Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1601/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: ölmüş şəxsin adına torpaq sahəsinə dair arayışın (çıxarışın) verilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu məruzəçi, Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Ka dastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin X3 məxsus olması barədə arayışın iddiaçıya verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-930/2022 nömrəli, 4 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 13 iyul 1981-ci il tarixli, 16129 nömrəli müqavilə ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi ünvanında yerləşən 2426 saylı, 0.25 ha bağ sahəsi X1 istifadəsinə verilmişdir. X4 1984-cü il tarixdə ölmüşdür.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, bağ sahəsinin koordinatlarının müəyyən edilməsi və mərhum atası X1 adına arayışın verilməsini xahiş etmişdir.
3. Cavabdeh 24 dekabr 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, qonşu bağ sahələrinin naturada hasarlama işləri plan üzrə (bağların bölgü sxeminə uyğun olaraq) aparılmadığından sözügedən bağ sahəsinin koordinatlarını və sərhədlərini təyin etmək mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi ünvanında yerləşən 2426 saylı bağ sahəsinin mərhum X3 məxsus olması haqqında arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsi ünvanında yerləşən 2426 saylı, 0,25 ha torpaq sahəsi 16129 saylı müqavilə əsasında iddiaçının mərhum atası X3 verilmişdir. Bundan sonra, atası həmin bağ sahəsində abadlıq yaradaraq, ev tikərək orada ağaclar əkmişdir. Atası 1984-cü ildə vəfat etmişdir. Həmin bağ sahəsi atasının vəfatından sonra uzun illərdir ki, onun istifadəsindədir. Dəfələrlə cavabdehə bağ sahəsinin koordinatlarının müəyyən edilməsi və bağ sahəsinə dair mərhum atasının adına arayışın verilməsi barədə müraciət etsə də, əsassız səbəblərdən bundan imtina edilmişdir.
6. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, göstərilən əraziyə mütəxəssis tərəfindən texniki baxış keçirilmiş və məlum olmuşdur ki, qonşu bağ sahələrinin naturada hasarlama işləri plan üzrə (bağlar ın bölgü sxeminə uyğun olaraq) aparılmadığından sözügedən bağ sahəsinin koordinatlarını və sərhədlərini təyin etmək mümkün deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərt ib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər) şərti işarələr və nişanlar vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) k eçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən və hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər qanunla müə yyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə daşınmaz əmlaka hüquqların dövlət reyestrində qeydiyyatının dəqiqliyinə cavabdehdir.
7. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2220/2021 nömrəli (hakim E.Ə.Əliyev) qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2220/2021 nömrəli qərarı ilə (hakim E.Ə.Əli yev) iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi ünvanında yerləşən 2426 saylı bağ sahəsinin X3 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan imtina məktubunu və iddiaya dair yazılı etirazını qonşu bağ sahələrinin naturada hasarlama işlərinin plan üzrə (bağların bölgü sxeminə uyğun olaraq) aparılmaması ilə əsaslandırmışdır. Qonşu bağ sahələrinin naturada hasarlama işlərinin plan üzrə (bağların bölgü sxeminə uyğun olaraq) aparılmaması iddiaçının təqsiri deyil, həmçinin qonşu bağ sahələrinin naturada hasarlama işlərinin plan üzrə (bağların bölgü sxeminə uyğun olaraq) aparılmama sı mövcud qanunvericiliyə əsasən daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsas ola bilməz.
10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-930/2022 nömrəli iş üzrə 4 may 2022-ci il tarixli qərarı ilə (hakimlər A.S.Hüseynov-sədrlik edən, S.İ.Bektaşi və A.Ə.Hüseyni) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin məzmununa əsaslanır. Şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçının iştirakı ilə mübahisə olunan torpaq sahəsinə cavabdeh tərəfindən 17 iyun 2022-ci il tarixində təkrar yerli baxış keçirilmiş və daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilmişdir. Həmin akta əsasən yerli baxış zamanı iddiaçı digər fiziki şəxslər tərəfindən hasarlanmış üç qonşu sahəni kənardan göstərmişdir. İddiaçının iddiasına əsasən onun 2426 saylı bağ sahəsi digər fiziki şəxslər tərəfindən üç hissəyə bölünərək hasarlanıb. Həmin hasarlanmış ərazilərdən birində digər fiziki şəxs tərəfindən bağ evinin kürsüsü və natamam həyət tikilisi inşa olunub. Həmçinin, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin daxilindən torpaq yol keçir. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinə 2641/2425 bağ nömrəsi ilə hüquq sahibi Gülbacı Abbas qızının adından X2 tərəfindən və 2424 A bağ nömrəsi ilə X5 tərəfindən müraciətlər olunmuşdur. "X7" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə mü əyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin maddədə qeyd olunan qanuni istifadə torpaq sahəsinə həm faktiki istifadəni, həm də istifadənin hər hansı hüquqmüəyyənedici sənədlə təsdiqlənməsini nəzərdə tutur. Sözügedən torpaq sahəsi isə faktiki olaraq iddiaçının istifadəsində deyil. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-930/2022 nömrəli, 4 may 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikası Konstitusiyası Maddə
25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1159.1.1 Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə
88. Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri
1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsi ndən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 19. “X7” Azərbaycan Respublikasının Qanunu Maddə 9 Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağ çılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında» Təlimat 7.1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir.
21. Azərbaycan Respublikası nın İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsa slılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansi ya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, imtina məktubunun və apelyasiya şikayətinin dəlillərinə əsaslanan kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin halla rının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından qeyd olunan bağ sahəsinin iddiaçının mərhum atasına məxsus olması barədə arayışın verilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkə mə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
30. İş materiallarında olan 13 iyul 1981-ci il tarixli, 16129 nömrəli müqavilə ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi ünvanında yerləşən 2426 saylı, 0.25 ha bağ sahəsi X1 istifadəsinə verilmişdir. Müqavilə Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin 1970ci il tarixli qərarına əsasən bağlanılmışdır və həmin müqavilədə hazırkı iddiaçının adı da qeyd olunmuşdur.
31. Mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən edilən hallarından görü nür ki, X4 1984-cü il tarixdə torpaq sahəsinə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan vəfat etmişdir. X4 hazırkı iş üzrə İddiaçı atasıdır.
32. Bu qərarın 20-ci və 22-ci bəndlərində istinad olunan normalara görə, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
33. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi ünvanında yerləşən 2426 saylı, 0.25 ha bağ sahəsinin iddiaçının mərhum atası X1 istifadəsinə verilməsi barədə 13 iyul 1981-ci il tarixli, 16129 nömrəli müqavilə qüvvədədir və bu baxımdan etibarlı sayılır. Həmin müqavilənin ləğv olunması və ya etibarsız sayılması barədə hər hansı sübut iş üzrə materiallara əlavə edilməmiş, eləcə də cavabdeh tərəfindən bununla bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. 34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə görə, müqavilə əsasında daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü hallarda, həmin müqavilə onun vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir.
35. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzə rində hüquq həmin torpaq sahəsinin ayrılması (icarəyə, istifadəyə, mülkiyyətə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Bu qayda hazırkı mübahisəyə münasibətdə arayışın verilməsinə də aiddir.
36. Cavabdehin qonşu bağ sahələrinin naturada hasarlama işlərinin plan üzrə (bağların bölgü sxeminə uyğun olaraq) aparılmaması, iddiaçının 2426 saylı bağ sahəsinin digər fiziki şəxslər tərəfindən hasarlanması, torpaq sahəsinin daxili ndən torpaq yolun keçməsi, Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinə 2641/2425 bağ nömrəsi ilə hüquq sahibi Gülbacı Abbas qızının adından X2 tərəfindən və 2424 A bağ nömrəsi ilə X5 tərəfindən müraciətlər olunması ilə bağlı dəlilləri 2426 saylı bağ sahəsinin iddiaçıya ayrılmadığı və ya bundan imtina olunduğu anlamına gəlmir. Ən azından ona görə ki, torpaq sahəsinin iddiaçının mərhum atası X1 istifadəsinə ayrılması barədə 13 iyul 1981-ci il tarixli, 16129 nömrəli müqavilə hüquqi cəhətdən etibarlıdır və qüvvədədir.
37. Bununla bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin mütəxəssisləri tərəfindən torpaq sahəsinə keçirilmiş baxış nəticəsində tərtib edilmiş müayinə aktında qeyd edilən və kassasiya şikayətində istinad olunan həmin məlumatlar bu qərarın 19-22 -ci bəndlərində istinad olunan normaların müddəaları baxımından torpaq sahəsi üzərində etibarlı müqaviləyə əsaslanan hüququn iddiaçının mərhum atasına məxsus olmasını istisna edən hal kimi qiymətləndirilə və bu barədə onun vərəsəsinə müvafiq arayışın verilməsindən imtinaya səbəb ola bilməz.
38. Bundan əlavə, iş üzrə materiallardan həmçinin qeyd edilən bağ sahəsi üzərində hüququn hər hansı şəxsin adına qeydiyyata alınmadığı (sorğuya cavab olaraq məhkəməyə təqdim olunmuş və iş üzrə materiallara əlavə olunmuş sənədlərdə olan məlumatlara əsasən), barəsində başqa şəxslərin müraciətlərinin daxil olduğu iddia olunan torpaq sahələrinin nömrələrinin fərqli nömrələr (2641\2425 və ya 2424A) olduğu da görünür. Belə ki, iddiaçının mərhum atasının istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi ünvanında yerləşən torpaq sahəsi 2426 saylı bağ sahəsidir.
39. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, inzibati orqan, o cümlədən cavabdeh şəxsin tələbinin təmin olunmasından imtina etdiyi hallarda, imtina haqqında qərarda göstərdiyi əsaslara bağlıdır və həmin əsasları məhkəmə icraatının gedişində hər dəfə dəyişərək yeni əsaslar irəli sürməkdə, o cümlədən də apelyasiya və kassasiya şikayətlərində tamamilə yeni və fərqli əsaslara istinad etməkdə haqlı sayıla bilməz. Belə yanaşma şəxsin müdafiə hüququnun səmərəli təşkili və həyata keçirilməsi tələbləri, habelə məhkəmə icraatının effektivliyi və prosessual qənaət prinsipləri baxımından yolverilməzdir.
40. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, h əm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Halbuki hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının yalnız ziyanına olan halların araşdırılmasına cəhd etdiyi açıq-aşkar görünür.
41. Beləliklə, hazırkı mübahisəyə münasibətdə qeyd olunan bağ sahəsi üzərində hüququn ölmüş X3 məxsus olması barədə İddiaçı arayışın verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla b ilməz və onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
42. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kasasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-930/2022 nömrəli, 4 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.