Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1602/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: iş illəri sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial M üdafiə Fondunun Bakı şəhər Binəqədi rayon şöbəsinə qarşı iş illəri sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(102)-589/20 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1957-ci il tarixdə Fizuli rayonunda anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi rayon şöbəsi olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müd afiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi rayon şöbəsinə qarşı iddiaçıya xx.xx.1973-cü ildən xx.xx.1993-cü ilə qədər Füzuli rayonu Dilağarda kəndi “Drujba” adına üzümçülükmaldarlıq sovxozunda fəhlə, xx.xx.1993-cü ildən xx.xx.2004-cü ilə qədər Bakı Metal Plastik X1 vəzifələrində işlədiyi dövrü sosial sığorta stajına hesablanmaqla yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, uzun müddət müxtəlif işlərdə, o cümlədən xx.xx.1973-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Füzuli rayonu Dilağarda kənd «Drujba» üzümçülük-maldarlıq sovxozunda fəhlə, xx.xx.1993-cü ildən xx.xx.2004- cü il tarixədək Bakı Metal Plastik X1 vəzifələrində işləmişdir. Ona yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh ona imtina məktubu ünvanlamışdır. Həmin məktubda qeyd olunmuşdur ki, guya iddiaçının əmək stajının qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Halbuki iddiaçı ərizəyə əmək kitabçasının və arxiv arayışlarının surətlərini əlavə etmişdir. Lakin cavabdeh həmin sənədi mötəbər sənəd hesab etməmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)3233/2018 nömrəli (sədrlik edən hakim Rəşid Rzayev) qərarı ilə iddianın təmin edilməsi, iddiaçıya xx.xx.1973cü ildən xx.xx.1993-cü ilə qədər Füzuli rayonu Dilağarda kənd «Drujba» üzümçülükmaldarlıq sovxozunda fəhlə, xx.xx.1993-cü ildən xx.xx.2004-cü ilə qədər Bakı Metal Plastik X1 vəzifələrində işlədiyi dövrün sosial sığorta stajına hesablanmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsiniməhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2018-ci il tarixli, 2-1(103)-2734/18 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Vüsalə Baxışova) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının dəyiş dirılmədən saxlanılması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasınınxx.xx.2019-cu il tarixli, 2-1(102)749/19 nömrəli (hakimlər İlqar Dadaşov - sədrlik edən və məruzəçi, Kəmaləddin Bədəlov və Sevda Hüseynova), qərarı ilə cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinin təmin edilməsi,apelyasiya instansiyası məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(10 3)-1241/19 nömrəli (hakimlər İlham Əhmədov - sədrlik edən və məruzəçi, Səriyyə Seyidova və Vidadi Məmmədov) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(81)-3233/2018 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıkasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasınınxx.xx.2019-cu il tarixli, 2-1(102)2962/19 nömrəli (hakimlər Azər Hüseynov – sədrlik edən və məruzəçi, Rahib Nəbizadə və Xəqani Məmmədov), qərarı ilə İddiaçı kasasiya şikayətinin təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-589/20 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Aida Hüseyn və Cahangir Yusifov) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx xxxxxxxx 2018-cu il tarixli, 2-1(82)3233/2018 nömrəli qərarı «işlədiyi dövrü sosial sığorta stajına hesablanmaqla» sözlərindən sonra «60 il 06 ay tamam olduğu gündən, yəni, xx xxxxxx 2018-cu il tarixdən» sözləri əlavə edilərək, dəyişdirilmədən qüvvədə saxlanılması qərara alı nmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(81)-3233/2018 saylı qərarı ilə iddiaçıya xx xxxx 1973-cü ildən xx xxxxxx 1993-cü il tarixədək Füzuli rayonu, Dilağarda kəndi, «Drujba» adına üzümçülük-maldarlıq sovxozunda fəhlə, xx xxxxxxx 1993-cü ildən xx xxxxxx 2004-cü ilədək Bakı Metal Plastik X1 vəzifəsində işlədiyi dövrü sosial sığorta stajına hesablanmaqla yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(103)-2734/2018 saylı qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edil məmişdir. Həmin qərardan da narazı qalan cavabdeh kasasiya şikayəti vermiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(102)-749/2019 saylı qərarı ilə cavabdehin kasasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1241/2019 saylı qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı kasasiya şikayəti vermiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)-2962/2019 saylı qərarı ilə iddiaçının kasasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üç ün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bu dəfə isə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddia tələbinə dair əsaslandırılmış yazılı etiraz təqdim edilmişdir. Belə ki, iddiaçının iddia etdiyi əmək stajının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.2.7-ci bəndinə görə zəruri hesab edilən hallarda sənədlərin yerinə qarşılıqlı yoxlanması mümkün olmadığından ona pensiya təmin etməyin mümkün olmadığı əsaslandırılmış şəkildə izah edilmişdir. Lakin qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi qərarı qanunvericiliyin tələblərinə uyğun gəl məyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Apelyasiya instansiyası məhkəməsi də həmin qərardan verilmiş şikayəti təmin etməmişdir. Beləliklə, iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə təqdim etməli olduğu zəruri sənəd məhkəmə qaydasında hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilmədiyindən, yəni, ərazi nümayəndəliyinin 3 nəfərin (biri müavin olmaqla) şahidliyi əsasında vermiş olduğu arayış əsasında pensiya təyin edilməsi qanunla mümkün deyil. Bundan əlavə, şahidlərin özünün əmək kitabçası olmamış və belə olan halda xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən iş stajı mü əyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(103)-589/2020 nömrəli qərarının ləğv edilməsi və ya inzibati işin yenidən araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edil məsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(103)-589/2020 nömrəli qərarının ləğv edilməsi və ya inzibati işin yenidən araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmasınıAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məh kəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxx 2020-ci il tarixli, 2-1(103)-589/2020 nömrəli qərarla, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-cu il tarixli, 2-1(82)-3233/2018 nömrəli qərarı «işlədiyi dövrü sosial sığorta stajına hesablanmaqla» sözlərindən sonra «60 il 06 ay tamam olduğu gündən, yəni, xx xxxxxx 2018-cu il tarixdən» sözləri əlavə edilərək, dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinin xx xxxx 2017-ci il tarixdən qüvvədə olan redaksiyasına, «Vətəndaşların pensiya təyinatı haqqında» Qanunun 69-cu maddəsinin 1- ci hissəsinə, İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsaslanmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi xx xxx 2020-ci il tarixli, 2-1(103)-589/2020 nömrəli qərarla və həmin qərardan cavabdehin verdiyi kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisə artıq 2 dəfə Ali Məhkəmədə məhkəmə baxışının predmeti olmuş və sayca ikinci qərar Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası tərəfindən xx xxxxxx 2019-cu il tarixdə qəbul edilmişdir (iş № 2-1(102)-2962/2019) ki, həmin qərarla İddiaçı Sadiq qızının kasasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə g öndərilmişdir. Ali Məhkəmənin sözügedən qərarının «Əsaslandırıcı hissə»sində Ali Məhkəmə göstərmişdir ki, «Füzuli rayonunun müvəqqəti olaraq işğal altında olduğu nəzərə alınarsa, iddiaçının Dilağarda kəndi «Drujba» üzümçülük-maldarlıq sovxozunda fəhlə işləməsi barədə əmək kitabçası olmasa da, qanunla nəzərdə tutulan digər əsaslarla (həmin sovxoza aid arxiv sənədləri, yaxud «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində sadalanan əsaslar) müəyyən edilə bilər. Araşdırılan apelyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə Ali Məhkəmənin məcburi göstərişlərini icra etməmişdir, iddiaçının sovxozda fəhlə işləməsi müddəti ilə əlaqədar hər hansı araşdırma aparmamışdır, bu halın mövcud olmasını təsdiq və ya təkzib edən hər hansı sənəd- sübuta istinad etməmişdir, ümumiyyətlə qərarında bu müddətlə bağlı hər hansı fikir söyləmədən iddiaçının bu hissədə iddiasını da rədd etmişdir». Həmçinin Ali Məhkəmə xx xxxxxx 2019-cu il tarixli qərarında Bakı Metal Plastik Hissələri Zavodunun xx xxxx 2005-ci il tarixli arayışının surəti ilə əlaqədar olaraq qeyd etmişdir ki, «əvvəla, apelyasiya instansiyası məhkəməsinin əsas tutduğu qeydiyyat orqanının sorğuya cavab məktubunda qeyd edilənlər dəqiq olmamışdır, yaxud hal-hazırda qeydiyyatda yoxdur. İddiaçının təqdim etdiyi digər sənəddə isə (VHF-nin surətidir) adı çəkilən zavodun VÖİN nömrəsi (**********) və onun ƏDV bildirişini vermiş (qeydiyyatda olduğu) vergi orqanının adı (İri vergi ödəyiciləri ilə iş üzrə Departament) və qeydiyyatın tarixi və nömrəsi (xx xxxxxx 2004-cü il, № **********7 8) qeyd olunmuşdur. Göründüyü kimi, Ali Məhkəmənin göstərişlərinə əsasən apelyasiya instansiyası məhkəməsinin apardığı araşdırma obyektiv həqiqətin müəyyən edilməsi ilə nəticələnməmişdir. Ona görə də, yuxarıda qeyd edilən məsələlər yenidən lazımi qaydada araşdırılmalıdır». Məlum olduğu kimi, İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin məcburi xarakter daşıyan sözügedən hüquqi mövqeyini nəzərə alaraq, həmin göstərişləri tam və hərtərəfli icra etmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı yaşa g örə əmək pensiyası hüququnu əldə etmək üçün stajında iki müddətin nəzərə alınmasını xahiş etmişdir: iddiaçıya xx xxxx 1973-cü ildən xx xxxxxx 1993-cü ilə qədər Füzuli rayonu Dilağarda kəndi «Drujba» adına üzümçülük-maldarlıq sovxozunda fəhlə, xx xxxxxxx 1993-cü ildən xx xxxxxx 2004-cü ilə qədər Bakı Metal Plastik X1 peşələrində iş müddətləridir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçi birinci müddətlə bağlı sübut kimi, Füzuli rayon İcra Hakimiyyəti Başçısının Dilağarda kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndənin 43 saylı xx xxxx 2018-ci il tarixli arayışının surətini təqdim etmişdir ki, həmin sənədlə iddiaçının xx.xx.1973 – xx.xx.1993-cü illəri əhatə edən Füzuli rayonu Dilağarda kənd «Drujba» üzümçülük-maldarlıq sovxozunda fəhlə işləməsi faktı təsdiq olunur. Apelyasiya instansiyası məhkəməsi kasasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, həmin sənədin hansı əsaslar nəzərə alınmaqla verilməsi, hansı sübutlarla təsdiq edildiyi barədə Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Dilağarda kənd X13 üzrə nümayəndəsinə sorğu göndərmişdir. Apelyasiya instansiyası məhkəməsinin sorğusuna cavab olaraq Dilağarda kənd inzibati ərazi nümayəndənin xx xxxx 2020-ci il tarixli, 04 saylı məktubunda bildirilmişdir ki, təsadüf nəticəsində işğal zonasından çıxarılmış 1991–1995-ci illəri əhatə edən 4 saylı «Təsərrüfat» kitabı və Dilağarda kəndində doğulub boya-başa çatmış və uzun müddət həmin kənddəki keçmiş «Drujba» üzümçülük-maldarlıq sovxozunda 1975–1986-cı illərdə fəhlə işləmiş X4, 1977–1993-cü illərdə işləmiş X2 və xx xxxxxx 1979-cu ildə həmin sovxozda fəhlə kimi işə başlamış, 1983-cü ildən hal-hazıra kimi həmin icra nümayəndəliyində müxtəlif vəzifələrdə işləmiş X3 şəxsi dindirilməsi əsasında yazılmışdır. Eyni zamanda, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Dilağarda kəndin 4 nömrəli Təsərrüfat-başına kitabında təsərrüfatın üzvləri kimi xx xxxxx 1958-ci il təvəllüdlü X7, onun yoldaşı xx xxxx 1957-ci il təvəllüdlü Əliyeva (Əmirova) Bahar Sadiq qızı, xx xxxxxx 1987-ci il təvəllüdlü oğlu X12, xx xxxxxx 1988-ci təvəllüdlü X10 qeyd edilmişdir. Həmin kitabda X8 işlədiyi yer – «Drujba» sovxozunda fəhlə işləməsi göstərilmişdir. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, əmək kitabçaların əsillərinə baxış keçirilmiş və müəyyən edilmiş dir ki, X11 «Drujba» sovxozunda xx.xx.1975–xx.xx.1986-cı ilə kimi, X9 isə xx.xx.1979–xx.xx.1980-ci ilə kimi işləmişlər. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx xxxxx 2020-ci il tarixli, **********78 saylı məktubunda Bakı Metal Plastik hissələri zavodunun «Ulduz» Elmiİstehsalat Birliyinin tabeliyində olduğu barədə bildirilmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X5 İdarəsinin xx xxxx 2020-ci il tarixli, **********872900 saylı məktubu ilə xx xxxxxx 1993-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilmiş və hal-hazırda hüquqi şəxslərin dövlət reyestrində mövcud olan Metal və X6 zavodunun qeydiyyat sənədlərinin surətləri məhkəməyə göndərilmişdir. Məhkəməyə göndərilmiş sənədlərdən görünür ki, Metal və X6 zavodu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının xx xxxxxx 1993-cü il tarixli qərarı ilə qeydə alınmış və onun rəsmi fəaliyyətinə icazə verilmişdir. Zavod Azərbaycan «Ulduz» Elm-istehsalat Birliyi tərəfindən təsis edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normaları da düzgün tətbiq etmişdir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinin xx xxxx 2017-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan p ensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçilməsi və ödənilməsi Qaydaları»nın 3.2.2-ci bəndinə görə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza dağıntı, yanğın, hərbi əməliyyatlar, hərbi münaqişə və digər fövqəladə hallar) təqdim edilə bilmədikdə və ya onları bərpa etmək mümkün olmadıqda sığortaolunanların sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilməlidir. Eyni zamanda, mübahisələndirilən dövrdə qüvvədə olan (xx xxxxxx 2006-cı il tarixə qədər) «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 1-ci bəndinə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər) sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinin 1-ci abzasına əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edi lməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı sığorta stajı iddiaçının vaxtilə yaşayıb işlədiyi Füzuli rayonunun Dilağarda kəndi işğal altında olduğu nəzərə alınmaqla müəyyən edilməli və onun cavabdehə, həm də məhkəməyə sübut qismində təqdim etdiyi Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Dilağarda kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndənin 43 saylı xx xxxx 2018-ci il tarixli arayışında iddiaçının xx.xx.1973 – xx.xx.1993-cü illəri (20 il 01 ay 22 gün) əhatə edən Füzuli rayonu Dilağarda kənd «Drujba» üzümçülük-maldarlıq sovxozunda fəhlə, həmçinin Bakı Metal Plastik Hissələri zavodunun xx xxxx 2005-ci il tarixli, 56/398 saylı arxiv arayışında iddiaçının xx.xx.1993 – xx.xx.2004cü il tarixdə (11 il 01 ay 16 gün) çeşidləyici peşəsində işləməsi onun sığorta stajı kimi qəbul edilməldidir. Beləliklə də iddiaçının tədqiq olunan sığorta stajı toplandıqda onun 25 (20 il 01 ay 22 gün + 11 il 01 ay 16 gün ) ildən çox sığorta stajı mövcuddur. Belə olan halda, onun işdə olan şəxsiyyət vəsiqəsinə (seriya AZE, № 0*******, Füzuli RPŞ xx.xx.2012) əsasən xx xxxx 1957-ci ildə doğulduğunu nəzərə alsaq, onun «Əmək pensiyaları haqqında» Qanunun qeyd olunan 7-ci maddəsinin tələbləri baxımından 60 yaş 6 ayının tamamında əmək pensiyası hüququ yaranmış olur (həmin maddənin x xxxx 2017-ci il tarixdən olan redaksiyasına əsasən həmin tarixdən xx xxxx 2018-ci i lə qədər pensiya yaş həddi 60 yaş 6 ay təşkil edir). Məhkəmə kollegiyası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, 60 yaşına çatmış xx xxxx 1957-ci il təvəllüdlü İddiaçı Sadiq qızının yaşa görə əmək pensiya hüququ 60 il 06 ay tamam olduğu gündən, yəni, xx xxxxxx 2018-cu il tarixdən yaranmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxx 2020-ci il tarixli, 2-1(103)589/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1602/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1602/2020
29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver