Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1606/2020 26.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X1 rayon şöbəsinəqarşı iş üzrə QƏRAR Açar sözlər: (yaşa görə əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ödənilməmiş pul məbləğinin birdəfəlik ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Orxan Xudatlının iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X1 rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyasının xx.xx.2017-ci ildən təyin edilməsi, yenidən hesablanması və nəticədə ödənilməmiş pul məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-163/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1954-cü il tarixdə Balakən rayonunun Qullar kəndində anadan olmuşdur. Cavabdeh Dövlət Sosial X1 rayon şöbəsi olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosia l X1 rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyasının xx.xx.2017-ci ildən təyin edilməsi, yenidən hesablanması və nəticədə ödənilməmiş pul məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2018-ci il tarixli **********3 nömrəli məktubuna əsasən iddiaçıya əmək pensiyası hüququ 63 yaş 6 ay tamam olduğu müddətdən yaranacaqdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X1 rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********9 nömrəli məktubuna əsasən İddiaçıya xx.xx.2019-cu ildən ele ktron qaydada xx.xx.2006-cı il tarixədək 28 il 10 ay sığorta stajına, xx.xx.2006-cı ildən pensiya hüququ yaranan xx.xx.2018-cı il tarixədək 7 il 11 ay sığorta stajına əsasən 173,87 manat pensiya təyin edilmişdir. Əyani təhsil müddəti nəzərə alınmaqla ona xx.xx.2018-ci il tarixdən 193,10 manat pensiya təyin olunmuşdur. Cavabdeh xx.xx.2018-ci ildən iddiaçıya ödənilməmiş məbləğin aylar üzrə ona ödəniləcəyini qeyd etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X1 rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********1 nömrəli arayışına əsasən iddiaçının 63 yaş 6 ayı xx.xx.2018-ci ildə tamam olduğundan pensiya hüququda həmin tarixdən yaranır. İddiaçıya xx.xx.2019-cu il tarixdən elektron qaydada 28 il sığorta stajına və 6975,41 manat kapitala əsasən 173,88 manat məbləğd ə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı xx.xx.2019-cu ildə elektron qaydada xx.xx.2018-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra o, cavabdehə ərizə ilə müraciət edərək pensiyanın xx.xx.2017-ci ildən təyin olunmasını, pensiyanın yenidən hesablanmasını və fərq məbləğinin birdəfəlik ödənilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli **********9 nömrəli məktubla bundan imtina etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2020-cu il tarixli,2-1(116)-140/2020 nömrəli (sədrlik edən hakim Vidadi Qasımov) qərarı ilə iddianın rədd edilməsiqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2020-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin isə təm in edilməsi barədə qərarınqəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(107)-163/2020 nömrəli (hakimlər Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Vəzirxan Məlikov və Elçin Hüseynov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2020-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,xx xxxx 1954-cü il təvəllüdlidir, 2017-ci il 30 iyun tarixdə saat 24.00-da 63 yaşı tamam olub və həmin andan da (yəni xx xxxx 2017-ci il tarixdən) yaşa görə əmək pensiyası hüququ yaranıb. Buna baxmayaraq DSMF -nin Balakən rayon şöbəsi yaşa görə əmək pensiyası xx xxxxxx 2018ci il tarixdən təyin etmişdir. DSMF-nin Balakən rayon şöbəsi 2017-ci il 01 iyul tarixdən əmək pensiyası təyin etməkdən imtinaya səbəb kimi Azərbaycan Respublikasının xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli Qanunu ilə Əmək Pensiyaları haqqında Qanunda edilmiş dəyşikliklərin xx xxxx 2017-ci il tarixdən qüvvəyə minməsini əsas göstərmişdir. Əmək pensiyaları haqqında Qanunun 7-ci maddəsində qeyd olunur: 63 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların (azı 12 il) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asdı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (Bu Qanun qüvvəyə mindiyi günədək 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Apelyasiya instansiyası məhkəməsinin qeyd edilən maddi hüquq normalarına aydınlıq gətirməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(107)163/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili O.Xudatlı kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə sa xlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlam alıdır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki, xx xxxx 1954-cü il təvəllüdlidir, 2017-ci il 30 iyun tarixdə saat 24.00-da 63 yaşı tamam olub və həmin andan da (yəni xx xxxx 2017-ci il tarixdən) yaşa görə əmək pensiyası hüququ yaranıb. Buna baxmayaraq DSMFnin Balakən rayon şöbəsi yaşa görə əmək pensiyası xx xxxxxx 2018-ci il tarixdən təyin etmişdir. DSMF-nin Balakən rayon şöbəsi 2017-ci il 01 iyul tarixdən əmək pensiyası təyin etməkdən imtinaya səbəb kimi Azərbaycan Respublikasının xx xxxx 2017-ci il tarixli 543VQD nömrəli Qanunu ilə Əmək Pensiyaları haqqında Qanunda edilmiş dəyşikliklərin xx xxxx 2017-ci il tarixdən qüvvəyə minməsini əsas göstərmişdir. Əmək pensiyaları haqqında Qanunun 7-ci maddəsində qeyd olunur: 63 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların (azı 12 il ) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asdı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (Bu Qanun qüvvəyə mindiyi günədək 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Apelyasiya instansiyası məhkəməsinin qeyd edilən maddi hüquq normalarına aydınlıq gətirməmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.1954-cü ildə anadan olmuş və Balakən rayon Qullar kəndində yaşayır. Ona xx.xx.2019-cu ildə elektron qaydada xx.xx.2018-ci i ldən yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra iddiaçı cavabdehə ərizə ilə müraciət edərək pensiyanın xx.xx.2017-ci ildən təyin olunmasını, pensiyanın yenidən hesablanmasını və fərq məbləğinin birdəfəlik ödənilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli **********9 nömrəli məktubla bundan imtina etmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinin xx.xx.2017-ci ildən etibarən qüvvədə olan redaksiyasında deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ( 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinin xx.xx.2017-ci ildən etibarən qüvvədə olan redaksiyasında deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin maddənin xx.xx.2017-ci ildən əvvəlki redaksiyasında deyilirdi ki, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinin xx.xx.201 7-ci ildən əvvəlki redaksiyasında deyilirdi ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli Qanununun 2-ci maddəsində deyilir ki, bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minir. Göründüyü kimi, kişilər üçün pensiya yaşı xx.xx.2017-ci ildən etibarən 63 il 6 ay müəyyən edilmiş, həmin gündən əvvəl isə, o cümlədən xx.xx.2017-ci ildə 63 yaş olmuşdur. Tərəflər arasında olan hazırkı mübahisə iddiaçının pensiya yaşına məhz hansı tarixdə ça tması ilə bağlıdır. İddiaçı 63 yaşına xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilə keçən gecə saat 00.00-da çatdığını, bu səbəbdən ona qanunvericiliyin əvvəlki normasının tətbiq edilməli olmasını iddia edir, cavabdeh isə bununla razılaşmır və iddiaçının 63 yaşına xx.xx.2017-ci ildə çatdığını, həmin gün isə tələb olunan pensiya yaşının 63 il 6 ay olduğunu bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 369-cu maddəsinə əsasən, illərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır. Yarım illə müəyyənləşdirilmiş müddətə aylarla hesablanan müddətlər üçün qaydalar tətbiq edilir. Həm də yarım il altı aya bərabər sayılır, yarım il isə ilin əvvəlindən hesablanmağa başlanır. (369.1-ci maddə) Günlərlə hesablanan müddət müddətin sonuncu gününün başa çatması ilə bir vaxtda qurtarır. (369.6-cı maddə). Azərbaycan Respublikasının "Normativ hüquqi haqqında" Konstitusiya Qanununun 85.1-ci madddəsinə əsasən Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Həmin Qanunun 85.2-ci maddəsinə əsasən bu Konstitusiya Qanununun 85.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda X2 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Həmin Qanunun 86.1-ci maddəsinə görə normativ hüquqi akt onun mətnində digər hal nəzərdə tutulmadıqda müddətsiz qüvvədədir. Həmin Qanunun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Həmin Qanunun 88.1-ci maddəsinə görə normativ hüquqi aktlar Azərbaycan Respublikasının bütün ərazisində məcburi qüvvəyə malikdir. Həmin Qanunun 88.2-ci maddəsinə əsasən normativ hüquqi aktların qüvvəsi, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbi vətəndaşlara və vətəndaşlı ğı olmayan şəxslərə şamil edilir. İstinad olunan milli qanunvericilik normalarından göründüyü kimi, qanunlar qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir və fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununda “xx.xx.2017ci ildən etibarən qüvvədə olan redaksiyasında Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci i l iyulun 1-dək hər il 6 ay artırılır” dəyişikliklər edilməsi barədə Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Bu səbəbdən də Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçı 63 yaşına xx.xx.2017-ci ildə deyil, xx.xx.2017-ci ildə çatmışdır və pensiya qanunvericiliyində pensiya yaşı ilə bağlı dəyişiklik də məhz xx.xx.2017-ci ildə qüvvəyə minmişdir və xx.xx.2017-ci ildə 63 yaşına çatmış kişi pensiya hüququ əldə edə bilirdisə, ertəsi gün, yəni xx.xx.2017-ci ildə artıq bu yaş kifayət etmirdi və onun 63 yaş 6 aya çatması tələb olunurdu. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(107)-163/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1606/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1606/2020
26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver