Məhkəmə qərarları › İş №2-1(102)-1606/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1606/2021

22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1606/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilməsi və dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, iclas katibi Gülarə İmanovanın, İddiaçı və vəkili Namiq Ağayevin, cavabdehin nümayəndəsi Şıxəli Baxşiyevin və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbayc an Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilməsi və dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-235/2021 nömrəli iş üzrə 14.06.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 22 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafi q siyahılara daxil edilməsi və dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 22 il ərzində qüsursuz hərbi xidmət keçmiş, xidmət etdiyi dövrdə dəfələrlə komandanlıq tərəfindən həvəsləndirilmiş, medallarla təltif olunmuş, o cümlədən "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla, "Hərbi xidmətdə fərqlənməyə görə" medalın 3-cü, 2-ci, 1-ci dərəcələri ilə və Fəxri Fərmanlarla təltif olunmuşdur. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respubli kası Prezidentinin 28.12.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən, 20 ildən artıq qüsursuz xidmət keçmiş hərbi qulluqçu kimi dövlət hesabına mənzillə təmin olunmaq hüququ vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Birinci instansiya məhkəməsinin 09.03.2021-ci il tarixli, 2-1(116)388/2021 nömrəli (hakim Vidadi Qasımov) qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı adının Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması, iddianın cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə aid hissədə rədd edilməsi qərara alınmışdır.

4. Birinci in stansiya məhkəməsi həmin nəticəyə gələrkən, “Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.3-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 27.03.2004-cü il tarixli, 43 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqında Əsasnamə”nin 12-ci bəndinə, “Azərbaycan Respublikası Silahlı qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli, 569 nömrəli Fərmanının 1, 2, 3, 4-cü hissələrinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçı sözügedən 28.12.2011-ci il tarixli, 569 nömrəli Fərmanda göstərilən meyarlara cavab verir.

5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsini n 09.03.2021-ci il tarixli, 2-1(116)-388/2021 nömrəli qərarın tamamilə ləğv edib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiya məhkəməsi) 14.06.2021-ci il tarixli, 2-1(107)-235/2021 nömrəli (hakimlər Rövşən Rəfiyev- sədrlik edən və məruzəçi, Vəzirxan Məlikov və İmanverdi Şükürov) qərarı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 09.03.2021-ci il tarixli, 2-1(116)-388/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi həmin qənaətə gələrkən, biri nci instansiya məhkəməsinin də istinad etdiyi maddi hüquq normalarını tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasında haqlı olmuşdur. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

8. Cavabdehin kasasiya şikayəti onunla əsaslanddırılmışdır ki, apelyasiya məhkəməsi qərarın birinci vərəqinin 2-ci abzasında qeyd edir ki, Şəki İnzibati Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2-1(116)-388/2021 nömrə li qərarından iş üzrə iddiaçı X4 tərəfindən verilmiş apelyasiya şikayəti eyni qaydada qərarın 3-cü səhifəsinin 4 və 5-cü abzaslarında qeyd olunur ki, apelyasiya şikayəti iddiaçı X4 tərəfindən verilmişdir.

9. Halbuki, Şəki İnzibati Məhkəməsinin 07.04.2021-ci il tarixli, 2-1(103)963/2021 nömrəli qərarından iddiaçı deyil, cavabdeh Müdafiə Nazirliyi tərəfindən apelyasiya şikayəti verilmişdir.

10. Cavabdeh Müdafiə Nazirliyi tərəfindən 1-ci və 2-ci instansiya məhkəmələrinə bildirilmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-cı il tarixli 569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulur.

11. Fərmanın qəbul edildiyi zaman (28.12.2011) qüvvədə olan:12. Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinə, əsasən Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır. 13. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" 9 oktyabr 1991-ci il tarixli 210X11 nömrəli Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri quru qoşunlarından, hava hücumundan müdafiə və hərbi-hava, hərbi-dəniz qüvvələrindən ibarətdir. 14. 26 sentyabr 2016-cı ildə keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının referendum aktından sonra sözügedən qanunvericilik aktlarında dəyişikliklər edilmişdir.

15. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddənin İ hissəsi aşağıdakı redaksiyada verilmişdir: “!. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir.”. 16. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” 29 dekabr 2017-ci il tarixli 955-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

17. Qeyd olunan Qanunun 1.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlü kəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisatdır.

18. İddiaçı 20.07.2007-ci il tarixdə Müdafiə nazirinin müvafiq əmrinə əsasən Azərbaycan Ordusu sıralarını tərk etmiş və Milli təhlükəsizlik nazirinin sərəncamına verilmiş, 08.01.2016-cı il tarixdə isə Dövlət Təhlükəsizlik Xidmətindən ehtiyata buraxılmışdır.

19. Qeyd etmək lazımdır ki, nə Milli Təhlükəsizlik Nazirliyi, nə də Dövlət Təhlükəsizlik Xidməti “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsində göstərilən “başqa silahlı birləşmə” hesab edilmir.

20. Bunu əlavə olaraq sübut edən hal həm də odur ki, İddiaçı dövlət hesabına mənzillə təmin olunması üçün Dövlət Təhlükəsizlik Xidmətinə et diyi müraciət müsbət həll edilməmişdir.

21. Azərbaycan Respublikası Prezidentinin hərbi qulluqçuların mənzil təminatının yaxşılaşdırılmasına dair 28 dekabr 2011-ci il tarixli Fərmanı qəbul edilərkən “Azərbaycan Respublikasının Silahlı Qüvvələri” ifadəsinin tərkibində həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən yalnız Azərbaycan Ordusu nəzərdə tutulmuşdur.

22. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçı X2 Müdafiə Nazirliyində cəmi 12 /7 11 ay 4 gün hərbi xidmət keçməsi barədə rəsmi məlumat verilmişdir.

23. Buna baxmayaraq Şəki Apelyasiya Məhkəməsi cavabdeh Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim etdiyi yuxarıda qeyd olunan əsaslara heç bir hüquqi qiymət vermədən və ümumiyyətlə cavabdehin mövqeyini qərarda qeyd olunmadan, Azərbaycan Respublikası Dövlət T əhlükəsizliyi Xidmətinə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-cı il tarixli 569 nömrəli Fərmanına əsasən onlarda xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilib-edilməməsi barədə heç bir sorğu verib araşdırmadan, "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının 29.12.2017-ci il tarixli Qanununun 1.0.1-ci maddəsini əsas tutaraq qanunazidd qərar qəbul etmişdir.

24. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh Müdafiə Nazirliyi kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 14.06.2021-ci il tarixli, 21(107)-235/2021 nömrəli qərarının ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya mə hkəməsinə göndərilməsini xahiş etmişdir.

25. İddiaçı kasasiya şikayətinə qarşı etirazda qeyd etmişdir ki, cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinin dəlilləri qanunsuz və əsassızdır, ona görə təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsinin 14.06.2021-ci il tarixli, 2-1(107)235/2021 nömrəli qərarı qanuni və əsaslı olduğundan onun dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərarın qəbul edilməsinin xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu sə bəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 14.06.2021-ci il tarixli qərarının ləğv edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

27. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Ş.Baxşiyev də vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 14.06.2021-ci il tarixli qərarının ləğv edilməsini, Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

28. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili N.Ağayev kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 14.06.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsin i, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 14.06.2021-ci il tarixli qərarın dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

29. Məhkəmə iclasında iştirak edən İddiaçı da vəkili N.Ağayevin çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 14.06.2021-ci il tarixli qərarın dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

30. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

31. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

32. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

33. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 14.06.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir.

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən i şin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

36. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir.

37. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28.12.2011-ci il tarixli, 569 nömrəli Fərmanının 1-ci bəndində d eyilir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.

38. Həmin Fərmanın 2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə aşağıdakı tərkibdə Komissiya yaradılsın.

39. Həmin Fərmanın 3, 3.1, 3.2-ci bəndlərinə müvafiq olaraq Komissiyaya tapşırılsın ki: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın; 3.2. hazırlanmış siyahı nı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

40. Beləliklə sözügedən Fərmanın müddəalarından göründüyü kimi, bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq adıçəkilən Komissiyaya tapşırılmış və hazırlanmış siyahının Maliyyə Nazirliyinə təqdim edilməsi vəzifə olaraq müəyyən edilmişdir.

41. Eyni zamanda qeyd edilməlidir ki, məlum olduğu kimi 2012-ci il yanvarın 11-də Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli fərmanı ilə yaradılmış Komissiyanın ilk iclası keçirilmiş dir. Həmin iclasda digər qərarlarla yanaşı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi müəyyən olunmuş meyarlara cavab verən hərbi qulluqçular barədə məlumatı Komissiyaya təqdim edilməsi barədə qərar qəbul edilmişdir.

42. Bununla yanaşı məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın 2016-cı il 23 sentyabr tarixində növbəti iclası keçirilib. İclasda mənzil növbəsində olan 404 nəfər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusundan 222 nəfərin mənzillə təmin edilməsinə dair qərar qəbul edilib.

43. Bundan başqa Komissiyanın digər q ərarı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş 304 nəfər hərbi qulluqçu mənzil növbəsinə qəbul edib.

44. Həmçinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın müraciətinə əsasən Mənzil İnşaatı Dövlət X3 Kompleksində yerləşən 2962 mənzildən 803-ü hərbi qulluqçular üçün ayrılmışdır. Həmin mənzillərdən 8-i 1 otaqlı, 22-si 2 otaqlı, 472-si 3 otaqlı, 301-i isə 4 otaqlıdır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli və kombi isitmə sistemi ilə təmin edilmişdir.

45. Beləliklə yuxarıda göstərilənlərdən göründüyü kimi, iddiaçının iddiasında irəli sürdüyü tələblə əlaqədar olan məsələnin səlahiyyətləri yalnız sözügedən komissiyaya aid edilmişdir.

46. Eyni zamanda qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 26.07.1994-cü ildən 22.06.1999-cu ilədək Bakı Ali Hərbi Dənizçilik Məktəbində kursant kimi təhsil aldığı, 22.06.1999-cu ildən 20.07.2007ci ilədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, bundan sonra 08.01.2016-cı ilədək isə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində hərbi xidmətdə olduğu bütün müddət (21 il 5 ay 13 gün) onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət müddəti sayılır.

47. Həmçinin apelyasiya məhkəməsi öz qərarında yazmışdır ki, “Məhkəmə iddiaçının Azərbaycan Ordusu sıralarında 20 t əqvim ilindən az xidmət etməsi səbəbindən onun adının dövlət tərəfindən mənzillə təmin olunacaq şəxslərin siyahısına daxil edilməli olmaması barədə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli 569 nömrəli Fərmanında yalnız Azərbaycan Ordusunda deyil, ümumilikdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət keçmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur”.

48. Bununla yanaşı apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində etdiyi xidmətin qü sursuz olması cavabdehlər tərəfindən mübahisələndirilmir və onun hər hansı qüsura yol verməsi barədə məhkəməyə heç bir məlumat verilməmişdir.

49. Daha sonra apelyasiya məhkəməsi öz qərarında göstərmişdir ki, “İddiaçı Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli 569 nömrəli Fərmanında göstərilən meyarlara cavab verir, bu səbəbdən də dövlət vəsaiti hesabına mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməlidir.

50. Bu arada məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunun 1-ci fəslinin 1-ci maddəsində qanunda yer almış əsas anlayışılar verilmişdir.

51. Belə ki, həmin Qanunun 1.0, 1.0.1, 1.0.2, 1.0.3-cü maddələrinə əsasən 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardı r: 1.0.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri (bundan sonra – Silahlı Qüvvələr) - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisat; 1.0.2. Azərbaycan Ordusu - Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə; 1.0.3. Azərbaycan Respublikasının başqa silahlı birləşmələri (bundan sonra - başqa silahlı birləşmələr) - Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu Qanunla müəyy ən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar). Başqa silahlı birləşmələrə aid dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

52. Həmçinin apelyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının adının həmin siyahıya cavabdeh inzibati orqanlardan məhz hansı tərəfindən daxil edilməsi məsələsinə gəldikdə isə məhkəmə hesab edir ki, bu öhdəliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi daşıyır. Belə ki, əvvəla, ölkədə başqa silahlı birləşmələrə aid bir neçə dövlət orqanı mövcud olduğu halda, Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın tər kibinə həmin orqanların hər birinin deyil, Azərbaycan Ordusunun aid olduğu Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi daxil edilmişdir.

53. Eyni zamanda apelyasiya məhkəməsi göstərmişdir ki, digər tərəfdən, məhkəmənin 18.11.2020-ci il və 12.01.2021-ci il tarixli məktubları ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə sorğu edilərək sözügedən Komissiyanın fəaliyyətini tənzimləyən hüquqi aktlar tələb edilmiş, Maliyyə Nazirliyi isə 27.01.2021-ci il tarixli 11/0420-679 nömrəli cavab məktubunda bildirmişdir ki, iddia ərizəsində qaldırılan məsələyə Müdafiə Nazirliyinin rəyi əsasında baxılması məqsədə müvafiqdir.

54. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin həmin qənaəti ilə razılaşmır, belə ki, apelyasiya məhkəməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qullu qçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına istinad etsə də, hazırkı inzibati mübahisəni həll edərkən, əslində həmin Fərmanın müddəalarını nəzərə almamışdır.

55. Belə ki, sözügedən Fərmanda birbaşa, aydın və konkret şəkildə qeyd edilmişdir ki, dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiya yaradılır.

56. Beləliklə adıçəkilən siyahının hazırlanması səlahiyyəti yuxarıda artıq göstərildiyi kimi, Müdafiə Nazirliyinə deyil, məhz həmin Fərmanla yaradılmış Komissiyaya verilmişdir.

57. Lakin İddiaçı iddia ərizəsində irəli sürdüyü tələblə bağlı sözügedən Komissiyaya müraciət etməsi iş materiallarından görünmür.

58. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və iddiaçının özü fərqli tələblərlə çıxış etmişlər.

59. Belə ki, iddiaçının vəkili bildirmişdir ki, iddia tələbi Müdafiə Nazirliyindən adıçəkilən komissiyaya rəy (təqdimat) verməkdən ibarətdir, iddiaçının özü isə iddia tələbini onun evlə təmin edilməsi üçün siyahıya daxil edilməsi kimi qələmə vermişdir.

60. Halbuki yuxarıda artıq göstərildiyi kimi, iddia ərizəsində iddia tələbi iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilməsi və dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması kimi irəli sürülmü şdür.

61. Bu məsələ, yəni iddia tələbinin konkret nədən ibarət olması apelyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmamış və iddiaçıya İPM-in 13-cü maddəsinin tələbləri baxımından yardım edilməmişdir ki, bu da iş üzrə düzgün olmayan qərarın qəbul edilməsi ilə nəticələnmişdir.

62. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya məhkəməsi 14.06.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.06.2021-ci il tarixli, 2-1(107 )-235/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar