Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1599/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:(hüquqların pozulmasının tanınması və vurulmuş ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1988-ci il təvəllüdlü; FİN-xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinə qarşı “hüquqların pozulmasının tanınması və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1236/2022 nömrəli, 7 aprel 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. SX seriyalı ******* nömrəli hərbi biletin surətindəki qeydlərə əsasən, Yaqublu X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsi tərəfindən 24 yanvar 2020-ci il tarixdə hərbi xidmətə çağırılmış və hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra 8 iyul 2021-ci il tarixdə adı çəkilən İdarə tərəfindən hərbi qeydiyyata alınmışdır. 2. 12 iyul 2021-ci il tarixdə Gürcüstan Respublikasına getmək üçün təyyarə bileti almışdır. 12 iyul tarixində h ava limanına getmiş, hava limanının sərhəd keçid məntəqəsində ona üzərində ölkədən çıxış qadağasının olduğu bildirilmiş, dövlət sərhədindən buraxılmamış və ölkə ərazisinə geri qaytarılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların pozulmasının tanınması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia qaldıraraq, cavabdeh tərəfindən ona münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 4 sayı Protokolunun 2-ci maddəsinin pozuntusunun tanınması və vurulmuş ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuşdur. 2020-ci ilin yanvar ayında ordu sıralarına çağırılmış və 2021-ci ilin iyulun 1də ordudan tərxis olunmuşdur. 12 iyul 2021-ci il tarixdə Gürcüstan Respublikasına getmək üçün təyyarə bileti almışdır. Hərbi biletinə möhür vurulması üçün 8 iyul tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinə müraciət etmişdir. İdarədə ona bildirilmişdir ki, hərbi xidmət dövründə adında olan silah çıxarılmadığından, onun hərbi biletinə möhür vurula və üzərindəki məhdudiyyətlər götürülə bilməz. O etiraz edərək bildirmişdir ki, qeyd olunan hərəkətlər xidmətdə olduğu hərbi hissə tərəfindən həyata keçirilməlidir. Nəticədə yuxarıda adı çəkilən İdarənin əməkdaşları onunla razılaşmış və ona bildirmişdir ki, 9 iyul tarixində onun hərbi biletinə möhür vurulacaq və üzərindəki məhdudiyyətlər götü rüləcək. 12 iyul tarixində uçuş üçün hava limanına getdikdə ona bildirilmişdir ki, üzərində ölkədən çıxış qadağası var. Beləliklə, ölkəni tərk edə bilməmiş və bileti də etibarsız hesab olunmuşdur.
5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin pozuntusunun tanınması və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair müraciəti olmadığından (inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən) iddia tələbi mümkün sayılmamalıdır.
6. Bakı İnzibati Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə sorğu verilərək, iddiaçının xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ölkədən getmək hüququnun məhdudlaşdırılıb-məhdudlaşdırılmadığı, məhdudlaşdırıldığı halda hansı səbəblərdən məhdudlaşdırıldığı barədə məlumat verilməsi xahiş edilmişdir.
7. Birinci instansiya məhkəməsinin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 33/4066 nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Bakı-Tbilisi aviareysi ilə uçuş üçün dövlət sərhədindən hərəkəti zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İAMAS-ın xüsusi nəzarət siyahısında “çıxışı qadağandır” statuslu məhdudiyyət tətbiq olunduğu üçün dövlət sərhədindən buraxılmamış və ölkə ərazisinə geri qaytarılmışdır.
8. Bakı İnzib ati Məhkəməsinin 2-1(112)-10968/2021 nömrəli, 1 dekabr 2021-ci il tarixli qərardadı ilə (hakim N.İ.Abıyev) iddia mümkün sayılmamışdır.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsində qeyd olunan vurulmuş ziyanın ödənilməsi tələbi ilə bağlı cavabdeh inzibati orqana iddiaçı tərəfindən heç bir müraciət olunmamışdır. Bu baxımdan hazırkı iddianın mümkünlük şərtləri öz təsdiqini tapmır.
10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilərək işə mahiyyəti üzrə baxılmasını, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1236/2022 nömrəli, 7 aprel 2022-ci il tarixli qərardadı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın icraata qəbul edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
14. İddiaçının kassasiya şikayətində ‘‘İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının müvafiq maddələrinin pozulduğunu bildirmişdir.
15. Belə ki, həmin qərarın 5.1-ci bəndinə zidd olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövl ət Xidmətinin Suraxanı rayon İdarəsi tərəfindən hərbi biletə möhür vurulmamışdır. Buna görə də şikayətçiyə Dövlət Sərhəd Xidməti tərəfindən xaricə çıxmağa icazə verilməmişdi və nəticədə şikayətçinin hüquqlarına aşkar şəkildə müdaxilə baş vermişdir. Birmənalı nəzərə çarpmasına baxmayaraq iddia məhkəmə tərəfindən mümkünsüz sayılmışdır. Fakt olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsi ilə şikayətçi arasında hüquqi mübahisənin olmasına baxmayaraq, müvafiq qərarın 6.1 və 6.2-ci bəndlərinə uyğun olaraq şəxsin hüquqi müdafiəyə ehtiyacı nəzərə alınmamış, bu mübahisənin həlli açıq qalmışdır. Apellyasiya məhkəməsi həmçinin yuxarıda qeyd olunan qərarın 3.5-ci bəndini nəzərə almamışdır. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayət inə qarşı cavabdeh tərəfindən etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Miqrasiya Məcəlləsi Maddə
9. Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququ 9.1. Azərbaycan Respublikasının vətəndaşı (bundan sonra - vətəndaş) dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. 9.2. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. 9.3. Vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 9.3.1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək; 9.3.2. məhkum edildikdə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək; 9.3.3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək; 9.3.4. üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək; 9.3.4-1. hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda - məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək; 9.3.5. müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək; 9.3.6. məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək; 9.3.6-1. ver gi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək; 9.3.7. beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı - pro filaktik peyvəndlər edilənədək. 9.4. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər. 9.5. Dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ mü vəqqəti məhdudlaşdırıla bilər. 9.6. Ölkədən getmək və ölkəyə gəlmək hüququ məhdudlaşdırılan vətəndaşlar barədə məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sisteminin məhdudiyyət siyahılarına daxil edilməli və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilməlidir. 9.7. Hər hansı bir ölkədə fövqəladə vəziyyət və ya insan həyatı, sağlamlığı və azadlığı üçün təhlükə yaranarsa, müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının əhalisini dərhal xəbərdar etməklə, vətəndaşlara həmin ölkəyə getməkdən müvəqqəti çəkinməyi tövsiyə edir. 9.8. Hərbi vəziyyət dövründə “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vətəndaşların ölkədən getməsi və ölkəyə gəlməsi üçün xüsusi qaydalar tətbiq edilə bilər.
18. İ nzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfl i araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5.1. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi q aydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qə rardadının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
22. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə g örə yoxlamağa borcludur.
23. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçının hüquqi marağı və nail olmaq istədiyi məqsəd baxımından düzgün iddia növünün müəyyən olunmasında İPM-in 13-cü maddəsində təsbit edilmiş yardım etmək vəzifəsini yerinə yetirməli, eləcə də işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərarın qəbuluna imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Bu prosessual məhkəmə qənaəti prinsipinin tələblərindən və məhkəmə mübahisəsinin uzanmasının qarşısının alınması məqsədlərindən də irəli gəlir. Lakin apelyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.
24. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının tələbi hüququnun pozulmasının tanınmasından və vurulmuş ziyanın ödənilməsindən ibarətdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, əslində tanınması tələb olunan hüququn pozulması inzibati orqanın hərəkətinin (və ya hərəkətsizliyinin) qanuniliyinə və onun nəticəsinə bağlıdır. Başqa sözlə, iddiaçının hüququnun pozulub-pozulmamasına qiymət verilməsi üçün iddiaçıya münasibətdə inzibati orqan tərəfindən həyata keçirilən hərəkətin (inzibati akt və ya faktiki xarakterli hərəkət formasında) qanunsuz olub-olmaması və hüququn pozulması ilə həmin hərəkətin qanunsuzluğu arasında səbəbli əlaqən in mövcudluğu tələb olunur. Bu baxımdan iddiaçının hazırkı tələbinin məzmunu, onun hüquqi marağı və irəli sürdüyü tələb vasitəsi ilə nail olmaq istədiyi məqsəd müəyyənləşdirilməlidir.
25. Bu zaman nəzərə alınmalıdır ki, iddiaçının hüquqi marağının və güddüyü məqsədin müəyyən olunması baxımından məhkəmə üçün iddiaçının irəli sürdüyü tələbin ifadə tərzi deyil, onun nə istədiyi, nəyə nail olmaq istədiyi əhəmiyyət kəsb edir. Bu mənada iddiaçının hazırkı tələbinin mahiyyət etibari ilə Tbilisiyə uçuşun qadağan olunması üzrə hərəkətin qanunsuz sayılmasına, yoxsa ona münasibətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən tətbiq olunmuş “çıxışı qadağandır” statuslu məhdudiyyətin ləğvinə yönəldiyi dəqiqləşdirilməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, iddiaçıy a hava limanında Tbilisiyə uçuşun qadağan olunması məhz həmin məhdudiyyətə əsaslanır və həmin məhdudiyyətə görə dövlət sərhədindən buraxılmadığı üçün iddiaçı hüququnun pozulduğunu iddia edir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan birinci halda, yəni Tbilisiyə uçuşun qadağan olunması üzrə hərəkətin qanunsuz sayılması barədə iddia tələbi İPM-in 36-cı maddəsində nəzərdə tutulmuş tanınma haqqında iddia növünə aid edilməlidir. Belə ki, həmin hərəkət, yəni uçuşa tətbiq olunan qadağada ifadə olunan inzibati akt artıq icra olunmuşdur və bu mənada onun (hüquqi qüvvəsini itirmiş, mövcud olmayan inzibati aktın) mübahisələndirmə haqqında iddia vasitəsi ilə mübahisələndirilməsi istisna edilməlidir.
27. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan ikinci halda, yəni Səfər bərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya münasibətdə tətbiq olunmuş “çıxışı qadağandır” statuslu məhdudiyyət barədə qərarın (həmin qərar və məhdudiyyət qüvvədədirsə) mübahisələndirilməsi iddiaçının hüquqi marağının mahiyyəti və prosessual qənaət prinsipi baxımından daha məqsədəuyğun olardı. Məhkəmə tərəfindən həmin iddia növündən istifadənin mümkünlüyü də müzakirə edilməlidir.
28. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə düzgün iddia növünün seçilməsi və yalnız bundan sonra həmin iddia növünə münasibətdə mümkünlük şərtlərinin yoxlanılması zəruridir. Bu zaman nəzərə alınmalıdır ki, tanınma haqqında iddia növünə münasibətdə iddiaçı tərəfindən inzibati orqana ilkin müraciətin edilməsi tələb olunmur və belə mümkünlük şərti nəzərdə tutulmamışdır. Nəzərə almaq lazımdır ki, vurulmuş ziyanın ödənilməsi barədə tələb inzibati aktın qanunsuzluğunun tanınmasına bağlıdır və tanınma haqqında iddia qaldırmaqda iddiaçı həm də iqtisadi marağının təmin olunması, yəni vurulmuş ziyanın kompensasiya olunması məqsədini güdür.
29. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya münasibətdə tətbiq olunmuş “çıxışı qadağandır” statuslu məhdudiyyət barədə qərarın (məhdudiyyətin) qüvvədə olduğu təqdirdə mübahisələndirmə haqqında iddianın mümkünlük şərtləri İPM-in müvafiq maddələrinə (32 və 35-ci maddələrinə) uyğun olaraq yoxlanılmalıdır.
30. İPM-in 13-cü maddəsinin tələbinə görə, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin də qiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bu qayda prosessual qənaət və ədalət mühakiməsinin səmərəliliyi prinsipinin tələblərindən irəli gəlir.
31. Apellyasiya məhkəməsi eyni zamanda Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli qərarında məhkəmənin yardım etmək vəzifəsi və iddianın mümkünlüyü ilə bağlı ifadə olunmuş hüquqi mövqeyi də nəzərə almalıdır.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mübahisəyə dair iş üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1236/2022 nömrəli, 7 aprel 2022-ci il tarixli qərardadı ləğv edilir. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilir.