Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1601/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı və vəkili Vəkil iştirakı ilə İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsinə qarşı «pensiyadan tutulan 175 manat vəsaitin bərpa olunması, mənəvi ziyan olaraq cavabdehdən 10 min mana t pulun tutulması, Prezidentin 26.12.2001-ci il tarixli 613 saylı Fərmanı və 29.12.2000-ci il tarixli 597 saylı sərəncamı ilə müəyyən edilmiş toplam 38 manatlıq aylıq müavinətin indeksasiya etməklə pensiyaya əlavə edilməsi» tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-106/19 saylı 08 yanvar 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 24.04.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiyada n tutulan 175 manat vəsaitin bərpa olunması, mənəvi ziyan olaraq cavabdehdən 10 min manat pulun tutulması, Azərbaycan Respublikası Prezidentinin 26.12.2001-ci il tarixli 613 saylı Fərmanı və 29.12.2000-ci il tarixli 597 saylı sərəncamı ilə müəyyən edilmiş toplam 38 manatlıq aylıq müavinətin indeksasiya etməklə pensiyaya əlavə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4182/2018 saylı 12 noyabr 2018-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı iddia ərizəsində göstərilən tələblərlə cavabdehə müraciət etmədiyindən iddia mümkün sayılmamalıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4182/2018 saylı 12 noyabr 2018-ci il tarixli qərardadından iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-106/19 saylı 08 yanvar 2019-cu il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4182/2018 saylı 12 noyabr 2018-ci il tarixli qərardadı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh hazırkı tələb üzrə cavab verməli şəxs deyil və mübahisə inzibati xarakter daşımır.Bundan əlavə, iddia ərizəsi iddiaçı tərəfindən imzalanmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-106/19 saylı 08 yanvar 2019-cu il tarixli qərardadından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə cavabdeh i ddiaçının sosial təminat hüququnu pozmuş, ona məlumat vermədən onun pensiyasının 50%-ni- 175 manatını tutmuşdur. Bundan əlavə, iddiaçı cavabdehdən Azərbaycan Respublikası Prezidentinin 26.12.2001-ci il tarixli 613 saylı Fərmanı və 29.12.2000-ci il tarixli 597 saylı sərəncamı ilə müəyyən edilmiş toplam 38 manatın və “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.2-ci maddəsinə uyğun olaraq 2-ci qrup Qarabağ əlili kimi pensiyasına 77 manatlıq əlavələrin hesablanmasını tələb etmiş lakin cavabdeh onun tələbini təmin etməmişdir. Həmçinin məhkəmə öz qərardadında bu məsələyə münasibət bildirməmişdir. Kassator İnzibati Prosessual Məcəllənin 35.1, 80.1, 90.1-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-106/19 saylı 08 yanvar 2019-cu il tarixli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı Iddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)106/19 saylı 08 yanvar 2019-cu il tarixli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-106/19 saylı 08 yanvar 2019-cu il tarixli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçının tələbi pensiyadan tutulan 175 manat vəsaitin bərpa olunması, mənəvi ziyan olaraq cavabdehdən 10 min manat pulun tutulması, Azərbaycan Respublikası Prezidentinin 26.12.2001-ci il tarixli 613 saylı Fərmanı və 29.12.2000-ci il tarixli 597 saylı sərəncamı ilə müəyyən edilmiş toplam 38 manatlıq aylıq müavinətin indeksasiya etməklə pensiyaya əlavə edilməsidir. İşə baxan aşağı instansiya məhkəmələri iddia tələbini mümkün saymamışlar (müxtəlif əsaslarla). Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sos ial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsinin iş üzrə cavab verməli şəxs olmaması və mübahisənin inzibati xarakter daşımaması səbəbindən iddia tələbinin mümkün olmaması ilə bağlı nəticəsi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsinin iş üzrə cavab verməli şəxsdir və mübahisə inzibati xarakter daşıyır. Belə ki, hazırkı iş üzrə iddiaçı cavabdehin hərəkətlərinin qanuni olmamasını mübahisələndirir və pensiyadan tutulan 175 manat vəsaitin bərpa olunması, mənəvi ziyan olaraq cavabdehdən 10 min manat pulun tutulması, Azərbaycan Respublikası Prezidentinin 26.12.2001-ci il tarixli 613 saylı Fərmanı və 29.12.2000-ci il tarixli 597 saylı sərəncamı ilə müəyyən edilmiş toplam 38 manatlıq aylıq müavinətin indeksasiya etməklə pensiyaya əlavə edilməsini xahiş edir. Göründüyü kimi iddiaçının iddiası öhdəliyin icrası haqqında iddialara aiddir və bu səbəbdən inzibati mübahisədir. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında iddialara baxılır. Bundan əlavə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddiaçının iddia ərizəsində göstərilən tələblərlə cavabdehə müraciət etməməsi əsası ilə iddianın mümkün sayılmaması”na dair nəticəsi ilə əlaqədar qeyd edir ki, iş materiallarında (iş v.26, 27, 57) iddiaçının müraciətlərinə cavab olaraq ünvanlanmış məktublar mövcuddur. Həmin məktubların mətnindən iddiaçının müraciətinin və tələblərinin nədən ibarət olması aydın olmadığından, işə baxan məhkəmə ilk növbədə iddiaçının ünvanladığı müraciətləri nəzərdən keçirdikdən sonra iddianın mümkünlük şərtlərini yenidən yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxıl ması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: İddiаçı Iddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-106/19 saylı 08 yanvar 2019-cu il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1601/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1601/2019
24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver