Məhkəmə qərarları › İş №2-1(102)-1605/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1605/2024

09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1605/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yazılı inzibati aktın qəbul edilməməsi, üçüncü şəxsin iştirakına xitam verilmənin əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızın və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “maliyyə sanksiyasının hesablanmasının və silinməsinin qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-182/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərarından cavabdeh, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-182/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərardadından üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Loka l Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçındə yoxlama aparılmış, xx.xx.2018-ci il tarixdə 2017-ci ilin 3-cü rübü üzrə MDSS haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə (sosial sığorta haqqının azaldılması) görə 7404,41 manat, 2017-ci ilin 4-cü rübü üzrə xx.xx.2018-ci il tarixdə və 2018-ci ilin birinci rübü üzrə xx.xx.2018-ci il tarixdə eyni əsasla, müvafiq olaraq 15361,47 manat və 17484,26 manat, xx.xx.2018-ci il tarixdə MDSS ilə əlaqədar hesabat və maliyyə sənədlərinin təqdim edilməməsi əsası ilə 2018-ci ilin 2-ci rübü üzrə hesablanmış 25894,22 manat rüblük hesablanmış haqqın 10 faizi həcmində, 2589,42 manat, 2018-ci ilin 3-cü rübü üzrə hesablanmış 26674,22 manatın 10 faizi həcmində 2667,42 manat, cəmi 45509 manat cəmiyyətə maliyyə sanksiyaları tətbiq edilmişdir. İŞ ÜZR Ə QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə iş İdarəsi tərəfindən qanunsuz və əsassız olaraq tətbiq edilən maliyyə sanksiyaları və onların tətbiq edilməsinə səbəb olmuş akt və qərarların ləğv edilməsi, qanunsuz olaraq hesabdan silinmiş 45509 manat pul vəsaitinin, Vergilər Nazirliyi tərəfindən tutulmuş 47570.38 manat pul vəsaitinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq xx.xx.2018-ci il tarixdə 2017-ci ilin 3-cü rübü üzrə MDSS haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə (sosial sığorta haqqının azaldılması) görə 7404,41 manat, 2017-ci ilin 4-cü rübü üzrə xx.xx.2018-ci il tarixdə və 2018-ci ilin birinci rübü üzrə xx.xx.2018-ci il tarixdə eyni əsasla, müvafiq olaraq 15361,47 manat və 17484,26 manat, xx.xx.2018-ci il tarixdə guya MDSS ilə əlaqədar hesabat və maliyyə sənədlərinin təqdim edilməməsi əsası ilə 2018-ci ilin 2-ci rübü üzrə hesablanmış 25894,22 manat rüblük hesablanmış haqqın 10 faizi həcmində, 2589,42 manat, 2018-ci ilin 3-cü rübü üzrə hesablanmış 26674,22 manatın 10 faizi həcmində 2667,42 manat, cəmi 45509 manat cəmiyyətə maliyyə sanksiyaları tətbiq edilmişdir. Maliyyə sanksiyalarına səbəb olmuş aktın və qərarın surəti isə bu günədək onlara t əqdim edilməmişdir. Eyni zamanda 2018-ci ilin 3cü rübündə həmin əsas üzrə DSMF tərəfindən 5149,90 manat bank hesabından silinmiş, xx.xx.2018-ci il tarixdə isə 40872.50 (manat pul vəsaitinin silinməsi barədə yeni sərəncam qoymuşdur. İddiaçı MMC-yə tətbiq edilən maliyyə sanksiyaları qanunsuz və əsassızdır. İddiaçı MMC hesabat dövrü ərzində hesabatı və hesablanmış əmək ödənişi və gəlir növləri barədə maliyyə hesabatını qanunvericiliyə uyğun surətdə DSMF-yə təqdim etmiş, bu günədək məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsi (sosial sığorta haqqının azaldılması) hallarına yol verməmişdir. 4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-825/2019 saylı, 09 dekabr 2019-cu il tarixli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İ darəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1279/2021 saylı protokol qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir).

5. Cavabdeh orqan iddiaya dair etiraz edərək bildirmişdir ki, qanunvericiliyin tələblərini rəhbər tutaraq, (AR Vergi Məcəlləsi, AR “Sosial sığorta haqqında" Qanunu, “Məcburi dövlət sosial sığorta haqqının toplanması" Qaydaları) qeyd olunan borc məbləğləri ilə əlaqədar vergi ödəyicisinin bank hesablarına xx.xx.2019-cu il tarixdə sərəncamlar göndərilmiş və bank hesablarına qoyulmuş sərəncamlar sosial sığorta üzrə borcu olmadığı üçün xx.x x.2019-cu il tarixdə geri çağırılmışdır. Habelə iddiaçı "xxxx" MMCnin silinməsini tələb etdiyi maliyyə sanksiyasının hesablanması qaydası barədə məlumatın və hesablama üçün əsas olan sənədlərin surətlərinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli müraciətə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2019-cu il tarixli cavab məktubu ilə bildirilmişdir ki, fondun elektron məlumat bazasında olan məlumatlara əsasən "xxxx" MMC-nin 2017-ci ilin İİİ rübü üçün 59.235,27 manat, İV rübü üçün 61,445,89 manat və 2018-ci ilin İ rübü üçün isə 69.937,01 manat vergi orqanları ilə Dövlət Sosial Müdafiə Fondu arasında fərq yaranmışdır. Belə ki, cəmiyyət göstərilən müddətlər uçun vergi orqanlarına muzdlu işlə əlaqədar gəlir mənbəyindən tutulan vergi ilə əlaqədar hesabat təqdim etmiş, lakin DSMF orqanına müvafiq X6ı təqdim etməmişdir. Yaranmış fərqlərin aradan qaldırılması üçün cəmiyyətə 2017-ci ilin 21 dekabr, 2018-ci ilin 27 mart və 04 iyul tarixlərində hesabat məlumatlarında olan uyğunsuzluqların aradan qaldırılması barədə müraciət elektron qaydada göndərilmişdir. Həmin müraciətdə göstərilən fərqlərin 5 (beş) iş günü ərzində aradan qaldırılması və dürüstləşdirilmiş hesabatların təqdim olunması təklif edilmiş, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi bildirilmişdir. Cəmiyyət göstərilən müddətdə dürüstləşdirilmiş hesabatları təqdim etməmişdir. Bununla əlaqədar cəmiyyətə qanuna uyğun olaraq, 2017-ci ilin İİİ rübü üçün 14.808,82 manat məcburi d övlət sosial sığorta haqqı və buna müvafiq olaraq 50 faiz həcmində, yəni 7.404,41 manat maliyyə sanksiyası, 2017-ci ilin İV rübü üçün 15.361,47 manat məcburi dövlət sosial sığorta haqqı və 100 faiz həcmində, yəni 15.361,47 manat maliyyə sanksiyası, 2018-cı ilin İ rübü üçün isə 14.484, 26 manat məcburi dövlət sosial sığorta haqqı və 100 faiz həcmində, yəni 14.484, 26 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə cəmiyyət 2018-ci ilin İİ və İİİ rübləri üçün X6ını da vaxtında təqdim etməmişdir. Belə ki, cəmiyyət tərəfindən hesabatlar xx.xx.2018-ci il tarixində elektron qaydada göndərilmişdir. Cəmiyyətə X6ı vaxtında təqdim etmədiyi üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqının 10 faizi miqdarında, yəni 2018-ci ilin İİ rübü üçün 25.894,22 manat dövlət sosial sığorta haqqına 2.589,42 manat, İİİ rüb üçün isə 26.674,22 manat məcburi dövlət sosial sığorta haqqına 2.667,42 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Cəmiyyət sonradan xx.xx.2018-ci il tarixdə elektron qaydada vergi orqanı ilə fərq yaranmış X6ını təqdim etmişdir. Hesabatlar təqdim edildikdən sonra cəmiyyətin şəxsi vərəqəsindən kameral qaydada bərpa edilmiş 47.654,55 manat məcburi dövlət sosial sığorta haqqı azaldılmışdır. Həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilmiş cədvələ əsasən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığorta haqları üzrə hesabatlara əsasən 2018-ci il 01 oktyabr tarixinə sığortaedənin Dövlət Sosial Müdafiə Fonduna 0111 fəaliyyət kodu ü çün 65.596,76 manat məcburi dövlət sosial sığorta haqqı üzrə, 35.852,03 manat maliyyə sanksiyası (o cümlədən penya) üzrə, ümumilikdə 101.448,79 manat borcu yaranmışdır.

6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddia tələbinin “2017-ci ilin İİİ və İV rübü, eləcə də 2018-ci ilin İ rübü üzrə tətbiq edilmiş maliyyə sanksiyasının hesablanmasının və silinməsinin qanunsuz hesab edilməsi və qeyri-qanuni silinmiş cəmi 40250 manat vəsaitin geri qaytarılması” kimi qəbul edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-20/2023 saylı, 18 aprel 2023-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-20/2023 saylı, 18 aprel 2023-cü il tarixli qərarı ilə (hakim X1) iddia tə ləbi təmin edilmiş, Məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə görə İddiaçı MMC barəsində 2017-ci ilin İİİ və İV rübü, eləcə də 2018-ci ilin İ rübü üzrə tətbiq edilmiş maliyyə sanksiyasının hesablanması və silinməsi qanunsuz hesab edilmiş, maliyyə sanksiyasının tətbiqi nəticəsində silinmiş cəmi 40250 manat vəsait İddiaçı MMC-nin şəxsi vərəqəsinə bərpa edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, maliyyə sanksiyasının tətbiqinə dair faktiki xarakterli hərəkət “dürüstləşdirmə” kimi qiymətləndirilə bilməz, belə ki, inzibati orqanın mütləq iradəsini əks etdirir. Odur ki, yazılı inzibati aktın qəbulu formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən hərəkətlər qanunsuz hesab edilməli və nəticələri aradan qaldırılmalıdır.

10. Cavabdeh və üçüncü şəxs birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayətləri vermişlər. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-182/2024 nömrəli iş üzrə 08 fevral 2024-cü il tarixli qərardadı ilə (hakimlər X2 (məruzəçi), X3 və X4) üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Bakı İnzibati Məhkəməsinin 2-1(112)-20/2023 saylı, 18 aprel 2023-cü il tarixli qərarından verdiyi apellyasiya mümkün sayılmamış, apellyasiya şikayətinin qəbul olunmasından imtina edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mər kəzi Filialının hazırki iş üzrə üçüncü şəxs statusu ləğv edilmişdir.

12. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi mübahisələndirilən qərarla üçüncü şəxsin üzərinə hər hansı öhdəlik qoyulmamışdır, bu halda birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar üçüncü şəxsin qanunla qorunan maraqlarına toxunmur, habelə üçüncü şəxsin tələbinin təmin olunmama halı mövcud deyildir.

13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-182/2024 nömrəli iş üzrə 08 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər X2 (məruzəçi), X3 və X4) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-20/2023 saylı, 18 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından, üçüncü şəxs isə apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayətləri vermişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətlərinin dəlilləri Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti

16. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul edilməsi xahiş olunur.

17. Şikayətdə qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi məcburi dövlət sosial sığortası qaydalarını pozmağa görə maliyyə sanksiyalarını müəyyən edən “Sosial sığorta haqqında” Qanunun 21-ci maddəsi 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbay can Respublikasının Qanunun ləğv edildiyini əsas gətirərək cavabdeh tərəfindən hesablanmış maliyyə sanksiyasının əsassız olduğu qənaətinə gəlsə də bu nəticə qanuni sayıla bilməz. Belə ki, vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq olunarkən qanunvericilikdə yuxarıda qeyd olunan dəyişiklik hələ mövcud deyildi. Maliyyə sanksiyası haqlı olaraq, tətbiq olunduğu dövrdə qüvvədə olan qanunvericilik normaları əsas götürülməklə hesablanmışdır. Hesablanma aparılan dövrdə qüvvədə olan “Məcburi dövlət sosial sığorta haqqının toplanması” Qaydalarının 8-ci maddəsində məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə məsuliyyət növləri nəzərdə tutulmuşdur. Həmin Qaydaların 8.7-ci bəndinə əsasən, sığortaedənlərə məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlirlərin gizlə dilməsinə (məcburi dövlət sosial sığorta haqqının azaldılmasına) görə azaldılmış məcburi dövlət sosial sığorta haqqı bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə, 100 faizi məbləğində maliyyə sanksiyası tətbiq olunur. İddiaçı MMC tərəfindən uyğunsuzluqlar aradan qaldırılmadığı üçün Fondun ləğv edilmiş Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş idarəsi tərəfindən kameral yoxlama zamanı aşkar edilmiş 47.654,55 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı və tətbiq olunmuş 40.250,14 manat maliyyə sanksiyası İddiaçı MMC-nin (Forma B1) hesabatına daxil edilmişdir. İddiaçı ”Mühafizə-MN” MMC kameral qaydada məcburi dövlət sosial sığorta haqqı üzrə bərpa olunmuş 47.654.55 manat məcburi dövlət sosial sığorta haqqı barədə dəqiqləşdirilmiş hesabat vermiş, nəticədə həmin məb ləğ 28 noyabr 2018-ci il tarixdə Fondun ləğv olunmuş Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş İdarəsi tərəfindən MEİSin “Sığorta (Hesabat)” alt sistemində “X6”da silinmişdir. Tətbiq olunmuş 40.250,14 manat maliyyə sanksiyaları isə şəxsi hesab vərəqəsində qalmışdır. Üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti

18. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və iş üzrə yeni qərardad qəbul edilməsi xahiş olunur.

19. Şikayətdə “Sosial sığorta haqqında” Qanunun 9-1.1, 19.1-ci maddələrinə istinad edilərək qeyd edilir ki, iddiaçının məcburi dövlət sosial sığorta haqları və maliyyə sanksiyası üzrə hesablanmış borclarının ödənilməsi Dövlət Sosial Müdafiə Fondunun maraqlarına toxunması səbəbindən hazırkı iş üzrə Fondun Sosial sığorta və fərdi uçot üzrə mər kəzi filialının üçüncü şəxs qismində iştirakı zəruridir və təmin edilməlidir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə

1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər... 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizl iyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 22-1. Vergi orqanları tərəfindən tətbiq olunan maliyyə sanksiyalarından və digər vəsaitlərdən ayırmalar 22-1.2. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə vergi orqanları tərəfindən tətbiq edilən və həmin Qanunun 19-cu maddəsində nəzərdə tutulan fonda daxil olan maliyyə sanksiyası məbləğinin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) hesablarına köçürülür. Bu vəsaitl ərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 22. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

9. Sığortaçının hüquq və vəzifələri Sığortaçının hüquqları aşağıdakılardır: müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək; könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin və sığortaolunanların uçotunu aparmaq; məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq; məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Maddə 9-1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarəthttps://e-qanun.az/framework/3813 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Az ərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 9-1.2. Artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə

21. Məcburi dövlət sosial sığortası qaydalarını pozmağa görə maliyyə sanksiyaları (Qanunun bu maddəsi 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir). Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyətinin orqanları aşağıdakı maliyyə sanksiyalarını tətbiq etmək hüququna malikdirlər... sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilmə sinə (sosial sığorta haqqının azaldılmasına) görə — azaldılmış sosial sığorta haqqı bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə isə 100 faizi məbləğində cərimə; 23. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 07 aprel 1997-ci il tarixli, 568 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanı... 2.3. həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü abzaslarında, ikinci hissəsinin beşinci və yeddinci abzaslarında, 10-cu maddəsinin ikinci hissəsinin üçüncü (hər iki halda) və dördüncü abzaslarında, 13.1-ci maddəsində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü və 13.4-cü (ikinci halda) maddələrində, 18-ci maddəsinin birinci hissəsinin dördüncü abzasında və ikinci hissəsində, 29-cu maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur; (həmin Fərmanın əvvəlki redaksiyası) 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, İ kitab, maddə 2578) ilə 2.3-cü bənd yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 2.3. həmin Qanunun 13-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir; 2 iyun 2020-ci il tarixli 1046 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci il, № 104) ilə 2.3-cü bəndin “və altıncı” sözləri “və yeddinci” s özləri ilə əvəz edilmişdir, “13.4-cü” sözlərindən sonra “(ikinci halda)” sözləri əlavə edilmişdir və “Vergilər Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir. 24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə

57. İnzibati aktın forması 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. 57.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya ar adan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilə bilər. 57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: 57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda); 57.4.2. inzibati orqan inzibati aktı yazılı formada qəbul edəcəyini vəd etdikdə; 57.4.3. qanunla birbaşa nəzərdə tutulduqda. 57.5. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxu d digər formalarda qəbul edilə bilər. Maddə

59. Yazılı inzibati aktın rekvizitləri 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmi ş inzibati orqanın möhürü. 59.2. İnzibati akt texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə, həmin aktda vəzifəli şəxsin imzasının və inzibati orqanın möhürünün olmaması mümkündür. 59.3. İnzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüs ü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılar ına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə

29. İnzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin prosessual hüquqları 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilind ə öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. 29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 26. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 02№-li qərardadı

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli Qərardadı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASS ASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

29. Apelyasiya məhkəməsinin qərarı və qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktlarının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının və qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxd ur.

31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin də lillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdehin vermiş olduğu kassasiya şikayətinin dəlillərinin təhlili:

34. Cavabdeh apelyasiya şikayətində olduğu kimi kassasiya şikayətində də qeyd etmişdir ki, maliyyə sanksiyası haqlı olaraq, tətbiq olunduğu dövrdə qüvvədə olan qanunvericilik normaları əsas götürülməklə hesablanmışdır. Hesablanma aparılan dövrdə qüvvədə olan “Məcburi dövlət sosial sığorta haqqının toplanması” Qaydalarının 8-ci maddəsində məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə məsuliyyət növləri nəzərdə tutulmuşdur. Həmin Qaydaların 8.7-ci bəndinə əsasən, sığortaedənlərə məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlirlərin gizlədilməsinə (məcburi dövlət sosial sığorta haqqının azaldılmasına) görə azaldılmış məcburi dövlət sosial sığorta haqqı bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə, 100 faizi məbləğində maliyyə sanksiyası tətbiq olunur. İddiaçı MMC tərəfindən uyğunsuzluqlar aradan qaldırılmadığı üçün Fondun ləğv edilmiş Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş idarəsi tərəfindən kameral yoxlama zamanı aşkar edilmiş 47.654,55 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı və tətbiq olunmuş 40.250,14 manat maliyyə sanksiyası İddiaçı MMC-nin (Forma B1) hesabatına daxil edilmişdir.

35. Məhkəmə kollegiyası cavabdeh in mövqeyi ilə razılaşmayaraq bildirir ki, maliyyə sanksiyasının tətbiqi “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən yazılı inzibati aktın qəbulu yolu ilə şərtləndiyi halda, müvafiq inzibati akt qəbul edilməmişdir. Belə ki, digər növ hakimiyyət tədbiri formasında inzibati aktlar qanunda nəzərdə tutulmuş, yazılı inzibati akt olmadan inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan hərəkətlər qanuni hesab edilə bilməz.

36. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin hallarına uyğun olaraq maliyyə sanksiyasının tətbiqi inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan konkret) məsələni nizama salma q məqsədilə iddiaçı qurum üçün hüquqi nəticələr yaratması mübahisəsizdir. İnzibati orqan tərəfindən həmin maliyyə sanksiyası faktiki hərəkətlərlə həyata keçirilmişdir.

37. Bu yanaşma “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 02№-li qərardadına uyğundur.

38. Həmin qərardadda ifadə edilən mövqeyə əsasən: “İnzibati aktda həlledici olan iradə ifadəsinin mövcudluğudur, çünki hüquqi aktlar mütləq iradə ifadəsini əks etdirirlər. Faktiki xarakterli hərəkətlərdə isə hərəkəti n iradi və ya qeyri iradi törədilməsindən asılı olmayaraq ona hüquqi dəyər verən hərəkətin özüdür. Faktiki xarakterli hərəkətlər hər hansı konkret inzibati aktın icrasını təmin etmək üçün edilə biləcəyi kimi, həm də normativ-hüquqi aktla inzibati orqanın üzərinə qoyulmuş vəzifələrin icrasını təmin etmək üçün də edilə bilər. Normativ-hüquqi aktdan irəli gələn faktiki xarakterli hərəkətlərə münasibətdə isə diqqət edilməli olan məqam ondan ibarətdir ki, bu halda, normativ-hüquqi aktın konkret vəzifə müəyyən edən müddəasının icrasının təmin edilməsi üçün əlavə olaraq inzibati aktın qəbul edilməsi tələb olunur, yoxsa yox? Bu suala cavabın müəyyənləşdirilməsi isə normativ-hüquqi aktın vəzifə müəyyən edən normasının təhlilindən asılıdır. Belə təhlildən asılı olaraq bəzən belə bir inzibati aktın q əbul edilməsi qaçılmaz ola bilər, bəzən isə normativ-hüquqi aktın konkret vəzifə müəyyən edən norması aydın olduğundan və icrasının təmin edilməsi üçün əlavə inzibati aktın qəbul edilməsi tələb olunmadığından normaya istinadla birbaşa faktiki xarakterli hərəkətlər həyata keçirilə bilər”.

39. Beləliklə, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, maliyyə sanksiyasının tətbiqinə dair faktiki xarakterli hərəkət “dürüstləşdirmə” kimi qiymətləndirilə bilməz, belə ki, inzibati orqanın mütləq iradəsini əks etdirir. Odur ki, yazılı inzibati aktın qəbulu formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən hərəkətlər qanunsuz hesab edilməli və nəticələri aradan qaldırılmalıdır. 40.Təsadüfi deyildir ki, Vergi Məcəlləsinin 57-ci maddəsinə ( Hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə maliyyə sanksiyaları) əsasən maliyyə sanksiyası vergi orqanının rəhbərinin (onun müavininin) qərarı ilə tətbiq edilir. Üçüncü şəxsin vermiş olduğu kassasiya şikayətinin dəlillərinin təhlili:

41. Üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətində yeganə mübahisə edilən hal onun üçüncü şəxs qismində iştirakına əsassız xitam verilməsi ilə bağlıdır. Hesab edilir ki, apelyasiya instansiyası məhkəməsi xitam qərardadını qəbul edərkən maddi və prosessual qanunvericiliyin tələb və göstərişlərinə lazımi qaydada əməl etməmiş, qanunvericilik normalarını düzgün şərh etməmişdir.

42. Məhkəmə kollegiyası üçüncü şəxsin mövqeyi ilə razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabe liyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsinə dair heç bir zərurət mövcud deyildir.

43. Belə ki, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 30 noyabr 2018-ci il tarixli Qanunun tələbinə əsasən 01 yanvar 2019-cu il tarixdən etibarən məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəaları tətbiq edilir.

44. Bundan əlavə “Sosial sığorta haqqında” Qanunun 9-cu maddəsində sığortaçının hüquq və vəzifələri qeyd edilmişdir. Həmin qanunun tətbiqinə dair qəbul edilmiş Fərmana əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi sığorta haqları ilə bağlı məsələlərə nəzarət edir.

45. Odur ki, hazırkı mübahisə üzrə yeganə səlahiyyətli orqan İqtisadiyyat Nazirliyi olduğundan üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının cəlb edilməsi qəbul edilən sayıla bilməz.

46. Bundan əlavə İPM-in 28.1 və 28.2-ci maddələrinin məzmunundan göründüyü kimi, üçüncü şəxslər məhkəmə icraatına məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda cəlb edilə bilərlər (adi cəlb etmə), yaxud mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mü tləq cəlb edilməlidir (zəruri cəlbetmə).

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə: “...

24. Hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qor umaq üçün işə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır.

25. Üçüncü şəxslərə icraatda iştirak imkanlarının yaradılması həm də onların mümkün maraqlarına ədalətli münasibət göstərilməsi ilə bağlıdır və mübahisənin tərəfi (iddiaçı və ya cavabdeh) olma yan şəxslərin hüquqlarının müdafiəsi məqsədinə yönəlir. Bununla da onlar icraatda tərəf statusu əldə etməsələr belə, öz mənafelərini məhkəmə qarşısında bəyan etmək və qərarın qəbulu prosesində öz maraqlarını təmsil etmək imkanı qazanırlar. Belə qoşulma, həm də işin faktiki hallarının tam və hərtərəfli araşdırılmasına töhfə verir, obyektiv və qanuni qərarın qəbul edilməsinə xidmət edir. Üçüncü şəxs özünə bəlli olan halları məhkəməyə bildirməklə, eləcə də tərəflərin istinad etmədiyi yeni baxışlar və dəlillər ortaya qoymaqla mübahisə predmeti ilə bağlı işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi işinə yardım etmiş olur. Beləliklə, həm mübahisədə iştirak edən tərəflərin və üçüncü şəxslərin maraqlarının balanslaşdırılmış müdafiəsi təmin edilmiş olur, həm də inzibati p rosesdə tətbiq olunan inkvizisiya prinsipinə uyğun olaraq işin hallarının tam və obyektiv müəyyənləşdirilməsi mümkün olur....

27. İnzibati məhkəmə icraatında üçüncü şəxslərin iştirakı qəbul edilən məhkəmə qərarının qüvvəsinin onlara da şamil edilməsi ilə bağlı hüquqi nəticə yaradır. Belə ki, İPMin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquq varisləri üçün məcburidir. Qanunverici üçüncü şəxslərin icraata cəlb edilməsi vasitəsilə növbəti hüquqi mübahisələrin və ziddiyyətli məhkəmə qərarlarının qəbul olunmasının qarşısını almaq məqsədi də güdür. Mübahisəyə baxılması nəticəsində qəbul edilmiş məhkəmə qərarının qanuni qüvvəsi sözügedən prosesin bütün iştirakçılarına, o cümlədən icraatda iştirak etmiş üçüncü şəxslərə şamil edilir. Beləliklə, qəbul edilmiş həmin vahid qərar yeni məhkəmə çəkişmələrinin yaranmasının qarşısını alır, münasibətlərin davamlı mübahisə predmetinə çevrilməsini önləyir, prossesual qənaət prinsipinə uyğun olaraq icraat iştirakçılarını əlavə zaman itkisindən və xərclərlə bağlı məsrəflər çəkilməsindən qoruyur....

32. İnzibati məhkəmə icraatının tərəfləri iddiaçı və cavabdehdir. Üçüncü şəxslər isə mübahisə tərəflərindən (iddiaçı və ya cavabdehdən) kənar şəxslər ola bilərlər. Cəlbetmənin hər iki növünü həyata keçirə bilmək üçün üçüncü şəxslər həm də İPM-in 26cı maddəsinin tələblərinə uyğun olaraq prosessual fəaliyyət qabiliyyətinə də malik olmalıdırlar.

33. İPM-in 28.1-ci maddəsi adi, 28.2-ci maddəsi isə zəruri cəlbetmə halını tənzimləyir. Adi cəlbetmə halını nizamlayan İPM-in 28.1- ci maddəsində “məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda” ifadəsindən, zəruri cəlbetməni nizamlayan İPM-in 28.2-ci maddəsində isə “üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda” ifadəsindən istifadə olunmuşdur. Bundan başqa, qanunvericiliyə görə adi cəlbetmənin həyata keçirilməsi məhkəmənin mülahizəsindən asılıdır, zəruri cəlbetmə isə məhkəmənin vəzifəsi olaraq müəyyənləşdirilmişdir....

36. İnzibati məhkəmə icraatına cəlb edilməli olan şəxsin adi, yaxud zəruri cəlbetmə qaydasında cəlb edilməli olduğunu fərqləndirmək üçün istifadə olunan əsas meyarlardan biri “hüquqi maraq” meyarıdır. Belə ki, zəruri cəlbetmə zamanı tələb olunan hüquqi maraqla, adi cəlbetmə zamanı tələb olunan maraq bir-birindən fərqlidir. Həmin fərqin mövcud olduğunu İPM-in 28.1 və 28.2-ci maddələrindəki müddəalar da təsdiq edir.

37. Hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və y a dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur.

38. Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dər əcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.

39. Beləliklə, icraatda tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyini müdafiə edirsə, bu zaman, həmin icraatın nəticəsində qəbul ediləcək qərar onun maraqlarına toxunma halını yaradacaqdır. Ona görə də, maraqlara t oxunma halının mövcudluğunu müəyyənləşdirmək üçün mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normalarının hər hansı birinin üçüncü şəxslərə münasibətdə qoruyucu təsirə malik olub-olmadığına qiymət verilməlidir. Belə maraqlar o zaman mövcud olur ki, cəlb edilən şəxslə tərəflərdən biri və ya hər ikisi, yaxud mübahisə predmeti arasında əlaqə mövcud olsun və prosesin nəticəsi bu əlaqəyə toxuna bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir....

46. Bununla belə, prosesə daxil olmaq və ya cəlb edilmək üçün iradə ifadəsi kifayət deyil, çünki proses iştirakçısı olmayan şəxsin üçüncü şəxs qismində icraat iştirakçısına çevrilməsi üçün həlledici olan məhkəmənin gələcəyi qənaətdir və bu barədə qərarı məhkəmə ona daxil olmuş ərizə və ya vəsatətə qiymət verərək qəbul etməlidir. Hər bir halda, üçüncü şəxslərin prosesdə iştirakı məsələsi məhkəmə tərəfindən həll edilir, yəni yalnız məhkəmə müvafiq əsasların mövcud olduğu qənaətinə gəldikdə onlar icraatda iştiraka cəlb edilə bilərlər. Məhkəmənin təşəbbüsü əsasında həyata keçirilmiş cəlbetmə zamanı da son nəticədə həmin cəlbetmə məhkəmə tərəfindən həyata keçirilmiş olur....

53. İPM-in 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanun la qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad İPM-in 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. İPM-in 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər.

54. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya lə ğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir.

55. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır....”

48. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə qəbul edilmiş qərarlar üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının mənafeyinə təsir etmədiyindən, onun qanunla qorunan maraqlarına toxunmadığından apelyasiya instansiyası məhkəməsi onun məhkəmə icraatına iştirakına xitam verməklə düzgün nəticəyə gəlmişdir.

49. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarı və qərardadı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanu ni və əsaslı sayılmalıdır.

50. Beləliklə, kassasiya şikayətlərinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayətləri təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı və qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-182/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərarı və qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar