Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1603/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vəfat etmiş ərinin əvəzinə mənzil növbəsinə götürülməsi və mənzil kirayəsi haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) “vəfat etmiş ərinin əvəzinə mənzil növbəsinə götürülməsi və mənzil kirayəsi haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının 2-1(103)-405/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. X5 Aeroportunun Hərbi Əlaqələr komendantının xx.xx.2020-ci il tarixli 248 nömrəli əmrindən çıxarışa əsasən 10 dekabr 2020-ci il tarixdən kapitan X3, hərbi komendantın köməkçisi, ailə vəziyyəti ilə əlaqədar qısamüddətli məzuniyyətə, Bakı şəhərində keçirməklə, 10 (on) təqvim günü müddətinə məzuniyyətə getmiş hesab edilmişdir.
2. X5 Aeroportunun Hərbi Əlaqələr komendantının xx.xx.2020-ci il tarixli 259 nömrəli əmrindən çıxarışa əsasən kapitan X3, hərbi komendantın köməkçisi, ailə vəziyyəti ilə məzuniyyətdə olduğu müddətdə səhhəti pisləşib və “Bakı Medikal Plazad a Cərrahi əməliyyat keçirib. 20 dekabr 2020-ci il tarixdən səhhəti nəzərə alınaraq məzuniyyəti müddəti uzadılmışdır
3. X5 Aeroportunun Hərbi Əlaqələr Komendantlığının xx.xx.2021-ci il tarixli Arayışında göstərilmişdir: “Sizin 2/3345 №-li məktuba cavab olaraq bildirirəm ki, X5 Aeroportunun Hərbi Əlaqələr Komendantlığının hərbi komendantın köməkçisi kapitan X3, xx.xx.2020-ci il tarixdə ailə vəziyyəti ilə məzuniyyətə buraxılıb. Məzuniyyətdə olduğu zaman səhhəti pisləşdiyinə görə xx.xx.2020-ci il tarixdə “BAKU MEDİCAL PLAZA”-ya müraciət edib və xx.xx.2020-ci il tarixdə Foramen magnum Meningiomu. XBT-10, D32.9” diaqonuzu qoyulmuş və “Farlaterial transcondylar yanaşma ilə subtotal Tm eksizyonu” əməliyyatı keçirilmişdir. xx.xx.2020-ci il tarixdə əməliyyat keçirdiyi üçün məzuniyyəti uzadılıb. Əməl iyyatdan sonra vəziyyəti pisləşmiş və xx.xx.2021-ci il tarixdə saat 16:00 radələrində həmin xəstəxanada vəfat etmişdir. Ölüm hərbi xidməti vəzifələrinin icrası zamanı baş verməyib.”
4. X5 Aeroportunun Hərbi Əlaqələr komendantının xx.xx.2021-ci il tarixli 25 nömrəli əmrindən çıxarışa əsasən kapitan X3, hərbi komendantın köməkçisi, “X9”da cərrahi əməliyyatdan sonra vəfat etdiyinə görə, 25 yanvar 2021-ci il tarixdən hərbi komendantlığın şəxsi heyətinin siyahısından və bütün növ təminatdan çıxarılmış hesab edilmişdir.
5. İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, vəfat etmiş hərbi qulluqçunun həyat yoldaşı kimi “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 28-ci maddəsinə əsasən kirayə haqqı üçün kompensasiya verilməsi və mənzil sahəsi ilə təmin olunmasını x ahiş etmişdir.
6. Cavabdeh 7 iyun 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 28-ci maddəsinə istinadən bildirmişdir ki, göründüyü kimi, qanunvericilikdə ölmüş hərbi qulluqçunun ailəsinə kirayə xərclərinin ödənilməsinin davam etdirilməsi nəzərdə tutulmuşdur. İddiaçının ölmüş əri xidmət dövründə vəfat etmiş, həmin dövrdə RİHdə mənzil növbəsində olmamış və kirayə pulu almamışdır. Bu səbəbdən də kirayə pulunun ödənilməsinin davam etdirilməsi RİH-in səlahiyyətləri xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 28-ci maddəsinin tələblərinə əsasla naraq mərhum həyat yoldaşı kapitan Rəşad Mahmudovun həyat yoldaşı kimi Binəqədi Rayon İcra Hakimiyyətində dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq üçün hərbi qulluqçuların mənzil uçotuna sənədlərin qəbul edilməsi və uşaqların yetkinlik yaşına çatanadək (abad mənzil verilənədək) müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsini 01 yanvar 2021-ci il tarixdən davam etdirilməsi, hər ay 375 manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 ildən artıq qüsursuz həqiqi hərbi xidmətdə olan iddiaçının həyat yoldaşı kapitan X3 44 günlük Vətən müharibəsində iştirak etdikdən sonra cərrahiyyə əməliyyatı aparılması məqsədilə Silahlı Qüvvələrin Baş Klinik Hospita lına müraciət etmiş, əməliyyatın icrası üçün avadanlıq və həkim mütəxəssislərin olmadığına, sağlamlığı getdikcə ağırlaşdığına görə, hospitalın rəisinin komandanlığa ünvanladığı məktubun cavabına əsaslanaraq R.Mahmudov xx.xx.2020-ci il tarixli məzuniyyət bileti alıb, neyrocərrahiyyə əməliyyatı olunması üçün “Bakı Medikal Plaza” klinikasına getmiş, xx.xx.2020-ci il tarixdə klinikada neyrocərrahiyyə əməliyyatı düzgün aparılmamış, xəstənin qanına kliniki infeksiya yeridilib reanimasiya şöbəsinə yerləşdirilmiş, 41 gün müddətində xəstəyə əzab-əziyyət verdikdən sonra beyini və qanı irinləşdirib və xx.xx.2021-ci il tarixdə həyatdan məhrum etmişlər. İddiaçı “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 28-ci maddəsinin tələblərinə əsaslanaraq mərhum kapitan Rəşad Mahmudovun həyat yoldaşı kimi Binə qədi Rayon İcra Hakimiyyətində Dövlət Mənzil Fondu hesabına növbədənkənar abad mənzil almaq üçün mənzillə təmin edilməsini və uşaqların yetkinlik yaşına çatanadək (abad mənzil verilənədək) müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsini 01 yanvar 2021-ci il tarixdən davam etdirilməsini, hər ay 375 manat ödənilməsini xahiş etmişdir. İcra Hakimiyyətinin hüquq şöbəsinin və sənədlərlə iş şöbəsinin müdirləri ona qanunsuz, əsassız cavablar vermiş, xx.xx.2021-ci il, xx.xx.2021- ci il, xx.xx.2021-ci il tarixlərdə poçt vasitəsilə ona göndərdiyi ərizələrə yazılı cavab verməkdən imtina etmişdilər. Bakı Şəhər İcra Hakimiyyətinə, İnsan Hüquqları üzrə Müvəkkili aparatına, Müdafiə Nazirliyinə dəfələrlə şikayət məktubları ünvanladıqdan sonra, cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktub unu almışdır.
9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1404/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia rədd edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, mövcud qanunvericiliyə əsasən yalnız hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verildiyindən, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirildiyindən, iddiaçının mərhum ərinin isə hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olması i şin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, cavabdeh Binəqədi RİH tərəfindən verilən imtina qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(103)-138/2023 nömrəli qərarı ilə (hakimlər: C.Yusifov /sədrlik edən və məruzəçi/, P.Hüseynov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiy a məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1701/2023 saylı, 12 iyul 2023-cü il tarixli qərarı ilə (hakimlər: İ.Şəfiyev /sədrlik edən və məruzəçi/, R.Nəbizadə və İ.Hüseynov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin 16 fevral 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, iddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-405/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər: R.Səmədov /sədrlik edən və məruzəçi/, X.Cəmilova və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 10 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ö dənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 saylı qərarının 1-ci bəndində qeyd olunur ki, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir.
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-405/2 024 saylı, xx.xx.2024-cü il tarixli qərarında Ali Məhkəmənin qərarında əksini tapmış müvafiq göstərişlər nəzərə alınaraq, Rəşad Mahmudovun ölümünün hərbi xidməti vəzifələrinin icrası ilə bağlı olub-olmasına qiymət verilərək hesab edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli, 0326 saylı əmrinə əsasən Rəşad Mahmudovun ölümü hərbi xidməti vəzifələrinin icrası ilə bağlı olmuşdur.
22. Bakı Apellyasiya Məhkəməsi, sözügedən qərarında da, haqlı olaraq, “Hərbi qulluqçuların statusu haqqında” AR Qanununun 21-ci maddəsinin 5- ci hissəsinə istinad etməklə, İddiaçı vəfat etmiş əri hərbi qulluqçu Rəşad Mahmudovun ailəsi kimi onun həmin növbədən istifadə etmək hüququna malik olduğu qənaətinə gəlmişdir.
23. İddiaçının digər tələbi olan uşaqların yetkinlik yaşına çat anadək (abad mənzil verilənədək) müvəqqəti mənzilin kirayəsi üçün hər ay 375 manat kompensasiyanın xx.xx.2021-ci il tarixdən davam etdirilərək ödənilməsi barədə iddianın təmin edilməməsi əsassızdır, çünki Bakı Apellyasiya Məhkəməsi qərarında qeyd edir ki, Nazirlər Kabinetinin qərarına əsasən müvəqqəti mənzil kirayəsi xərcləri yerli icra hakimiyyəti orqanlarında mənzil növbəsində dayanmış şəxslərə verilir. Lakin Nazirlər kabinetinin xx.xx.2012-ci il tarixli 174 saylı qərarında qeyd olunur ki, yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara yanaşı, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikinti si üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. Yəni, İddiaçı vəfat etmiş əri Rəşad Mahmudov 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldiyi gündən mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün xx.xx.2021-ci il tarixədək aylıq 375 manat kompensasiya ödənilmişdir. Məhz, bu səbəbdən də İddiaçı vəfat etmiş əri Rəşad Mahmudovun ailəsi kimi onun Müdafiə Nazirliyində mənzil növbəsindən istifadə hüququ qalmaqla, Binəqədi Rayon İcra Hakimiyyətindənuşaqlarının yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiya ödənilməsi davam etdirilməlidir.
24. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayət ində, apellyasiya məhkəməsinin xx.xx.2024-ci il tarixli qərarının ləğv edilməsini və İddiaçı uşaqlarının yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiya ödənilməsi haqqında Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU
25. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündə n, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı q ətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının icraatında artıq bir dəfə olmuş və işə baxılmanın nəticəsi olaraq xx.xx.2023-cü il tarixli, 2-1(102)1701/2023 saylı qərar qəbul edilmişdir.
29. Həmin qərara görə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin 16 fevral tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
30. İş apellyasiya instansiyası məhkəməsinə göndərildiyi zaman Ali Məhkəmənin sözügedən qərarında İPM-in 96.11-ci maddəsinə müvafiq olaraq apellyasiya məhkəməsi üçün məcburi xarakter daşıyan bir sıra göstərişlər verilmişdir.
31. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, həmin məcburi göstərişlərin bir neçəsi icra edilsə də, bir neçəsi isə yerinə yetirilməmişdir.
32. Belə ki, apellyasiya məhkəməsi Ali Məhkəmənin məcburi göstərişini icra edərkən, müəyyən etmişdir ki, Azərbaycan Respubikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il, 0326 nömrəli əmrinə əsasə Rəşad Mahmudovun ölüm ünün hərbi xidməti vəzifələrinin icrası ilə bağlı olması öz təsdiqini tapmışdır.
33. Buna görə də apellyasiya məhkəməsi haqlı olaraq öz qərarında göstərmişdir ki, “İddiaçı ərinin hərbi xidmət vəzifələrinin icrası zamanı öldüyünü əsas tutaraq, dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsinin davam etdirilməsini tələb edir. İddiaçının bu hüququ “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 28-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin normada deyilir ki, hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) gündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil a lmaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirilir.
34. Beləliklə iddiaçının hazırkı iddia tələbləri “Hərbi qulluqçuların statusu haqqında” qanunun 12 və 28-ci maddələrinin müddəalarına tam uyğun gəlir ki, bu da işin təkzibolunmaz faktıdır.
35. Bununla yanaşı qeyd edilməlidir ki, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 21(102)-1701/2023 saylı qərarında apellyasiya məhkəməsi üçün məcburi xarakter daşıyan daha bir göstəriş vermiş, lakin həmin göstəriş tam olaraq icra edilməmiş, əksinə onun icra edilməsi zamanı bir sıra ziddiyyətli məqamlar üzrə çıxmış və onlar araşdırılmayaraq aradan qaldırılmamışdır.
36. Belə ki, Ali Məhkəmənin sözügedən qərarında göstərilmişdir ki, “aşağ ı instansiya məhkəmələri iddiaçının konkret hüquqi marağını müəyyən etməmişlər. Belə ki, iddia tələbindən iddiaçının mərhum ərinin sahib olduğu mənzil növbəsi hüququnu davam etdirmək istəməsi (“Hərbi qulluqçuların statusu haqqında” Qanunun 21-ci maddənin 5-ci bəndi) və ya növbədənkənar mənzil almaq istəməsi (“Hərbi qulluqçuların statusu haqqında” Qanunun 28-ci maddə) aydın görünmür. Halbuki, İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında pro ses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi işin təkrar baxışı zamanı İPM-nin 13-cü maddəsinə uyğun olaraq məhkəmə iddiaçıya yardım etməklə iddia tələbinin dəqiqləşdirilməsi (hazırkı qərarın 46-cı bəndi) ilə bağlı təklif verməli, eləcə də, qərarın 40-cı bəndində qeyd edilən halların araşdırılması təmin etməli, yalnız bundan sonra aparılmış araşdırmanın nəticəsinə uyğun olaraq yekun nəticəyə gəlməlidir.”
37. Ali Məhkəmənin sözügedən məcburi göstərişi ilə əlaqədar olaraq, apellyasiya məhkəməsi öz qərarında qeyd edir ki, “İşin əvvəlki apellyasiya mərhələsində, məhkəmə tərəfindən Müdafiə Nazirliyinə müvafiq sorğu göndərilmiş və sonuncu tərəfindən məhkəməyə təqdim olunmuş cavab məktublarına, o cümlədən, Nazirliyin Mənzil İsti smar İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 277 nömrəili cavab məktubunda aşağıdakılar bildirilmişdir: - “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanının (3.2-ci bəndinin) tələblərinə əsasən vəfat etmiş sabiq kapitan X1 adı mənzil növbəsinə qəbul olunması üçün Azərbaycan Ordusunda 2000-ci ildə xidmətə başlamış hərbi qulluqçuların adlı Siyahısına daxil edilərək Maliyyə Nazirliyinə göndərilmişdir.” 38. “Qeyd olunanlardan göründüyü kimi, iddiaçının mərhum əri Rəşad Mahmudovun adı Müdafiə Nazirliyi tərəfindən mənzil növbəsinə dayanan hərbi qulluqçuların adlı Siyahısına daxil edilərək təsdiq olunması üçün Maliyy ə Nazirliyinə göndərilmiş və müvafiq nəticəsi gözlənilir. Belə olan halda, “Hərbi qulluqçulrın statusu haqqında” Qanunun qeyd olunan 21-ci maddəsinin 5-ci hissəsinin tələbi baxımından İddiaçı hərbi qulluqçu vəfat etmiş əri Rəşad Mahmudovun ailəsi kimi onun həmin mənzil növbəsindən istifadə etmək hüququna malikdir.”
39. Daha sonra apellyasiya məhkəməsi öz qərarında yazır ki, “Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsinə yerli İcra Hakimiyyəti orqanında mənzil növbəsində dayanması və mənzillə təmin olunanadək kirayə haqqının alınması üçün Müdafiə Nazirliyində mənzil növbəsindən çıxması (növbəliliyin birini seçməsi) təklif olunsa da, iddiaçı tərəf bununla razılaşmamışdır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının cavabdehdən (Binəqədi Rayon İcra Hakimiyyəti ) mənzil növbəsinə götürülməsini və müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsini davam etdirilməsini tələb etməkdə haqlı olduğu sübuta yetirilmir. Belə olan halda, cavabdeh tərəfindən onun qanunla qorunan hüquqları pozulmuş hesab oluna bilməz.”
40. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli, 277 nömrəli məktubunda “...vəfat etmiş sabiq kapitan X2 adı mənzil növbəsinə qəbul olunması üçün Azərbaycan Ordusunda 2000-ci ildə xidmətə başlamış hərbi qulluqçuların adlı siyahısına daxil edilərək Maliyyə Nazirliyinə göndərilmişdir”, və apellyasiya məhkəməsi tərəfindən bunun əsasında öz qərarında “...müvafiq nəticəsi gözlənilir”, göstərilsə də, apellyasiya məhkəməsinin xx.xx.2 024-cü il tarixli məhkəmə iclasına dair tərtib edilmiş məhkəmə iclasının protokolundan görünür ki, 3-cü şəxsin nümayəndəsi X4 öz izahatında demişdir ki, “Bu iş üzrə iddiaçının mərhum əri Müdafiə Nazirliyinin mənzil növbəsində uçotdadır. İddiaçının əri növbədə 3060-cı sıradadır. Növbəsi çatanda iddiaçının onun vərəsəsi kimii mənzillə təmin olunacaqdır. Mənzillə təmin olunana kimi kirayə haqqı vətəndaşlara yalnız yerli İcra Hakimiyyəti orqanları tərəfindən ödənilir. Əgər iddiaçı kirayə haqqını almaq istəyirsə, bu halda o, Müdafiə Nazirliyindəki mənzil növbəsindən imtina edib, yerli icra hakimiyyətinə mənzil növbəsinə durmalıdır.”
41. Beləliklə 3-cü şəxsin rəsmi nümayəndəsi iddiaçının mərhum ərinin Müdafiə Nazirliyində mənzil növbəsində uçotda olduğunu və hətta onun növbə nömrəsinin “3060” ol duğunu bildirmişdir, halbuki xx.xx.2024-cü il tarixli məhkəmə iclasına qədər olan Müdafiə Nazirliyinin məhkəməyə yazdığı çoxsaylı məktublarında belə bir məlumat bir dəfə də olsun öz əksini tapmamış, eyni zamanda 3-cü şəxsin nümayəndəsi bu barədə yazılı bir sənəd məhkəməy təqdim etməmişdir.
42. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, əgər bu belədirsə, halbuki apellyasiya məhkəməsi sözügedən məlumatın həqiqiliyini yoxlamamışdır, Müdafiə Nazirliyinin həmin məsələ ilə bağlı Maliyyə Nazirliyinə müraciət edilib-edilməməsi də apellyasiya məhkəməsi tərəfindən Maliyyə Nazirliyinə sorğu göndərməklə araşdırılmamışdır.
43. Həmçinin qeyd edilməlidir ki, işin İİ cildinin 28-29-cu səhifəsində olan iddiaçı tərəfindən yazılmış “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizədəki tələblər, ilkin iddia ərizəsində irəli sürülmüş tələblərdən fərqlənmir.
44. Bununla yanaşı qeyd edilməlidir ki, apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə iclasının protokolundan görünür ki, iddiaçının nümayəndəsi öz izahatında göstərmişdir ki, “Binəqədi Rayonu İcra Hakimiyyətində mənzil növbəsi üçün qeydiyyata düşmək istəyirəm. AR Müdafiə Nazirliyindəki mənzil növbəsindən çıxmaq istəmirəm”.
45. Lakin apellyasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilmiş ziddiyyətli məqamları araşdırmadan və onları tam yoxlamadan, qanuna uyğun olmayan məhkəmə qərarı qəbul etmişdir.
46. Buna görə də kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin inzibati kollegiyası xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassas iya şikayəti qalan hissədə təmin edilməməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-405/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.