Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1602/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kəmaləddin Bədəlov Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1941-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müd afiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2022-ci il tarixli, 2-1(103)-480/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1978-ci ildən 2007-ci ilədək Azərbaycan Respublikası Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və X1 müxtəlif vəzifələrdə, o cümlədən 26 iyun 1997-ci ildən xx.xx.2007-ci ilədək həmin institutun məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası elmi-tədqiqat labaratoriyasının müdiri vəzifəsində işləmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək onun pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 17 sentyabr 2019-cu il tarixli, **********5 saylı məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina edərək bildirmişdir ki, “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Həmin Qanunun 23.3-cü maddəsində isə qeyd olunub ki, ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilir. Göründüyü kimi, ədliyyə orqanlarının pensiyaya çıxmış işçilərinə yalnız pulsuz dövlət tib b xidməti göstərilməsi nəzərdə tutulub. Qeyd edilən müavinətin və vəzifə maaşına əlavənin verilməsi isə ədliyyə orqanlarında xidmətdə olan əməkdaşlar üçün nəzərdə tutulduğundan müraciətin təmin edilməsi qanunvericilik baxımından mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki birinci icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” xx.xx.2006-cı il tarixli Qanuna müvafiq olaraq pensiyasının yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” 26 may 2006-ci il tarixli Azərbaycan Respublikası Qanun un 23.2-ci maddəsinə əsasən, ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən, ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilir. Qeyd edilən qanunvericilik normalarının tələblərinə zidd olaraq cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir.
5. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun 26 may 2006-cı il tarix də qəbul edilmişdir. İddiaçı 11 yanvar 2007-ci ildə ədliyyə orqanlarından xaric edilmişdir. Göründüyü kimi, iddiaçının adıçəkilən qanunun 23.3-cü maddəsində nəzərdə tutulmuş əlavəni alması obyektiv baxımdan mümkünsüz idi. İddiaçının yenidən hesablama tələbinin əsasında dayanan yeganə dəlil onların əmək haqqının sonrakı artımı kimi nəzərə alınmalı olmasıdır. Həmin əlavələr sonrakı artım deyildir. “Əmək pensiyaları haqqında” Qanunun 20.19-cu maddəsinə (hazırda qüvvədə olan mətninə) görə, bu Qanunun 20.1.14-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Göründüyü kimi, “Əmək pensiya ları haqqında” Qanunun 20.19-cu maddəsi pensiyanın “əmək haqqının orta aylıq məbləğindən” hesablanmalı olmasını, bu zaman əmək haqqındakı sonrakı artımların da diqqətə alınacağını nəzərdə tutur. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanun “orta aylıq məbləğ” və “sonrakı artım” anlayışlarını fərqləndirir. Əsas fərq ondan ibarətdir ki, “orta aylıq məbləğ” şəxsin pensiyaya çıxan andakı aylıq gəlirinin orta aylıq miqdarını, “sonrakı artım” isə, orta aylıq məbləğin deyil, əmək haqqındakı artımı ifadə edir. Başqa sözlə, “orta aylıq əmək haqqı” anlayışı “əmək haqqının sonrakı artımı” anlayışından daha genişdir, çünki “orta aylıq əmək haqqına” sonradan artması mümkün olmayan gəlirlər də daxildir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.3-cü maddəsində nəzərdə tutulmuş ödənişi n əmək haqqı ilə heç bir bağlılığı yoxdur. Qanunun 23.3-cü maddəsinə görə, ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əməkhaqqı həcmində müavinət ödənilir. Göründüyü kimi, bu məbləğ əmək haqqı əsasında hesablanır. Aydındır ki, bu ödənişlərin əmək haqqı kimi qəbul edilməsi düzgün deyil, çünki əmək haqqından əmək haqqı hesablana bilməz. Beləliklə, bu məbləğ əmək haqqının sonrakı artımı deyildir. Əgər ədliyyə orqanının işçisi bu məbləği alıbsa, onda pensiyaya çıxarkən əsas götürülən “əmək haqqının orta aylıq məbləği”nə daxil ola bilər, almayıbsa, həmin maddələrə istinad edilə bilməz. Bu məsələlər ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddə lərinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarı mövcuddur. İddiaçı işlədiyi müddətdə hər il məzuniyyətə çıxarkən iki aylıq əməkhaqqı həcmində müavinət almamış, almadığı əlavədən də, sosial ödənişlər həyata keçirilməmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2-1(112)-319/2020 nömrəli qərardadı ilə (hakim F.İ.Mədətli) iddia mümkün sayılmamış, iddiaçının həmin qərardaddan verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2020-ci il tarixli 2-1(103)-1748/2020 nömrəli qərardadı ilə təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 25 avqust 2020-ci il tarixli 2-1(112)-319/2020 nömrəli qərardadı ləğv edilmiş və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Cavabdehin həmin qəra rdaddan verdiyi kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2021-ci il tarixli 2-1(102)-297/2021 nömrəli qərardadı ilə mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir.
7. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia ərizəsinə dəqiqləşmə verərək hər il məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı həcmində müavinət nəzərə alınmaqla, pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. Cavabdeh iddiaya qarşı etiraza əlavə təqdim edərək bildirmişdir ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyi n edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Əlavə olaraq bu da qeyd edilmişdir ki, iddiaçı işlədiyi müddətdə hər il məzuniyyətə çıxarkən iki aylıq əməkhaqqı həcmində müavinət almamış, almadığı əlavədən də, sosial ödənişlər həyata keçirilməmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(112)-5854/2021 nömrəli qərarı ilə (hakim F.İ.Mədətli) iddia rədd edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu nun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarı üzrə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alınmadığından iddiaçının ədliyyə orqanlar ında qulluq keçidiyi dövr üzrə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsində nəzərdə tutulmuş müavinətin ona hesablanması tələbi əsassızdır və rədd edilməlidir.
11. Məhkəmənin həmin qərarından iddiaçı apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı məhkəməyə ərizə verərək bildirmişdir ki, X7 (ekspertiza məhkəməsinin müavini), X5 (ekspert), X3 (ekspert), X9 (rəis müavini) pensiyasına əlavələr ödənilmişdir. Bu şəxslərə əlavələrin verilməsi barədə cavabdeh təşkilatdan arayışın alınıb işə əlavə olunmasını xahiş etmişdir.
13. Məhkəmə qeyd ed ilən şəxslərə aylıq əməkhaqqının iki misli məbləğində məzuniyyətə çıxma və müalicə ilə bağlı müavinətin onların pensiya məbləğinə hesablanması barədə məlumatların təqdim edilməsi ilə bağlı cavabdehə sorğu göndərmişdir. Cavabdeh qurum isə sorğuya cavab olaraq qeyd etmişdir ki, Mərkəzi Filialda mövcud sənədlərə əsasən, ədliyyə orqanları əməkdaşlarına məzuniyyətə çıxarkən və müalicə olunmaları üçün iki aylıq həcmində müavinətlər (hər bir müavinət üçün ayrıayrılıqda olmaqla) X10 və mərhum X8 qulluq keçdikləri dövr ərzində ödənildiyindən, onların əmək pensiyalarının hesablanması zamanı nəzərə alınıb, lakin X6 və mərhum X2q keçdikləri dövr ərzində ödənilmədiyindən əmək pensiyalarının hesablanması zamanı nəzərə alınmayıb.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2022-ci il tarixli 21(103)-480/2022 nömrəli qərarı ilə (hakimlər: A.S.Hüseynov - sədrlik edən və məruzəçi, E.M.Həsənov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(112)-5854/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
17. İddiaçı kassasiya şikayətində iddia ərizəsindəki dəlilləri təkrarlamış, əlavə olaraq qeyd etmişdir ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” 26 may 20 06-cı il tarixli Azərbaycan Respublikasının Qanunu “Ədliyyə orqanlarının işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir” imperativ göstərişini təsbit edən zaman “pensiyaya çıxmış işçilər də daxil olmaqla” ifadəsini qeyd etmişdir. Odur ki, tələb olunan vəsaitlərin müvafiq olaraq pensiya təyin edildikdən əvvəl iddiaçı tərəfindən alınmalı olması ilə bağlı şərt qoyula bilməz. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2022-ci il tarixli 2-1(103)-480/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun: Maddə
23. Ədliyyə orqanları işçilərinin sosial müdafiəsi... 23.2. Ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. 23.3. Ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əməkhaqqı həcmində müavinət ödənilir....
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımla r” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafın ın və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİY A BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
25. Avrop a İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab ol unur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. Hazırkı iş üzrə iddiaçının tələbi hər il məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı həcmində müavinət nəzərə alınmaqla, pensiyanın yenidən hesablanması ilə bağlidir.
28. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən və tərəflər arasında mübahisələndirilməyən hallarına görə, iddiaçı 1978-ci ildən 2007-ci ilədək Azərbaycan Respublikası Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və X1 işləyib və işlədiyi dövrdə ədliyyə orqanları işçilərinə verilən iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinəti almayıb.
29. İddiaçı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23-cü maddəsinə istinad etməklə hesab edir ki, onun əmək pensiyası hesablanarkən ildə bir dəfə verilən iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət nəzərə alınmalıdır. Eyni zamanda, qeyd edilən müavinətin işlədiyi dövrdə alınmaması pensiyanın yenidən hesablanmasından imtinaya əsas deyil.
30. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair" 15 may 2020-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar”, “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artıml arı nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Çünki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.
31. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keç diyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.
32. Məhkəmə kollegiyası yuxarıdakılara əsaslanmaqla qeyd edir ki, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadığı və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun olmadığından, hazırkı işdə iddia olunan, iddiaçının almadığı müavinət onun pensiyasının yenidən hesablanması üçün əsas ola bilməz.
33. Kassator “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun 23.2-ci maddəsinə (Ədliyy ə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar) istinad etməklə qeyd edir ki, həmin maddədə “pensiyaya çıxmış işçilər də daxil olmaqla” ifadəsi işlənmişdir.
34. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbi ədliyyə orqanlarının işçilərinə hər il məzuniyyətə çıxarkən verilən iki aylıq əməkhaqqı həcmində müavinət nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasıdır ki, kassatorun istinad etdiyi norma qeyd edilən tələbin hüquqi əsasını təşkil etmir.
35. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan R espublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını şərh edir. “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 66.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə, Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. O cümlədən, həmin Qanunun 66.2-ci maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Konstitusiya Məhkəməsinin qərarlarını icra etməyən vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
36. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin qərarlarının icrası və oradakı hüquqi mövqenin nəzərə alınması qanunvericiliyin imperativ tələbindən irəli gəlir.
37. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2022-ci il tarixli 21(103)-480/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.