Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1603/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyə görə əmək pensiyasının təyin olunması, məhkəmənin xidməti vəzifəsinə görə işin hallarını araşdırmaq vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-277/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1984-cü ildə doğulmuşdur və Bakı şəhərində yaşayır.
2. İddiaçıya xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İİ dərəcəli əlillik verilmişdir.
3. İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanın da Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsinə (bundan sonra DSMF-nin Nərimanov rayon şöbəsi və ya cavabdeh yazılacaq) müraciət etmişdir.
4. DSMF-nin Nərimanov rayon şöbəsi iddiaçının xahişini təmin etməmiş və iddiaçıya xx xxxx 2017-ci il tarixli, xx/xx-2955 saylı məktubla cavab verərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İddiaçı xx.xx.1984-cü il təvəllüdlüdür, əlilliyə görə əmək pensiyası təyin edilməsi uçün tələb olunan 06 il sığorta stajına qarşı 02 il 06 ay sığorta stajı olduğundan ona əlilliyə görə əmək p ensiyasının təyin edilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. Bundan sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək Abşeron rayonu 1 nömrəli Zeytun sovxozunda, xx.xx.2004-cü il tarixdən xx.xx.2014-cü il tarixədək “xxxx” MMC-də işlədiyi dövrlərin sığorta stajı kimi nəzərə alınmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin ona əlilliyə görə pensiya təyin olunmasından imtina etməsi əsassızdır. Belə ki, xx.xx.1999-cu il tarixdən xx.xx.2004cü il tarixədək Abşeron rayonu 1 nömrəli Zeytun sovxozunda fəhlə, xx.xx.2004-c ü il tarixdən xx.xx.2014-cü il tarixədək “xxxx” MMC-də qadın bərbəri işləmişdir. İşlədiyi müddətdə sığorta kartı ilə təmin olunmuşdur. xx.xx.2017-ci il tarixdə ona İİ dərəcəli əlillik verilmişdir.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilən dəlillər təşkil edir. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-596/2018 saylı xx xxxxxx 2018ci il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək Abşeron rayon 1 nömrəli Zeytun sovxozunda, xx.xx.2004-cü il tarixdən xx.xx.2014-cü il tarixədək “xxxx” MMC-də işlədiyi dövrlər sosial sığorta stajına daxil etməklə əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh DSMF-nin Nərimanov rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən iddiaçının əmək kitabçasına və kolxozda işləməsi barədə arayışa əsaslanmışdır.
10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. Yuxarı instansiya məhkəmələrindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1403/2018 nömrəli xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər E.Nağıyeva (sədrlik edən və məruzəçi), H.Həmidov və X.Sarıyev) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(82)-596/2018 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddiaçının tələbi təmin edilmə mişdir.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
13. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-483/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər Z.Quliyev (sədrlik edən və məruzəçi), N.Rəsulbəyova və İ.Hüseynov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsində araşdırma predmeti olmuş sözügedən sənədlər natamam olmaqla yanaşı orada göstərilmiş çox qısa vaxt kəsiyini, 1999-cu ilin əmr lər kitabını əhatə edir ki, yalnız bunun əsasında iddiaçının qanunla tələb olunan staja malik olması öz təsdiqini tapmır kimi apelyasiya instansiyası məhkəməsinin nəticəyə gəlməsi səthi və əsassızdır. Kassasiya şikayətində göstərilən digər dəlil, yəni xx xxxxxx 2006-cı il tarixədək iş stajını sübut edən əsas sənədin əmək kitabçası olması barədə dəlil əsaslıdır.
14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-865/2019 nömrəli xx xxx 2019-cu il tarixli qərarı ilə (hakimlər V.Ağayev (sədrlik edən və məruzəçi), A.Nuriyeva və C.Yusifov) cavabdehin apelyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-596/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
16. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2781/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər X.Məmmədov (sədrlik edən və məruzəçi), A.Hüseynov və R.Nəbizadə) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-865/19 saylı, xx xxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.
17. Ali Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “İlk növbədə aydınlaşdırılmalı olan məsələ iddiaçının Abşeron rayon 1 nömrəli Zeytun sovxozunda fəhlə kimi işləməsi ilə bağlı məsələdir. İddiaçının əmək kitabçasında onun xx.xx.1999-cu ildə 106 nömrəli əmrlə işə başladığı qeyd olunsa da, Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş H-71 saylı, xx xxxx 2018-ci il və H-73 saylı, xx xxxxxx 2018-ci il tarixli arayışlarda sovxozun 1999-cu ilin əmrlər kitabında iddiaçının işə qəbulu barədə heç bir məlumat olmadığı göstərilmişdir (1999-cu ilin əmrlər kitabı xx.xx.1999-cu il tarixli 01 saylı əmrlə başlayır xx.xx.1999-cu il tarixli 08 saylı əmrlə bitir). Apelyasiya məhkəməsi iddiaçının əmək kitabçasındakı qeydlə arxivdəki məlumatlar arasında mövcud olan uyğunsuzluqla bağlı məsələni araşdırmamış, bu halı müzakirə etməyərək hər hansı qiymətləndirmə aparmamışdır. Digər tərəfdən işin hallarından müəyyən olunur ki, cavabdeh həmçinin iddiaçının “xxxx" MMC-də işləməsi ilə bağlı halları da mübahisələndirir. Qeyd etmək lazımdır ki, həmin müəssisədəki fəaliyyət dövrü sosial sığorta stajı kimi nəzərə alınmazsa o halda, iddiaçının əlilliyə görə pensiya hüququ yaranmır. Bu halda, cavabdeh tərəfindən irəli sürülən həmin dəlil həlledici əhəmiyyətli dəlil olduğundan zəruri və hərtərəfli araşdırma aparılmaqla onlara qiymət verilməsi təmin edilməlidir. Lakin məhkəmə tərəfindən bu qaydada araşdırma və qiymətləndirmə aparılmamışdır. Bunun üçün məhkəmə hər şeydən əvvəl “xxxx" MMC-nin ümumiyyətlə hüquqi şəxs kimi mövcud olub-olmadığını, onun iddiaçının əmək kitabçasında göstərilən dövrlərdə fəaliyyət göstərib-göstərmədiyini, əgər fəaliyyətdə olmuşsa iddiaçının həqiqətən həmin müəssisənin işçisi olub-olmadığını dəqiqləşdirməlidir. Bunun üçün ən azından səlahiyyətli dövlət orqanlarına (Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, sosial sığorta orqanları və s.) müvafiq sorğular verilməlidi r. Bundan başqa, hüquqi şəxs kimi mövcudluğu müəyyən olunarsa və mübahisəli məsələyə aydınlıq gətirilməsi üçün zəruri hesab edərsə, məhkəmə “xxxx"nin icraata cəlb edilməsi məsələsini də müzakirə edə bilər.”
18. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-277/2020 nömrəli qərarı ilə (hakimlər İ.Əhmədov (sədrlik edən və məruzəçi), S.Seyidova və V.Baxışova) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-596/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ E TİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri 21.1. Kassasiya şikayətinin dəlillərinə əsasən apelyasiya məhkəməsi öz qərarında iddiaçının məcburi dövlət sosial ödənişlərinə cəlb edilmədiyini vurğulasa da, həmin dövrü sosial sığorta stajı kimi götürmüş və 2004-2014-cü illərin sosial sığorta stajı saymaqla əlilliyə görə əmək pensiyası təyin etmişdir. 21.2. Lakin işin hallarından da görünür ki, iddiaçının sosial sığorta nömrəsi və uçota düşmə tarixi xx xxxxxx 2013-cü ildir. Buradan da görünür ki, iddiaçının ən yaxşı halda həmin dövrdən etibarən sosial sığorta stajının olması nəzərə alındıqda, yenə də pensiya təyin edilməsi üçün lazım olan minimum 6 illik sosial sığorta stajı tamamlanmır. 21.3. Həmçinin məhkəmənin Vergilər Nazirliyinin 2 sayl ı Ərazi Baş İdarəsi tərəfindən cavab verilmiş sorğusuna əsasən iddiaçının qadın bərbəri kimi işə düzəldiyi “xxxx” firmasının əsas fəaliyyət növü yaşayış və qeyri-yaşayış binalarının tikintisi olmuşdur. b. Məhkəmə icraatı iştirakçılarının izahatları
22. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflər iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
23. «Əmək pensiyaları haqqında» Qanun Maddə
1. Əsas anlayışlar. 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə o lunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesa bın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; M a d d ə
3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. M a d d ə
11. Əlilliyə görə əmək pensiyası 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qruplar, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə
12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri 12.1. Əlilliyə görə əmə k pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir (xx xxxx 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada).
24. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutla r və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
28. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəs inə görə hazırki iddianın təmin olunması üçün iki şərt:
1. İddiaçının əlil olması;
2. İddiaçının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması zəruridir.
29. Bu şərtlər əsasında işin halları araşdırıldıqda görünür ki, iddiaçının xx.xx.2017-ci il tarixdə ikinci dərəcəli əlil sayılması işin mübahisəsiz halıdır. Yəni Qanunun 12.1-ci maddəsində nəzərdə tutlmuş birinci dispozisiya şərti mövcuddur.
30. Cavabdeh iddiaçıya əlilliyə görə pensiya ödənilməsini mümkünsüz edən hal kimi onun zəruri sosial sığorta stajına malik olmadığını bildirir.
31. İddianın təmin olunması üçün tələb olunan sosial sığorta stajı isə 6 ildir (33-15 = 18 x 4 = 72: 12 = 6 il).
32. İddiaçı sığorta stajına dair sübut kimi onun adına xx.xx.19 99-cu ildə açılmış İT-İ seriyalı ******* nömrəli əmək kitabçasını və xx.xx.2004-cü ildə açılmlş ******* nömrəli əmək kitabçasını təqdim etmişdir. Birinci əmək kitabçasında iddiaçının xx.xx.1999-cu ildən xx.xx.2004-cü il tarixədək Abşeron rayonu 1 №-li Zeytun sovxozunda işlədiyi əksini tapmışdır. Cavabdeh iddiaçının 1 №-li Zeytun sovxozunda işlədiyinə dair məlumatların ziddiyyətli olması və arxiv məlumatları ilə təsdiqlənmədiyinə əsaslanaraq həmin dövrü staja daxil etməkdən imtina edir.
33. Məhkəmə kollegiyası bu dəlillə bağlı bildirir ki, iş üzrə Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasının 2-1(102)-483/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, iddiaçının kasasiya şikayətində göstərdiyi dəlil, yəni xx xxxxxx 2006-cı il tarixədək iş stajını sübut edən əsas sənə din əmək kitabçası olması barədə dəlili əsaslıdır.
34. Belə ki, xx xxxxxxxx 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə müvafiq olaraq iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. 35. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə görə sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən olunur.
36. Göründüyü kimi Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019cu il tarixli qərarında iddiaçını adına xx.xx.1999-cu ildə açılmış İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının sübuti əhəmiyyətinə qiymət verilmişdir. Buna görə də məhkəmə kollegiyası İT-İ seriyalı ******* nömrəli əmək kitabçası ilə bağlı məsələni təkrar araşdırmır.
37. İddiaçının adına xx.xx.2004-cü ildə açılmlş ******* nömrəli əmək kitabçasında isə iddiaçının xx.xx.2004-cü ildən xx.xx.2014-cü ilədək “xxxx” firması MMC-də qadın bərbəri işləməsi əksini ta pmışdır.
38. Cavabdeh iddiaçının bu əmək kitabçasında göstərilən əmək fəaliyyətini də staja daxil etməkdən imtina edir və mövqeyini onunla əsaslandırır ki, “xxxx” firması MMC tərəfindən sosial sığorta haqları ödənilmədiyinə görə onun həmin firmada işlədiyi illər staj sayılmır.
39. İddiaçının “xxxx” firması MMC-də əmək fəaliyyəti ilə bağlı mübahisənin həlli üçün Ali Məhkəmənin İnzibati Kollegiyası xx xxxxxx 2019-cu il tarixli qərarında zəruri tapşırıqlar vermişdir (həmin göstərişlər bu qərarın 17-ci bəndində qeyd olunub).
40. Apelyasiya binstansiyası məhkəməsi işə takrar baxarkən həmin göstərişlərə əməl etmək üçün “xxxx” firmasını üçüncü şəxs qismində işə cəlb etmiş, müəssisənin sözügedən dövrdə fəaliyyət göstərməsini müəyyən etmək üçün vergi orqanına sorğular versə də araşdərmanı sonadək a parmamışdır.
41. Belə ki, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin X4 Qeydiyyatı İdarəsi xx.xx.2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, “xxxx” firması adlı bir neçə fərqli hüquqi şəxs qeydiyyatdan keçmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxsə aid daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) vermək xahiş olunur.
42. Məhkəmə bundan sonra dəqiqləşdirilmiş təkrar sorğu göndərməmiş, “xxxx” firmasının xx.xx.2004-cü ildən xx.xx.2014-cü ilədək fəaliyyət göstərməsini müəyyən etməmişdir.
43. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, «Həmçinin xx.xx.2020-ci il tarixində məhkəməyə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən daxil olmuş cavab məktubunda qeyd edilmişdir ki, “ Müraciətinizə cavab olaraq bildiririk ki, “xxxx” firmasının (VÖEN:**********) əsas fəaliyyət növü yaşayış və qeyri-yaşayış binalarının tikintisi olmaqla xx.xx.2005-ci ildə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. “xxxx” firması (VÖEN:**********) tərəfindən təqdim edilmiş 01,08.2008-ci il tarixli **********654400 nömrəli müraciətə əsasən hüquqi şəxsin fəaliyyəti 31,07.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək dayandırmış, müraciətdə göstərilən müddət bitdiyi üçün xx.xx.2013-cü il tarixdən fəaliyyəti bərpa edilmişdir.” İddia ərizəsindən də göründüyü kimi iddia ərizəsində iddiaçı “xxxx” MMC-də işləməyini göstərsə də, həmin ərizədə qeyd edilmiş ********** nömrəli VÖEN məhz “xxxx” firmasına məxsusdur. Həmçinin məhkəmə tərəfindən elektron portalı vasitəsi ilə qeyd edilmiş VÖEN yoxlanılmı ş və müəyyən edilmişdir ki, iddia ərizəsindəki ********** nömrəli VÖEN məhz “xxxx” Firmasına məxsusdur. Məhz bu səbəbdən məhkəmə iddia ərizəsindəki “xxxx” MMC-ni texniki səhv kimi nəzərə alaraq həmin təşkilatın adını “xxxx” Firması kimi qəbul edir. Habelə, qeyd edilmiş hallar araşdırıldıqdan sonra məhkəmənin 18 fevral 2020-ci il tarixli qərardadı ilə “xxxx” Firması (VÖEN: **********) üçüncü şəxs qismində cəlb edilmiş və üçüncü şəxsə iddiaçının 2004-2014-cü illərdə işləməsinə dair məlumatları, habelə, həmin dövr üzrə məcburi dövlət sosial ödənişlərin ödənilib-ödənilməməsi barədə sənədləri təqdim edilməsi bildirilmişdir. xx.xx.2020-ci il tarixdə “xxxx” Firması tərəfindən məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, “iddiaçı xx.xx.2004-cü il tarixdə “xxxx” firmasına (VÖEN **********) qa dın bərbəri işinə qəbul edilmiş (Əmr №: 03, xx.xx.2004-cü il), xx.xx.2014-cü il tarixdə öz xahişinə əsasən işdən azad edilmişdir. (Əmr № 29, 30,04,2014-сü il). İşlədiyi müddətdə öz hesabına məzuniyyətdə olmamışdır. İddiaçı həmin dövr üçün məçburi dövlət sosial ödənişlərə cəlb edilmişdir.»
44. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticəni əsaslı, İPM-in 12-ci və 58.7-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, məhkəmə üçüncü şəxs qismində işə VÖEN nömrəsi ********** olan “xxxx” firmasını cəlb etmişdir.
45. Lakin “xxxx” firmasının Bakı Apelyasiya Məhkəməsinə göndərdiyi xx xxxx 2020-ci il tarixli 04 saylı məktubundan görünür ki, həmin firmanın VÖEN nömrəsi 150052664-dür (cəh 229). Məktubun mətnində isə firmanın VÖEN nömrəsi ********** qeyd olunmuşd ur. Məktuba və sonrakı məktublara vurulmuş “xxxx” firmasının dairəvi möhüründə isə VÖEN nömrəsi **********2 qeyd olunmuşdur.
46. Məhkəmənin fəaliyyət göstərməsini yoxladığı “xxxx” firmasının VÖEN nömrəsi **********-dir.
47. Bundan başqa, məhkəmə “xxxx” Firmasının xx.xx.2020-ci il tarixli məktubunda göstərilmiş “İddiaçı həmin dövr üçün məcburi dövlət sosial ödənişlərə cəlb edilmişdir” məlumatı ilə kifayətlənmiş, iddiaçıya əmək haqqının hesablanması, hesablanmış əmək haqqından məcburi sosial sığorta haqlarının tutulub tutulmaması, tutulmuş haqların DSMF-nə müəssisə tərəfindən ödənilib ödənilməməsi araşdırılmamışdır.
48. Məhkəmə kollegiyası kassasiya şikayətinə baxarkən iddiaçıya bu barədə sübutları təqdim etməyi təklif edərək məhkəmə iclasını təxirə salmışdır. İddiaçının vəkili iddiaçıya 200 4-2014-cü illərdə əmək haqqı ödənildiyinə dair arayışı və aylar üzrə ödənilmiş əmək haqqı barədə arayış təqdim etmişdir. Lakin həmin arayışlarda iddiaçının əmək haqqından məcburi sosial sığorta haqlarının tutulmasını müəyyən etmək mümkün deyildir və bununla bağlı əlavə araşdırma aparılmalıdır.
49. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası İPMnin 96.5.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
50. İşə təkrar baxan apelyasiya məhkəməsi:
1. İddiaçının işlədiyi “Kamalə” firmasının VÖEN nömrəsini dəqiqləşdirməli və bununla əlaqədar yuxarıda göstərilən ziddiyyyətlərə aydınlıq gətirməli; 2. “Kamalə” firmasının xx.xx.2004-cü ildən xx.xx.2014-cü il tarixədək fəaliyyət göst ərib-göstərmədiyini sorğu etməklə müəyyən etməli; 3. “Kamalə” firmasının fəaliyyət növünü müəyyənləşdirməli; 4. “xxxx” firması tərəfindən iddiaçıya ödənilmiş əmək haqqından məcburi sosial sığorta haqlarının tutulub-tutulmadığını müəyyən etməli;
5. İddiaçıdan sosial sığorta haqları tutulmuşsa həmin məbləğlərin DSMF-nə ödənilibödənilmədiyini müəyyən etməli, müəyyən olunan hallara uyğun qərar qəbul etməlidir.
51. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-277/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.