Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1606/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: 190 manat birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “190 manat birdəfəlik ödəmənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1572/2023 nömrəli, 15 m art 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1987-ci il tarixdə anadan olmuşdur.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sistemindən çıxarışa əsasən iddiaçıya xx.xx.2020ci il tarixdə işaxtaran statusu verilmişdir.
3. İddiaçı birdəfəlik ödəmə üçün Xətai rayon 5 N-li Məşğulluq idarəsinə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, iddiaçının əri vergi ödəyicisi olduğuna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020ci il tarixli 127 saylı qərarına əsasən ona 190 manat birdəfəlik ödəmə verilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Kərimov Hacı-Murad Kamaldin oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127N-li qərarı ilə təsdiq edilmiş “Koronovirus” (Covid-19) pandemiyası dövründə işsiz kimi qeydiyyatda olan, heç yerdə işləməyən, VÖEN-i olmayan şəxslərə birdəfəlik ödəmələrin (190AZN) verilməsi öhdəliyinin onun 4 nəfərdən ibarət ailə üzvlərinə ödənilməsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. 5. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında İddiaçı və X4 birgə iddiaçı kimi məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" ASC adi cəlbetmə q aydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Koronovirus” (Covid-19) pandemiyası dövründə işsiz kimi qeydiyyatda olan şəxslərə 5 dəfə ödəmə həyata keçirilmişdir. İddiaçılar birdəfəlik ödəmə üçün Xətai rayon 5 N-li Məşğulluq idarəsinə müraciət etmişdirlər. Aztəminatlı meyarlarına uyğun gəlmədiklərinə görə onlara imtina verilmişdir. 7. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının “Xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar iddiaçılar İddiaçı, X4 və Kərimov Hacı-Murad Kamaldin oğluna ödənilməli olan 190 manat aylıq sosial müavinətin 4 ay üçün (may, iyul, avqust və dekabr) hesablamaqla 2280 manat məbləğin onlara ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə si Nazirliyinin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir.
8. Həmçinin, həmin tarixli məhkəmə iclasında iddiaçılar X4 və Kərimov Hacı-Murad Kamaldin oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı (üçüncü şəxs "xxxx" ASC) “190 manat birdəfəlik ödəmənin verilməsi” barədə iddia tələbi üzrə iş 2-1(112)-714/2022 nömrə ilə; İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı (üçüncü şəxs "xxxx" ASC) “190 manat birdəfəlik ödəmənin verilməsi” iddia tələbi üzrə iş yeni nömrə ilə qeydiyyata alınmaqla icraatlar ayrılmışdır.
9. Cavabdeh iddiaya münasibətdə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə birdəfəlik ödə nişin verilməsindən “həyat yoldaşının vergi ödəyicisi olduğuna görə” imtina verilmişdir. Belə ki, sistem tərəfindən aparılan araşdırma zamanı iddiaçının vətəndaş X5 ilə rəsmi nikahının olması və sonuncunun ********** nömrəli aktiv VÖEN-in olduğu müəyyən edilmişdir. Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 2.3.9-cu yarımbəndinə əsasən əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara birdəfəlik ödənişin verilməsindən imtina üçün əsasıdır.
10. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2-1(112)-13951/2022 saylı qərarı ilə (hakim: E.Ə.Əliyev) iddia qismən təmin edilmiş, xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar İddiaçı ödənilməli olan 190 manat aylıq sosial müavinətin may ayı və iyul ayının 17-dək olan dövr üçün hesablamaqla ona ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi iddianın təmin edilmiş hissəsi ilə əlaqədar olaraq qeyd etmişdir ki, iddiaçının nikahının ləğv edilməsi iş materialları ilə öz təsdiqi tapdığından, iddiaçı mövcud qanunvericiliyə uyğun olaraq birdəfəlik ödəmənin alınması üçün qeydiyyatdan keçdiyindən, həmçinin 190 manat birdəfəlik ödəmə ona ödənilmədiyindən iddia tələbi 190 manat aylıq sosial müavinətin ödənilməsi may ayı üçün və iyul ayının 17dək hissəsində əsaslıdır. İddianın təmin edilməyən hissəsi ilə əlaqədar isə məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə manikürçü kimi işə başladığından ona may ayı üçün və iyul ayının 17-dək birdəfəlik müavinət ödənilməlidir.
12. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1572/2023 nömrəli iş üzrə 15 mart 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: K.H.Əkbərov, hakimlər: M.N.Tağızadə və V.N.Sadıqov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2-1(112)-13951/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, İddiaçı xx.xx.1987-ci il tarixdə doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8128/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X2 qarşı “nikahın pozulması və aliment” barədə iddia tələbi təmin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli 2(011)-8128/2019 saylı qətnaməsi 29 dekabr 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Nikahın pozulması haqqında AZ-İ 351260 nömrəli xx.xx.2020-ci il tarixli Şəhadətnaməyə əsasən X1 İddiaçı ilə olan nikahı ləğv edilmişdir.İddiaçıya xx.xx.2020-ci il tarixdə işaxtaran statusu verilmiş, onun müraciətinə cavab olaraq isə Esosial.az-dan iddiaçıya ünvanlanmış 26 aprel 2020-ci il tarixli SMS çıxarışa əsasən həyat yoldaşı vergi ödəyicisi olduğuna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 saylı qərarına əsasən ona 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir.
15. Göründüyü kimi İddiaçı nikahı pozulduğu halda ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3.9-cu bəndinə əsasən 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı subay olduğu halda ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tə tbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3.9-cu bəndinə əsasən 190 manat birdəfəlik ödəmənin verilməsindən imtinası əsassız olmuşdur.
16. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Şikayətdə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına istinad edilərək qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
18. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Apellyasiya məhkəməsi isə yuxarıda göstərilən əsaslarla iddianın mümkün sayılmaması barədə qərardad qəbul etməli olduğu halda bunu etməmiş, iş üzrə iddiaçının tələbinə mahiyyəti üzrə baxaraq qərar qəbul etmiş, beləliklə də, prosessual pozuntuya yol vermişdir.
19. Bundan başqa, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü və tərəflərin razılığı ilə, yaxud tərəflərdən birinin müraciəti və digər tərəfin razılığı ilə onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Belə halda məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır. Lakin məhkəmə qanunvericiliyin bu imkanından istifadə etməyərək, dövlətin, o cümlədən dövlət büdcəsinin əlavə maliyyə yükünə səbəb olur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:.... 1.1.6. işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq ic ra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs; 1.1.7. işaxtaran – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) münasib iş üçün və bu Qanunda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxs;...
22. Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli, 1950 nömrəli Sərəncamı... 1. 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların (bundan sonra – pandemiya) Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahib karlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1,0 (bir) milyard manat ayrılsın.
2. Pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılsın....
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli, 127 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”
1. Ümumi müddəalar 1.1. Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. 1.2. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsi z şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. 1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.
2. Birdəfəlik ödəmənin verilməsi şərtləri 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. 2.3. Dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN- i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı; 2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; 2.3.13. birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara; 2.3.14. yaşı 18-dən aşağı olanlara; 2.3.15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (ma liyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. 2.4. Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir.
3. Birdəfəlik ödəmənin verilməsi qaydası 3.1. Şəxs birdəfəlik ödəmənin alınması üçün “e-sosial” portalında “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək müraciət edir. 3.2. İşsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur. 3.3. İşsiz statusu olmayan şəxs isə bu statusun alınması üçün bu Qaydanın 3.1-ci bəndində göstərilən qaydada müraciət edir. Bu zaman MAS tərəfindən şəxsə münasib işin təklif edilməsi mümkün olmadıqda, dərhal işsiz statusunu n verilməsi haqqında qərar qəbul olunur və bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır. 3.4. MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir. 3.5. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydaların 2.3-cü bəndində göstərilən şəxsə aid olmaması müəyyən edildikdə birdəfəlik ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul olunur. 3.6. Birdəfəlik ödəmə bank və ya poç t vasitəsi ilə ödənilir və bu barədə şəxsə mobil ismarış göndərilir. 3.7. Birdəfəlik ödəmənin pandemiya ilə əlaqədar xüsusi karantin rejimi dövründə aylıq həyata keçirilir. Növbəti ay üçün birdəfəlik ödəmə təkrar yoxlama keçirildikdən sonra əvvəlki ödənişdən 30 (otuz) gün sonra həyata keçirilir. 3.8. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin bu Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhk əməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
25. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı 26. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şik ayət mümkün hesab edilmişdir.
28. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Hazırkı mübahisə iddiaç ıya işsiz kimi qeydiyyatda olan şəxslər üçün nəzərdə tutulmuş koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə 190 manat məbləğində aylıq birdəfəlik ödəmənin verilməsindən cavabdehin imtinası ilə bağlıdır. Bununla bağlı qeyd olunmalıdır ki, cavabdeh aylıq birdəfəlik ödəmə barədə şəxsin ərizəsi üzrə icraat aparmağa və ödəmənin həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş dispozisiya şərtlərinin şəxsə münasibətdə mövcud olubolmamasını xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Yalnız belə icraat nəticəsində tələb olunan dispozisiya şərtlərinin şəxs tərəfindən ödənilmədiyinin müəyyən olunduğu təqdirdə, cavabdeh həmin vəsaitin ödənilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır.
33. Nəzərə alınmalıdır ki, birdəfəlik ödəmənin verilməsind ə dövlətin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiqi ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin minimal yaşayış ehtiyaclarını və sosial müdafiəsini təmin etməkdən ibarətdir.
34. Hazırkı qərarın 21-22-ci bəndlərində göstərilən maddi hüquq normalarına görə apellyasiya məhkəməsi xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətdə göstərilən əsaslarla iddianın mümkün sayılmaması barədə qərardad qəbul etməli olduğu halda, bunu etməmiş, iş üzrə iddiaçının tələbinə mahiyyəti üzrə baxaraq qərar qəbul etmiş, beləliklə də, prosessual pozuntuya yol vermişdir.
36. Cavabdeh bu dəlilin əsası kimi, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarına istinadla qeyd etmişdir ki, “...məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin qərarın 1.3 və 1.4-cü bəndlərinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.
37. Həmin qərarın 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudlu ğu yoxlanılmalıdır”.
38. Məhkəmə kollegiyası cavabdehin dəlilini və bu dəlilin əsası kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarına istinadını əsaslı hesab etmir. Belə ki, hazırkı iddianın mümkünlük şərtlərinə iddiaçı tərəfindən əməl olunmadığına dair hər hansı sübut cavabdeh tərəfindən təqdim olunmamış, yaxud işdə belə bir əsasın mövcud olduğu müəyyən edilməmişdir.
39. Məhkəmə kollegiyası, həmçinin cavabdehin apellyasiya məhkəməsi tərəfindən mübahisənin mediasiya vasitəsilə həllini təmin etmədən dövlət büdcəsinin əlavə maliyyə yükünə səbəb olması ilə bağlı kassasiya şikayətindəki dəlilinə münasibətdə qeyd edir ki, “Mediasiya haqqında” Qanunun 3.1.4. maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr mediasiyanı n tətbiq dairəsinə aid edilsə də, həmin mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirakın məcburi olması ilə bağlı hər hansı göstəriş yoxdur.
40. Digər tərəfdən, İPM-in 7.3-cü maddəsinə əsasən, məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Tərəflər arasında “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanarsa, məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır. Baxılan işin materiallarından müəyyən edilir ki, həmin normanın tətbiqi üçün əsaslar olmamış, eləcə də tərəflərdən hər hansı biri mübahisənin mediasiya vasitəsilə hə lli ilə bağlı təkliflə məhkəməyə müraciət etməmişdir. Odur ki, cavabdehin bu dəlili də əsassızdır
41. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, cavabdehin imtinaya haqq qazandırmaq üçün kassasiya şikayətində istinad etdiyi arqumentlər (birdəfəlik ödəmənin verilməsi proqramının başa çatması, 600 min şəxsə münasibətdə ödəmənin həyata keçirilməsi, dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsaitin həmin dövrdə təyinatı üzrə artıq istifadə olunması, dövlət büdcəsinin üzərinə əlavə maliyyə yükünün qoyulması) şəxsin qanunvericiliklə təsbit olunmuş hüququnun təmin edilməsindən imtina üçün yetərli sayıla bilməz. Nəzərə almaq lazımdır ki, şikayətdə qeyd olunan məsələlər vətəndaşların sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirləri ehtiva edən müvafiq norma tiv hüquqi aktların hazırlanması çərçivəsində aparılan normativ aktların hüquqi təsirinin qiymətləndirilməsi və həmin tədbirlərin maliyyə təminatının müəyyən olunması mərhələsində həll olunmalıdır. Sosial müdafiə tədbirlərinin şamil olunacağlı ehtimal edilən şəxslərin dairəsi və sayı da məhz həmin mərhələdə müəyyən edilməlidir. Başqa sözlə, vətəndaşların sosial müdafiəsi və sosial təminatı ilə bağlı normativ hüquqi aktlar dövlətin maliyyə imkanları və müvafiq resursları nəzərə alınmaqla və qiymətləndirilməklə hazırlanmalıdır. Bu sahədə qəbul olunmuş normativ aktlarda şəxsin tələb hüququ təsbit edildikdən sonra, müəyyən edilmiş şərtləri ödəyən şəxsə münasibətdə maliyyə yükünə istinadən hüququn təmin olunmasından imtina vətəndaşların qanunvericiliyə etimadına ciddi zərbə vurmuş olardı. Haz ırkı mübahisəyə münasibətdə həm də nəzərə almaq lazımdır ki, şəxs sosial müdafiə tədbirinə cəlbetmə müddətinə aid olan aylar üzrə birdəfəlik ödəməni tələb edir və ödəmənin gecikdirilməsi onun məsuliyyət sferasına aid edilə bilməz. Bu zaman inzibati orqanların qanunçuluq və bərabər yanaşma kimi konstitusion prinsiplərə bağlı olduğu da diqqətə alınmalıdır.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 190 manat məbləğində birdəfəlik aylıq ödəmənin verilməsindən cavabdehin imtinası qanunsuz sayılmalı və şəxsin həmin ödəməyə olan hüququnun pozulması kimi qiymətlən-dirilməlidir.
43. Odur ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1572/2023 saylı iş üzrə 15 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.