Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1599/2023 31.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarının məcburi icrası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2023-cü il tarixli, 2-1(103)-1597/2023 nömrəli qərardadından ca vabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək xx.xx.2017-ci il tarixdən 3 iş günü müddətində əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5324/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə, iddia tələbinin təmin olunması, İddiaçı xx.xx.2017-ci il tarixdən 3 iş günü müddətində əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Eksperti za və Reabilitasiya Xidmətinin üzərinə qoyulması qərara alınmışdır.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(112)324/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 5324/2017 saylı iş üzrə xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. 4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5324/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı icra olunması üçün xx.xx.2018-ci il tarixli məktubla cavabdehə göndərilmişdir.
5. Cavabdehin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı **********3 №-li, xx.xx.2018-ci il tarixli məktubda məhkəmənin qərarının icra olunduğu, İddiaçı təyinat tarixi xx.xx.2017-ci il olmaqla beş il müddətinə ümumi səbəbdən ikinci dərəcə əlillik təyin edildiyi qeyd olunm uşdur.
6. İddiaçıya təyin edilmiş əlillik dərəcəsi cavabdeh inzibati orqan tərəfindən 13 may 2019-cu il tarixdən etibarsız hesab olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 5 avqust 2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5324/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarının icrasının bərpa olunmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsinin 03 oktyabr 2017-ci il tarixli qərarı ilə ona xx.xx.2017-ci il tarixdən 3 iş günü müddətində əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Məhkəmə qərarının icrası ilə əlaqədar ona xx.xx.2017-ci il tarixdən İİ dərəcə əli llik təyin olunmuşdur. Lakin xx.xx.2019-cu il tarixdən ona təyin edilmiş əlillik etibarsız sayılmış və pensiya ödənişin verilməsi dayandırılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən barəsində təyin edilmiş əlilliyin və pensiyanın ləğv edilməsi qanunsuzluq və özbaşınalıqdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə qərarının icrası qanunsuz olaraq dayandırılmışdır.
9. Bakı İnzibati Məhkəməsinin 8 dekabr 2022-ci il tarixli, 2-1(81)-5324/2017 nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin olunmuş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 3 oktyabr 2017-ci il tarixli, 2-1(81)-5324/2017 saylı qərarı üzrə icra vərəqəsi verilərək məcburi icraya yönəldilməsi qərara alınmışdır.
10. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və əri zənin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2023-cü il tarixli, 2-1(103)-1597/2023 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 8 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində qeyd edilmişdir ki, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə yuxarıda göstərilən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1 (103)-2237/2022 saylı qərardadı ləğv olunmuş və iş yenidən apellyasiya baxışına geri göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi iddiaçının "22.06 2017-ci il tarixədək təyin olunmuş 2-ci dərəcə əlilliyinin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi” barədə işə mahiyyət üzrə baxaraq xx.xx.2023-cü tarixdə 2-1(103)1413/2023 saylı qərar qəbul etmişdir. Hal-hazırda həmin qərardan cavabdeh Agentlik tərəfindən kassasıya şikayəti hazırlanmaqdadır və qısa zamanda aidiyyəti üzrə məhkəməyə təqdim olunacaqdır.
15. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2023-ci il tarixli, 2-1(103)-1597/2023 nömrəli Qərardadı ilə təmin edilmiş məhkəmə qərarının icrası barədə tələb artıq mahiyyət üzrə başqa məhkəmənin icraatındadır və yekun qanuni qüvvəyə minmiş məhk əmə qərarı mövcud deyildir. Bu faktı iddiaçı tərəfindən məhkəmədən gizlədilmişdir. İddiaçının bu məcburi icra tələbi barədə iddia qaldırmasında məqsəd xx.xx.2019-cu tarixində etibarsız hesab edilmiş əlilliyin Bakı İnzibati Məhkəməsinin 2-1(81)-5324/2017 saylı xx.xx.2017-ci il tarixli qərarının məcburi icrası barədə qərar çıxarılmaqla bərpasına nail olmaqdır. Lakin göründüyü kimi, xx.xx.2019-cu tarixində etibarsız hesab edilmiş əlilliyin bərpası ilə bağlı iş mahiyyət üzrə baxılmaqla hal-hazırda məhkəmə icraatındadır. İcra vərəqəsi verilərək məcburi icraya yönəldilməsi tələb edilən Bakı inzibati Məhkəməsinin 2-1(81)5324/2017, saylı xx.xx.2017-ci il tarixli qərarı icraya yönəldilə bilməz b. kassasiya şikayətinə etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kas sasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitə si ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzr ə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mü bahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. İşin araşdırılan hallarından müəyyən olunur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-1(81)-5324/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən icra olunaraq, İddiaçı təyinat tarixi xx.xx.2017-ci il olmaqla beş il müddətinə (yəni xx.xx.2022-ci il tarixədək) ümumi səbəbdən ikinci dərəcə əlillik təyin edilsə də, sonradan həmin orqan tərəfindən iddiaçıya təyin edilmiş əlillik dərəcəsi 13 may 2019-cu il tarixdən etibarsız hesab olunmuş, bunu nla da məhkəmə qərarının icrası tam (xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə) həyata keçirilməmişdir.
23. Nəzərə almaq lazımdır ki, mübahisə tərəfləri məhkəmə qərarına bağlıdır və onun məzmununa uyğun davranmağa borcludur. Dövlətin adından çıxarılan məhkəmə qərarı, xüsusən də dövlət orqanları tərəfindən könüllü şəkildə, qərar məcburi icraya yönəldilmədən icra olunmalıdır. Hazırkı mübahisəyə münasibətdə məhkəmə qərarı inzibati orqan tərəfindən könüllü şəkildə icra edilməmişdir. Cavabdehin kassasiya şikayətində qeyd etdiyi dəlillər məhkəmə qərarının müəyyən olunmuş müddət ərzində icra olunması imkanını istisna edən hallar qismində qiymətləndirilə bilməz. Belə ki, cavabdehin istinad etdiyi icraat üzrə qəbul edilə
24. Şəxsin sosial təminat hüququnun təmin olunması onun və ailə üzvlərinin yaşayışına, onların həyatının keyfiyyətinə birbaşa təsir edən amildir. Cavabdeh şəxsin bu hüquqlarının təmin olunmasına yönəlmiş məhkəmə qərarının icrasını kassasiya şikayətində istinad etdiyi dəlillər üzərindən təmin etməməkdə və ya icranı uzatmaqda haqlı sayıla bilməz.
25. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2023-cü il tarixli, 2-1(103)-1597/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.