Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1602/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1295/2024 nömrəli, 16 fevral 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Suriya Ərəb Respublikasının vətəndaşları olan İddiaçı və onun ailə üzvləri Alijonid Amouri, Suad Amouri, Mira Amuri, Anaam Amouri, Yazan Amouri və Sana Aljanidə BMT QAK tərəfindən xx.xx.2025-ci il tarixədək qüvvədə olan himayə sənədi verilmişdir. 2. 28.05.1977-ci il təvəllüdlü Suriya Ərəb Respublikasının vətəndaşı X1 ilə xx.xx.2023-cü il tarixdə müsahibə keçirilmişdir.
3. Cavabdehin xx.xx.2023-cü il tarixli İQ-49/6 nömrəli “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” Qərarına əsasən, ərizəçinin qaçqın statusunun verilməsi ilə bağlı dediklərinin təhlili aparılmış, dediklərində müəyyən uyğunsuzluqlar aşkara çıxarılmışdır. Belə ki, o, 1-ci müsahibəsi zamanı Suriyaya qayıtdıqdan sonra Rakka şəhərində gedən müharibəyə cəlb olunduğunu, 2 ay orada döyüşdüyünü, ona 4 günlük istirahət verildikdə həmin müddətdə Türkiyəyə qeyri-qanuni yola keçdiyini qeyd etmişdir. Ərizəçi ilə aparılan xx.xx.2023-cü il tarixli sonuncu müsahibə zamanı isə o, müharibədə iştirak etmədiyini, qardaşının "İŞİD” dəstələrində döyüşdüyünə görə hökumət nümayəndələri tərəfindən həbs edildiyini, həbsdən qaçdıqdan sonra Türkiyəyə getdiyini bildirmişdir. Qeyd edilən uyğunsuzluq ərizəçinin diqqətinə çatdırılsa da o, bu uyğunsuzluğun səbəbini izah etməkdə çətinlik çəkmiş və bu uyğunsuzluq onun dediklərini inandırıcılıq baxımından şübhə altına almışdır.
4. Bundan əlavə İddiaçı sübut olaraq işində yeni halların yaranması ilə bağlı təqdim etdiyi sənədə baxış keçirilmiş, bu sənədin 10 iyul 2017-ci il tarixli sənəd olduğu, ərizəçinin 2021-ci il tarixdə bu sənədi əldə etdiyi, sənəddə Suriya Ərəb Respublikasının Daxili İşlər Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin İddiaçı Jonidin və anası Enaamın İstintaq idarəsinə yaxınlaşması ilə bağlı çağırış vərəqəsi olması aydın olmuşdur. O, qardaşı Amar Amourinin “İŞİD’’ terror qruplaşmasının tərkibində 2015-ci ilə qədər hökumətə qarşı döyüşməsi səbəbindən onun və anasının İstintaq idarəsinə çağırıldığını ehtimal etdiyini bildirmişdir.
5. İddiaçı təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, o, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən himayəyə götürülmüş, özü və ailə üzvləri qaçqının himayə vəsiqəsi ilə təmin edilmişlər. Ərizəçi özünün və ailə üzvlə rinin ölkədə yaşamaq üçün icazələrinin olmasına baxmayaraq, Dövlət Miqrasiya Xidmətinə müraciət etməkdə əsl məqsədinin dövlət qaçqınlarına təqdim edilən yol sənədini əldə edərək ölkə hüdudlarından kənara getmək olduğunu etiraf etmişdir. İddiaçı Jonidin müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, milliyyətinə, siyasi baxışlarına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar.
6. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1 (112)-7409/2023 nömrəli qərardadında qeyd olunan məsələlər "Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, İddiaçı Jonidin qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi yeni dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir.
7. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “"Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü bəndinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırı lmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə və ailə üzvlərinə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir ("Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 27 iyul 2023-cü il tarixli, 15 saylı protokolu). "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini nəzərə alaraq, həmin Qanunun 9-cu və 13-cü maddələrini, habelə "Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası"nın 13-cü bəndini rəhbər tutaraq, Suriya Ərəb Respublikasının vətəndaşı İddiaçı Jonidə və onun ailə üzvlərinə (həyat yoldaşı, xx.xx.1985- ci il təvəllüdlü Sana Aljanid, qızı xx.xx.2009-cu il təvəllüdlü Anaam Amouri, oğlu xx.xx.2010-cu il təvəllüdlü Yazan Amouri, qızı xx.xx.2014-cü il təvəllüdlü Suad Amouri, oğlu xx.xx.2016-cı il təvəllüdlü Alijonid Amouri) qaçqın statusu verilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin KA-1603 nömrəli xx.xx.2020-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdehin üzərinə İddiaçı xx.xx.2022-ci il tarixli vəsatətini təmin edərək ona və onun ailəsinə qaç qın statusu verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 45 yaşlı Suriya vətəndaşıdır, evlidir. Onun üç qızı və iki oğlu var. Ərizə-anketdə göstərilmiş anket məlumatlarını təsdiqləyir. 3 övladı Azərbaycanda anadan olub və bütün ailə üzvləri Azərbaycan dilini yaxşı bilir, özlərini Azərbaycanlı kimi hiss edirlər. Bu da, onun və ailəsinin nə dərəcədə Azərbaycana qanı ilə bağlı olduğunu göstərir. Qeyd etməlidir ki, iddiaçı əslində 2000-ci ilin əvvəllərindən Azərbaycanda yaşayır. 2010-cu ildə öz ölkəsinə qayıtmışdır. Hamıya bəlli olan faktdır ki, 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlanmış və 2 əks qütb olmuşdur. X3 qüvvələri və ona müxalif olanlar. Aydındır ki, Bəşər Əsəd qüvvələri güclü olduğuna görə əks qütb olan müxalifçi ləri öldürməyə çalışır. Vətəndaş müharibəsi başlanandan sonra o, müxalif olduğuna görə 2013-cü ildə nikahından sonra Bəşər Əsəd qüvvələri tərəfindən təqib ediləcəyi qorxusu ilə mənşə ölkəsini tərk etdiyini iddia edir. Onun sözlərinə görə 2011- ci ildən vətəndaş müharibəsi başlanıldığına görə Əsəd qüvvələri tərəfindən dəfələrlə hədələnib və həmin vaxtdan müəyyən edilib öldürüləcəyindən qorxub, ona görə 2013-cü ildən Suriyanı tərk etmişdir. Qeyd etməlidir ki, 2 ay öncə onun Suriyada yaşadığı evə çağırış arayışı gəlmişdir. X2 Respublikası Daxili İşlər Nazirliyi Baş Kəşfiyyat İdarəsi tərəfindən göndərilib. Həmin arayışa əsasən guya iddiaçı istintaqa cəlb olunmalıdır. Lakin reallıqda iddiaçı Suriyaya qayıdacağı halda digər soydaşları kimi taleyi naməlum olacaq və Əsəd qüvvələri tərəfindən öldür üləcəkdir. İddiaçı 2013-cu ildən Azərbaycana gəlib. 5 iyul 2022-ci ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti ("DMX") onun vəsatətini qeydiyyata alıb və onunla müsahibə aparıb. İddiaçı bildirib ki, təqib ediləcəyindən qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmir. 02 avqust 2020-ci ildə DMX K/A-1603 saylı qərarı ilə onun sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, onun iddiaları əsaslı deyil və yeni hal aşkar edilməyib. Halbuki, çağırış arayışının yeni hal kimi nəzərə alınması zəruridir. İş materiallarına əlavə olunan poçt qəbzindən də göründüyü kimi iddiaçı DMX-nin qərarını 8 sentyabr 2022-ci il tarixində qəbul etmişdir ona görə müddəti ötürməmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12738/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1184/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12738/2022 saylı 16 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilmiş və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün məhkəməyə göndərilmişdir.
12. Bundan sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7409/2023 saylı xx.xx.2023cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1184/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadında göstərilən hüquqi mövqe nəzərə alın maqla sənədləri ərizəsinə əlavə olunmaqla Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə təqdim edilməsi üçün iddiaçı Samer Ammouriye 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə 30 (otuz) gün müddət təyin edilmişdir.
13. Məhkəmənin sözügedən qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli 3- 37/2-2054307/2023 nömrəli məktubla Suriya Ərəb Respublikasının vətəndaşı 28 may 1977-ci il təvəllüdlü İddiaçı Jonid barəsində inzibati araşdırma aparılaraq 28 iyul 2023-cü il tarixli İQ49/6 nömrəli qərar qəbul edilmişdir.
14. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəmənin hüquqi yardımı nəzərə alınmaqla iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli İQ49/6 saylı “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında” qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və cavabdehin üzərinə İddiaçı xx.xx.2022-ci il tarixli vəsatətini təmin edərək ona və onun ailəsinə qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7409/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia rəd d edilmişdir.
16. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikasında qаçqın stаtusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir. İddiaçı tərəfindən verilmiş müsahibə və digər sənədlərlə isə müəyyən edilmişdir ki, iddiaçının təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşı olduğu ölkədə özü və ailə üzvləri dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır.
17. İddiaçı həmin qərardan apellyasiya şikayəti verər ək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1295/2024 nömrəli, 16 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər: M.Tağızadə - sədrlik edən və məruzəçi, E.Kazımov və K.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya ş ikayətinin dəlilləri
21. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, DMX işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt ərizəçinin etnik/dini mənsubiyyətinə görə təqib edilməsi riskidir. DMX ərizəçinin əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib.
22. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1 -ci mərhələ, işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi; 2-ci mərhələ, əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmi n faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə müəyyən edilmiş mühüm faktların işığında ərizəçiyə münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığı yoxlanılmalıdır.
23. İş materiallarında olan müsahibədən görünür ki, ərizəçi işin mühüm faktları, yəni onun təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib və həmin izahatlar ərizəçinin İşinin hallarına münasibətdə spesifikdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, ərizəçinin izahatları ona verilən suallar çərçivəsində olub və ona verilməyən sualları əhatə etməyib. Nəticə etibarilə, ərizəçinin izahatları müfəssəldir, spesifikdir və ziddiyyətli deyil. Buna görə də həmin izahatlar daxili mötəbə rlik tələbini ödəyir.
24. Ərizəçinin müraciəti inandırıcı olmaması səbəbindən rədd edilib, lakin DMX tərəfindən müəyyən edilən hallar faktlara deyil, onların subyektiv fikrinə əsaslanıb. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
1. «Qaçqın» - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə e tmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Maddə 10. 2-ci hissə. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə
12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Maddə
13. Şəxsə qaçqın statusu ver məkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. 27. “Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası: Bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Bənd 1.... “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir.... Bənd 7. “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparı r. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Bənd
8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Bənd 9. "Qaçqın" statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq "Qaçqın" statusu verməkdən imtina edilir.
28. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəm ə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassı zdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya inst ansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Mə hkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
33. Bununla yanaşı, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
34. Nəzərə almaq lazımdır ki, qaçqın statusunun verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş dispozisiya şərtləri şəxsə münasibətdə ödənilmiş olmalıdır. Yəni şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq təhlükəsi mövcud, eyni zamanda həm də real olmalıdır. Qeyd olunan halla rla bağlı təqibə məruz qalacağı ilə bağlı iddiaçının ehtimalları və həmin ehtimallara söykənən qorxu hissi həm ümumu xarakterli, həm də fərdi xarakterli potensial təhlükələrdən irəli gəlməli və onların ağlabatan olduğu qənaətinin formalaşması üçün yetərli olmalıdır.
35. Mübahisəyə dair işin müəyyən edilmiş hallarına görə, iddiaçının müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanılmış, iddiaçının dinlənilmə hüququ təmin olunaraq onunla müsahibələr keçirilmiş, inzibati icraatın yekununda iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə əsaslandırılmış qərar qəbul edilmişdir.
36. İddiaçının müraciətinə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə bax ılması Qaydası”nın tələblərinə uyğun olaraq baxılmışdır. Həmin Qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının “Qaçqınların statusu haqqında” 1951-ci il Konvensiyasına, həmin konvensiyaya dair 1967-ci il tarixli Protokola, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması prosedurlarını müəyyən edir.
37. İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, o, BMT-nin Qaçqınl ar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən himayəyə götürülmüş, özü və ailə üzvləri qaçqının himayə vəsiqəsi ilə təmin edilmişlər. Ərizəçi özünün və ailə üzvlərinin ölkədə yaşamaq üçün icazələrinin olmasına baxmayaraq, Dövlət Miqrasiya Xidmətinə müraciət etməkdə əsl məqsədinin dövlət qaçqınlarına təqdim edilən yol sənədini əldə edərək ölkə hüdudlarından kənara getmək olduğunu etiraf etmişdir. İddiaçı Jonidin müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, milliyyətinə, siyasi baxışlarına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə m əruz qalmamışlar.
38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə müsahibə keçirilərək onun dinlənilmə hüququ cavabdeh tərəfindən təmin olunmuş, həmçinin məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)-7409/2023 nömrəli qərardadında qoyulmuş məsələlər “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, İddiaçı Jonidin qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir.
39. Qeyd edilməlidir ki, irqi və ya milli mənsubiyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib qurbanı olmaq təhlükəsi və bununla bağlı əsaslı təqib qorxusu sübut olunmadığı hallarda, şəxs başqa əsaslara istinadən qaçqın statusu tələb etməkdə haqlı sayıl a bilməz. Hazırkı işin halları baxımından iddiaçının belə təqib qurbanı olması, əsaslı təqib qorxusunun mövcud olması sübut olunmur.
40. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən iddiaçıya qaçqın statusunun verilməsindən inzibati orqanın imtinası qanuni və əsaslı sayılmalıdır.
41. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, yuxarıda istinad olunan normalara əsasən və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun hesab olunmalıdır. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1295/2024 nömrəli, 16 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.