Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1604/2023 04.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Ağazadə (Qafarova) Nigar Saleh qızının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təhsil müəssisəsinə bərpa edilmə, əvvəlki təhsil müəssisəsinin ləğv olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Ağazadə (Qafarova) Nigar Saleh qızının (xx.xx.1991-ci il təvəllüdlü, FİN:4YEWSE6) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “regionlarda (Bakı və Sumqayıt şəhərləri istisna olmaqla) ali təhsil müəssisələrindən birinin tələbələr sırasına bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-294/2023 nömrəli, 6 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Azərbaycan Beynəlxalq Universitetin Moskva Filialının “Xarici dil” ixtisasına daxili əmrlə qəbul edilmiş, 10 sentyabr 2009-cu il tarixli M/75 nömrəli əmrlə xarici təhsil müəssisəsindən tədris forması əyani olmaqla, ödənişli əsaslarla Azərbaycan Beynəlxalq Universitetinin “Tarix və ictimaiyyət” ixtisasına 2-ci kursa köçürülmüş, 02 sentyabr 2010-cu il tarixli 1200 nömrəli əmrlə təhsil müəssis əsi fəaliyyətini dayandırdığına görə oradan xaric edilmiş, 15 sentyabr 2011-ci il tarixli 105 nömrəli əmrlə ixtisasını dəyişərək tədris forması əyani olmaqla ödənişli əsaslarla Bakı Asiya Universiteti Tarix müəllimliyi ixtisasına köçürülmüş və 30 noyabr 2011-ci il tarixdə onunla həmin universitet arasında tələbə qismində qəbulu barədə müqavilə bağlanmış və təhsil haqqı ödənilməklə, tələbə bileti ilə təmin edilmişdir, 06 mart 2013-cü il tarixli 141 nömrəli əmrlə Bakı Asiya Universitetindən akademik borca görə xaric edilmişdir.
2. Akademik borca görə xaric edilmiş iddiaçının cavabdehdən Bakı və Sumqayıt şəhərləri istisna olmaqla, ali təhsil müəssisələrindən birinin tələbələr sırasına bərpa edilməsi barədə müraciətinin təmin edilməsindən cavabdeh imtina edir və bunun əsası kimi, “Ali təhsil m üəssisələrini bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Müvəqqəti Qaydalarının qeyd olunan 4.1-4.2; 3.2-ci müddəalarına, daha sonra, İPM-in inzibati orqanın diskresion səlahiyyətini ehtiva edən 73-cü maddəsinin normalarına istinadən, iddiaçının tələbini qəbul etmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “regionlarda (Bakı və Sumqayıt şəhərləri istisna olmaqla) ali təhsil müəssisələrindən birinin tələbələr sırasına bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddianı n əsaslarına görə iddiaçı 2009-2013-cü il tarixlərdə Bakı Asiya Universitetində Tarix müəllimliyi üzrə əyani formada təhsil almışdır. 2015-ci il tarixdə universitet fəaliyyətini dayandırmış və tələblərin digər təhsil müəssisələrinə yerləşdirilməsini xahiş etmiş, Nazirlik tərəfindən xahiş təmin edilmiş və 270 tələbə digər universitetlərə yerləşdirilmişdir. 2012-2013-cü il tarixdə ailə həyatı qurduğuna görə iddiaçının iki akademik borcu və dövlət imtahanın kəsri qaldığına görə Bakı Asiya Universitetindən xaric edilmişdir. Nazirliyə bərpa ilə bağlı müraciət etsə də məsələ müsbət həllini tapmamışdır.
5. X1 birinci instansiya məhkəməsinin sorğusuna ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçı 2008-ci ildə ali təhsilin bakalavriat səviyyəsinə İİİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak etmiş, 700 ballıq şkala üzrə DT altqrupunda 244 bal XH altqrupunda 212 bal toplamış, heç bir təhsil müəssisəsinə qəbul olunmamışdır.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2554/2022 saylı xx.xx.2022-ci il tarixli(hakim R.L.Kərimli) qərarı ilə iddia təmin edilərək iddiaçının regionlarda (Bakı və Sumqayıt şəhərləri istisna olmaqla) ali təhsil müəssisələrindən birinin tələbələr sırasına bərpa edilməsi cavabdehə edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mahiyyət etibarı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsi ilə təsbit olunmuş bərabərlik prinsipinin icrasında maraqlıdır. Maddənin tələbindən də göründüyü kimi hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Qanunvericiliyin tələbindən də göründüyü kimi eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Hazırkı halda da iddiaçı ilə oxşar vəziyyətdə olan şəxslər barəsində təhsil hüququnun həyata keçirilməsinə imkan yaradılması, iddiaçının da həmin hüququnun bərpasına münasibətdə müraciətə sövq etmişdir ki, yuxarıda da qeyd edildiyi kimi akademik borca görə müəssisədən xaric edilmə özlüyündə təhsil hüququnun realizəsinə münasibətdə fərq yaratmır. Məhkəmə, həmçinin iddiaçının iddia tələbində adıçəkilən faktiki halla bağlı əlavə araşdırmanın aparılmasına, həmin şəxslər barəsində təhsil müəssisəsinə köçürülməyə dair sənədlərin tədqiq edilməsinə də zərurət müəyyən etməmişdir. Belə ki, cavabdeh həmin şəxslərə münasibətdə köçürülmə hallarını mübahisələndirməmiş, imtina yuxarıda qeyd olunan halla əlaqələndirilmişdir. Bununla əlaqədar əlavə olaraq qeyd edilməlidir ki, iddiaçının ilkin olaraq təhsil müəssisəsinə qəbul olunması da əvvəldən mübahisələndirilməmiş, iddiaçı barəsində təhsil sahəsində qəbul edilmiş əmrlər ləğv edilməmiş, X2 tərəfindən isə iddiaçı barəsində məlumatlar “Tələbə-Məzun” məlumat sisteminə daxil edilmişdir ki, qeyd olunan hallar dövlətin iddiaçının tələbə qismində tanıdığının təzahürüdür.
8. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-294/2023 nömrəli, 6 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2554/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavab deh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi, işə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
12. Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın 2.3-cü bəndində qeyd olunmuşdur ki, ölkə daxilində bakalavriat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bır ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişm əsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın.
13. Qaydaların 4.1-ci bəndinə əsəsən ali təhsilin bakalavriat və magistratura səviyyələrində, əsas (baza alı) tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Qaydaların 4.2-cı bəndinə əsasən Azərbaycan Respublikasının alı təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə bərpası onun ərizəsi əsasında həyata keçirilməlidir.
14. İddia tələbinin dəlilləri əsassız və qanunsuz olduğundan məhkəmənin qərarı ləğv edilm əlidir.
15. Belə ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı Bakı Asiya Universitetindən xaric edildikdən sonra, 2015-ci ildə Bakı Asiya Universiteti fəaliyyətini dayandırmış və həmin ali təhsil müəssisəsində təhsil alan tələbələr digər ali təhsil müəssisələrinə köçürülmüşdür.
16. Bakı Asiya Universitetinin tələbələri Təhsil Nazirliyinin xx.xx.2015-ci il tarixli 941 saylı əmri ilə digər ali təhsil müəssisələrinə köçürülmüşdür.
17. İddiaçının təhsil aldığı “Tarix-coğrafiya” ixtisası üzrə təhsil alan tələbələri Azərbaycan Universitetinə köçürülmüşdür. Lakin, köçürülən tələbələrin siyahısında iddiaçının adı aşkar edilməmişdir. İddiaçı Bakı Asiya Universitetindən xaric edildiyindən onun adı köçürülən tələbələrin siyahısına əlavə edilməmişdir.
18. Bakı Asiya Universitetində təhsil a lan tələbələrin siyahısında iddiaçının adı qeyd edilmədiyindən onun köçürülməsi mümkün olmamışdır.
19. Həmin dövrdə qüvvədə olan “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Müvəqqəti Qaydaların 4.1-ci bəndinə əsasən Ali təhsil pilləsinin hər iki səviyyəsində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdir.
20. Bu Qaydaların 4.2-ci bəndinə görə, Azərbaycan Respublikasının ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında bu Qaydaların 1.4-cü bəndində göstərilən müddətdə rektorun əmri ilə hə yata keçirilir.
21. Hazırda qüvvədə olan Qaydaların 2.3-cü bəndinə əsasən, ölkə daxilində bakalavriat səviyyəsində, tibb təhsilinin əsas tibb təhsili üzrə tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, X2 tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın.
22. Qanunvericiliklə müəyyən edilmiş qaydada ali təhsil müəssisəsinə qəbul olunan tələbələr universitetin rektorun əmri ilə tələbələr sırasına daxil edildikdən sonra, həmin tələbənin adı “Tələbə-məzun” elektron məlumat sisteminə yerləşdirilməlidir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
42. Təhsil hüququ İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. İİ. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. İİİ. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. İV. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. V. Dövlət minimum təhsil standartlarını müəyyən edir.
25. Təhsil haqqında Qanunun: 5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yоl vermir. 5.2. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətind ən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yоl verilməməsinə təminat verir. 5.3. Dövlət mülkiyyət formasından asılı almayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, ixtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. 5.6. Dövlət maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsilini davam etdirməsinə təminat verir, sosial mü dafiəyə ehtiyacı olanların təhsil almasına şərait yaradır. 32.1. Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir. 32.2. Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər. 32.3. Təhsilalanların hüquqları aşağıdakılardır: 32.3.7. müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək; 32.3.12. müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq; 32.3.19. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələ rinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalar”ı 3.2. Tədrisin təşkili 3.2.14. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab olunur. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə qeyri-müvəffəq qiymət almış, eləcə də üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etməmiş tələbə bu fəndən kreditləri qazanmır, yəni həmin fənn üzrə akademik borcu qalır. Cari və aralıq qiymətləndirmənin nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə a kademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə təkrar imtahan vermək (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılmalıdır. Bu halda fənni (fənləri) yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddətdə həmin fənn (fənlər) tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdən birində imtahan sessiyası zamanı) istifadə edə bilər. Tələbə (üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr istisna olmaqla) hər semestrdə fənni (fənləri) dinləmədən ümumilikdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər. Üzrlü səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən tələbəyə isə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır. Bu imkandan istifadə etməyən tələbə üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə hesab olunur. Bütün hallarda təkrar imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin nəticələri nəzərə alınır və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunur. Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə növbəti semestrin dərsləri başlanana qədər imtahanda iştirak etdikdə, həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir, digər hallarda isə tələbənin imtahan üçün ödəniş haqqı bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həmin fənn üçün müəyyən edi lən məbləğin 25 faizindən çox olmamaq şərtilə ali təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyənləşdirilir və həmin müəssisənin rəsmi internet səhifəsində yerləşdirilir. Bütün digər hallarda akademik borcu olan tələbə fənni yenidən dinləməli və həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir. Bu halda təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həyata keçirilir.
27. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15 noyabr 2017-ci il tarixli 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar:
2. Tələbələrin köçürülməsi 2.3. Ölkə daxilində bakalavriat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın.
4. Tələbələr sırasına bərpa 4.1. ali təhsilin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdir. 4.2. Azərbaycan Respublikasının al i təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında bu Qaydaların 1.4-cü bəndində göstərilən müddətdə ali təhsil müəssisəsinin rektorunun əmri ilə həyata keçirilir. Bütün digər hallarda bu Qaydaların 1.5-ci, 1.11-ci və 2.1–2.8-ci bəndlərinin tələbləri gözlənilməklə tələbənin bərpası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin razılığı ilə ali təhsil müəssisəsinin vəsatəti əsasında həyata keçirilir. Bərpa barədə ərizəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1 nömrəli əlavəsində verilmiş formaya uyğun müvafiq arayış və əvvəlki təh sil haqqında sənədin əsli (əgər xaric edildiyi ali təhsil müəssisəsinə bərpa olunmursa) əlavə edilir.
5. Akademik məzuniyyətin verilməsi 5.2. Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılırlar. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası üzrə kadr hazırlığı aparılmadıqda Elm və Təhsil Nazirliyinin razılığı əsasında tələbə həmin müəssisədə digər ixtisas üzrə tələbələr sırasına daxil edilə bilər. O, əvvəllər təhsil aldığı ixtisas üzrə təhsilini davam etdirmək istədikdə bu Qaydaların 2-ci bölməsinin müvafiq tələbləri gözlənilməklə digər ali təhsil müəssisəsinə köçürülə bilər. Hər iki halda məsələyə müvafiq ali təhsil müəssisəsinin müraciəti əsasında Elm və Təhsil Nazirliyində baxılır.
28. İnzibati Prosessual M əcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
30. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instan siyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya regionlarda (Bakı və Sumqayıt şəhərləri istisna olmaqla) ali təhsil müəssisələrindən birinin tələbələr sırasına bərpa edilməsi üçün nəzərdə tutulmuş dispozisiya şərtlərinin mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbər lik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
35. Bununla belə, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
36. İşin araşdırılmış hallarına əsasən iddiaçı Azərbaycan Beynəlxalq Universitetin Moskva Filialının “Xarici dil” ixtisasına daxili əmrlə qəbul edilmiş, 10 sentyabr 2009-cu il tarixli M/75 nömrəli əmrlə xarici təhsil müəssisəsindən tədris forması əyani olmaqla, ödənişli əsaslarla Azərbaycan Beynəlxalq Universitetinin “Tarix və ictimaiyyət” ixtisasına 2-ci kursa köçürülmüş, 02 sentyabr 2010-cu il tarixli 1200 nömrəli əmrlə təhsil müəssisəsi fəaliyyətini dayandırdığına görə oradan xaric edilmiş, 1 5 sentyabr 2011-ci il tarixli 105 nömrəli əmrlə ixtisasını dəyişərək tədris forması əyani olmaqla ödənişli əsaslarla Bakı Asiya Universiteti Tarix müəllimliyi ixtisasına köçürülmüş və 30 noyabr 2011-ci il tarixdə onunla həmin universitet arasında tələbə qismində qəbulu barədə müqavilə bağlanmış və təhsil haqqı ödənilməklə, tələbə bileti ilə təmin edilmişdir, 06 mart 2013-cü il tarixli 141 nömrəli əmrlə Bakı Asiya Universitetindən akademik borca görə xaric edilmişdir.
37. Göründüyü kimi iddiaçının ilkin olaraq təhsil müəssisəsinə qəbul olunması cavabdeh tərəfindən əvvəldən mübahisələndirilməmiş, iddiaçı barəsində təhsil sahəsində qəbul edilmiş əmrlər ləğv edilməmiş, X2 tərəfindən isə iddiaçı barəsində məlumatlar “TələbəMəzun” məlumat sisteminə daxil edilmişdir ki, qeyd olunan hallar dövlə tin iddiaçının tələbə qismində tanıdığının təzahürüdür.
38. Həmçinin tədqiq olunan sübutlarla müəyyən olunan hallardan, habelə, rəsmi internet saytı (https://az.wikipedia.org/wiki/Bak%C4%B1_Asiya_Universiteti#cite_note edu.gov.az1 edu.gov.az-1) üzrə məlumata əsasən müəyyən olunmuşdur ki, 2015-ci ildə Təhsil Nazirliyinə müraciət edərək, Bakı Asiya Universiteti Elmi Şurada ali məktəbin fəaliyyətinin müvəqqəti dayandırılması barədə qərar qəbul edildiyini bildirərək, təhsil alan tələbələrin digər ali təhsil müəssisələrində yerləşdirilməsini xahiş etmiş və Təhsil Nazirliyi tərəfindən Universitetin həmin müraciəti təmin olunaraq 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilmişdir.
39. Cavabdehin özünün də, kassasiya şikayətində is tinad edilən “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın tələblərindən görünür ki, ali təhsilin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdir. Azərbaycan Respublikasının ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında ali təhsil müəssisəsinin rektorunun əmri ilə həyata keçirilir. Bütün digər hallarda bu Qaydaların müvafiq bəndlərinin tələbləri gözləni lməklə tələbənin bərpası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin razılığı ilə ali təhsil müəssisəsinin vəsatəti əsasında həyata keçirilir. Bərpa barədə ərizəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1 nömrəli əlavəsində verilmiş formaya uyğun müvafiq arayış və əvvəlki təhsil haqqında sənədin əsli (əgər xaric edildiyi ali təhsil müəssisəsinə bərpa olunmursa) əlavə edilir.
40. Qeyd etmək lazımdır ki, “Qaydalar”da nəzərdə tutulmuş normalar mövcud təhsil müəssisəsi ilə bağlıdır, ali məktəbin mövcud olmadığı halda köçürmənin hansı qaydada həlli müəyyən olunmayıb, təhsil müəssisəsi mövcud olmadıqda h ansı təhsil müəssisəsinin müraciəti olmalıdır və ya olmalıdırmı, bu kimi hallarla bağlı tənzimləmə yoxdur, cavabdeh də bu barədə münasibət bildirməyib, izah, aydınlıq gətirməmişdir. Cavabdeh nəzərə almamışdır ki, konkret halda, iddiaçının ali təhsil müəssisələrindən birinə köçürülməsinin təmin olunması tələbi, yaranmış faktiki vəziyyətdən irəli gəlmişdir.
41. İddiaçı 2013-cü ildə xaric edildikdən sonra, Bakı Asiya Universiteti 2015-ci ildə fəaliyyətini dayandırmış və həmin ali təhsil müəssisəsində təhsil alan tələbələr Təhsil Nazirliyinin xx.xx.2015-ci il tarixli 941 saylı əmri ilə digər ali təhsil müəssisələrinə köçürülmüşdür.
42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir, “ali təhsilin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində tələbələr sırasın dan xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdir” norması iddiaçıya münasibətdə tətbiq edilməli, iddiaçının vəziyyətinə münasibətdə qanunvericilikdə tənzimləmənin olmaması iddiaçının ziyanına olan hal kimi qiymətləndirilməməli, cavabdeh iddiaçının tələbinin təmin edilməsi istiqamətində hazırki qərarın 40-ci bəndində qeyd edilən şərtləri müəyyən etməli, iddiaçının müvafiq təhsil müəssisəsində təhsilini davam etdirməsi üçün şərait yaratmalıdır.
43. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, iddiaçının müvafiq təhsil müəssisinə bərpa edilməsi cavabdeh tərəfindən hazırki qərarın 26-cı bəndində istinad edilən “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali ) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalar”ının 3.2.14-cü bəndində müəyyən edilmiş qaydada təşkil edilməlidir.
44. Belə ki, hazırki qərarın 25-ci bəndində istinad edilən normalara əsasən Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yоl vermir.
36. Yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun və əsaslı sayılmalı, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALD İ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-294/2023 nömrəli, 6 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.