Məhkəmə qərarları › İş №2-1(102)-16/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-16/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-16/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məlumat vərəqinin göndərilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqinin göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 mart 2024-cü il tarixli, 2-1(103)-1178/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasi ya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı xx.xx.1946-cı ildə anadan olmuşdur.

2. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının, şəxsi işinin surətindən və xx.xx.2009-cu il tarixli arxiv arayışından görünür ki, xx.xx.1946-cı il təvəllüdlü İddiaçı: xx.xx.1964-xx.xx.1964-cü il tarixlərdə Azərbaycan kommunist partiyasının 40 illiyi adına Bakı şin zavodunda yükləyici vəzifəsində işləmiş; xx.xx.1964-xx.xx.1964-cü il tarixlərdə müvəqqəti olaraq işləməmiş; xx.xx.1964-xx.xx.1966-cı il tarixlərdə “Vodnik” Xəzər hovuz İttifaqında məşqçi; xx.xx.1966-xx.xx.1967-ci il tarixlərdə Bakı elektrik məişət cihazları zavodunda sarıyıcı; xx.xx.1967-xx.xx.1967-ci il tarixlərdə Bakı metropoliteni İdarəsində elektrik montyor u vəzifələrində işləmiş; xx.xx.1967-xx.xx.1967-ci il tarixlərdə universitetə qəbula hazırlaşmış; xx.xx.1967-xx.xx.1971-ci il tarixlərdə S.M.Kirov adına Azərbaycan Dövlət İdman İnstitutunun tələbəsi olmuş; xx.xx.1971-xx.xx.1971-ci il tarixlərdə “Vodnik” Xəzər hovuz İttifaqında cüdo üzrə məşqçi; xx.xx.1971-xx.xx.1972-ci il tarixlərdə “Lokomotiv” könüllü idman birliyində məşqçi işləmiş; 1972-ci ilin may ayından 1973-cü ilin may ayınadək Sovet Ordusunda xidmət etmişdir. xx.xx.1974-cü ildən xx.xx.1978-ci ilədək “Dinamo” cəmiyyətində məşqçi-müəllim işləmiş; xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək işsiz olmuş; xx.xx.1978-ci ildən xx.xx.1980-cı ilədək “Dinamo” cəmiyyətində məşqçimüəllim; xx.xx.1980-cı ildən xx.xx.1981-ci ilədək SSRİ DİN-in N.K.Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbində əmək müqaviləsi ilə məşqçi-müəllim; xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilədək SSRİ DİN-in N.K.Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbinin hərbi intizam və fiziki hazırlığı üzrə müəllim işləmiş; SSRİ DİN-in xx.xx.1981-ci il tarixli 406 №-li ş/h üzrə əmri ilə İddiaçı milis leytenantı xüsusi rütbəsi verilmiş; xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilədək Bakı Su kəmərinin mühafizəsinə dair milis alayının kadr və xidməti hazırlığı üzrə inspektoru işləmiş; Azərb.SSR DİN-in xx.xx.1985-ci il tarixli 187 №-li ş/h üzrə əmri ilə İddiaçı milis baş leytenantı xüsusi rütbəsi verilmiş; xx.xx.1988-ci ildən xx.xx.1992ci ilədək Azərb.SSR DİN-in Tədris Mərkəzinin müəllimi işləmiş; Azərb.SSR DİN-in xx.xx.1989-cu il tarixli 102 №-li əmri ilə İddiaçı milis kapitanı xüsusi rütbəsi verilmiş; AR DİN-in xx.xx.1992-ci il tarixli 2357 №-li ş/h üzrə əmri ilə Ə.A.X3 4-cü maddənin “E” bəndinə əsasən (şəxsi xahişi ilə) DİO-dan xaric edilmişdir.

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən iddiaçının ərizəsini təmin etməkdən imtina edilməsinə dair xx.xx.2023-cü tarixli məktubda qeyd edilmişdir ki, “arxiv şəxsi işinizə əsasən 16 iyun 1981-ci il tarixdən 07 dekabr 1992-ci il tarixədək daxili işlər orqanlarında xidmət etmisiniz. Daxili işlər orqanlarında xidmətdən xaric edilərkən xidmət müddətiniz təqvimi hesablama ilə 12 il 06 ay 00 gün, imtiyazlı hesablama ilə 12 il 11 ay 14 gün təşkil etmişdir. Xidmətdən xaric edilərkən qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq xidmət illərinə görə pensiya hüququna xidmətdən bu raxılanadək imtiyazlı 20 il və daha çox xidmət etmiş əməkdaşlar malik idilər. Xidmət illəriniz nəzərə alınaraq X5 Nazirliyi xətti ilə pensiya təyin edilməsi mümkün deyildir”.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “arxiv sənədləriniz öyrənilərkən daxili işlər orqanlarında xx.xx.1981-xx.xx.1992-ci illərdə xidmət etdiyiniz, xidmətdən xaric edilərkən xidmət müddətinizin təqvimi hesablama ilə - 12 il, 06 ay, 00 gün, imtiyazlı hesablama ilə - 12 il, 11 ay, 14 gün təşkil etdiyi, həmçinin xx.xx.1974- xx.xx.1981-ci illərdə mülki vəzifələrdə işlədiyinizdən həmin illərin daxili işlər orqanlarında xidmət müddətinə daxil edilmədiyi müəyyən edilmişdir. Əlavə olaraq nəzərinizə çatdırı rıq ki, qeyd olunan məsələ ilə əlaqədar müraciətlərinizə dəfələrlə məhkəmələr tərəfindən baxılaraq iddianız təmin olunmamışdır”. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Arxivinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin A.Heydərov adına məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqaüd alması üçün ona köməklik göstərilməsini xahiş etmişdir.

6. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qəbul edilməsini və tələbinin “xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmiş və ərizə təmin edilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1946-cı ildə anadan olmuşdur. 19741992-ci illərdə DİN-də çalışmışdır. 1974-1980-ci ilə kimi Dinamo cəmiyyətində muzdlu məşqçi cüdo idman növü üzrə işləmişdir. Maaşı 105 manat olmuşdur. DİN-nin Milli Komandasını cüdo və fiziki hazırlıq yarışlarına hazırlamışdır. 1974-cü ilin iyul ayında onu DİN-nin Tədris Mərkəzində kursa göndərmişlər. 1975-ci ildə Tədris Mərkəzini bitirəndən sonra ona DİN-də əmr vermişlər və onun adına tapança pistolet-makarova, 2 ədəd sandıqca və 16 patron-1975-ci il tapançanın vəsiqəsini adına yazmışlar. DİN-nin arxivində heç bir sənəd qalmamışdır. Necə ola bilər ki, polis işçilərinin s ənədləri itsin, ya da yoxa çıxsın. Əgər yandırılıbsa, onda akt tərtib olunmalı, sıra-sıra dalbadal hər bir sənədin və polis işçisinin adı qeyd olunmalı idi. Ona görə onun təqaüdə çıxmağı üçün sənəd qalmamışdır. 1987-ci ildə əmr verilmişdir ki, 1975-ci ildə tapançanı onun adına yazmışlar, lakin indi deyirlər ki, sənədin əsası yoxdur. Ona görə ona təqaüd verə bilmirlər. DİN-nin Tədris Mərkəzinə tapançanın verilməsi haqqında sənədin, yəni 1987-ci ildəki əmrin ona verilməsi ilə bağlı ərizə yazmışdır. Ona bu sənədi verməyə səlahiyyətlərinin olmadığı, tapançanın sənədinin mülki şəxslərə verilmədiyi, yalnız polisdə çalışanlara verildiyi bildirilmişdir. Belə ki, tapançanın vəsiqəsi məhkəmədə təsdiq olunsa, o, təqaüd ala bilər. 1974-cü il iyul ayından 1992-ci il 16 yanvaradək polisdə çalışmışdır, o nun ümumi stajı DİN-də 21 il 9 aydır.

8. Cavabdeh iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və əlavə olaraq göstərmişdir ki, İddiaçı 20 il xidmət müddəti olmadığından onun barəsində məlumat vərəqi Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməmişdir. İddiaçı ərizəsində 1974-1980-cı illərdə “Dinamo” İdman Cəmiyyətində məşqçi müəllim (mülki) və 1980-1981ci illərdə Bakı Xüsusi Orta Milis Məktəbində məşqçi vəzifələrdə iş stajının daxili işlər orqanlarının xidmət müddətinə hesablanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə məns ub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli, 631 nömrəli Qərarında daxili işlər orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan mülki vəzifələrdə iş stajının, eləcə də mülki təşkilatlarda iş stajının daxili işlər orqanlarında xidmət illərinə hesablanması nəzərdə tutulmamışdır. Belə olan halda, inzibati qurum tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi əsaslı olmuşdur.

9. Bakı İnzibati Məhkəməsinin (hakim S.İ.Salahova) 30 avqust 2023-cü il tarixli, 21(112)-7142/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edildiyi dövrdə (xx.xx.1992) qüvvədə olan “Hərbi qulluqçuların p ensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən xidmətdən buraxılanadək 20 il və daha çox xidmət etmiş hərbi qulluqçuların pensiya almaq hüququ yaranırdı. İddiaçı 20 il xidmət müddəti olmadığından onun barəsində məlumat vərəqi Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməmişdir. Bundan başqa, İddiaçı 19741980-cı illərdə “Dinamo” İdman Cəmiyyətində məşqçi müəllim (mülki) və 1980-1981-ci illərdə Bakı Xüsusi Orta Milis Məktəbində məşqçi (mülki) vəzifələrdə iş stajı daxili işlər orqanlarında xidmət müddətinə hesablanmamışdır.

11. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2-1(112)-7142/2023 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmi şdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən: P.A.Hüseynov, hakimlər: C.A.Yusifov və Ş.A.Məmmədova) 6 mart 2024-cü il tarixli, 21(103)-1178/2024 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2-1(112)-7142/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi işə baxmış məhkəmənin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya əsaslandırılmışdır. şikayəti iddia ərizəsi və apellyasiya şikayətinə uyğun b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 mart 2024-cü il tarixli, 2-1(103)-1178/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli ş əxslərdir. 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. 18. "Əm ək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 499 nömrəli 22 dekabr 2006-cı il tarixli Fərmanı: 2.4. həmin Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Cavabdeh, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi b arədə məlumatların təqdim olunması Qaydaları”:

1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Cavabdehndə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbayca n Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Cavabdeh, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalini n Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir.

2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.

3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzv ünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir.

20. İddiaçının xidmətdən xaric olunduğu dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qan ununun 4-cü maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının zabit heyətinin, praporşiklərinin, miçmanlarının və müddətdən artıq xidmət hərbi qulluqçularının, habelə müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyətinin və onların ailə üzvlərinin pensiya təminatı “Hərbi qulluqçuları pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin şəxslərə onların arzusu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş şərtlərlə və normalar üzrə pensiya təyin edilə bilər. Bu halda hərbi qulluqçuların pul təminatının bütün növləri fəhlə və qulluqçuların əmək haqqı ilə bərabər nəzərə alınır.

21. Həmin dövrdə qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqq ında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. 12-ci maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna aşağıdakılar malikdirlər: a) xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular; b) xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslər; v) xidmə tdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25,təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmət keçmiş şəxslər; q) hərbi xidmətdə və ya orqanlarda xidmətdə 15 il iş stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. 22. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il tarixli qərarına əsasən: 1. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azər baycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. 2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanununun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 29 aprel tarixli Qanunu qüvvədə ol duğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və ş ikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçini n tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi ü çün əsaslar müəyyən edilməmişdir.

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı “xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqinin Dövlət Sosial Müdaf iə Fonduna göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”ndan ibarətdir.

30. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, xüsusi rütbəli şəxsə əmək pensiyası təyin edilməsi üçün onun xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi şəxsin xidmət keçdiyi orqan tərəfindən Dövlət Sosial Müdafiə Fonduna göndərilməlidir. Məlumat vərəqinin göndərilməsi üçün isə ilk növbədə qanunvericiliyə əsasən şəxsin əmək pensiyası hüququ yaranmalıdır.

31. Həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbindən göründüyü kimi iddiaçıya daxili işlər orqanlarının əməkdaşı kimi pensiya təyin edilməsi məqsədilə məlumat vərəqinin verilməsi üçün onun xx.xx.1992-ci il tarixə qədər 20 il və daha çox hərbi xidmət müddəti olmalı, yaxud da xidmətdən yaşa görə buraxılmalı və buraxıldığı gün 50 yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olmalı, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə olmalıdır.

32. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixdə daxili işlər orqanlarında xidmətdən öz arzusuna əsasən xaric olunmuş, bu zaman onun 46 yaşı tamam olmuş, həmin tarixə isə cəmi imtiyazlı hesablama ilə 12 il 11 ay 14 gün xidmət müddəti olmuşdur.

33. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtını n hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarında daxili işlər orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan mülki vəzifələrdə iş stajının, eləcə də mülki təşkilatlarda iş stajının daxili işlər orqanlarında xidmət illərinə hesablanması nəzərdə tutulmamışdır.

34. Belə olan halda İddiaçı 1974-1980-cı illərdə “Dinamo” İdman Cəmiyyətində məşqçi müəllim (mülki) və 1980-1981-ci illərdə Bakı Xüsusi Orta Milis Məktəbində məşqçi (mülki) vəzifələrdə iş stajı daxili işlər orqanlarında xidmət müddətinə hesablanmaması əsaslı olmuşdur.

35. Bundan başqa, məhkəmə kollegiyası iddiaçının 1974-1980-ci illərdə Daxili İşlər Nazirliyi X4 Alayında milis nəfəri kimi işləməsinin öz təsdiqini tapmaması ilə bağlı apellyasiya məhkəməsinin mövqeyini də əsaslı hesab edir.

36. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, ərizəçi İddiaçı Atabala oğlu maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1974-cü ilin aprel ayından 1981-ci ilin sentyabr ayının sonuna kimi X4 Alayında milis nəfəri kimi xidmət keçməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8072/2016 saylı, 07 iyul 2016-cı il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, İddiaçı Atabala oğlunun 1974-cü ilin aprel ayından 1981-ci ilin sentyabr ayına qədər X4 Alayında milis nəfəri vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. Bu qətnamədən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8853/2018 nömrəli, 19 sentyabr 2018-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)8072/2016 saylı, 07 iyul 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi, ərizədə göstərdikləri ilə bağlı müvafiq orqanlara müraciət etmək, müraciətinin nəticəsindən asılı olaraq isə müvafiq inzibati-iqtisadi məhkəməyə müraciət etmək hüququnun olmasının ərizəçiyə izah edilməsi qərara alınmışdır. Məhkəmə iddiaçının həmin müddətdə “Dinamo” idman cəmiyyətində məşqçi işlədiyini müəyyən etmiş, iddiaçının milis nəfəri kimi işləməsi təsdiq olunmamışdır.

37. Eyni zamanda Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli arayışda iddiaçının xx.xx.1974-c ü il tarixdən xx.xx.1981-ci il tarixədək Bakı Su Kəmərlərini Mühafizə edən Milis Alayında milis nəfəri vəzifəsində xidmət etməsi göstərilsə də, arayışdan görünür ki, onun verilməsinə əsas Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8072/2016 saylı, 07 iyul 2016-cı il tarixli qətnaməsi olmuş, sonradan həmin qətnamə ləğv edildiyindən arayış öz əhəmiyyətini itirmişdir.

38. Göründüyü kimi qeyd olunan məhkəmə qərarlarında İddiaçı 1974-1981-ci illərdə daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrində xidmət aparması öz təsdiqini tapmamışdır.

39. Məhkəmə kollegiyası kassasiya şikayətinin “vəsiqənin surətinin ona 1975-ci ildə odlu silah verilməsini, bu faktın isə onun 1974-1981-ci illərdə milis nəfəri kimi işləməsini təsdiq etməsinə” dair dəlillərini də əsassız hesab edərək bildirir ki, işdə olan həmin vəsiqədən görünür ki, iddiaçının rütbəsi baş leytenant göstərilmişdir, lakin həmin xüsusi rütbə xx.xx.1985-ci ildə iddiaçıya verilmişdir. Belə olan halda həmin vəsiqənin 1975-ci ilə aid olması barədə iddiaçının dəlili əsaslı sayıla bilməz.

40. Bu səbəbdən yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iddiaçının hərbi qulluqçu kimi pensiya təyin edilməsi hüququnun yaranmaması ilə bağlı gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təm in edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 mart 2024-cü il tarixli, 21(103)-1178/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar