Məhkəmə qərarları › İş №2-1(102)-1603/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1603/2023

24.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1603/2023 24.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin vəfat etmiş şəxsə məxsus olması barədə arayışın (çıxarışın) verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olması barədə arayışın (çıxarışın) verilm əsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2023-cü il tarixli, 2-1(103)-1423/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında” xx.xx.1965ci il tarixli 11610 №-li müqaviləyə əsasən Bilgəh qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsindən ibarət 437 №-li bağ sahəsi Məmmədəli Abdullayevin istifadəsinə (icarəsinə) verilmişdir. 2. “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə” 11610 №-li, xx.xx.1971-ci il tarixli müqavilə ilə Bilgəh qəsəbəsində 0,25 ha bağın 1 otaqdan ibarət 18.48 kv. metr mənzil sahəsi olan bina və köməkçi tikintilər lə birlikdə bağ sahəsi X1 istifadəsinə (icarəsinə) verilmiş, müqavilədə bağ sahəsinin nömrəsi 437/1314 kimi qeyd edilmişdir. 3. “Bağ evlərinin, binaların uzunmüddətli icarəyə verilməsi barədə” xx.xx.1988-ci il tarixli 11610 №-li müqaviləyə əsasən ki, X1 ölümü ilə əlaqədar arvadının və ailə üzvlərinin ərizəsinə əsasən Bakı Xalq Deputatları Sovetinin 1965-ci il tarixli 10 №-li protokoluna əsasən Bilgəh bağlar massivində yerləşən 0,25 ha torpaq sahəsindən ibarət 1314 №-li bağ sahəsi mərhumun arvadı X5 istifadəsinə verilmişdir.

4. X10 tərəfindən Bakı şəhər Bağlar Təsərrüfatı idarəsinə ünvanlanmış və digər ailə üzvləri tərəfindən razılıqları bildirilmiş ərizənin məzmunundan müəyyən olunur ki, o, adına olan Bilgəh sahəsində olan 1314 №li bağın (orada olan evlə birlikdə) X2 adına keçirilməsini xa hiş etmişdir. 5. “Bağın İcarəyə verilməsi haqqında” 11610 №-li xx.xx.1996-cı il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1996-cı il tarixli sərəncamının 1 nömrəli protokoluna əsasən Bilgəh qəsəbəsində 0.12 ha torpaq sahəsindən ibarət 1314 №-li bağ sahəsi 19,4 kv. metr olan 1 otaqdan ibarət evlə birlikdə X2 istifadəsinə verilmişdir. Müqavilənin müddəti 03 yanvar 1996-cı ildən 03 yanvar 2006-cı il tarixədək müəyyən olunmuşdur. 6. “Bağın İcarəyə verilməsi haqqında” 11610 №-li xx.xx.2002-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.2002-ci il tarixli 16 nömrəli protokoluna əsasən Bilgəh qəsəbəsind ə 0.12 ha torpaq sahəsindən ibarət 1314 №-li bağ sahəsi 19,4 kv. metr olan 1 otaqdan ibarət evlə birlikdə İddiaçı istifadəsinə verilmişdir. 7. 12.03.1984-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu VVAQ şöbəsi tərəfindən verilmiş İİİ-ЖГ seriyalı, 369930 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X7 ilə X13 xx.xx.1975-ci ildə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1975-ci ilin iyul ayının 06-cı günündə 356 nömrə ilə qeyd edilmişdir.

8. Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən 04 aprel 1996-cı il tarixdə verilmiş İV-ЖГ, 460968 №li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X7 xx.xx.1996-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kit abında 1996-cı ilin aprel ayının 4-cü günündə 422 nömrə ilə qeyd edilmişdir.

9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə tərtib olunmuş 11/3810 inventar nömrəli (Reyestr № **********5011301) texniki pasportdan müəyyən olunur ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, 1314 №-li bağ evinin sənəd üzrə torpaq sahəsi 0,12 ha, faktiki sahə 0,12 ha, tikinti altı sahə 0.00721 ha, digər sahələr 0.11279 ha təşkil edir.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,12 ha torpaq sahəsində 27,5 kv. metrdən ibarət 1314 saylı bağ evi xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə (Reyestr № **********50-11301) İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə Daşınmaz əmlakın Dövlət reyestrində 88 nömrəli kitabın 9039 nömrəli vərəqində qeydə alınmışdır.

11. İddiaçı cavabdehə müraciət edərək Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsi olan 1314 saylı bağ sahəsi üzərində çıxarışın verilməsi xahiş etmiş, cavabdeh ərizənin icrası mümkün olmaması səbəbindən iddiaçıya **********60 nömrəli, xx.xx.2016-cı il və **********45 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubları ünvanlamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,12 ha-dan ibarət 1314 “a” saylı bağ torpaq sahəsi üzərində iddiaçının əri mərhum X2 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz Əmlakın Dövlət reyestrindən arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edilmişdir.

13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,25 ha sahəsi olan 1314 saylı bağ sahəsi keçmiş X4 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.1988-ci il tarixli, 11600 nömrəli icarə müqaviləsinə əsasən X6 məxsus olmuşdur. X10 yuxarıda qeyd olunan torpaq sahəsində yerləşən bağ evini icarə hüququ ilə ona məxsus olan torpaq sahəsi ilə birlikdə mərhum əri X3 satmış, onun və ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş xx.xx.1995-ci il tarixli ərizəsinə əsasən sözü gedən bağ sahəsi ərinin adına keçmişdir. Əri X7 xx.xx.1996-cı il tarixdə ölmüşdür. Sonuncunun ölümündən sonra qeyd edilən torpaq sahəsi 0,25 ha ölçüdə onun və ailə üzvlərinin istifadəsində olmuş və bu torpaq sahəsinə dair vergilər tərəflərindən ödənilmişdir. 2002-ci ildə bağ sahəsinin adına keçirilməsi ilə bağlı Bağlar İdarəsinə müraciət edərkən ona bildirilmişdir ki, guya bağ torpaq sahəsinin ölçüsünün o dövrdəki norması nəzərə alınaraq mərhum ərinin adına keçmiş 0,25 ha torpaq sahəsinin yalnız 0,12 ha-dan ibarət hissəsi (ev yerləşən hissə) onun adına keçərək, onunla xx.xx.1996-cı il tarixli icarə müqaviləsi bağlanmış, qalan hissə isə boş torpaq sahəsi kimi saxlanılaraq, gələcəkdə digər bir ailə üzvünün adına rəsmiləşdirilə bilər. Bundan sonra, o da onlara inanaraq mərhum ərinin adına olan sözügedən torpaq sahəsinin onun adına keçirilərək həmin sahəyə dair (0,12 ha) xx.xx.2002-ci il tarixli, 11610 saylı icarə müqaviləsi bağlanılmasına razılıq verilmişdir. Daha sonra, torpağın qalan hissəsinin digər ailə üzvünün adına rəsmiləşdirilməsi ilə bağlı dəfələrlə müraciətlər etməsinə baxmayaraq, Bağlar İdarəsi tərəfindən müxtəlif bəhanələr gətirilərək işin həll edilməsi yubadılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən Yerli İcra Hakimiyyətləri orqanları, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan X12 ləğv edilərək, onların arxivləri Əmlak Məsələləri Döv lət Komitəsinə verilmişdir. Bundan sonra, faktiki istifadələrində qalmış torpaq sahəsinin sənədləşdirilməsi, bu sənədləşməni aparacaq təşkilatın ləğvi ilə əlaqədar qeyri-mümkün olmuş, bu səbəbdən də ona ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2012-ci il tarixdə yalnız 0,12 ha torpaq sahəsinə dair adına plan-ölçü sənədi hazırlanmış və bu sahə üzərində mülkiyyət hüququ qeydə alınaraq, ona çıxarış verilmişdir. Sözügedən torpaq sahəsinin 0,12 ha-dan ibarət hissəsi onların adına mülkiyyət hüququ ilə rəsmiləşdirilərək həmin torpaq sahəsi bütövlükdə, yəni 0,25 ha ibarət hissədə onların faktiki olaraq mülkiyyətlərində olmaqla, həmin sahə hasarın içərisindədir və tərəflərindən bu sahəyə görə 0,25 ha torpaq sahəsinə torpaq vergisi ödənilir. O, icarə hüququ ilə ailələrin ə məxsus olan 0,25 ha torpaq sahəsinin qalan hissəsinin vərəsəlik qaydasında adına keçirilməsinə ümid edərək, Bakı şəhər 53 saylı Notariat ofisinə müraciət etmiş və həmin hissəyə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. DƏRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya əsasən Notariat ofisinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubla tanış olarkən ona bəlli olmuşdur ki, guya mərhum əri Mirzə İsmayılovun ərizəsinə əsasən 0,25 ha-dan ibarət 1314 saylı bağ sahəsinin 0,12 ha hissəsi onun adına keçmiş, qalan hissəsi Bağlar İdarəsinin boş balansında saxlanmışdır. Mərhum əri heç vaxt belə bir ərizə verməmiş və belə bir ərizə verməsi barədə sağlığında da ona heç nə deməmişdir. Belə ki, sözügedən bağ sahəsinin əvvəlki icarədarı ailə üzvləri ilə birlikdə icarə hüququ ilə ona məxsus olan 0,25 ha torpaq sahəsinin ərinin adına keçirilməsinə notarial qaydada təsdiq edilmiş ərizə ilə razılıq vermiş və onların sərbəst iradə ifadəsinə uyğun olaraq həmin sahə ərinin adına 0,25 ha ölçüdə keçmişdir. Eləcə də, bu torpaq sahəsində yerləşən bağ evinin dəyəri ödənilməklə onların mülkiyyətinə keçdiyini nəzərə alsalar, onda onun yerləşdiyi torpaq sahəsinin əvvəlki mülkiyyətçiyə məxsus ölçüdə onlara keçməsi tamamilə qanunidir. Digər tərəfdən, 1988- 1996-cı illər ərzində vətəndaşlara icarəyə verilən bağ sahələrinin norması (ölçüsü) barədə məlumat təqdim edilməsinə dair Reyestr Xidmətinə verilmiş vəkil sorğusuna alınmış xx.xx.2021-ci il tarixli cavab məktubundan da görünür ki, bağ sahəsinin ölçüsü bağ sahəsinin verilməsinə dair vətəndaşlarla bağlanmış müqavilələr əsasında müəyyən edilir. Be lə olan halda hesab edir ki, sözügedən bağ sahəsi əvvəlki icarədarın müqaviləsi üzrə icarəsində olmuş 0,25 ha ölçüdə mərhum ərinin icarəsinə verilməli və onunla bu ölçüyə dair icarə müqaviləsi bağlanmalı idi. Digər tərəfdən, sözügedən bağ sahəsi (0.25 ha) 314 saylı bağ sahəsi olmuş və 314 saylı bağ sahəsinin ölçüsü 0.25 hadan ibarət olmuşdur. Həmin icarə sahəsinin yerdə qalan hissəsinə (0.13 ha) 314 a sıra sayı verilməsinə və bu sahənin Bağlar İdarəsinin boş balansında saxlanılmasına dair hər hansı məlumat Reyestr Xidmətinin arxiv bazasında da müəyyən olunmamışdır. Deməli, hazırda mübahisələndirilən bağ sahəsi 314 saylı bağ sahəsi olmaqla, onun ölçüsü 0.25 ha ölçüdən ibarət olmuşdur.

14. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, aparılmış araşdırma nəticəsin də məlum olmuşdur ki, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0,25 ha-dan ibarət olan 1314 saylı bağ sahəsinin icarədarı X10 xx.xx.1995-ci il tarixdə notarial qaydada qeyd olunan bağ sahəsinin iddiaçının mərhum əri X2 adına keçməsinə razılıq vermişdir. Həmçinin, arxiv əsaslarında X2 bağ sahəsinin 0.12 ha hissəsini ev ilə birlikdə onun adına keçirilməsinə dair xx.xx.1995-ci il tarixli ərizəsi də vardır. Qeyd olunan ərizəyə əsasən keçmiş X4 və İstismarı Birliyi ilə İcarədarın adına olan 0.25 ha-dan ibarət olan 1314 saylı bağ sahəsinin 0.12 ha hissəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 01 saylı protokolu ilə X2 adına keçmiş, daha sonra İddiaçı adına qeydiyyatdan keçmiş, hal-hazırda iddiaçının mülkiyyətindədir. Yerdə qalan 0,13 ha hissəsi ilə bağlı arxiv əsaslarınd a heç bir məlumat aşkar olunmamışdır. Qeyd olunan bağ sahəsinin 0,12 ha hissəsi boş bağlar balansına keçirilmişdir.

15. Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(112)-9808/2022 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,12 ha-dan ibarət 1314 “a” saylı bağ torpaq sahəsi üzərində iddiaçının əri mərhum X2 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz Əmlakın Dövlət reyestrindən arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

16. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan olaraq “İnzibati icraat haqqında" Qanunun tələbləri baxımından üzərinə qoyulmuş vəzifələrini icra etməyərək, mübahisəli torpaq sahəsinin 1965-ci ildən qanuni əsaslarla 0,25 ha olmaqla vahid bağ torpaq sahəsi kimi ayrıldığını, daha sonra həmin bağ sahəsinin 1996-cı ildə iddiaçının mərhum ərinin adına 0,12 ha kimi rəsmiləşdirilsə də, 0,25 ha-dan ibarət bağ torpaq sahəsinin vahid şəkildə sonuncunun istifadəsinə verildiyini, hazırda hüquqların qeydiyyatı tələb olunan torpaq sahəsinin 1965-ci ildən inşa olunmuş hasar daxilində yerləşməklə və iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan məhz həmin bağ sahəsinin tərkibində olmaqla 1996-cı ildən istifadələrində, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)2563/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən isə hal-hazırda da İddiaçı qanuni sahibliyində olmasını nəzərə almamış və qeyd olunan torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ləğv edilmiş Bağlar İdarəsinin b oş balansına keçirildiyini bildirməklə hüquqların dövlət qeydiyyatından imtina etmiş və bununla iddiaçının (onun mərhum ərinin) qanunla qorunan mülkiyyət hüquqları pozulmuşdur.

17. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2023-cü il tarixli, 2-1(103)-1423/2023 nömrəli qərarı ilə (hakimlər: R.Səmədov - sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi möv qeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Müvafiq ünvanda olan bağ sahəsinin iddiaçının mərhum ərinə məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, mərhumun Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1314 “a” saylı bağ sahəsi üzərində hüquqlarının olması öz təsdiqi tapdığından, həmin bağ sahəsinin başqa şəxsə verilməsi, başqa şəxsin adına qeydiyyatdan keçməsi müəyyən edilmədiyindən hazırkı iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi mümkündür.

20. Cavabdeh həmin qərardan kas sasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

21. Cavabdehin kassasiya şikayəti imtina məktubu, eləcə də iddiaya dair etiraz ərizəsinə uyğun tərtib edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı kassasiya şikayətlərinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2023-cü il tarixli, 2-1(103)-1423/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklül üyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə

12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfi ndən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün nota riat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.... Maddə

22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşı nmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə): 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüq uqu əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikd ə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 iyun 2023-cü il, “Xalq” qəzeti, 24 iyun 2023-cü il, № 133) ilə 2 nömrəli əlavə “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir: 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə on un notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyə nedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı.

25. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdi m olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qər arı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsini şərtləndirən aşağıdakı əsa sların qeyd olunmasını zəruri hesab edir.

29. Aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilən işin hallarından görünür ki, mübahisələndirilən torpaq sahəsi u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində 0,25 ha torpaq sahəsi olan 437 (keçmiş bağ nömrəsi) saylı bağ sahəsi ilkin olaraq xx.xx.1965-ci il tarixli müqavilə ilə Məmmədəli Abdullayevin icarəsinə verilmiş, sonradan onunla bağlanmış müqavilənin müddəti 1981-ci il tarixədək uzadılmış və bağ sahəsinin nömrəsi 437/1314 kimi qeyd edilmişdir. X1 ölümü ilə əlaqədar Bilgəh bağ massivində 0,25 ha torpaq sahəsi olan 1314 saylı bağ sahəsinə dair onun arvadı X11 ilə bağın icarəyə verilməsinə dair xx.xx.1988-ci il tarixli müqavilə bağlanmışdır. X5 0,25 ha torpaq sahəsi olan 1314 saylı bağ sahəsinin X9 adına keçirilməsi barədə ərizəs inə əsasən həmin bağ sahəsinin 0,12 ha hissəsinin bağ evi ilə birlikdə X9 icarəsinə verilməsinə dair xx.xx.1996-cı il tarixli müqavilə bağlanmış və həmin tarixdən 0,25 ha torpaq sahəsi olan 1314 saylı bağ sahəsi evlə birlikdə bütöv şəkildə X9 ailəsi ilə birlikdə istifadəsinə verilmişdir. Sənəd üzrə sözügedən bağ sahəsinin yerdə qalan 0,12 ha torpaq sahəsinin keçmiş X4 və İstismarı Birliyi idarəsinin boş balansına keçirildiyi qeyd olunmuşdur. X2 ölümündən sonra arvadı İddiaçı ərizəsi əsasında onunla BTİİB arasında sözügedən bağ sahəsinin (0,12 ha) icarəyə verilməsinə dair xx.xx.2002-ci il tarixli müqavilə bağlanmış, xx.xx.2012-ci il tarixdə həmin bağ sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüquqları Daşınmaz Əmlakın dövlət reyestrində 0,12 ha olmaqla 1314 saylı bağ sahəsi kimi qeydiyyata alı nmış və hazırda sonuncunun mülkiyyətindədir.

30. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən “qeyd olunan bağ sahəsinin 0,12 ha hissəsi boş bağlar balansına keçirilməsi, göstərilən bağ sahəsinin hansı bağ sahəsinə aid olub-olmaması barədə elektron bazada məlumatın olmaması”nı bildirmişdir.

31. Bununla bağlı apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan olaraq “İnzibati icraat haqqında" Qanunun tələbləri baxımından üzərinə qoyulmuş vəzifələrini icra etməyərək, mübahisəli torpaq sahəsinin 1965-ci ildən qanuni əsaslarla 0,25 ha olmaqla vahid bağ torpaq sahəsi kimi ayrıldığını, daha sonra həmin bağ sahəsinin 1996-cı ildə iddiaçının mərhum ərinin adına 0,12 ha kimi rəsmiləşdirilsə də, 0,25 ha-dan ibarət bağ torpaq sahəsinin vahid şəkildə sonuncunun istifadəsinə verildiyini, hazırda hüquqların qeydiyyatı tələb olunan torpaq sahəsinin 1965-ci ildən inşa olunmuş hasar daxilində yerləşməklə və iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan məhz həmin bağ sahəsinin tərkibində olmaqla 1996-cı ildən istifadələrində, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2563/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən isə halhazırda da İddiaçı qanuni sahibliyində olmasını nəzərə almamış və qeyd olunan torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə ləğv edilmiş Bağlar İdarəsinin boş balansına keçirildiyini bildirməklə hüquqların dövlət qeydiyyatından imtina etmiş və bununla iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulmuşdur.

32. Bundan başqa, qeyd edilməlidir ki, vərəsəlik dedikdə, ölümün dən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi şəxsi qeyriəmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir. 33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə müvafiq olaraq, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmi ş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.1-ci bəndində qeyd edilmişdir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir.

35. Apellyasiya instansiyası məhkəməsi özü qərarında qeyd edir ki, “ iddiaçı hazırkı tələblə mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir”.

36. Lakin birinci instansiya məhkəməsinin apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisəli torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun mərhum X2 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz Əmlakın Dövlət reyestrindən arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərarını qüvvədə saxlayarkən buna diqqət yetirməmişdir.

37. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respubli kası Qanununun 22.2-ci maddəsinin tələblərinə əsasən şəxs daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. 38.. “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndi də analoji mövqedən çıxış edir. Lakin həmin bənddə göstərilən “elektron çıxarış” ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda qeyd edilən “çıxarış” eyniləşdirilməməlidir.

39. Belə ki, Qanunun tələbləri baxımından çıxarış – daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınm ası barədədir. Lakin Təlimatda qeyd edilən elektron çıxarış Qanunun 22.2-ci maddəsində göstərilən arayışla eynilik təşkil edir. Təlimatın 7.1-ci bəndində də “reyestrdən çıxarış” ilə “elektron çıxarış” anlayışları birbirindən fərqləndirilmişdir.

40. Ona görə də, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən bunu nəzərə almamış və daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarış ilə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış (elektron çıxarış) anlayışlarını eyniləşdirmişdir.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,12 ha-dan ib arət 1314 “a” saylı bağ torpaq sahəsinin iddiaçının mərhum əri X2 adına məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.

42. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2023-cü il tarixli, 21(103)-1423/2023 nömrəli qərarı dəyişdirilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,12 ha-dan ibarət 1314 “a” saylı bağ torpaq sahəsinin İddiaçı mərhum əri X3 məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsi öhdəliyi cavabdehə həvalə edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar