Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1601/2024 24.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlillik dərəcəsinin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin ed ilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-113/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı xx.xx.1993-cü il tarixdə 1-ci Qarabağ Müharibəsi zamanı Füzuli rayonu ətrafında gedən döyüşlərdə yaralanmış və uzun müddətli müalicə almış, nəticədə ona ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir.
2. Daha sonra onun əlillik dərəcəsi dəyişdirilərək, ona üçüncü qrup əlillik dərəcəsi təyin edilmişdir.
3. İddiaçı 1993-cü ildə aldığı zədə ilə bağlı (Sol budun yuxarı 1/3-nin yumşaq toxumasının güllə yarasından sonrakı iri çapığı. Sol əlin İİİ barmağının proksimal falanqasının bitişmiş sınığınd an sonrakı vəziyyət) və həmin zədədən irəli gələn digər yanaşı xəstəliklərlə bağlı həmin vaxtdan hal-hazıradək müxtəlif müayinələrdə olmuş və müalicələr almışdır.
4. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S71 Bud-çanaq oynağı və bud nahiyəsinin açı...; Diaqnozun mətni: Sol budun yuxarı 3\1 nin güllə yarasından sonrakı əzələ atrofiyası hərəkət məhdudluğu ilə, Sol əl barmaqlarının bükücü kontrakturası keçirilmiş sol tərəfli vərəm plevritindən sonrakı qalıq əlamətləri, Xr TÇ İİ d; Meyar: 2.3. Üçüncü dərə cə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
5. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S71 Bud-çanaq oynağı və bud nahiyəsinin açı...; Diaqnozun mətni: Sol budun yuxarı 3\1 nin güllə yarasından sonrakı əzələ atrofiyası hərəkət məhdudluğu ilə, Sol əl barmaqlarının bükücü kontrakturası keçirilmiş sol tərəfli vərəm plevritindən sonrakı qalıq əlamətləri,Xr TÇ İİ d; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR; 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmi şdir.
6. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli 2645003AABUA saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: İ SinifBəzi infeksion və parazitar xəstəliklər => A15-A19Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.6 - Vərəm plevriti, bakterioloji və histoloji…; Diaqnozun mətni: Sol budun yuxarı 3\1 nin güllə yarasından sonrakı əzələ atrofiyası hərəkət məhdudluğu ilə. Sol əl barmaqlarının bükücü kontrakturası keçirilmiş sol tərəfli vərəm plevritindən sonrakı qalıq əlamətləri, Xr TÇ İİ d, Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
7. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: İ Sinif Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.6 Verəm plevriti, bakterioloji və histoloji...; Diaqnozun mətni: Sol budun yuxan 3\1 nin güllə yarasından sonrakı əzələ atrofiyası hərəkət məhdudluğu ilə, Sol əl barmaqlarının bükücü kontrakturası keçirilmiş sol tərəfli vərəm plevritindən sonrakı qalıq əlamətləri, Xr TÇ İİ d; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.
8. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 2645003AAGKN saylı göndərişi əsasında baxılmış və “Xəstənin ağırlıq dərəcəsi, funksion al pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir” səbəbi ilə imtina verilmişdir.
9. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 2645003AAGVN saylı göndərişi əsasında baxılmış və “X2: XX Sinif Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol budun yuxarı 1/3-nin yumşaq toxumasının güllə yarasından sonrakı iri çapığı. Sol əlin İİİ barmağının proksimal falanqasının bitişmiş sınığından sonrakı vəziyyət. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sol əlin İİİ barmağının bükücü ko nturakturası; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması Səbəb: İxtisaslaşdırılmış müayinə və müalicəni davam etdirmək məsləhət görülür” səbəbi ilə imtina verilmişdir.
10. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 2645003AAGVN saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X2: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələrı; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlilliyi təyin etmədiyi barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı 2021-ci ilin may ayından ləğv olunan 3-cü qrup əlilliyinin bərpası, həmin tarixdən verilməyən 2436 manat təqaüdün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2-ci qrup müddətsiz olaraq əlil Qarabağ qazisidir. İddiaçı 15 ildən yuxarı 2-ci qrup təqaü dünün dəyişdirilməsi üçün ərizə yazaraq 3-cü qrup elətdirmişdir. Artıq 27 ildir ki, Qarabağ qazisi kimi təqaüd alır. 2021-ci il may ayında tibbi komissiyanın vaxtı olduğu üçün sənədləri komissiyaya göndərmiş və ona etiraz rəyi göndərilmişdir. Sonra iyun ayında canlı olaraq müayinəyə getmişdir. Lakin, ona imtina cavabı verilmişdir. 13. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçı tərəfin “İddiaçı 2021-ci ilin may ayından əliliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir.
14. Cavabdeh inzibati orqanın etirazı onunla əsaslandırılmı şdır ki, iddiaçının əlillik vəziyyətinə Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir” səbəbi ilə imtina verilmişdir. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 2645003AAGVN saylı göndərişi əsasında baxılmış və “ixtisaslaşdırılmış müayinə və müalicəni davam etdirmək məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 2645003AAGVN saylı göndərişi əsasında baxılmış və “Diaqnoz əlilliyi təyin etmədiyi barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir.
15. Bakı İnzibati Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-1(112)-448/2023 saylı qərarı ilə (hakim E.Ə.Əliyev) iddianın təmin edilməsi, İddiaçı 2021-ci ilin may ayından əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-S osial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
16. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının Lerik Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda olması, müvafiq stasionar və ambulator müalicə alması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz ilə əvvəl əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnozla eynilik təşkil etdiyindən, həmin diaqnoz digər səhiyyə müəsissəsi tərəfindən də qoyulduğundan, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olun ması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır.
17. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-113/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi: Ş.A.Məmmədova, hakimlər: C.A.Yusifov və P.A.Hüseynov) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-448/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyləri də iddiaçıda olan xəstəliklərə görə ona Azərbaycan Respublikası Nazirlər Ka binetinin 13 may 2022-ci il tarixli, 187 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş əlilliyin müəyyən edilməsinin mümkün olmadığını təsdiq etmişdir. Hazırkı halda iş üzrə digər sübutlar əsasında (xx.xx.2016-cı il və 2021-ci il tarixli Forma 088 saylı ziddiyyətli göndərişləri, ekspert rəyləri və sair.) birgə qiymətləndirmə apararaq ekspert rəyi ilə razılaşmamağa əsaslar görmür.
20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-113/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əlilliyin təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” Bənd 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial eksper tiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. Bənd 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; Bənd 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. Bənd 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Bənd 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə gön dərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdiril məsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə
48. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanma sına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 1 31.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSA SİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışd ır. Bu baxımdan kassasiya şikayəti apellyasiya instansiya məhkəməsinin qərarının ləğvinin tələb olunduğu hissədə təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
28. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
29. Hazırkı işin hallarından görünür ki, iddiaçı xx.xx.1993-cü il tarixdə 1-ci Qarabağ Müharibəsi zamanı Füzuli rayonu ətrafında gedən döyüşlərdə yaralanmış və ona ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. Daha sonra xx.xx.2012-ci il tarixli göndəriş əsasında əlillik dərəcəsi dəyişdirilərək, ona üçüncü qrup əlillik dərəcəsi təyin edilmişdir. xx.xx.2014cü il tarixli göndəriş əsasında baxılmış və bir il müddətinə 3-cü dərəcə əlillik verilmişdir. Daha sonra xx.xx.2015-ci il tarixli göndəriş əsasında 3-cü dərəcə bir il müddətinə əlillik verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və beş il müddətinə 3-cü dərəcə əlillik dərəcəsi verilmişdir.
30. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 2645003AAGVN saylı eyni göndərişi əsasında baxılmış xx.xx.2021-ci il tarixdə əlavə müalicəyə ehtiyacın olması səbəbindən, xx.xx.2021-ci il tarixdə isə diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlilliyin təyin edilməsindən imtina edilmişdir.
31. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5”nin 951 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial eks pert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Lerik Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli 2645003AAGVN saylı göndərişdə qeyd edilən diaqnozdakı əsas xəstəlik “Y36.2 Hərbi əməliyytalar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol budun yuxarı 1/3-nin yumşaq toxumasının güllə yarasından sonrakı iri çapığı. Sol əlin İİİ barmağının proksimal falanqasının bitişmiş sınığından sonrakı vəziyyət. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sol əlin İİİ barmağının bükücü konturakturası” 1-ci Qarabağ Müharibəsi zamanı Füzuli rayonu ətrafında gedən döyüşlərdə xx.xx.1993-cü il tarixdə yaranmışdır.
32. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5”nin xx.xx.2023-cü il tarixli rəyində qeyd edilmi şdir ki, vətəndaş İddiaçı xx.xx.2023-cü il tarixdə X1 İnstitutunda müayinəsi zamanı ona “B90.9- keçirilmiş sol tərəfli vərəm mənşəli eksudativ plevritdən sonrakı vəziyyət, kliniki sağalma, qarışıq tipli mötədil ventilyasiya pozğunluğu” diaqnozu, xx.xx.2023-cü il tarixdə X6 adına Milli Oftalmologiya Mərkəzində müayinəsi zamanı isə “OU-qeyri proliferativ diabetik retinopatiya (başlanğıc forma)” diaqnozu müəyyən edilmişdir. Diaqnozlar nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik təyini səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın bəndlərindən birini aid etmək mümkün olmadı.
33. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 3-17-4/33-19353/2023 saylı, 07 dekabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir: “Lerik rayon sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2021-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********4). Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin 0284003AARCS nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir.
34. Bakı Apellyasiya Məhkəməsinin qərardadı əsasında vətəndaşın əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli 4895 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnamədə “Vərəm mənşəli soltərəfli plevrit. Sol əlin İİİ barmağının falanqasının proksimal bitişmiş sınığı, sağ budun bərkimiş çapığı. Sol təbil pərdəsinin quru perforasiyası, pıçıltı nitqinin sol qulaqla 3 m. sağ 6 m eşitməsi ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.”
35. Kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsində icraat zamanı təyin edilmiş ekspertiza cavabdehin nümayəndəsinin iştirakı ilə keçirilmişdir.
36. Qanunvericiliklə yalnız məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanla və ya şəxslə razılaşdırmadan, müstəqil olaraq, bu idarənin əməkdaşı olm ayan şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək qadağan edilir (“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 9-cu maddəsi). Beləliklə, hazırkı halda, məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan kimi məhkəmə çıxış etdiyindən, müvafiq olararaq onun razılığı olmadan idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək yolverilməzdir.
37. O da vurğulanmalıdır ki, cavabdehin nümayəndəsinin mübahisənin həlli üçün əhəmiyyət kəsb edən halın müəyyən edilməsi məqsədilə təyin edilmiş ekspertizada ekspert qismində iştirakı ekspertin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran əsas hesab edilməklə, prosessual qanunvericilikdə ekspe rtə etirazın əsaslarından biri kimi göstərilmişdir.
38. Mülki Prosessual Məcəllənin 88 və 103-cü maddələrinin tələblərinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və məhkəmə ekspert rəyi də daxil olmaqla sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Bu anlamda, birlik tərəfindən qanuni əsaslar olmadan cəlb edilmiş cavabdehin nümayəndəsinin iştirakı ilə tərtib edilmiş ekspert rəyinin məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməklə, həmin rəyə uyğun nəticəyə gəlinməsi prosessual qanunvericiliyin tələblərinə ziddir.
40. Bundan başqa, kollegiya qeyd edir ki, TSEK-ə sonuncu xx.xx.2021-ci il tarixli 264500 3AAGVN saylı göndərişdə “X2: XX Sinif Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2də - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol budun yuxarı 1/3-nin yumşaq toxumasının güllə yarasından sonrakı iri çapığı. Sol əlin İİİ barmağının proksimal falanqasının bitişmiş sınığından sonrakı vəziyyət. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sol əlin İİİ barmağının bükücü konturakturası” qeyd edilmişdir.
41. Həmin göndərişin göndərildiyi vaxt qüvvədə olan Əsasnamədə ağırlaşma kimi M24.5 diaqnozunda olan xəstəlik nəzərdə tutulmuşdur.
42. İddiaçının əsas diaqnozu olmasa da (Y36.2), ağırlaşma halı (M24.5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.3.2-ci və 2.5.6-cı bəndlərində nəzərdə tutulmuşdur.
43. Məhkəmə kollegiyası qeyd edir ki, həmin dövrdə qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlilliyin təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və ya ağırlaşma olmasından asılı olmamışdır.
44. Kollegiya həmçinin edir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ona 2021-ci ilin may ayından əliliyin təyin edilməsini xahiş etmişdir.
45. Bununla bağlı olaraq, ilk növbədə nəzərə alın malıdır ki, qanunvericiliyin imperativ göstərişinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsi).
46. Məhkəmə təcrübəsində qeyd olunan məsələ ilə bağlı bir neçə müxtəlif faktiki hallara malik işlərə rast gəlinir. Birinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciətin edildiyi vəziyyətdir. Məhkəmələr imtinanı qanunsuz hesab etdikləri və iddianı təmin etmək üçün digər bütün əsasların mövcudluğunu müəyyən etdikləri halda, cavabdehin üzərinə əlilliyin müəyyən edilməsinə dair qərar qəbul etmək öhdəliyini qoya bilərlər. Bu zaman, cavabde h “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə uyğun olaraq əlilliyin təyinat tarixini göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir.
47. İkinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciət edilməməsi, sonradan yeni göndəriş(lər)in verilməsi və həmin göndəriş əsasında sonrakı tarixlərdə əlilliyin müəyyən edilməsi vəziyyətidir. Bu zaman, bir qayda olaraq, göndərişlərin məzmununun eyniliyinə istinadla məhkəmələrdə əlilliyin təyinat tarixinin ilk göndəriş tarixinə uyğun dəyişdirilməsinə dair iddialar qaldırılır. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, hətta göndərişlərin məzmununun eyniliyi müəyyən olunsa belə, ilkin göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina barədə qərar mübahisələndirilmədən əlilliyin təyinat tarixinin dəyişdirilməsinə dair iddialar təmin edilə bilməz. Belə ki, inzibati orqanın əvvəlki imtina qərarı “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə inzibati akt kimi özünün hüquqi qüvvəsini saxlayır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
48. Üçüncü hal isə bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə mür aciət etdiyi vəziyyətdir. Bununla bağlı olaraq isə nəzərə alınmalıdır ki, əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir.
49. Təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən yuxarıda qeyd olunan məsələ ilə bağlı araşdırma aparılması da zəruridir.
50. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilkin olaraq 3-cü dərəcə əlilliyin bərpa edilməsini xahiş etmiş, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ona 2021-ci ilin may ayından əliliyin təyin edilməsini xahiş etsə də, tələbində məhz hansı dərəcə əlilli yin verilməsini göstərməmişdir.
51. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin halları ilə iddiaçının hüquqi marağının nədən ibarət olması müəyyən edilmir.
52. Apellyasiya instansiya məhkəməsi iddiaçının hüquqi marağına uyğun iddia tələbinin dəqiqləşdirilməsinə yardım etməlidir.
53. Belə ki, qanunvericiliyə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
54. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
55. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-113/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, əlavə araşdırmaya zərurət yarandığından kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
56. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-113/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.