Məhkəmə qərarları › İş №2-1(102)-1600/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1600/2019

19.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1600/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1600/2019 Bakı şəhəri 19 iyun 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakları ilə, tərəflərin iştirakı olmadan, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə F ondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinin müdiri XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 yanvar 2019-cu il tarixli, 2-1(103)-93/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 01 oktyabr 1988-ci il tarixdən 15 mart 1995-ci il tarixədək, 20 mart 1995-ci il tarixdən 30 dekabr 1997-ci il tarixədək, 04 yanvar 1998-ci il tarixdən 01 fevral 2002-ci il tarixədək, 01 fevral 2002-ci il tarixdən 08 aprel 2005-ci il tarixədək işlədiy i dövrün sosial sığorta stajına daxil edilməklə 18 dekabr 2017-ci il tarixdən ikinci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 01 oktyabr 1988-ci il tarixdən 08 aprel 2005-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuş, həmin fəaliyyətinə dair müvafiq arxiv arayışlarının və əmək kitabçasının da surətini əlavə etməklə ona əlilliyə görə əmək pensiyasının təyin olunması barədə cavabdehə müraciət etmiş, cavabdeh isə onun əmək stajının qarşılıqlı yoxlanılmasının mümkün olmadığına istinad etməklə imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş, yazılı etirazını təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli, 2-1(81)3232/2018 saylı qərarı ilə (hakim Tahirə Əsədova) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, imtina məktubuna əsasən iddiaçıya əslində əlilliyə görə pensiyanın təyin olunmasına onun sosial sığorta stajı təsdiq olunduğu təqdirdə yol verilə bilər. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 yanvar 2019-cu il tarixli, 2-1(103)-93/2019 saylı qərarı ilə (sədrlik edən Elmira Nağıyeva, hakimlər Vüsalə Baxışova və Həmid Həmidov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları təkrarlamış və b ildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş və hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2, 1.0.8, 1.0.10, 6, 12.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, qanunvericilik əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini nəzərdə tut muşdur ki, hər bir işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri onların əmək kitabçasında yazmalıdır. Cavabdeh hesab edir ki, iddiaçının müraciəti onun tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməklə qiymətləndirilmiş, apellyasiya məhkəməsi isə işin faktiki vəziyyətini əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirmədən əsaslandırılmamış qərar qəbul etmişdir. Kassasiya şikayətində göstərilən dəlilin hüquqi əsası kimi cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1, “Əmək pens iyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 69, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-cü maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İT-İ ******* nömrəli, 01 oktyabr 1988-ci tarixli əmək kit abçasının (dublikat) surətindən görünür ki, iddiaçı xx xxxxx 1970-ci ildə doğulmuş, 01 oktyabr 1988-ci ildən 15 mart 1995-ci ilə qədər, 20 mart 1995-ci ildən 30 dekabr 1997-ci ilə qədər, 04 yanvar 1998-ci ildən 01 fevral 2002-ci ilə qədər, 01 fevral 2002-ci ildən 08 aprel 2005-ci ilə qədər işləmişdir. İddiaçı məhkəmə iclasında iştirak etmədiyindən, iş materiallarından əmək kitabçasının dublikatının verilməsinin səbəbi məlum deyil. 26 dekabr 2017-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədin surətindən görünür ki, iddiaçıya 18 dekabr 2017-ci ildən 18 dekabr 2022-ci il tarixədək “ikinci dərəcəli əlillik” (diaqnoz-əvəllər keçirilmiş miokard infarktı, ÜİX Gərginlik stenokardiyası f.s İV, İnfarkdan sonrakı kardioskleroz, digər dəqiql əşdirilmiş plevra zədələnmələri, sağ tərəfli hidrotoraks (Vİİİ qabırğ. qədər), Mədəciklərin erkən depolyarizasiyası və s.) müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 22 iyun 2018-ci il tarixli, 1617 nömrəli imtina məktubundan görünür ki, iddiaçı əmək pensiyasının təyin edilməsi üçün şöbəyə ərizə ilə müraciət etmişdir. İddiaçıya bildirilmişdir ki, 01 oktyabr 1988-ci ildən 15 mart 1995-ci ilə qədər Ağdam rayon Dövlət Sığorta Şirkətində, 20 mart 1995-ci ildən 30 dekabr 1997-ci ilə qədər Gəncə şəhər Təmir Tikinti İdarəsində, 04 yanvar 1998-ci ildən 01 fevral 2002-ci ilə qədər “xxxx” Dövlət Şirkətinin Təchizat və Satış Mərkəzində, 01 fevral 2002-ci ildən 08 aprel 2005-ci ilə qədər “xxxx” ASC-də işlədiyi iş stajını yoxlamaq mümkün deyildir. İşin tam, hərtərəfli araşdırılması məqsədilə Bakı Apellyasiya Məhkəməsi tərəfindən 23 noyabr 2018-ci il tarixdə “xxxx” ASC-yə, Azərbaycan Respublikası Dövlət İqtisad Universitetinə, “xxxx” ASCyə, ”xxxx” ASC-yə sorğular ünvanlanmışdır. Azərbaycan Respublikası Dövlət İqtisad Universiteti (UNEC) tərəfindən 23 noyabr 2018-ci il tarixli sorğuya cavab olaraq 21 dekabr 2018-ci il tarixli, 010-032-2045/02/2018 nömrəli məktuba əsasən, X1 tərəfindən imzalanmış İddiaçı təhsili haqqında arxiv arayışı və təhsil aldığı müddətdə işləməsi barədə əmək kitabçasının surəti məhkəməyə göndərilmişdir. Azərbaycan Dövlət İqtisad Universitetinin arxiv fondunda saxlanılan sənədlərə əsasən, İddiaçı 29 avqust 1988-ci il tarixli 155/c №-li əmrlə N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialının “Plan-iqtisad” fakültəsinin “Ə məyin İqtisadiyyatıvə sosiologiyası “ ixtisası üzrə qiyabi şöbənin İ kursuna qəbul edilmişdir. 17 iyun 1994-cü il tarixli 149/4 №-li əmrlə Azərbaycan Dövlət İqtisad İnstitutunun “İqtisadiyyatın tənzimlənməsi” fakültəsinin “Əməyin İqtisadiyyatı” ixtisası üzrə qiyabi şöbəsinin tam kursunu bitirmiş və AB-İ № 029321,qeydiyyat № 138 diplom verilmişdir. Əmək kitabçasına əsasən, İddiaçı təhsil aldığı dövrdə mühasib köməkçisi vəzifəsində işləmişdir. “xxxx” ASC tərəfindən 24 dekabr 2018-ci il tarixli, ANS-03/28 nömrəli cavab məktubuna əsasən, X2 Quliyev N.Ə. tərəfindən imzalanmış 02 iyun 1997-ci il tarixdən 25/k saylı 02.06.1997-ci il tarixli əmrlə İddiaçı “xxxx” Dövlət Şirkətinin Təchizat və Satış Mərkəzində mühasib vəzifəsinə işə qəbul olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 22 mart 200 1-ci il, 649 saylı Sərəncamı ilə “xxxx” DŞ-i ləğv olunmuşdur. Şirkətin tabeliyində olmuş Təchizat və Satış Mərkəzi ləğv edilərək, Azərbaycan Respublikasının 208-1Q nömrəli 1996-cı il 29 noyabr tarixli qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin Səhmdar Cəmiyyətinə çevrilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq Dövlət Əmlak Nazirliyinin 253 saylı 30 aprel 2001-ci il Sərəncamına əsasən,Təchizat və Satış Mərkəzinin bazasında “xxxx” ASC yaradılmışdır. 28 yanvar 2002 –ci il tarixli 03/K saylı əmrə əsasən təşkilatın adının dəyişdirilməsi ilə əlaqədar olaraq işdən azad edilmişdir. 31 yanvar 2002-ci il tarixli 04/K saylı əmrə əsasən mühasibat şöbəsinə mühasib vəzifəsinə təyin edilmişdir. 08 aprel 2005-ci il tarixli 03/K saylı əmrlə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsas ən vəzifədən azad edilmişdir Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya m əhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini təkrarlayaraq hesab etmişdir ki, iddiaçının nəzərə alınmasını tələb etdiyi dövrlərdə işləməsi əmək kitabçasına və məhkəmə araşdırmasına əsasən öz təsdiqini tapdığından, cavabdehin imtinası əsassız olmuşdur. Bu mövqeyi mübahisələndirən cavabdeh hesab etmişdir ki, iddiaçının işləməsinin qarşılıqlı yoxlanılması mümkün olmadığından, həmin dövr onun siğorta stajına daxil edilməklə pensiya hüququnun müəyyən edilməsi zamanı nəzərə alınmamış, apellyasiya məhkəməsi isə işin faktiki vəziyyətini əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirmədən əsaslandırılmamış qərar qəbul etmişdir. Məhkəmə kollegiyası dəlillə aşağıdakı qaydada qiymətin verilməsini zəruri hesab edir. İddiaçının pensiya hüququnun yarandığı iddia edilən müddətə - 18 dekabr 2017-ci il tarixinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun): - 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir; - 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəy yən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir; - 1.0.10.-ci maddəsinə əsasən,pensiya kapitalı — müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; - 1.0.8.fərdi hesabın sığorta hissəsi — əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksl əşdirilir. Maddələrin tələblərinə görə İİ və İİİ qrup əlillərə pensiya hüququnun yaranmasının şərtlərinə şəxsin müvafiq sığorta stajına malik olması və müəyyən məbləğdə pensiya kapitalının toplanması aiddir. Əlilliyə görə əməkpensiyasının təyin edilməsinin müddətinin başlanğıcı isə əlilliyin müəyyən edildiyi gün hesab edilir. Apellyasiya məhkəməsi qanunun bu şərtlərinin iddiaçıya münasibətdə yerinə yetirilməsi ilə bağlı hər hansı bir qaydada yoxlamamışdır. İlk olaraq maddənin tələblərinə görə zəruri olan sığorta stajının 8 il təşkil edilməsi (47-15=32/4=8) yoxlanılmalı idi. Belə ki, cavabdeh iddiaçının işlədiyi müddətlərin əmək kitabçasında əks olunmasına baxmayaraq, onların qarşılıqlı qoxlanılmasının mümkün olmadığı əsası ilə mübahisələndirmişdir. İstinad edilən Qanunun: - 1.0.2-ci maddəs inə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəx slərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; - 23.2-ci maddəsinə əsasən, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanmış müddəalarından göründüyü kimi, əmək pensiyanın təyin edilməsi üçün zəruri olan şərt şəxin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. İşin hallarına görə qiymət verilən iddiaçının əmək fəaliyyəti 1988-ci ildən 2005-ci illəri əhatə edən dövrə aid olmuşdur. Bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə və daha son ra qüvvəyə minmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. İşin müəyyən edilmiş hallarına görə isə iddiaçı əmək kitabçasını təqdim etmişdir, lakin həmin kitabçada qeyd edilmiş iş dövrlərini cavabdeh mübahisələndirdiyindən, apellyasiya məhkəməsi tərəfindən müvafiq sorğular verilməklə, alınmış cavablara görə iddiaçının 02 iyun 1997-ci il tarixdən 08 aprel 2005-ci il tarixə qədər “xxxx” ASC-də işləməsi və işdən azad olunması faktı müəyyən olunmuşdur. Halbuki, iddiaçının əmək kitabçasına əsasən, həmin müəssisədə o, 04 yanvar 1998-cu il tarixdə işə qəbul olunmuş və həmin müddətlə bağlı onun iddia tələ bi təmin edilmişdir. Beləliklə, apellyasiya məhkəməsinin apardığı araşdırma ilə yalnız qeyri-müəyyən müddət çərçivəsində iddiaçının “xxxx” ASC-də işləməsi və işdən azad olunması müəyyən edilir ki, həmin müddətlər isə iddiaçının zəruri olan 8 il iş stajının toplanmadığına dəlalət edir. İddiaçının digər dövrlərdə hansı müəssisələrdə işləməsi ilə bağlı isə apellyasiya məhkəməsinin müəyyən etdiyi işin hallarında göstərilməmiş, hər hansı bir əsas barədə bildirməmiş və cavabdehin istinad etdiyi dəlillərə və təqdim etdiyi sübutlara münasibətdə qiymətləndirmə aparmamışdır. Qeyd edilmiş əsaslara görə məhkəmə kollegiyası cavabdehin bildirdiyi dəlillərlə razılaşdığını qeyd edir və hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 69.4-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin maddəyə görə, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Məhkəmə kollegiyası həmçinin bildirir ki, yuxarıda istinad edilmiş Qanunun 12.1-ci maddəsinin tələblərinin tətbiqi üçün həmcinin iddiaçıya əlilliyə görə pensiyanın təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləğinin müəyyən edilməsi zəruri olmuşdur ki, bununla bağlı apellyasiya məhkəməsi tərəfindən istər işin halları, istərsə də müvafiq hüquqi qiymətləndirmə aparılmamışdır. Gəldiyi nəticəyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddə lərində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”və 58-ci maddəsində müəyyən edilmiş sübutların araşdırılması qaydasına riayət etməmişdir (məhkəmənin prosess iştirakçılarından zəruri olan sənədlərin tələb edilməsi, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni tamamlanması və s.), habelə apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri tam yerinə yetirilməmişdir. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının işlədiyi müəssisələrlə bağlı, habelə onun pensiyasının hesablanması üçün pensiya kapitalına dair əlavə olaraq araşdırma aparılmaqla, sorğular verilməklə, onun istinad edilən müəssisələrin mövcudluğu və şəxsin orada işləməsi faktları müəyyən edilməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarl a bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinin müdiri XXX tərəfindən verilmiş kassa siya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 yanvar 2019-cu il tarixli, 2-1(103)-93/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar