Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1600/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 15 mart 2023cü il tarixli, 2-1(103)-466/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Cavabdehin xx.xx.2021-ci il tarixli, **********2542 nömrəli qərarı üzrə:
1. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********06501 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən, iddiaçıya məxsus olan obyektdə (ünvan: Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 376 A, obyektin adı: Sushi Room (**********-20001)) Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb ed ilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. 2. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən 25 oktyabr 2021-cu il tarixli, KY211675337 nömrəli çıxarışa əsasən, yoxlayıcı orqanın adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı İddiaçı, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i **********, yoxlamanın müddəti (başlama, sona çatma tarixi) xx.xx.2021-xx.xx.2021, yoxlanılan dövr cari fəaliyyət, yoxlamanın predmeti və hüquqi əsasları Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə m inmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi qeyd olunmuşdur. 3. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 002593 nömrəli akta əsasən, Bakı şəhə ri, Xətai rayonu, Məhəmməd Hadi 376 A ünvanında yerləşən “Sushi ROOM” kafesində özünü kafeni idarə edən şəxs kimi təqdim edən X4 iştirakı ilə xx.xx.2021-ci il tarixdə, saat 15:20-də təqdim edilmiş elektron əmək müqaviləsi bildirişlərinə əsasən idarəedən, aşpaz, xadimə, aşpaz köməkçisi işlərin görülməsinə cəlb olunmuş 5 (beş) fiziki şəxsdən 1 (bir) nəfəri (Alıyev Ahmet) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin, (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir.
4. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********2542 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ilə, iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 0-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********2547 nömrəli qərarı üzrə:
5. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********6505 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən, iddiaçıya məxsus olan obyektdə (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Nizami 91, 1-ci mərtəbə, obyektin adı: Sushi Room (**********-14001)) Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işəgötürən t ərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil omaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. 6. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən 25 oktyabr 2021-cu il tarixli, KY211675336 nömrəli çıxarışa əsasən, yoxlayıcı orqanın adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı İddiaçı, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i **********, yoxlamanın müddəti (başlama, sona çatma tarixi) xx.xx.2021-xx.xx.2021, yoxlanılan dövr cari fəaliyyət, yoxlamanın predmeti və hüquqi əsasları Azərbaycan Respublikası Ə mək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi qeyd olunmuşdur. 7. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi h aqqında” xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 002594 nömrəli akta əsasən ünvan 3 ünvanında yerləşən “Sushi ROOM” kafesində İddiaçı iştirakı ilə xx.xx.2021-ci il tarixdə, saat 15:05-də təqdim edilmiş elektron əmək müqaviləsi bildirişlərinə əsasən idarəedən, aşpaz, xadimə, aşpaz köməkçisi işlərin görülməsinə cəlb olunmuş 5 (beş) fiziki şəxsdən 1 (bir) nəfəri (X3) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir.
8. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********2547 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən, iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10- cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********2544 nömrəli qərarı üzrə:
9. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********6504 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən, iddiaçıya məxsus olan obyektdə (ünvan: Bakı şəhəri, Səbail rayonu, Məhəmməd Əfəndiyev, 8, 24 obyektin adı: “Bake and Roll” (**********-17001)) Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işəgötürə n tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. 10. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən 25 oktyabr 2021-cu il tarixli, KY211675338 nömrəli çıxarışa əsasən, yoxlayıcı orqanın adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı İddiaçı, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i **********, yoxlamanın müddəti (başlama, sona çatma tarixi) xx.xx.2021-xx.xx.2021, yoxlanılan dövr cari fəaliyyət, yoxlamanın predmeti və hüquqi əsasları Azərbaycan Respubl ikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi qeyd olunmuşdur. 11. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nə ticəsi haqqında” xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 002596 nömrəli akta əsasən Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev 8, 24 ünvanında yerləşən “Bake and Roll” kafesində İddiaçı iştirakı ilə xx.xx.2021-ci il tarixdə, saat 15:03-də təqdim edilmiş elektron əmək müqaviləsi bildirişlərinə əsasən idarəedən, aşpaz, xadimə, aşpaz köməkçisi işlərin görülməsinə cəlb olunmuş 4 (dörd) fiziki şəxsdən 1 (bir) nəfəri (X9) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir.
12. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********2544 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən, i ddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli, **********1060 nömrəli, xx.xx.2021-ci il tarixli, **********2542 nömrəli, xx.xx.2021-ci il tarixli, **********2547 nömrəli və xx.xx.2021-ci il tarixli, **********2544 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar q əbul olunmasını xahiş etmişdir.
14. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5327/2022 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkilinin iddia tələbinin “cavabdehin xx.xx.2022-ci il tarixli, **********1060 nömrəli qərarının ləğv edilməsi” hissəsində imtinası qəbul edilmiş, iş üzrə icraata həmin hissədə xitam verilmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya aid təsərrüfat subyektlərində operativ vergi nəzarəti həyata keçirilmiş, yoxlamalar nəticəsində aşağıdakı vergi məsuliyyəti tədbirləri görülmüşdür. ünvan 6 ünvanda yerləşən “Sooshi room” adlanan obyektdə keçirilmiş yoxlamanın nəticələrinə dair xx.xx.2021-ci il tarixli 002593 saylı aktda göstərilmişdir ki, iddiaçı tərəfindən əmək fəaliyyətinə cəlb edilmiş 5 işçi aşkar edilmiş, onlardan bir i ilə əmək müqaviləsi bağlanmamışdır. Akta əsasən qəbul edilmiş cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********2542 nömrəli qərarı ilə iddiaçıya 2000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin tarixdə, iddiaçıya aid ünvan 7 ünvanda yerləşən “Sushi room” adlı kafedə keçirilmiş yoxlamanın nəticələrinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 002594 saylı aktda göstərilmişdir ki, iddiaçı tərəfindən əmək fəaliyyətinə cəlb edilmiş 5 işçi aşkar edilmiş, onlardan biri ilə əmək müqaviləsi bağlanmamışdır. Akta əsasən qəbul edilmiş cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********2547 nömrəli qərarına əsasən iddiaçıya 2000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin tarixdə, iddiaçıya aid Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev 24 ünvanda yerləşən “BakenRoll” adlı kafedə tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 002596 saylı aktda göstərilmişdir ki, iddiaçı tərəfindən əmək fəaliyyətinə cəlb edilmiş 4 işçi aşkar edilmiş, onlardan biri ilə əmək müqaviləsi bağlanmamışdır. Akta əsasən qəbul edilmiş cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********2544 nömrəli qərarına əsasən iddiaçıya 2000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçıya məxsus 3 obyektdə əmək müqaviləsi bağlanmadan işçilərin cəlb edilməsinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli 002593 saylı, xx.xx.2021-ci il tarixli 002594 saylı və xx.xx.2021-ci il tarixli 002596 saylı aktlarda, vergi müfəttişlərinin mülahizələrinə görə iddiaçı tərəfindən əmək fəaliyyətinə cəlb edilmiş şəxslərin iddiaçının işçiləri olmasını sübut edən hər-hansı hallar əsaslandı rılmamış, şərh olunmamışdır. Həmin aktlar əsasında vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********2542 nömrəli, **********2547 nömrəli və **********2544 nömrəli qərarlar əsassız tərtib edilmiş aktlar əsasında çıxarıldığından qanunsuzdur və ləğv edilməlidir. Əlavə olaraq qeyd etmək zəruridir ki, “BakenRoll” kafesində əmək müqaviləsi olmadan muzdlu əməyə cəlb edildiyi ehtimal edilən işçi – X9, iddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli “Təlim xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən, iddiaçı tərəfindən X6 aylıq 100 manat ödəniş müqabilində, bir ay müddətinə ofisiant təlimi xidmətləri göstərmişdir. Təlimin bitməsi nəticəsində R.Bağırov iddiaçı tərəfindən ofisiant kimi işə qəbul edilmişdir.
16. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etira zda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli **********2542 nömrəli qərara əsasən iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 376A ünvanında yerləşən “SUSHİ ROOM” restoranında operativ vergi nəzarəti həyata keçirilmişdir. Qərar üzrə vergi nəzarəti xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixədək nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi, aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Aksiz ma rkası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları”na müvafiq olaraq əldə edilməsinə nəzarət edilməsi, malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məsələlərini əhatə etmişdir. Həyata keçirilmiş operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus restoranda Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən 1 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunmuşdur: Aşbaz köməkçisi - Alıyev Ahmet. Eyni zamanda, xx.xx.2021-ci il tarixli, **********2547 nömrəli qərara əsasən, iddiaçıya məxsus Bakı şəhəri, Nəs imi rayonu, Nizami 91, 1-ci mərtəbədə yerləşən “SUSHİ ROOM” restoranında operativ vergi nəzarəti həyata keçirilmişdir. Belə ki, obyektdə bir nəfər işçinin – X1 əmək müqaviləsinin olmadığı müəyyən edilmişdir. Həmçinin, xx.xx.2021-ci il tarixli, **********2544 nömrəli qərara əsasən, iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Məhəmməd Əfəndiyev 8-24 ünvanında yerləşən “BAKE AND ROLL” restoranında operativ vergi nəzarəti həyata keçirilmişdir. Həyata keçirilmiş operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus restoranda Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən 1 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunmuşdur. Belə ki, obyektdə bir nəfər işç i ofisiant – X5 əmək müqaviləsinin olmağı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məc buri dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Yuxarıda qeyd edilən məlumatlardan göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiyi mülahizələr həqiqətə uyğun deyildir.
17. Bakı İnzibati Məhkəməsinin (hakim A.A.Abdullayeva) 16 iyun 2022-ci il tarixli, 21(112)-5327/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin xx.xx.2021-ci il tarixli, **********2542 nömrəli və xx.xx.2021-ci il tarixli, **********2547 nömrəli qərar ları ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilən fiziki şəxslərin izahatları alınmamış, həqiqətən həmin şəxslərin iddiaçıya məxsus obyektlərdə işçi kimi çalışması onların izahatları və digər sənədlərlə öz təsdiqini tapmamış və beləliklə, işin halları inzibati orqan tərəfindən hərtərəfli araşdırılmayaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla müvafiq qərarlar qəbul edilmişdir.
19. İddianın təmin olunmayan hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş R.Bağırovun 15:30-da tərtib olunaraq imzalanmış izahatından və əmək müqaviləsi bildirişləri barədə məlumata əsasən həmin izahat tərtib olunan vaxt R.Bağırov onunla heç bir əmək müqaviləsinin və xidmət müqaviləsinin bağlanmamasını, elektron bildirişin bazaya vurulmamasını bildirmişdir. İddiaçı tərəfindən R.Bağırovla bağlı əmək müqaviləsi bildirişi R.Bağırovun izahatı alındıqdan sonra, xx.xx.2021-ci il tarixdə, saat 16:10-da sistemə daxil edilmişdir.
20. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın qismən ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) 15 mart 2023-cü il tarixli, 2-1(103)-466/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2-1(112)-5327/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, operativ vergi nəzarəti zamanı izahatı alınmamış həmin şəxslərin iddiaçı ilə əmək münasibətlərində olub-olmamaları faktı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməlidir. Cavabdeh tərəfindən isə qanunvericiliyin qeyd olunan tələbləri qaydasında iddiaçı tərəfindən sözügedən şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunması mötəbər sübutlarla öz təsdiqini tapmır.
23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın qismən – iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və id dianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
24. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə dair yazılı etirazın dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq qeyd edir ki, “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi” Qaydalarının 10.8cibəndinə əsasən, vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşd irilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir. Göründüyü kimi, vergi orqanı tərəfindən inzibati icraat düzgün həyata keçirilmiş, xx.xx.2021-ci il tarixində qaydaların tələblərinə uyğun olaraq sərbəst formada akt tərtib edilmiş, izahat verməkdən imtina edən şəxsin) aktı imzalamama barədə qeydlər müvafiq aktda göstərilmişdir.
25. Operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada həyata keçirilmiş, lakin məhkəmə düzgün araşdırma aparmayaraq qanunsuz və əsassız qərar çıxarmışdır. Hər iki instansiya tərəfindən işin obyektiv araşdırılması üçün əhəmiyyət daşıyan şəxslərdən ifadələr alınmamış, həmin şəxslər məhkəmə icraatına cəlb edilməmişlər. Nəinki yoxlayı cıların, həmçinin obyektiv həqiqətin ortaya çıxması üçün əhəmiyyət daşıyan işçilərin – Alıyev Ahmetin və X2 prosesə cəlb edilərək dindirilməməsi məhkəmələr tərəfindən xidməti vəzifəsinin pozulması kimi qiymətləndirilməlidir. İş üçün əhəmiyyət daşıyan şəxslərin dindirilməsi inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirlə bilməz. Həmin şəxslərdən ifadələrin alınması məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətindən irəli gəlir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
26. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilmə sinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndir ildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd e tmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
35. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu, başqa sözlə, operat iv vergi nəzarəti zamanı izahatı alınmamış şəxslərin iddiaçı ilə əmək münasibətlərində olub-olmaması halını sübut edə bilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd əsaslandırılmamış qərar qəbul etmişdir. Yəni, hazırkı iş üzrə iddiaçının tələbi mübahisələndirmə haqqında iddia növünə aid olduğundan, sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür (İPM-nin 14.1-ci maddəsi).
36. Mübahisələndirmə haqqında iddia növündə olan işlərdə cavabdeh faktiki şərtlərin mövcudluğunu məhkəmə prosesi zamanı təqdim edilmiş sənədlərlə sübut etməklə yanaşı və hətta daha öncə, inzibati icraatın gedişində, o cümlədən icraatın nəticəsində inzibati aktın qəbulu zamanı şəxsə faktiki şərtlərin mövcudluğunu göstərməlidir. Bu “İnzibati icraat haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinin tələbin dən irəli gəlir. Belə ki, həmin maddələrə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.
37. Nəzərə alınmalıdır ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurəti nin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı.
38. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.
39. İnzibati icraatın gedişin də inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə isə inzibati orqan haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki, yuxarıda qeyd edildiyi kimi, inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi məsuliyyətinə cəlb etdikdən sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən in zibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Qeyd edildiyi kimi, məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.
40. Odur ki, hazırkı halda qiymət verilməli olan, cavabdeh tərəfindən iddiaçıya maliyyə sanksiyasının tətbiq edilməsi və vergi məsuliyyətinə cəlb edilməsi zamanı inzibati icraatın tələblərinə riayət edilib-edilməməsidir.
41. Lakin hazırkı iş üzrə mübahisələndirilən xx.xx.2021-ci il tarixli, **********2542 nömrəli və xx.xx.2021-ci il tarixli, **********2547 nömrəli qərarlarda, yəni inzibati aktlarda yuxarıda qeyd olunan normaların tələblərinə uyğun hər hansı əsaslandırma aparılmamış, işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inz ibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməmişdir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisələndirilən qərarlarında istinad etdiyi xx.xx.2021-ci il tarixli operativ vergi nəzarətinin nəticəsi haqqında aktların məzmununa nəzər yetirdikdə də müəyyən olunur ki, orada sadəcə, 1 nəfərin (hər akt üzrə ayrı-ayrılıqda) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin, (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi göstərilmiş, lakin həmin şəxslə iddiaçı arasında əmək münasibətlərinin olub-olmamasına dair əsaslar göstərilməmişdir.
43. Qeyd edilənlərə əsasən, mübahisələndirilən inzibati aktlar inzibati orqan tərəfindən inzibati icraat haq qında hüquq normalarının, o cümlədən maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən apellyasiya instansiyası məhkəməsinin sözügedən inzibati aktların ləğv edilməsi ilə bağlı hüquqi mövqeyi düzgün olmuşdur.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2023-cü il tarixli, 21(103)-466/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.