şikayətinin dəlilləri əsassızdır və apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə əsasən, Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: Ca vabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-817/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.