Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1601/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təcrid olunmuş, ayrıca mənzilin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, İddiaçının vəkili Vəkil Nazım qızının iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 202 0-ci il 11 mart tarixli 2-1(103)-527/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək xin yerləşdiyi torpaq sahəsinə dair çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh 2019-cu il 28 fevral tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, sözügedən daşınmaz əmlak dövlət reyestrindən mənzil kimi qeydiyyatdan keçdiyindən, yerləşdiyi torpaq sahəsinin mülkiyyətə verilməsi qanunvericiliyə uyğun deyildir. İddiaçı 2019-cu il 25 aprel tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərəx yerləşdiyi torpaq sahəsinə dair adına çıxarışın verilməsi öhdəliyinin cavab dehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, x mənzili xüsusi mülkiyyətindədir. Həmin ev 1 mərtəbəli yaşayış evi olmaqla mülkiyyətini təsdiq edən çıxarış verildikdə evinin altında olan və qanuni əsaslarla ona məxsus olan torpaq sahəsinə dair ona çıxarış verilməmişdir. O, göstərilənlərə və “Torpaq islahatı haqqında” Qanunun 9cu maddəsinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, sözügedən daşınmaz əmlak dövlət reyestrindən mənzil kimi qeydiyyatdan keçdiyindən, yerləşdiyi torpaq sahəsinin mülkiyyətə verilməsi qanunvericiliyə uyğun deyildir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Sözügedən daşınmaz əmlaka yerində aparılmış müayinə(baxış) zamanı müəyyən edilmişdir ki, 5 saylı sahə anbar kimi fəaliyyət göstərir. 4,5 saylı sahələrin pəncərə oyuqları qapı ilə əvəz olunub. Mənzilin ümumi sahəsi hüquqmüəyyənedici sənəd üzrə 59.5 kv.m, faktiki isə 80,4 kv.m-dir. Bundan əlavə, x evdə 16 ədəd mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(81)2182/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil Daşınmaz Əmlakın dövlət Reyestrində qeydiyyata alınmış mülkiyyət hüququ ilə iddiaçıya məxsus olsa da, həmin mənzilin yerləşdiyi binada 16 ədə d digər mənzillər başqa şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin bina yaşayış binasıdır. Binanın yerləşdiyi torpaq sahəsi isə binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyekt olub ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 mart tarixli 21(103)-527/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 12.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludu r. İPM-in 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil Daşınmaz Əmlakın dövlət Reyestrində qeydiyyata alınmış mülkiyyət hüququ ilə iddiaçıya məxsus olsa da, həmin mənzilin yerləşdiyi binada 16 ədəd digər mənzillər başqa şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin bina yaşayış binasıdır. Binanın yerləşdiyi torpaq sahəsi isə binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyekt olub ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Bu səbəbdən də, iddiaçının hazırkı tələbi əsassızdır. Məhkəmə koll egiyası apellyasiya instansiyası məhkəməsinin həmin məzmunda əsaslandırmasını və gəldiyi nəticəni İPM-in 12.1 və 58.7-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarınd an kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektri k, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi istinad edilən maddi hüquq normalarının hazırkı mübahisəyə tətbiqi imkanlarını işin həqiqi hallarına uyğun yoxlamamış, bu məqsədlə işin hallarını həmin normaların tələbləri baxımından tam və hərtərəfli araşdırmamış, həmin hallara İPM-in 58.7-ci maddəsinin tələblərinə uyğun qiymət verməmişdir. İddiaçı bəyan edir ki, onun mülkiyyətində olan mənzil ayrıca, təcrid olunmuş tikilidən ibarətdir. Bu səbəbdən də həmin mənzilin yerləşdiyi və məhz həmin mənzilə aid olan torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. Başqa sözlə, Azərbaycan Res publikası Mülki Məcəlləsinin 227.1-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddələrinin dispozisiya şərtləri nəzərə alındıqda, hazırkı işdə iddiaçıya məxsus mənzilin ayrıca tikilidən - digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarət olduğu müəyyən edildiyi halda, o, təkbaşına mülkiyyətçisi olduğu həmin hissəyə (mənzilə) xidmət edən obyektlərin (o cümlədən, hissənin yerləşdiyi torpaq sahəsinin) də təkbaşına mülkiyyətçisidir. İPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhk əməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsinə aid hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 mart tarixli 21(103)-527/2020 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov Z.M.Quliyev İ.Ə.Şəfiyev
Məhkəmə qərarları › İş №2-1(102)-1601/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1601/2020
25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver