Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1606/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi 9 nömrəli şəhər poliklinikasına qarşı iş üzrə QƏRARİ Açar sözlər: tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi 9 nömrəli şəhər poliklinikasına qarşı “tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 21(103)-1501/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 09 aprel 2018-ci ilin tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, daha sonra iddiaçı müalicəsini davam etdirmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə getmişdir.
2. İddiaçı əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, iddiaçının təqdim edilmiş tibbi sənədləri onun hazırkı sağlamlıq durumunu tam həcmdə əks etdirmir. Bu səbəbdən, ixtisaslaşmış müayinə və müalicəyə ehtiyacın olması qənaətinə gəlinmişdir. İxtisaslaşmış müalicələrin nəticələri təqdim edildikdən sonra iddiaçının əlillik məsələsinə baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona təyin olunmuş əlilliyin yenidən qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2017-ci ilin avqust ayında ürəyinin sol mədəciyinin ön divarının miokard infarktı keçirmiş və 11-18 avqust tarixlərində Bakı şəhəri X2 müalicə olunmuşdur. 11 avqust 2017-ci il tarixdə xəstəxanada Koronor A geoplastika əməliyyatı olmuş və LAD damardakı darlıq layihəsinə 2.5 mm x 26 mm ölçüdə stend implant edilmişdir. 9 aprel 2018-ci ilin tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyi qiymətləndirilərək ona 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Sonradan səhhəti bir qədər də ağırlaşmış və müalicəsini davam etdirmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə getmişdir. Hazırda tibb elmində işemik ürək çatışmazlığı və işemik ürək xəstəliyinin müalicəsi mövcud deyil və xəstəliyin yalnız ağırlaşmasının qarşısı alınır. İstanbul şəhərinin dövlət müəssisəsi olan Bezmialem Vakıf Universiteti Səhiyyə Praktika və X1 Kafedrasında keçdiyi son ətraflı müayinədə ilkin diaqnozlar, yəni işemik ürək çatışmazlığı və işemik ürək xəstəliyi və digərləri öz təsdiqini tapmışdır. Bu barədə ona 2023-cü il 29 mart tarixli ətraflı sənəd verilmiş və sənəddə hava nəqliyyatı ilə səyahət etməsinin məsləhət olmadığı barədə həkim rəyi öz əksini tapmışdır. Həmin sənəd notarial qaydada təsdiq edilərək apostille qeydiyyatına alınmışdır və bu sənəd Azərbaycan Respublikasında tam keçərli sayılır. Əlillik müddəti bitdiyi üçün o, 27 aprel 2023-cü il tarixdə əlilliyin yenidən qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi üçün Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi 9 nömrəli Şəhər Poliklinikasının həkim-məsləhət komissiyasına müraciət etmiş və qeyd edilən tibbi sənədləri rəsmi qaydada təqdim etmişdir. Müraciətə cavab ümumi xarakterli olmaqla tamamilə əsassızdır və onun əlilliyinin qiymətləndirilməsi ilə bağlı hüqu qlarının qanunsuz olaraq məhdudlaşdırılmasına səbəb olmuşdur. Bezmialem Vakıf Universiteti Səhiyyə Praktika və X1 Kafedrasından verilmiş 29 mart 2023-cü il tarixli həkim rəyində hava nəqliyyatından istifadəyə ciddi əks göstərişlərin qeyd olunması onu Komissiyaya şəxsən gəlmək imkanından məhrum edir. Belə ki, vəziyyəti elə həddə çatmışdır ki, göstərişlərə riayət etməyərək müayinə üçün gələcəyi təqdirdə sağlamlıq vəziyyətinin daha da pisləşməsi qaçılmaz olacaqdır. Hesab edir ki, xəstəliyinin ağırlıq dərəcəsini nəzərə alaraq, apostille qeydiyyatına alınmış və Azərbaycan Respublikasının ərazisində tam keçərli olan həmin sənəddə əks olunmuş məlumatlar Komissiya tərəfindən onun hazırkı sağlamlıq vəziyyətini əks etdirən zəruri və yetərli müayinə və müalicə nəticələri kimi nəzərə alınmalı və əlill iyinin yenidən qiymətləndirilməsi haqda tələbinə qanunauyğun şəkildə baxılmasına əsassız məhdudiyyət yaradılmamalıdır.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.
6. Bakı İnzibati Məhkəməsinin (hakim: S.İ.Salahova) 20 noyabr 2023-cü il tarixli, 21(112)-14124/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, şəxsin əlilliyinin qiymətləndirilməsi, yəni ona əlillik təyin edilməsi üçün ilk növbədə həkimməsləhət komissiyası tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməlidir. Göndəriş şəxsin sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəl iklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilən sənəd olmaqla, şəxsin əlilliyinin qiymətləndirilməsi əsası kimi çıxış edir. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi xüsusi bilik tələb edən sahə olmaqla, funksional, diaqnostik, laborator və şəxsən obyektiv müayinələr nəticəsində müəyyən edilir, bu zaman xəstəlik tarixindən çıxarışlar (epikrizlər) toplanılır, ehtiyac yaranarsa, diaqnozun dəqiqləşdirilməsi üçün şəxs əlavə ambulator və ya stasionar müayinəyə göndərilir. Buna görə də, qanunverici şəxsin iştirakı olmadan onun sağlamlıq vəziyyətinin qiymətləndirilməsinə yol vermir və məhz bu səbəbdən də şəxs sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya gedə bilmədikdə, o, Komissiya tərəf indən olduğu yerdə müayinə edilir. Lakin burada Komissiyanın şəxsin olduğu yerə getməsi, hərfi mənada başa düşülməməlidir. Belə ki, dövlətin sosial təminat sahəsində öhdəlikləri hədsiz və sərhədsiz olmamaqla, minimum təminatların həyata keçirilməsinə yönəlmişdir. Hazırkı halda, qanunvericiliyin tələbi nəzərə alınmaqla iddiaçının hüququna müdaxilə müəyyən edilmədiyindən, iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələblərə cavab vermir və bu səbəbdən iddia mümkün sayılmamalıdır.
8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia tələbinə mahiyyəti üzrə baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, İ.S.Şirinov və E.C.Kazımov) 22 fevral 2024-cü il tarixli, 21(103)-1501/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
12. Kassasiya şikayətində iddiaçı işin hallarına və iddia ərizəsindəki dəlillərə istinad etmiş, əlavə olaraq bildirmişdir ki, diskresion səlahiyyət hüququna malik olan cavabdeh orqan, hansı ki, “öz geniş səlahiyyətlərini məhdud hesab etmişdir”- məhkəmə prosesi başlamadan dərhal öncə, əməkdaşlarının onun hazırda qaldığı ölkəyə gedərək onun orada müayinə edilməsinin də mümkünlüyünü qeyd etmiş və o, da hüququnun təmin olunması üçün əlindən gələni etməklə buna razılıq vermişdir. Demək ki, belə bir üsul mümkündür və cavabdeh bunu prosesdən kənar şəkildə olsa da məhkəmə zalında açıqaydın bildirmişdir. Buna baxmayaraq, məhkəmə nədənsə belə bir halın mümkünlüyünü ümumiyyətlə qəbul etməyərək qeyd olunan bu hərəkətlərin həyata keçirilməsinə heç bir şərait yaratmamış və iddianı mümkün saymamışdır. Hazırkı iş üzrə cavabdeh orqan xüsusi hal olduğunu qəbul edərək, göndərişin verilməsi üçün onun olduğu xarici ölkəyə gedərək onu müayinə etməyə hazır olduqlarını bildi rsə də, məhkəmə dövlətin sosial müdafiə sahəsində təminatlarının məhdud olduğunu qeyd etməklə kifayətlənmişdir. Halbuki, cavabdehin bildirdiyi kimi, məhkəmə onun olduğu yerə getmək və müayinəni həyata keçirmək öhdəliyini və yaxud da sadəcə, onun sağlamlıq vəziyyətini əks etdirən sənədlərin qəbul edilərək göndərişin verilməsi öhdəliyini cavabdehin üzərinə qoymalı və onun sosial təminat hüququnun müdafiəsi üçün lazımi tədbirləri görməli idi. Lakin tamamilə əks mövqe tutan məhkəmə onun əlilliyinə görə mövcud olan sosial təminat hüququnun realizəsi üçün zəruri imkanı yaratmayaraq Konstitusiyanın 12, 16 və 38-ci maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Az ərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın h ərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edi lmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
19. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlayarkən bildirmişdir ki, “... qanunverici şəxsin iştirakı olmadan onun sağlamlıq vəziyyətinin qiymətləndirilməsinə yol vermir və məhz bu səbəbdən də şəx s sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya gedə bilmədikdə, o, Komissiya tərəfindən olduğu yerdə müayinə edilir. Lakin burada Komissiyanın şəxsin olduğu yerə getməsi, hərfi mənada başa düşülməməlidir. Belə ki, dövlətin sosial təminat sahəsində öhdəlikləri hədsiz və sərhədsiz olmamaqla, minimum təminatların həyata keçirilməsinə yönəlmişdir. Hazırkı halda iddiaçının Azərbaycan Respublikasında deyil, digər dövlətin ərazisində olmasını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçı barəsində göndəriş tərtib edilməsindən imtinası İPM-in 35.1-ci maddəsinin mənası baxımından, onun hüquq və qanunla qorunan maraqlarının pozulması kimi qiymətləndirilə bilməz.”
20. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddi açının tələbi və hüquqi marağı ona təyin olunmuş əlilliyin yenidən qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olduğundan, məhkəmənin qiymət verməli olduğu hal cavabdehin imtinasının qanuniliyidir.
21. İş materiallarında olan cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının təqdim edilmiş tibbi sənədləri onun hazırkı sağlamlıq durumunu tam həcmdə əks etdirmir. Bu səbəbdən, ixtisaslaşmış müayinə və müalicəyə ehtiyacın olması qənaətinə gəlinmişdir. İxtisaslaşmış müalicələrin nəticələri təqdim edildikdən sonra iddiaçının əlillik məsələsinə baxılacaqdır. Göründüyü kimi, cavabdehin iddiaçının müraciətinin müsbət həllindən imtinasının əsasını tibbi göndərişin verilməsinə əs as olan sənədlərin tam həcmdə təqdim edilməməsi təşkil edir. Hətta, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəmə sorğusuna verdiyi cavab məktubunda qeyd edilmişdir ki, vətəndaşın sağlamlıq vəziyyətini tam və ətraflı şəkildə əks etdirən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcək.
22. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri tibbi göndərişin verilməsindən cavabdehin imtinasının qanuniliyinə qiymət verməli olduqları halda, əksinə, başqa əsasla - iddiaçının faktiki olaraq hazırda ölkə hüdudlarından kənarda olması əsası ilə cavabdehin imtinasını qanuni hesab etmiş və bu hala istinadən iddianı mümkün saymamışlar.
23. İlk növbədə nəzərə alınmalıdır ki, məhkəmən in istinad etdiyi hal cavabdeh tərəfindən mübahisələndirilməməklə, iddianın mümkün sayılmaması üçün əsas təşkil etmir. Bu, iddianın mahiyyəti üzrə qiymətləndirilməsi zamanı qiymət verilməli olan haldır. Digər tərəfdən, şəxsin ölkə hüdudlarından kənarda olması onun konstitusion hüququ olan sosial təminat hüququnun realizəsini məhdudlaşdırmamalıdır.
24. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələrinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə və istinad etdiyi hallar əsassızdır. Hazırkı iş üzrə iddia tələbi iddianın mümkünlük şərtlərinin hər birinə (subyektiv hüquq, hüquq və azadlıqların pozulması, cavabdehə ilkin müraciət) cavab verir. Bu səbəbdən, iddia mümkün sayılmaqla, işə mahiyyəti üzrə baxılmalıdır.
25. İddiaya mahiyyəti üzrə baxan birinci instans iya məhkəməsi cavabdehin imtina məktubunda qeyd edilənlərin tibbi göndərişin verilməsindən imtina üçün əsas təşkil edibetməməsinə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının 2.2-ci bəndinə əsasən tibbi müayinələrin, o cümlədən xəstəlik tarixlərindən çıxarışların və müalicənin nəticələrinin, başqa sözlə, əlilliyə əsas olan diaqnozla bağlı sənədlərin cavabdehə təqdim edilibedilməməsinə (iş materiallarında həmin sənədlər mövcud deyil) və həmin sənədlər əsasında tibbi göndərişin rəsiləşdirilməsinin mümkünlüyünə qiymət verməlidir.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası mə hkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermədiyindən iddiaçının kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2-1(103)-1501/2024 nömrəli qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün birinci instansiyası məhkəməsinə göndərilməlidir.
27. İşə təkrar baxan məhkəmə işin hallarını Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla təkrarən araşdırmalıdır.
28. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 21(103)-1501/2024 nömrəli qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərar