Məhkəmə qərarları › İş №2-1(102)-1605/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1605/2023

02.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1605/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, metropolintendə elektrik maşinisti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respub likası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2023-cü il tarixli, 2-1(103)1418/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus əmək kitabçasının, diplomun və hərbi biletin notarial qaydada təsdiqlənmiş surətlərindən görünür ki, o, xx.xx.1977-xx.xx.1980-ci ilədək 2 No-li peşə məktəbində təhsil almış, (2 il 10 ay 27 gün) xx.xx.1980-xx.xx.1980-ci ilədək "xxxx"ndə hərəkət sostavlarının təmiri üzrə elektrik-çilingər vəzifəsində çalışmış, (4 ay 16 gün;) xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmət keçmiş, (2 il 1 gün) xx.xx.1982xx.xx.1982-ci ilədək "xxxx"ndə hərəkət sostavlarının təmiri üzrə elektrik çilingər vəzifəsində çalışmış, ( 2 gün; ) xx.xx.1982 – xx.xx.1983-cü il tarixədək "xxxx"ndə lokomotivlərə xidmət üzrə çilingər vəzifəsində çalışmış, (5 ay 14 gün;) xx.xx.1983-xx.xx.1986-cı ilədək "xxxx"ndə elektrik qatarı maşinisti köməkçisi işləmiş, xx.xx.1986-xx.xx.2006-cı il tarixədək Metrpolitendə elektrik qatarı maşinisti vəzifəsində çalışmışdır. (19 il 11 ay 23 gün)

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.

3. Cavabdeh 24 noyabr 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtin a edərək bildirmişdir ki, onun işlədiyi həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda göstərilən peşələrə uyğun deyil. Bu səbəbdən onun güzəştli stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən, pensiya almaq hüququmun yarandığı yəni, xx.xx.2019-cu il tarixdən (57 yaşım tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasın ın təyin olunması, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən təyin olunacaq əmək pensiyasının bu günədək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.”

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu xx.xx.2006-cı il tarixədək olan müddətdə 28 il 2 ay 12 gün ümumi və həmin stajın 23 il 1 ay 21 günü metropolitendə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 No-li qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sında nəzərdə tutulan “elektrik qatarının maşinist köməkçisi” və “elektrik qatarının maşinisti” kimi güzəştli pensiya hüququ verən peşələrdə işləmişdir. O, xx.xx.2021-ci il tarixdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən yaşa görə güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu ona ünvanladığı xx.xx.2021-ci tarixli məktubunda imtina edərək bildirmişdir ki, onun işlədiyi həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı "nda göstərilən peşələrə uyğun deyil. Bu səbəbdən onun güzəştli stajı yoxdur. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinet inin 21 iyun 1993-cü il tarixli, 320 No-li qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıya və “16 yanvar 2021-ci il tarixli güzəştli arayşına istinadən hesab edir ki, cavabdehin imtinası qanunsuzdur...”

6. Bakı İnzibati Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2-1(112)-4472/2022 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilərək, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması və ona xx.xx.2019-cu il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi q ərara alınmışdır.

7. Məhkəmə hesab etmişdir ki, metropoliten qatarları, eləcə də yerüstü qatarlar relsli dəmiryol nəqliyyatına aiddir və hər ikisinin iş mexanizmi oxşardır. Odur ki, iddiaçının vəziyyəti yerüstü qatarların maşinistinin və köməkçilərinin vəziyyətinə oxşardır. Qeyd edilən hallar işəgötürən ("xxxx" QSC) tərəfindən verilmiş müvafiq arayışlarla da təsdiq olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, oxşar vəziyyətdə olan şəxslərə münasibətdə fərqli rəftarın (güzəştli şərtlərlə pensiya təyinatından imtinanın) obyektiv və ağlabatan əsasları mövcud deyildir, iddiaçının vəziyyətinə mütənasib olmamaqla qanunvericinin qarşıya qoyduğu məqsədə uyğun deyil. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmu şdur, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

8. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1815/2022 nömrəli qərarı ilə (hakimlər: C.A.Yusifov/sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və V.Ə.Baxışova) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4472/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qə rar çıxarılmış, İddiaçı iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, "xxxx" QSC-nin tədqiq olunan məktubundan da dolayısı ilə təsdiq olunur ki, iddia olunan həmin peşələr - istər Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı, istərsə də 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş Siyahıda “Nəqliyyat” bölməsinin “Metropolitenlər” yarımbölməsində nəzərdə tutulmamışdır. Ümumiyyətlə, həmin Siyahıların «Nəqliyyat» (XXVİİİ) bölməsində “Nəqliyyat” bölməsi üç sahəyə bölünmüş (1.“Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər”; 2.“Metropolitenlər”;

3. Dəniz və çay donanması) və hər bir sahənin də güzəştli pensiya hüququ verən göstəriciləri sadala nmışdır ki, “Metropolitenlər”ə aid sahə göstəricilərində iddiaçının işlədiyi “elektrik qatarı maşinisti” və “elektrik qatarı maşinisti köməkçisi” peşələri mövcud deyildir. Başqa sözlə, iddiaçının işlədiyi həmin peşələrin, sahə uyğunsuzluğu səbəbindən 2 No-li Siyahının «Nəqliyyat» bölməsində təsbit olunan göstəricilərə aid edilməsi istisna edilir. Belə olan halda isə onun xx.xx.2006-cı il tarixinə kimi azı 12 il 6 ay xüsusi stajı mövcud olmur (Həmin staj yalnız onun ümumi stajına hesablanır). Beləliklə də, iddiaçının 57 yaşından güzəştli şərtlərlə pensiya hüququ yaranmır.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiy ası məhkəməsində birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 dekabr 2022-ci il tarixli, 2-1(102)-2394/2022 nömrəli qərarı (hakimlər: N.İ.Rəsulbəyova /məruzəçi/, İ.K.Hüseynov və K.N.Bədəlov) ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1815/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

13. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə təkrar baxan məhkəmə iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2No-li Siyahıya qədər qüvvədə olmuş SSRİ Nazirl ər Sovetinin 26 avqust 1956-cı il tarixli 1173 No-li qərarı ilə təsdiqlənmiş güzəştli şərtlərlə pensiya almaq hüququnu verən ağır şəraitlərlə olan istehsalatların, sahələrin, vəzifələrin 2 No-li siyahısına uyğun olub-olmamasını araşdırmalı, iddiaçının tələb edilən güzəştli iş stajının olub-olmaması barədə məsələyə aydınlıq gətirməli, nəticədən asılı olaraq qanuni və ədalətli qərar qəbul etməlidir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2023-cü il tarixli, 2-1(103)-1418/2023 nömrəli qərarı (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə ) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4472/2022 saylı, 14 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin əsas dəlili iddiaçının lazımı güzəştli iş stajının olmamasından ibarətdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarında öz əksini tapmış göstərişlər nəzərə alınaraq SSRİ Nazirlər Sovetinin 26 avqust 1956-cı il tarixli, 1173 No-li qərarı ilə təsdiqlənmiş güzəştli şərtlərlə pensiya almaq hüququnu verən ağır şəraitlərlə olan istehsalatların, sahələrin, vəzifələrin 2 No-li siyahısı əldə edilərək baxış keçirilmiş və iddiaçının xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək işlədiyi peşələrin həmin siyahıda olan peşələrlə üst-üstə düşdüyü müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarix dən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması və ona xx.xx.2019-cu il tarixdən hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddia ərizəsinə etirazın dəlill əri ilə eynilik təşkil edir və əlavə olaraq o qeyd edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda göstərilən peşələrə uyğun deyil. Yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. İddiaçının kassasiya şikayətinə qarşı təqdim etdiyi yazılı etirazın dəlilləri iddia ərizəsi ilə eynilik təşkil edir. İddiaçı şikayətin rədd edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orq anı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (29 iyun 2022-ci il tarixə qədər olan redaksiya). Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanı lmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 20. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyu n 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2№-li Siyahıya qədər qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin 26 avqust 1956-cı il tarixli 1173 №-li qərarı ilə təsdiqlənmiş güzəştli şərtlərlə pensiya almaq hüququnu verən ağır şəraitlərlə olan istehsalatların, sahələrin, vəzifələrin 2 №-li siyahısı XXX. Nəqliyyat

1. Dəmiryol nəqliyyatı və metropoliten... Maşinistlər və onların köməkçiləri və böyük maşinislər: parovozda, teplovozda, elektrovozda, dizel qatarında, mühərrikvaqon (elektrik) seksiyasında, motovozda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarına 2 nömrəli Əlavə: Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı 23000000 XXVİİİ. Nəqliyyat 2********. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər 23001000—16887 elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”

21. Nəqliyyat 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalar ının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: elektrik qatarlarının (seksiyalarının) maşinistləri elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri 21.5. Metropolitenlər 21.5.1. yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr:(24 dekabr 2024-cü ildə əlavə edilmişdir) elektrik qatarlarının (seksiyalarının) maşinistləri elektrik qatarlarının (seksiyalarının) maşinistlərinin köməkçiləri

22. Əmək Məcəlləsi: Maddə

87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. 23. “İnzibati icraat haqqında” Qanun: Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

24. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstər ilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisəl ərə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qan unvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

29. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından idd iaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

33. İddiaçı 57 yaşının tamam olduğu vaxtdan ona güzəşt li şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh bundan imtina etmişdir.

34. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçının işlədiyi elektrik qatarlarının maşinisti və köməkçisi peşəsi güzəştli peşə sayılmadığından iddiaçı güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququna malik olmamışdır.

35. İddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun olması üçün 1 yanvar 2006-cı ilədək 25 il ümumi, o cümlədən 12,6 il güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən xüsusi stajı olmalıdır.

36. İddiaçının 1 yanvar 2006-cı ilədək 25 il ümumi stajı vardır və bununla bağlı mübahisə yoxdur.

37. İddiaçı xx.xx.1983-xx.xx.1986-cı ilədək "xxxx"ndə elektrik qatarı maşinisti köməkçisi, xx.xx.1986-xx.xx.2006-cı il tarixədək Metrpolitendə elektr ik qatarı maşinisti vəzifəsində çalışmışdır (19 il 11 ay 23 gün). İddiaçı hazırkı vaxta qədər də Metrpolitendə elektrik qatarı maşinisti işləyir.

38. Ali Məhkəmənin İnzibati kollegiyasının bu iş üzrə əvvəlki qərarında, habelə cavabdehin mübahisə açdığı apelyasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, SSRİ Nazirlər Sovetinin 26 avqust 1956-cı il tarixli 1173 №-li qərarı ilə təsdiqlənmiş güzəştli şərtlərlə pensiya almaq hüququnu verən ağır şəraitlərlə olan istehsalatların, sahələrin, vəzifələrin 2 №-li siyahısında dəmir yol və metropolitendə işləyən elektrik qatarların maşınistləri və maşınist köməkçiləri nəqliyyat bölməsində (XXX Dəmir yolu və metropoliten bölməsi-parovoz, teplovoz, elektrovoz, motovaqon (elektro) seksiyaların, motovozların maşınistləri və maşınist köməkçiləri, böyük maşınistlər göstərilmişdir.

39. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasında peşələrin güzəştli siyahısı ilk dəfə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Bu siyahıya qədər SSRİ Nazirlər Soveti tərəfindən təsdiq edilmiş siyahılar mövcud olmuşdur.

40. İddiaçının həm SSRİ dövründə, həm də Azərbaycan Respublikası müstəqilliyi bərpa etdikdən sonra Nazirlər Kabinetinin 1993-cü ilin 21 iyun tarixli qərarına qədər peşələrin güzəştli sayılması SSRİ Nazirlər Soveti tərəfindən təsdiq edilmiş siyahı əsasında müəyyən edilmişdir.

41. Odur ki, iddiaçının xx.xx.1983-xx.xx.1993-cü ilədək (10 il 27 gün) "xxxx"ndə elektrik qatarı maşinisti köməkçisi və elektrik qatarı maşinisti işlədiyi peşələr güzəştli şərtlərlə pensiya almaq hüqu qunu verən peşə hesab edilir.

42. Sonradan 21 iyun 1993-cü il tarixdə və 23 yanvar 2007-ci il tarixdə Nazirlər Kabineti tərəfindən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahıları təsdiq edilərkən Metropolitendə elektrik qatarı maşinisti köməkçisi və elektrik qatarı maşinisti birbaşa qeyd edilməsə də, Nazirlər Kabineti 24 dekabr 2022-ci il tarixdə həmin peşələri “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əlavə etmişdir.

43. Məhkəmə kollegiyası vurğulayr ki, iddiaçı keçmiş SSRİ dövründə elektrik qatarı maşinisti köməkçisi və elektrik qatarı maşinisti işləyərəkən həmin peşələr güzəştli şərtlərlə pensiya hüququ verən peşə hesab edil diyindən, müstəqillik dövründə iddiaçı eyni peşəni, vəzifə və funksiyaları icra etdiyindən, 24 dekabr 2022-ci ildə həmin vəzifələr siyahıyaya əlavə edildiyindən və iddiaçının maşinist peşəsinin vəzifə və funksiyaları 24 dekabr 2022-ci ilə qədər və 24 dekabr 2022-ci ildən sonra fərqlənmədiyindən, yəni iddiaçı əvvəl və hazırda da güzəştli şərtlərlə pensiya almaq hüququnu verən ağır şəraitdə bu peşəni icra etdiyindən onun 1 yanvar 2006-cı ilədək elektrik qatarı maşinisti köməkçisi və elektrik qatarı maşinisti işlədiyi dövr güzəştli peşə kimi sayılmalıdır.

44. Beləliklə qeyd edilənlərdən göründüyü kimi 1 yanvar 2006-cı ilədək iddiaçının 25 ildən çox ümumi stajı, 12 il 6 aydan çox güzəştli stajı mövcud olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddəsinə əsasən güzəştli şərtlə yaşa görə pensiya hüququna malik olmuşdur.

45. Bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2023-cü il tarixli, 21(103)-1418/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar