Məhkəmə qərarları › İş №2-1(102)-1601/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1601/2023

26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1601/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin yerləşmə sxeminin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 26.07.2023 hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilərək iddiaçıya verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-903/2023 nömrəli, 9 mart 2023-cü il tarixli q ərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Suraxanı rayon X1 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 18 saylı qərarına əsasən, İddiaçı fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri Kirov qəsəbəsində (hazırki Yeni Suraxanı) 1200 kv.m torpaq sahəsi ayrılmışdır.

2. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubuna əsasən, Suraxanı rayonu İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli 18 saylı qərarının təsdiq edilmiş surəti iddiaçıya göndərilmişdir. Qərara heç bir sənəd əlavə olunmamışdır.

3. Suraxanı rayon İcra Hakimiyyətinin 15 mart 2022-ci il tarixli iddiaçıya ünvanlanan imtina məktubunda qeyd edilmişdir: Yeni Suraxanı qəsəbəsində yerləşən torpaq sahəsinə dair cizginin verilməsinə köməklik göstərilməsi haqqında ərizənizə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Bildiririk ki, RİH-in sənədləri 2016-cı il daxil olmaqla Dövlət Arxivinin Bakı Filialına təhvil verildiyini və bu barədə Suraxanı RİH-də heç bir məlumat olmadığını nəzərə alaraq, müraciətinizin müsbət həlli səlahiyyətlərimiz xaricindədir.

4. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir: İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri Suraxanı rayonu X1 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 18 saylı qərarına əsasən ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilm əsi” tələbinə dair icraatınızda olan inzibati işlə bağlı bildiririk ki, Suraxanı rayon Yeni Suraxanı qəsəbəsində 1200 kv.m torpaq sahəsinə dair sxem (plan-sxem) həmin dövrdə Suraxanı rayonu, XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 18 saylı qərarı ilə birlikdə vətəndaşa təqdim edilmişdir. Eyni zamanda bildirir ki, rayon İcra Hakimiyyətinin ötən illərə dair sənədləri, o cümlədən 1991-ci il də daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verilmişdir.

5. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2022-ci il tarixli BA-04516-2022 saylı məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər Suraxanı rayon X1 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 18 saylı qərarının təsdiq edilmiş surəti ndən görünür ki, İddiaçı fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri Kirov qəsəbəsində 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Əsas: Fond-22, siy.1, iş1732, vər.35. Qeyd: Qərara heç bir sənəd əlavə edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu X1 İcraiyyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli, 18 saylı qərarına əsasən ona ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilərək ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu X1 İcraiyyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli, 18 saylı qərarı ilə fərdi yaş ayış evi tikmək üçün iddiaçıya Bakı şəhəri Kirov qəsəbəsində (hazırki Yeni Suraxanı) 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi ona yerində təhvil verilmiş, lakin həmin torpaq sahəsinin təhvil verilməsi barədə ayrıc aktı və yerləşmə sxemi təqdim edilməmişdir. İddiaçı artıq 30 ildir ki, həmin torpaq sahəsini hasara aldıraraq ondan istifadə etsə də, həmin torpaq sahəsini hal-hazıra qədər özəlləşdirməmişdir. Hal-hazırda o, qeyd edilən torpaq sahəsini özəlləşdirmək istəyir və bunun üçün ona torpaq sahəsinin yerləşmə sxemi lazımdır. Bu səbəbdən də iddiaçı Bakı şəhəri Suraxanı rayonu X1 İcraiyyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli 18 saylı qərarı ilə ona ayrılmış və hal-hazırda istifadəsində olan Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsinin yer ləşmə sxeminin (cizgisinin) tərtib edilərək verilməsi barədə Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişdir.

8. Suraxanı rayon İcra Hakimiyyətinin 05 oktyabr 2021-ci il tarixli məktubu ilə müraciətin təminindən imtina edilmiş, imtinanın əsası kimi RİH sənədlərinin 2015-ci il daxil olmaqla Dövlət Arxivinin Bakı filialına təhvil verilməsi və bu barədə Suraxanı RİH-də heç bir məlumat olmaması göstərilmişdir. Göründüyü kimi Bakı şəhəri Suraxanı rayonu X1 İcraiyyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli 18 saylı qərarı ilə ona 1200 kv.m torpaq sahəsinin ayrılmasına, həmin torpaq sahəsinin faktiki olaraq verilməsinə və 30 il ərzində torpaq sahəsinin iddiaçı tərəfindən istifadə edilməsinə baxmayaraq, həmin torpaq sahəsinin ona ayrılıb verilməsi barədə sxem tərtib edilməmişdir. Cavabdeh isə həmin torpaq sahəsinin yerləşmə sxemini tərtib etməkdən bilavasitə imtina etmişdir. İddiaçı qeyd edir ki, torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilməsinin bilavasitə onun səlahiyyətinə aid olmasına baxmayaraq, Suraxanı rayon İcra Hakimiyyəti haqlı tələbindən imtina etmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Bununla əlaqədar bildirir ki, sənədlərin arxivə təhvil verilməsi İcra Hakimiyyətinə qeyd edilən torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsindən imtina edilməsi üçün əsas ola bilməz. Çünki o, Dövlət Arxivinə bununla əlaqədar artıq müraciət etmiş və arxivdən qeyd edilən torpaq sahəsinə dair qərarın arxiv nüsxəsini də almışdır. X2 iddiaçıya qeyd edilən qərara heç bir sənədin əlavə edilməməsi bildirilmişdir. İddiaçı həmin qərarı cavabdehə təqdim etmişdir.

9. Cavabdeh tərəfindən iddia qarşı verilmiş etirazda bildirilmişdir ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsinə dair yerləşmə sxemi (plan-sxem) həmin dövrdə Suraxanı rayonu XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 18 saylı qərarı ilə birlikdə iddiaçıya təqdim edilmişdir. Eyni zamanda, RHİ-nin ötən illərə dair sənədləri, o cümlədən 1991-ci il də daxil olmaqla Dövlət Arxivinin Bakı Filialına təhvil verilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7700/2022 nömrəli, 16 avqust 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim M.T.Hacıbəyova) İddiaçı Bakı şəhəri Suraxanı rayonu X1 İcraiyyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli, 18 saylı qərarına əsasən iddiaçıya ayrılmış 1200 kv.m torpaq sa həsinin yerləşmə sxeminin tərtib edilərək iddiaçıya verilməsi öhdəliyinin Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə iddiası rədd edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyə əsasən torpaq sahəsinin yerləşmə sxemi (cizgisi) ilkin torpaq ayırma zamanı, məhz həmin vaxt mövcud olan istinad nöqtələrinə əsasən tərtib edilir. Torpaq sahəsi iddiaçıya 30 il əvvəl ayrılaraq verildiyindən, cavabdehin hazırda həmin torpaq sahəsinin yerləşmə cizgisini tərtib etmək səlahiyyəti yoxdur. Həmçinin, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına RİH-in sənədləri İcra Hakimiyyəti tərəfindən təhvil verilmişdir. Dövlət Arxivinin Bakı Filialının cavabından görünür ki, sözügedən qərardan əlavə sənəd yoxdur.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarının ləğ v olunması və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-903/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və Ş.A.Məmmədova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunmuş, iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri Suraxanı rayonu X1 İcraiyyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli 18 saylı qərarına əsasən ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə sxeminin (planı və ölçü sxeminin) tərtib edilərək İddiaçı verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qeyd olunan qərar ləğv edilməmişdir və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. İddiaçı ona ayrılmış torpaq sahəsinə dair yerləşmə (plan və ölçü) sxeminin hazırlanaraq ona verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Halbuki iddiaçıya torpaq ayrılması barədə müvafiq qərar qəbul edilənədək ayrılmış torpaq sahəsinin sərhədlərini yerində və xəritədə müəyyən etmək, buna dair plan və ölçüsünün hazırlanması, daha sonra torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış plan və ölçünün təsdiq edilməsi cavabdehin səlahiyyətlərinə aid olmuşdur. Bu da iddiaçının qanuni əsaslarla istifadəsində və sahibliyində olan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına sə bəb olmuşdur.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi iddia tələbini tam, hərtərəfli və obyektiv araşdırmadan formal bir qərar qəbul etmişdir. Apellyasiya məhkəməsi hazırki mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir.

17. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”də Rayon İcra Hakimiyyətlə ri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyəti nəzərdə tutulmamışdır.

18. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilməsinə baxmayaraq hər iki məhkəmə instansiyası nəzərə almadan qərar qəbul etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Torpaq Məcəlləsi: Maddə 65. 1-ci bənd. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 2-ci bənd. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 3-cü bənd. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır (28 oktyabr 2008-ci il tarixdə 1-ci cümlə çıxarılmışdır). 5-ci bənd. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquru luşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 6-cı bənd. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 7-ci bənd. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 8-ci bənd. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsi ndən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84. 1-ci bənd. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3- cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkə mə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

26. Hazırkı işdə iddiaçının hüquqi marağı torpaq sahəsinin yerləşmə sxeminin ona verilməsi ilə bağlıdır.

27. İşin halları ilə müəyyən olunur ki, iddiaçıya Bakı şəhəri Suraxanı rayonu X1 İcraiyyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli, 18 saylı qərarı ilə fərdi yaşayış evi inşa etmək üçün Bakı şəhəri keçmiş Kirov qəsəbəsində (hazırkı Yeni Suraxanı) 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi yerində təhvil verilmiş, lakin həmin torpaq sahəsinin yerləşmə sxemi (planı və ölçü sxemi) təqdim edilməmişdir.

28. Nəzərə alınmalıdır ki, hazırkı qərarın 20-ci bəndində qeyd edilən normaya əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

29. Apellyasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, qeyd olunan qərar ləğv edilməmişdir və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. İddiaçı ona ayrılmış torpaq sahəsinə dair yerləşmə (plan və ölçü) s xeminin hazırlanaraq ona verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir.

30. Bununla bağlı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya torpaq ayrılması barədə müvafiq qərar qəbul edilənədək ayrılmış torpaq sahəsinin sərhədlərini yerində və xəritədə müəyyən etmək, buna dair plan və ölçüsünün hazırlanması, daha sonra torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış plan və ölçüsünün təsdiq edilməsi cavabdehin səlahiyyətlərinə aid olmuşdur. Bu da iddiaçının qanuni əsaslarla istifadəsində və sahibliyində olan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur.

31. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qeyd olunan torpaq sahəsinə dair yerləşmə sxeminin (plan-sxem) həmin dövrdə mü vafiq qərarla birlikdə vətəndaşa təqdim edildiyini, ötən illərə dair, o cümlədən 1991-ci il də daxil olmaqla Rayon İcra Hakimiyyətinin sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verildiyini bildirsə də, bununla əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir.

32. Qeyd edilməlidir ki, qanunvericilik normalarından göründüyü kimi, torpaq ayrılan dövrlərdə torpağa sahiblik və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında plan və ölçü sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxildir. Eyni zamanda qanunvericilik torpaq istifadəçilərinin hüquqlarını qorumaqla həmin hüquqların həyata keçirilməsinə maneçilik törədən halların aradan qaldırılmasına təminat verir.

33. Beləliklə məhkəm ə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

34. Odur ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-903/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar