Məhkəmə qərarları › İş №2-1(102)-16/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-16/2023

13.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-16/2023 13.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; iddianın düzgün cavabdehə qarşı yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Şamaxı rayonu Peşə liseyinin direktoru Cavabdeh1 və Şamaxı rayonu Peşə liseyində direktor olmuş Cavabdeh2 qarşı Şamaxı şəhəri, M.Hadi küçəsində yeni inşa olunmuş 110 saylı binanın 36 saylı mənzilində yaşama hüququnun yalnız Təranə Mustafayevaya aid olm ası ilə bağlı aktın qeyri-qanuni olması və onun ləğv edilməsinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2022-ci il tarixli, 2-1(105)-385/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı “Şamaxı şəhəri, M.Hadi küçəsində yeni inşa olunmuş 110 saylı binanın 36 saylı mənzilində yaşama hüququnun yalnız Təranə Mustafayevaya aid olması ilə bağlı aktın qeyri-qanuni olması və onun ləğv edilməsinin cavabdehlərin üzərinə qoyulması”nı xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ş amaxı şəhəri, M.Hadi küçəsində yeni inşa olunmuş 110 saylı binanın 36 saylı mənzilində yaşama hüququnun yalnız Təranə Mustafayevaya aid olması ilə bağlı aktın qeyri-qanuni olması və onun ləğv edilməsinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir.

3. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-774/2022 nömrəli, 11 fevral 2022-ci il tarixli (hakim L.Mirzəyeva) qərardadı ilə iddia mümkün sayılmamışdır.

4. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi, mü bahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan və ya inzibati akt qəbul etmək səlahiyyəti verilmiş orqan olmalı və mübahisə həmin orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Halhazırkı iş üzrə cavabdehlər fiziki şəxslər olduğundan hazırki mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia fiziki şəxslərə qarşı deyil, Şamaxı rayonu Peşə liseyinə qarşı qaldırılmış olsa belə, həmin lisey də inzibati orqan olmadığınan və iddia onun inzibati xarakterli fəaliyyəti ilə bağlı olmadığından, iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün sayıla bilməz. Beləliklə, iddiaçı hazırki iddianı qaldırmaqla düzgün olmayan hüquqi müdafiə vasitəsini seçmişdir.

5. İddiaçı apellyasiya şikay əti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2022-ci il tarixli, 2-1(105)-385/2022 nömrəli qərardadı ilə (hakimlər Z.Məmmədov - sədrlik edən və məruzəçi, H.Babayeva və F.Məmmədov) Sumqayıt İnzibati Məhkəməsinin 11 fevral 2022ci il tarixli, 2-1(118)-774/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

8. İddiaçı həmçinin Ali Məhkəməyə kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin edilməsi barədə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişd ir.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 avqust 2022-ci il tarixli, 2-1(105)-385/2022 nömrəli qərardadı ilə (hakimlər Z.Məmmədov - sədrlik edən və məruzəçi, H.Babayeva və F.Məmmədov) iddiaçı dövlət hesabına vəkillə təmin edilmişdir.

10. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi hal-hazırda Cavabdeh2 X1 direktor müavini vəzifəsində işlədiyini nəzərə almamışdır. Cavabdeh1 Əsgər oğlu isə sabiq direktor kimi Şamaxı rayon İcra Hakimiyyətinə göndərilmiş 07 may 2019-cu il ta rixli sənədə imza etmişdir. Hesab edir ki, belə əməllər cinayət xarakterlidir. Bu şəxslər hal-hazırda vəzifəli şəxslərdir. Onların bu məsələdə maddi maraqlı olmaları aşkar görünür və məhkəmə bu məsələyə hüquqi qiymət verməlidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqı nda və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Madd ə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

15. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmə mişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

17. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

18. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri məzmun və mahiyyət baxımından iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübah isə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

19. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının “Şamaxı şəhəri, M.Hadi küçəsində yeni inşa olunmuş 110 saylı binanın 36 saylı mənzilində yaşama hüququnun yalnız Təranə Mustafayevaya aid olması ilə bağlı aktın qeyri-qanuni olması və onun ləğv edilməsinin cavabdehlərin üzərinə qoyulması” ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

20. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən iddianın hüquqi cəhətdən yoxlanılması iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə iddianın mümkünlüyü, iddia mümkün sayıldıqda isə növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir.

21. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu, tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq, xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

22. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

23. Hazırkı mübahisəyə münasibətdə nəzərə alınmalıdır ki, Şamaxı Peşə liseyi tərəfindən icra hakimiyyətinə göndərilmiş siyahıda Təranə Mustafayevanın adının ailə başçısı kimi qeyd olunması iddiaçının həmin liseyin balansında olan yataqxanada yaşaması faktını istisna etmir və eləcə də iddiaçının yeni ayrılmış mənzilə hüquqları baxımından hər hansı əhəmiyyət də kəsb etmir. Belə ki, hazırkı tələbin məzmunu baxımından siyahıda Təranə Mustafayevanın adının ailə başçısı kimi qeyd olunması əslində iddiaçının həmi n mənzillə bağlı hüquqi vəziyyətinə hər hansı potensial təsir imkanına malik deyildir və iddiaçı belə hüquqlarını mənzilin ayrılması və özəlləşdirilməsi zamanı realizə etmək imkanlarını saxlayır. Bu mənada iddiaçının hüquqi marağı baxımından əhəmiyyət kəsb edən məsələ siyahıda Təranə Mustafayevanın adının ailə başçısı kimi qeyd olunmasından deyil, yeni mənzilin ayrılması ilə bağlı rəsmiləşdirmə zamanı icra hakimiyyəti tərəfindən qəbul olunmuş müvafiq sənədlərdə (qərarda, orderdə) iddiaçının adının nəzərdə tutulub-tutulmamasından ibarətdir. İddiaçının adının həmin sənədlərdə nəzərdə tutulduğu təqdirdə, onun mənzil üzərində hüquqları, həmin hüquqların həcmi (istifadə hüquqları və ya mülkiyyət hüququ əsasında payları) ilə bağlı mübahisələrə, mübahisənin aidiyyəti baxımından mülki məhkəmə qa ydasında baxıla bilər.

24. Beləliklə, iddianın mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, şikayət təmin olunmamalı, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

25. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2022-ci il tarixli, 2-1(105)-385/2022 nömrəli qəradadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar