Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1600/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dö vlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-370/2022 nömrəli, 6 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1978 – 1980-ci illərdə hərbi xidmətdə olmuş, 1984 – 1989-cu illərdə Mordoviya Dövlət Universitetində təhsil almışdır.
2. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən, o, 2 sentyabr 1977-ci ildən 7 oktyabr 1978-ci il tarixədək, 28 may 1981-ci il tarixdən 13 dekabr 1983-cü il tarixədək, 1 yanvar 1987-ci il tarixdən 20 avqust 1987-ci il tarixədək, 7 sentyabr 1987-ci il tarixdən 1 oktyabr 2007-ci il tarixədək müxtəlif təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olmuşdur.
3. Ləğvetmə prosesində olan "xxxx" ASC-nin 27 noyabr 2020-ci il tarixli arayışında qeyd edilmişdir ki, iddiaçı 11 aprel 1989-cu il tarixdən "xxxx" X1 lampaları sexində mühəndis texnoloq kimi əmək fəaliyyətinə başlamış, 1 oktyabr 2007-ci il tarixədək həmin sexdə çalışmışdır (18 il 1 ay 24 gün). “Azərelektroişıq" İB-nin bazasında keçmiş İqtisadi İnkişaf Nazirliyinin 29 noyabr 2001-ci il tarixli 257 saylı sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Vətəndaşın əmək kitabçasında onun 1 oktyabr 2007-ci il tarixdə işdən azad edilməsi barədə qeyd vardır (əsas: AR Nazirlər Kabinetinin 418 saylı 19 fevral 2007-ci il tarixli sərəncamının icrası ilə bağlı). İddiaçın ın işi – usta, mühəndis-texnoloq kimi köməkçi fəhlə olaraq tam iş günü civə tətbiq etməklə civəli cihazlar hazırlamaqdan ibarət olmuşdur. Onun işlədiyi sexdə ətraf mühitə civə buxarının buraxıla bilən normadan yüksək olduğu səbəbindən həmin sex zərərli iş sahəsi hesab olunurdu. Bu səbəbdən, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1-ci siyahının 1130000b-17541 (civə tətbiq etməklə, cihaz və məmulatlar hazırlanan işlərdə və sahələrdə məşğul olan rəhbərlər və mütəxəssislər) maddəsinə əsasən güzəştli pensiya hüququna malik hesab edilə bilər.
4. İddiaçı cavabdehə ona pensiya təyin olunması üçün müvafiq ərizə ilə müraciət etmişdir.
5. Cavabdeh 8 yanvar 2021-ci il tarixli məktubla ərizəni təmin etməkdən və ona pensiya təy inatından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “əmək kitabçasında göstərilən iş stajını nəzərə almaqla pensiya hüququnun yarandığı tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun son iş yerində işləmiş olduğu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş və 1 yanvar 2006-cı il tarixədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın “Xİİİ. Elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı” bölməsində (kod 1130000b-17541) göstərilmişdir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən, 1 yanvar 2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajının, o cümlədən 10 ildən artıq güzəştli şərtlərlə iş stajının mövcud olmasını və 8 sentyabr 2012-ci il tarixdə, yəni 52 yaşına çatdıqda pensiya hüququnun yaranmasını nəzərə alaraq, ona güzəştli pensiya təyin olunması üçün müvafiq ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh orqan 8 yanvar 2021-ci il tarixli məktubla ə rizəni təmin etməkdən və ona pensiya təyinatından imtina etmişdir. Onun pensiya hüququ 8 sentyabr 2012-ci il tarixdə yaranmışdır və 30 il 4 gün ümumi iş stajı və 18 il 1 ay 24 gün zərərli işlərdə iş stajı var, iş stajı əmək kitabçasında öz əksini tapmışdır. Hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. İddianın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci, 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə istinad edilmişdir.
8. Cavabdeh iddiaya dair yazılı etirazı təqdim etmişdir. Etirazın əsaslarına görə, iddia tam əsassızdır və rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənət in xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya t əminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 39.002,85 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12.164,99 manat təşkil edir. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərtinin vacibliyi Bakı İnzibati Məhkəməsinin 2-1(112)5359/2020 saylı iş üzrə 2 dekabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur. Nəticə etibarilə, 1 iyul 2017-ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt vacibdir: 1) qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) ümumi və xüsusi iş stajının olması; 3) fərdi hesabın sığorta hissəsindən qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İddiaçının ümumi və xüsusi stajı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ əldə etməsinə imkan vermir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4740/2021 saylı, 2 avqust 2021-ci il tarixli qərarı ilə (hakim R.L.Kərimli) iddiа təmin edilərək iddiaçıya 52 yaşdan (8 sentyabr 2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mövcud qanunvericiliyə əsasən, 1 yanvar 2006-cı il tarixədək 20 il ümumi iş stajına, o cümlədən 10 il güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli Siyahıda göstərilən) iş stajına malik kişil ər 52 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Bu isə o deməkdir ki, güzəştli şərtlərlə yaşa əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun tələbləri 1 yanvar 2006-cı il tarixədək yuxarıda göstərilən iş stajlarına malik şəxslərə münasibətdə başqa şərt, o cümlədən “müvafiq minimum məbləğdə sığorta kapitalını toplamaq” şərtinin ödənilməsini tələb etmir.
11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Apellyasiya icraatı zamanı məhkəmə sorğusuna cavab olaraq: - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 8 fevral 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “LPO "xxxx" ASC-nin arxiv sənədləri Dövl ət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 11 fevral 2022-ci il tarixli məktubunda “LPO "xxxx" ASC-nin arxiv sənədlərinin Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 22 fevral 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki: “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na uyğun olaraq, keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2001-ci il tarixli, 257 nömrəli sərəncamı ilə "Azərelektorişıq" İstehsalat Birliyinin Bakı "xxxx" zavodunun bazasında "xxxx" ASC yaradılmışdır. S əhmdar cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı qeyd edilməmişdir. Eyni zamanda, qeyd edilən digər məlumatların əldə edilməsi məqsədilə aidiyyəti üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etməyiniz məqsədəuyğundur.” - LPO "xxxx" ASC-nin 18 aprel 2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki: “İcraatınızda olan məhkəmə işi ilə əlaqədar vətəndaş İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində işləməsini təsdiq edən sənədlərin surətinin təqdim edilməsi barədə müraciətinizə baxılmışdır. Bununla əlaqədar vətəndaş İddiaçı "xxxx" ASC-də işləməsini təsdiq edən və cəmiyyətin arxivində mövcud olan T-2 formalı şəxsi vərəqənin təsdiq olunmuş surətini təqdim edirik. Eyni zamanda bildiririk ki, vətəndaş İdd iaçı işlədiyi "xxxx" ASC-nin Lyuminisent lampaları sexində ətraf mühitə civə buxarı buraxıla bilən normadan yüksək olduğundan, həmin sex zərərli iş sahəsi hesab olunurdu. Bu səbəbdən İddiaçı həmin sexdə işlədiyi mühəndis-texnoloq, usta vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısının 13-cü bölməsinin (elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı) 1130000b-17541 (civə tətbiq etməklə, cihaz və məmulatlar hazırlanan işlərdə və sahələrdə məşğul olan rəh bərlər və mütəxəssislər) koduna uyğundur.”
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-370/2022 saylı, 6 may 2022-ci il tarixli qərarı ilə (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və C.A.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən qüvvəsində saxlanılmışdır.
14. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayəti iddiaya dair verilmiş etiraza uyğun tərtib edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlə rdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır..... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a ) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 20. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısı “Xİİİ. Elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı” bölməsinin “b” bəndi, “1130000b – 17 541” kodu - civə tətbiq etməklə, cihaz və məmulatlar hazırlanan işlərdə və sahələrdə məşğul olan rəhbərlər və mütəxəssislər.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər..... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdiri lməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin ed ilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından apellyasiya məhkəməsi işin hallarını lazımı qaydada araşdırmışdır. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçı 1 yanvar 2006-cı il tarixə kimi azı 20 il ümumi və 10 il güzəştli iş stajını tamamlamışdır. Bu şərtlərin ödənilməsi isə ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndinə və 13 iyun 1997-ci il tarixli Qanunla bu maddəyə yaş həddi ilə bağlı edilmiş dəyişikliyə əsasən, 52 yaşının tamam olduğu vaxtdan, yəni 8 sentyab r 2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Məhkəmə kollegiyası iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı cavabd ehin kassasiya şikayətində təkrarlanmış dəlilinə dair əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən qazandığından, həmin qanunla isə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərtinin ödənilməsi tələb edilmədiyindən, pensiya kapitalı ilə bağlı cavabdehin dəlili əsaslı sayıla bilməz.
31. Beləliklə, məhkəmə kollegiyası şikayətdə qeyd edilən dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
32. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının pensiya hüququnun 52 yaşdan yaranmasını qeyd etsə də, qərarın əsaslandırma və nəticə hissələrində texniki səhv olaraq mötərizə içərisində “08 sentyabr 2012-ci ildən” əvəzinə “8 sentyabr 2017-ci il tarixindən” sözlərini qeyd etmiş, apellyasiya instansiyası məhkəməsi isə qərarı qüvvədə saxlayarkən bu yanlışlığa münasibət bildirməmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı, birinci instansiya məhkəməsinin qərarının əsaslandırma və nəticə hissələrində mötərizə içərisində yazılan “08 sentyabr 2017-ci il tarixindən” sözləri “8 sentyabr 2012-ci il tarixindən” sözləri kimi oxunmaqla, dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin k assasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-370/2022 nömrəli, 6 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.