Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-160/2019 30.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-160/2019) Bakı şəhəri 30 yanvar 2019-cu il GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbələ ra yon şöbəsinə qarşı 01.01.1992-ci il tarixdən 29.03.1994-cü il tarixədək Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qəbələ rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsində, 30.03.1994-cü il tarixdən 27.04.1998-ci il tarixədək N nömrəli hərbi hissəsində və 15.05.1998-ci il tarixdən 01.01.2006-cı il tarixədək N nömrəli hərbi hissəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(107)-496/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30 yanvar 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qəra rı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1954-cü ildə Qəbələ rayonu, Soltan Nuxa kəndində anadan olmuşdur və həmin ünvanda qeydiyyatdadır. (AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi) İddiaçı 1303.1977-ci il tarixdən 19.05.2012-ci il tarixədək fasilələrlə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qəbələ rayonu ərazisində yerləşən hərbi hissələrində işləmişdir. (05.08.1974-cü il tarixli əmək kitabçası) İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, sonuncu 20 aprel 2018-ci il tarixli, 33/18 nömrəli məktub və 2 0 aprel 2018-ci il tarixli, 78 nömrəli qərarla iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Bu cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, 01.01.1992-ci il tarixdən 19.05.2012-ci il tarixədək Rusiya Federasiyasına məxsus Qəbələ RLS-də olan iş dövrünün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 01.01.1992-ci il tarixdən 29.03.1994-cü il tarixədək Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qəbələ rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsində, 30.03.1994-cü il tarixdən 27.04.1998-ci il tarixədək N nömrəli hərbi hissəsin də və 15.05.1998-ci il tarixdən 01.01.2006-cı il tarixədək N nömrəli hərbi hissəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 14.03.1977-ci il tarixdən 19.05.2012-ci il tarixədək fasilələrlə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qəbələ rayonu ərazisində yerləşən hərbi hissələrdə işləmişdir. O, pensiya təyin edilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu əsassız olaraq müraciətini təmin etməmişdir. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddia əsassızdır. Belə ki, 01.01.1992-ci ildən sonrakı dövr üzrə (07.12.1992ci il tarixdən 29.03.1994-cü il tarixədək olan dövr istisna olmaqla) iddiaçının əmək fəaliyyəti Rusiya Federasiyasına məxsus hüquqi subyektdə olmuşdur və həmin dövrdə onun qazandığı əmək haqqından Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Həmçinin, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya sahəsində əməkdaşlıq və bir dövlətin ərazisindəki iş dövrünün digər dövlətdə tanınması barədə hər-hansı müqavilə mövcud deyildir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1034/2018 saylı, 29 iyun 2018-ci il tarixli qərarı ilə (hakim: K.H.Vəliyev) iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçının 01.01.1992-ci il tarixdən 29.03.1994-cü il tarixədək Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qəbələ rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsində, 30.03.1994-cü il tarixdən 27.04.1998-ci il tarixədək N nömrəli hərbi hissəsində və 15.05.1998-ci il tarixdən 01.01.2006-cı il tarixədək N nömrəli hərbi hissəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-496/2018 saylı iş üzrə 20 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: R.R.Rəfiyev, hakimlər: G.A.Abbasov və E.Ş.Hüseynov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1034/2018 saylı, 29 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən sa xlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-496/2018 saylı iş üzrə 20 sentyabr 2018-ci il tarixli qərarının ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən işin hallarını hərtərəfli araşdırmamış, qanunun müddəalarını pozmuşdur. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2; 2.2; 8; 10; 21.1 və 23-cü maddələrinə uyğun olaraq, iddiaçının pensiya hüququ müəyyən olunarkən, 01.08.1974-cü il tarixdən 3 1.12.1991-ci il tarixədək və 07.12.1992-ci il tarixdən 29.03.1994-cü il tarixədək keçmiş SSRİ və Azərbaycan Respublikasının ərazisində iş dövrü və hərbi xidmət müddəti nəzərə alınmaqla 01.01.2006-cı il tarixədək olan dövr üzrə 18 il 2 ay sosial sığorta stajı və 12743,51 manat (18 il 2 ay x 306,0 man. = 5559,0 m. + 129,2411% = 12743,51 manat) pensiya kapitalının olduğu müəyyən edilmişdir. Lakin, 01.01.1992-ci ildən sonrakı dövr üzrə (07.12.1992-ci il tarixdən 29.03.1994-cü il tarixədək olan dövr istisna olmaqla) əmək fəaliyyəti Rusiya Federasiyasına məxsus hüquqi subyektdə olmuş və həmin dövrdə iddiaçının qazandığı əmək haqqından Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Daha sonra qeyd edilir ki, iddiaçının işlədiyi hərbi hissələr Azərbaycan Respublikasının ərazisində, Rusiya Federasiyası tərəfindən icarəyə götürülmüş torpaq sahəsində fəaliyyət göstərsə də, hərbi hissənin ərazisi Rusiya Federasiyasının ərazisi kimi istifadə olunmuş, həmin ərazidə Rusiya Federasiyasının dövlət bayrağı asılaraq, Moskva şəhəri ilə eyni saat qurşağı tətbiq olunmuş və ərazi Rusiya Federasiyasının silahlı qüvvələri tərəfindən mühafizə olunmuşdur. Həmin hərbi hissədə çalışan işçilərə ödənilən əmək haqqı Rusiya Federasiyasının dövlət büdcəsindən maliyyələşdirilmiş, bu əmək haqqından Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna hər hansı məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya sahəsində əməkdaşlıq və bir dövlətin ərazisindəki iş dövrünün digər dövlətdə tanınması barədə hər hansı müqavilə mövcud deyildir. Həmçinin, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda, məcburi dövlət sosial sığorta haqları qismində əmək haqqının 22%-i həcmində məbləğin işəgötürən müəssisə tərəfindən, 3%-i həcmində (bu faizlə göstəricilər ayrı-ayrı dövrlərdə dəyişmişdir) məbləğin isə, işçiyə verilən əmək haqqından tutularaq ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən məbləğlər Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş, məhkəmələr isə işin bu hallarını nəzərə almamış, işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuşlar. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Şəki Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2 -1(107)-496/2018 saylı iş üzrə 20 sentyabr 2018-ci il tarixli qərarının ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda. xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun: - 3.1-ci ma ddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər; - 4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. -7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensi yası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması və fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş və mübahisə doğurmayan hallarından görünür ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə catd ıqdan sonra 25 ildən artıq iş stajına malik olduğunu əsas tutaraq pensiyanın təyin edilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının 01.08.1974-cü il tarixdən 31.12,1991-ci il tarixədək və 07.12.1992-ci il tarixdən 29.03.1994-cü il tarixədək keçmiş SSRİ və Azərbaycan Respublikasının ərazisində iş dövrü və hərbi xidmət müddəti nəzərə alınmaqla 01.01.2006-cı il tarixədək olan dövr üzrə 18 il 2 ay sosial sığorta stajı və 12743,51 manat (18 il 2 ay x 306,0 man. = 5559,0 m. + 129,2411% = 12743,51 manat) pensiya kapitalının olduğu müəyyən edilmişdir. Lakin, 01.01.1992-ci ildən sonrakı dövr üzrə (07.12.1992-ci il tarixdən 29.03.1994-cü il tarixədək olan dövr istisna olmaqla) əmək fəaliyyəti Rusiya Federasiyasına məxsus hüquqi subyektdə olduğundan, Az ərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya sahəsində əməkdaşlıq və bir dövlətin ərazisindəki iş dövrünün digər dövlətdə tanınması barədə hər hansı müqavilə mövcud olmadığından, həmçinin həmin dövrdə iddiaçının qazandığı əmək haqqından Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən sığorta stajı kimi nəzərə alınmamışdır. Bununla da, 25 il sığorta stajı və tələb edilən pensiya kapitalı toplanmadığından iddiaçıya pensiya təyinindən imtina edilmişdir. Beləliklə işin mübahisə doğuran məqamı iddiaçının 01.01.1992-ci il tarixdən 29.03.1994-cü il tarixədək Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qəbələ rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsində, 30.03.1994-cü il tarixdən 27.04.1998-ci il tarixədək N nömrə li hərbi hissəsində və 15.05.1998-ci il tarixdən 01.01.2006-cı il tarixədək N nömrəli hərbi hissəsində işlədiyi illərin sosial sığorta stajı hesab edilib-edilməməsidir. Kassator şikayətində iddiaçının işlədiyi hərbi hissələrin Rusiya Federasiyasının ərazisi kimi istifadə olunmasına, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya sahəsində əməkdaşlıq və bir dövlətin ərazisindəki iş dövrünün digər dövlətdə tanınması barədə hər-hansı müqavilə mövcud olmamasına istinad edərək həmin dövrü staj kimi nəzərə almamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin qeyd edilən dəlillərinə qiymət vermək üçün Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında "Qəbələ radiolokasiya stansiyasının (RLS “DARYAL”) statusu, istifadəsinin prinsipləri və şərtləri haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 19 mart 2002-ci il tarixli qanununa əsasən təsdiq edilmiş Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 2002-ci il yanvarın 25-də Moskva şəhərində imzalanmış "Qəbələ radiolokasiya stansiyasının (RLS “DARYAL”) statusu, istifadəsinin prinsipləri və şərtləri haqqında" Sazişin müddəalarını nəzərdən keçirməyi zəruri hesab edir. Qeyd edilən Sazişin: - 1-ci maddəsinə əsasən, Qəbələ radiolokasiya stansiyası (RLS “DARYAL”), bu Sazişlə müəyyən edilən informasiya-analitik mərkəz statusuna malikdir. İnformasiyaanalitik mərkəz Azərbaycan Respublikasının mülkiyyətidir. İnformasiya-analitik mərkəzin istismarı Rusiya Tərəfindən yalnız informasiya-analitik məqsədlərlə, qarşılıqlı maraq kəsb edən hissəsində isə Tərəflər arasında razılaşma əsasında həyata keçirilir. - 11-ci bəndinə əsasən, informasiya-analitik mərkəzin heyətinin sayı 1500 (min beş yüz) nəfərdən artıq olmayacaqdır. İnformasiya-analitik mərkəzin heyətinin komplektləşdirilməsini Rusiya Tərəfi həyata keçirir. İstismar heyətinin, daxili mühafizə bölmələri heyətinin, təminat heyətinin, texniki heyətin və müvəqqəti heyətin informasiyaanalitik mərkəzə göndərilməsini Rusiya Tərəfi Azərbaycan Tərəfini məlumatlandırmaqla həyata keçirəcəkdir. Azərbaycan Respublikası vətəndaşları və Rusiya Federasiyası vətəndaşları informasiya-analitik mərkəzə işə qəbul oluna bilərlər. Onların informasiyaanalitik mərkəzlə əmək münasibətləri müvafiq olaraq Azərbaycan Respublikasının və Rusiya Federasiyasının əmək qanunvericilikləri ilə tənzimlənir. Üçüncü ölkələrin vətəndaşlarının işə qəbul edilməsi Az ərbaycan Tərəfi ilə razılaşdırılacaqdır. Göründüyü kimi, Sazişin 11-ci maddəsində həm Azərbaycan Respublikası vətəndaşlarının, həm də Rusiya Federasiyası vətəndaşlarının işə qəbul olunmasının mümkünlüyü nəzərdə tutulmuş, eyni zamanda onların mərkəzlə əmək münasibətlərinin müvafiq olaraq Azərbaycan Respublikasının və Rusiya Federasiyasının əmək qanunvericilikləri ilə tənzimlənməli olduğu göstərilmişdir. Başqa sözlə, Azərbaycan Respublikası vətəndaşlarının informasiya-analitik mərkəzlə əmək münasibətləri Azərbaycan Respublikasının qanunvericiliyi, Rusiya Federasiyasının vətəndaşlarının əmək münasibətlərinın Rusiya Federasiyasının əmək qanunvericiliyi ilə tənzimlənməsi müəyyən edilmişir. Hazırkı halda da, iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olduğundan, onunla əmək münasibətləri Azərb aycan Respublikasının qanunvericiliyi ilə tənzimlənmişdir və hətta əmək kitabçasındakı qeyddən də görünür ki, iddiaçı 19.05.2012ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən təşkilatın ləğvi ilə əlaqədar işdən azad edilmişdir. Belə olan təqdirdə, məhkəmə kollegiyası cavabdehin yuxarıda qeyd edilən kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. İddiaçının qazandığı əmək haqqından Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödənilməməsi ilə bağlı cavabdehin kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin ə mək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə qəbul olunduğu gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunver iciliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqq ında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət ü zrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a(X3) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçının isə 01.01.1992-ci il tarixdən 01.01.2006-cı il tarixədək işlədiyi dövr əmək kitabçasında qeyd edilmişdir və o, həmin dövrün sosial sığorta stajına daxil edilməsini tələb etməkdə haqlı olmuşdur. İddiaçının işlədiyi illər onun adına tərtib edilmiş əmək kitabçası ilə təsdiq olunduğundan aşağı instansiya məhkəmələri haqlı olaraq əmək kitabçasında qeyd edilənləri mötəbər sübut kimi qəbul etmişlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və işə baxan məhkəmələr cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişlər. Bəhs edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakı lara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-496/2018 saylı iş üzrə 20 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Sədrlik edən: Kəmaləddin Bədəlov Hakimlər: İlqar Dadaşov Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-160/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-160/2019
30.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver