Məhkəmə qərarları › İş №2-1(102)-1604/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1604/2024

15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1604/2024 15.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illəri sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi; əmək kitabçasındakı məlumatların mötəbərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1957-ci il, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-126/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmişdir.

2. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktub ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur.

3. İmtinanın əsasları kimi göstərilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının, hərbi xidmət haqqında arayışının surətinə əsasən sığorta stajı (xx.xx.19 76-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 5 il 10 ay təşkil edir. Eyni zamanda, xx.xx.2006-cı il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 1 il 11 ay sığorta stajına uyğun olaraq 1.558,49 manat, xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 5.264,50 manat olmaqla, ümumilikdə 6.822,99 manat təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Həmçinin iddi açının təqdim etdiyi xx.xx.2022-ci il tarixli № 72 saylı arayışa əsasən İmişli rayon Aranlı (keçmiş Lenin adına) kolxozunun 1973-cü il tarixindən 1982-ci il tarixinədək olan arxiv sənədlərində iddiaçının adına rast gəlinməyib. Fondun Mil-Muğan regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən İmişli rayon Aranlı kolxozunun 1983, 1984, 1990, 1992, 1993 və 1996-cı illərin minimum adam günlərini müəyyən etmək mümkün olmadığından 1994-cü və 1995-ci illərin adam günü və əmək haqqı cədvəllərində qaralama olduğundan həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İ nzibati Məhkəməsinə müraciət edərək işlədiyi illərin iş stajı kimi nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1973-cü il tarixdən İmişli rayonunun Aranlı (keçmiş Lenin adına) kolxozunda işə başlamış və 1976-cı il tarixədək kolxozda fəaliyyət göstərmişdir. O, xx.xx.1976-xx.xx.1978-ci illərdə 2 il hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra 1978-ci il tarixdən 1997-ci il tarixədək İmişli rayonunun Aranlı (keçmiş Lenin adına) kolxozunda müxtəlif vəzifələrdə fəaliyyətini davam etdirmiş, xx.xx.2018-xx.xx.2018-ci illərdə İmişli rayon Kənd Təsərrüfatı idarəsində baş məsləhətçi işləmiş, xx.xx.2018-ci il tarixdən hazıra kimi isə X11 inkişaf Mərkəzində baş məsləhətçi işləyir. O, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının 1973-1982-ci illərdə kolxozda işləməyinə dair arxiv sənədlərinin olmaması, 1983, 1984, 1990, 1992, 1993 və 1996-cı illərdə minimum adam günlərinin müəyyən edilməsinin mümkün olmaması və 1994-cü və 1995-ci illərin adam günü və əməkhaqqı cədvəllərində qaralama olduğu əsas gətirilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdehin etirazları:

6. Cavabdehin iddia tələbinə dair yazılı etirazında imtina məktubunda qeyd edilən dəlillər sadalanmışdır. Sorğular və arxiv arayışları

7. İş materiallarında olan İmişli rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 72 nömrəli arxiv arayışından görünür ki, iddiaçı 1983-1984, 1986, 1990, 1992-1996-cı illərdə İmişli rayonunun Aranlı kolxozunda işləmiş və əmək haqqı almışdır.

8. İşdə olan Azərbaycan Dövlət Sosial X10-Muğan regional filialının şöbə müdiri tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, iddiaçının İmişli rayonu Aranlı (keçmiş Lenin adına) kolxozunda 1983-cü, 1984-cü, 1986-cı, 1990-cı, 19921996-cı illəri əhatə edən əmək stajını yerində qarşılıqlı yoxlamaqla vətəndaşın əmək fəaliyyətinə dair məlumatlar kolxozun son hesablaşma kitablarında 1983-cü il üçün adam günü qeyd edilməməklə 1920 manat əməkhaqqı, 1984-cü il üçün adam günü qeyd edilməməklə 1152 manat əməkhaqqı, 1986-cı il üçün adam günü qeyd edilməməklə 1440 manat əməkhaqqı, 1990-cı il üçün adam günü qeyd edilməməklə 216 2 manat əməkhaqqı, 1992-ci il üçün adam günü qeyd edilməməklə 24581 manat əməkhaqqı, 1993-cü il üçün adam günü qeyd edilməməklə 208800 manat əməkhaqqı, 1994-cü il üçün 365 adam günü qeyd edilməklə 260420 manat əməkhaqqı, 1995-ci il üçün 363 adam günü qeyd edilməklə 736500 manat əməkhaqqı, 1996-cı il üçün adam günü qeyd edilməməklə 756000 manat əməkhaqqı qeyd edildiyi müəyyən edilmişdir. Aktın qeyd hissəsində qeyd edilmişdir ki, 1984-cü il üzrə əməkhaqqı sütununa kağız vərəqəsi yapışdırılıb və üzərinə qeydlər edilmişdir. 1992-ci və 1993-cü illərdə vətəndaşın adının qarşısına – adam günü hissəsinə boşluq işarəsi qoyulmuşdur və başqa qeydiyyat aparılmamışdır. 1994-cü və 1995-ci illər üzrə adam günü və əməkhaqqı sadə qələmin üzərində adi qələmlə yazılmışdır. 1996-cı il üzrə əmək haqqı sadə qəl əmlə yazılmışdır.

9. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir: iddiaçı xx.xx.2022-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. Adıçəkilən şəxsin təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət illəri, X1 Sisteminin Pensiya altsisteminə əsasən 3 il 11 ay olmaqla ümumilikdə 5 il 10 ay mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. İmişli Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 72 nömrəli arxiv arayışına əsasən iddiaçının 1973-1982-ci illərdə ar xivdə adına rast gəlinmədiyindən, 1983-1984, 1986, 1990, 1992-1993, 1996-cı illərdə minimum adam günlərini müəyyən etmək mümkün olmadığından, 1994-1995-ci illərin adam günü və əməkhaqqı cədvəllərində qaralama olduğundan sözügedən illər mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. Məlumat üçün bildiririk ki, iddiaçının 5 il 10 ay sığorta stajına uyğun olaraq 1784,99 manat, X1 Sisteminin Pensiya altsisteminə əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5264,57 manat, ümumilikdə 7049,56 manat pensiya kapitalı olmaqla pensiya yaşına çatdığı tarixdə qanunvericilikdə tələb olunan 34560 manat pensiya kapitalından azdır.

10. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-17-1/2-8047/2023 nömrəli məktubdan və ona əlavə olunmuş pensiya işlərindən görünür ki, X2, X6 və X3 pensiya təyin olunarkən onların İmişli rayonunun Aranlı kolxozunda işlədiyi illər nəzərə alınmışdır.

11. İşdə olan İmişli rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 233 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı İmişli rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 72 nömrəli arayış 24 işdən ibarət olmaqla 1-ci fondda mühafizə olunan və saxlanılan İmişli rayonunda 1996-cı ilin sonlarınadək fəaliyyət göstərmiş Aranlı (keçmiş Lenin adına) kolxozunun son hesablaşma kitablarına əsasən olduğu kimi yazılmışdır. Bu kitablarda 1983, 1984, 1986, 1990 və 1996-cı illərdə adam günləri qismən qeyd edilmişdir.

12. İşdə olan Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi işçiləri (Kənd-Qida-İş) Həmkarlar İttifaqı Federasiyası Kənd Təsərrüfatı və Qida Sənayesi işçiləri X8 rayon Komitəsinin xx.xx.2022-ci il tarixli, 86 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək İmişli rayon Lenin adına kolxozda kolxoz Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində işləmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

13. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(120)-1049/2023 nömrəli qərarı ilə iddiaçıya işlədiyi illər iş stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajının olması tələb olunur ki, həmin sığorta stajına malik olma sı, o cümlədən xx.xx.1976-xx.xx.1978-ci illərdə hərbi xidmətdə olması hərbi bilet və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 338 nömrəli arayışı ilə, 1973-1976-cı illərdə, xx.xx.1978xx.xx.1992, xx.xx.1992-xx.xx.1997-ci illərdə İmişli rayonunun Aranlı kolxozunda, xx.xx.2018-xx.xx.2018-ci illərdə İmişli rayon Kənd Təsərrüfatı İdarəsində işləməsi iddiaçıya məxsus AZE ******* nömrəli əmək kitabçası, həmçinin məhkəmənin sorğusu əsasında İmişli rayon Dövlət Arxivindən göndərilmiş kolxozun şəxsi hesab kitabları ilə təsdiq olunur.

15. Hazırkı iş üzrə mübahisəli məsələ 1983-1984, 1986, 1990, 1992-1996-cı illərdəki əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir.

16. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir.

17. Bununla belə, məhkəmə qeyd edir ki, iddiaçının həmin əmək haqqı almaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər ilə iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, o cümlədən əmək haqqı alması halı müəyyən edilmişdir.

18. Göründüyü kimi, iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin m övcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Yuxarıda qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə işlədiyi müəssisə mövcud olmuş, iddiaçı həmin müəssisədə işə daxil olmuş və işdən xaric olmuş, əmək haqqı almış sadəcə olaraq müəssisənin əmək haqqı sənədləri tam şəkildə arxivə təhvil verilmədiyindən və saxlanılmadığından iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmək haqqı cədvəlləri aşkar edilməmişdir.

19. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi 19831984, 1986, 1990, 1992-1996-cı illərdə işlədiyi iş illəri “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan nor malar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir.

20. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının 1983-1984, 1986, 1990, 1992-1996cı illərdə işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə müəssisənin mövcudluğu, müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin müəssisə tərəfindən müəyyən dövr üçün müəssisəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (həmçinin əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir.

21. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məh kəməsində icraat

22. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-126/2024 nömrəli qərarı ilə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1049/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

24. İş üzrə apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, xx.xx.1972-ci il tarixdən xx.xx.1997-ci il tarixədək İmişli rayon Lenin adına kolxozda müxtəlif işlərdə işləmişdir. Hazırkı iş üzrə iddiaçı da həmin dövrlərdə İmişli rayon Lenin adına kolxozda çoban, sahə zootexniki, kolxoz Həmkarlar Komitəsinin sədri, kolxoz sədrinin müavini kimi müxtəlif və zifələrdə işləmiş və əmək haqqı almışdır.

25. İş üzrə apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, ixtisasca baytar həkimdir. O, xx.xx.1974-cü ildən xx.xx.1997-ci ilə kimi İmişli rayon Lenin adına kolxozda baş baytar həkim vəzifəsində işləmişdir. Hazırkı iş üzrə iddiaçı da həmin dövrlərdə İmişli rayon Lenin adına kolxozda çoban, sahə zootexniki, həmkarlar komitəsinin sədri, kolxoz sədrinin müavini kimi müxtəlif vəzifələrdə işləmiş və əmək haqqı almışdır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması nəticəsində iddiaçının mübahisələndirilən dövrlərdə onun əmək kitabçasına əsasən kolxozda işlədiyi müəyyən edilmişdir. Bu, iş materiallarına əlavə edilmiş sənədlərlə, o cümlədən şahid ifadələri ilə ö z təsdiqini tapır. Sözügedən kolxozun müvafiq sənədlərinin qorunub saxlanılmamasına, həmin sənədlərin dövlət arxiv idarələrinə təhvil verilməməsinə görə həmin kolxozun işçisi olmuş iddiaçı məsuliyyət daşımır və həmin hal iddiaçının əmək pensiyası hüququndan məhrum edilməsinə əsas verə bilməz.

27. Həmçinin iddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1997-ci il tarixədək sözügedən kolxozda işlədiyini qeyd edir. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə sözügedən kolxozda işləmədiyinə, həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasındakı müvafiq qeydlərin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

28. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

29. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir.

30. Bundan başqa, şikayətin dəlillərinə görə, iddiaçının qeyd edilən müəssisədə (kolxozda) işlədiyi barədə məlumatlar arxivdə aşkar edilməmiş, eləcə də keçirilmiş qarşılıqlı yoxlama aktından da məlum olmuşdur ki, iddiaçının sözügedən müəssisədə (kolxozda) fəaliyyəti barədə qeyd edilmiş məlumatlarda qaralamalar mövcuddur.

31. Mübahisələndirilən dövrlər üzrə arxiv sənədlərində məlumatların aşkar edilməməsi, eyni zamanda, sənədlərdəki mövcud olan qaralamaların mövcud olması məhkəmə Qərarında da öz əksini tapmışdır. Belə ki, məhkəmə Qərarında qeyd edilmi şdir: İddiaçının İmişli rayonu Aranlı (keçmiş Lenin adına) kolxozunda 1983-cü, 1984-cü, 1986- cı, 1990-cı, 1992-1996-cı illəri əhatə edən əmək stajını yerində qarşılıqlı yoxlamaqla vətəndaşın əmək fəaliyyətinə dair məlumatlar kolxozun son hesablaşma kitablarında 1983-cü il üçün adam günü qeyd edilməməklə 1920 manat əməkhaqqı, 1984-cü il üçün adam günü qeyd edilməməklə 1152 manat əməkhaqqı, 1986-cı il üçün adam günü qeyd edilməməklə 1440 manat əməkhaqqı, 1990-cı il üçün adam günü qeyd edilməməklə 2162 manat əməkhaqqı, 1992-ci il üçün adam günü qeyd edilməməklə 24581 manat əməkhaqqı. 1993-cü il üçün adam günü qeyd edilməməklə 208800 manat əməkhaqqı, 1994-cü il üçün 365 adam günü qeyd edilməklə 260420 manat əməkhaqqı, 1995-ci il üçün 363 adam günü qeyd edilməklə 736500 manat əməkhaqqı, 1996 -cı il üçün adam günü qeyd edilməməklə 756000 manat əməkhaqqı qeyd edildiyi müəyyən edilmişdir. Aktın qeyd hissəsində qeyd edilmişdir ki, 1984-cü il üzrə əməkhaqqı sütununa kağız vərəqəsi yapışdırılıb və üzərinə qeydlər edilmişdir. 1992-ci və 1993-cü illərdə vətəndaşın adının qarşısına - adam günü hissəsinə boşluq işarəsi qoyulmuşdur və başqa qeydiyyat aparılmamışdır. 1994-cü və 1995-ci illər üzrə adam günü və əməkhaqqı sadə qələmin üzərində adi qələmlə yazılmışdır. 1996-cı il üzrə əmək haqqı sadə qələmlə yazılmışdır.

32. Yuxarıda qeyd edilən ziddiyyətli məqamlara baxmayaraq, məhkəmə kollegiyası tərəfindən mübahisələndirilən dövrlərlə bağlı əmək kitabçasında qeydin olması və iddiaçı İlə həmin dövrdə çalısan şahidlərin pensiya işlərinə əsasən həmin dövrlərin sığorta stajına daxil edilməsi i ddiaçıya əmək pensiyasının təyin edilməsinə zəruri olan əsaslar kimi nəzərə alınmışdır.

33. Lakin qeyd etmək lazımdır ki, iddiaçı ilə eyni kolxozda işləyən digər işçilərə cavabdeh orqan tərəfindən pensiya təyinatı zamanı müvafiq dövrlərin sosial sığorta stajına daxil edilməsi həmin dövrlərin heç bir araşdırılma aparılmadan iddiaçının da sosial sığorta stajına daxil edilməli olmasına əsas vermir. Belə ki, hər bir pensiya təyinatı və pensiya işi fərdi xarakter daşıdığından, həmçinin cavabdeh tərəfindən məhkəməyə ünvanlanan apellyasiya şikayətində də qeyd edildiyi kimi iddiaçının işlədiyi dövrlər üzrə ona məxsus sənədlərdə adına rast gəlinməməsi, adamgünü normalarının qeyd edilməməsi, eyni zamanda, 1992-1993-cü illərdə sənədlərdə qaralamaların mövcud olmasına baxmayaraq, digər işçilərin şahid kimi ifadələrini və pensiya işini əsas tutaraq iddia tələbinin təmin edilməsi qanunvericiliyin tələblərinə ziddir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə nəzərə alman sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəs sisə, İdarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir.

35. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2020ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdır ma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.

36. Eyni zamanda, iddiaçıya məxsus 1994-cü və 1995-ci illərin adam günü və əmək haqqı cədvəllərində qaralama olduğundan həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün hesab edilə bilməz.

37. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən şikayət əsası üzrə münasibət bildirməyərək yalnız sözügedə n kolxozun müvafiq sənədlərinin qorunub saxlanılmamasına, həmin sənədlərin dövlət arxiv idarələrinə təhvil verilməməsinə görə həmin kolxozun işçisi olmuş iddiaçı məsuliyyət daşımadığı qənaətinə gəlmişdir.

38. Bununla bağlı qeyd etmək lazımdır ki, işəgötürənlə yanaşı işçilər də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarının təsir dairəsinə düşür.

39. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının 3.2-ci maddəsinə əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərənca ma (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır.

40. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır.

41. Həmin Qaydaların 3.5-ci maddəsinə əsasən işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. Normanın məzmununda n göründüyü kimi işçinin əmək kitabçasındakı səhv və qeyri-dəqiq yazılar üzərində düzəlişlər edilməsini işəgötürənin diqqətinə çatdırmaq və tələb etmək hüququ və bu hüquqdan istifadə etmək öhdəliyi vardır.

42. Həmin Qaydaların 3.7-ci maddəsinə əsasən əgər əmək kitabçasında səhvə yol vermiş, yaxud qeyri-dəqiq yazılış aparmış hüquqi şəxs ləğv edilmişdirsə, düzəlişlər hüquqi varis tərəfindən, hüquqi varis olmadığı hallarda isə onun tabe olduğu yuxarı orqan tərəfindən aparılır. Yuxarı orqan olmadıqda və ya düzəliş edilməsindən imtina etdikdə isə ümumi məhkəmələrə müraciət edilməlidir.

43. Beləliklə iddiaçının əmək kitabçasındakı səhvlər və ya qeyri-dəqiq yazılar işəgötürən və ya ümumi məhkəmələr tərəfindən öz həllini tapdıqdan sonra iddiaçı ona pensiyanın təyin edilməsi üçün müvafiq inzibati o rqana müraciət etməli idi.

44. Göründüyü kimi qeyd edilən halların heç biri məhkəmələr tərəfindən araşdırılmamış və nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

45. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 46. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 47. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7.Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci i l iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

49. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kas sasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. B u barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

50. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

51. Apellyasiya instansiyası məhkəmə sinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, o cümlədən apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

54. Qanunvericiliyin yuxarıda istinad olunan no rmalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarını lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

55. Cavabdehin mübahisələndirdiyi iş illərinə gəldikdə, apellyasiya instansiyası məhkəməsində icraat zamanı işin araşdırılmış hallarına görə, iddiaçının 25 il sığorta stajına malik olması, o cümlədən, xx.xx.1976-xx.xx.1978-ci illərdə hərbi xidməti hərbi bilet və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 338 nömrəli arayışı ilə, 1973-1976-cı illərdə, xx.xx.1978-xx.xx.1992, xx.xx. 1992-xx.xx.1997-ci illərdə İmişli rayonunun Aranlı kolxozunda, xx.xx.2018xx.xx.2018-ci illərdə İmişli rayon Kənd Təsərrüfatı İdarəsində işləməsi iddiaçıya məxsus əmək kitabçası, həmçinin məhkəmənin sorğusu əsasında İmişli rayon Dövlət Arxivindən göndərilmiş kolxozun şəxsi hesab kitabları ilə təsdiq olunur.

56. İddiaçının kolxozda işlədiyi 1982-1997-ci illər üzrə adam gününün müəyyən edilməməsi iddiaçının kolxozda işlədiyinə dair əmək kitabçasının məlumatlarını özüözlüyündə şübhə altına almalı deyil. Bu zaman həm də nəzərə alınmalıdır ki, iddiaçı həmin dövrdə - 1982-1992-ci illərdə həmkarlar təşkilatının sədri, 1992-1997-ci illərdə isə kolxoz sədrinin müavini vəzifələrində işləmişdir. Bu faktlar apellyasiya instansiyası məhkəməsində icraat zamanı da öz təsdiqini tapmışdır.

57. Məhkəmə kolle giyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

58. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

59. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir

60. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRAR A ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(106)-126/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar