Məhkəmə qərarları › İş №2-1(102)-1607/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1607/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1607/2021 05.10.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: dövlət qulluğundan azad edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X2, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə “işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə ödənil məmiş əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.05.2021-ci tarixli, 21(107)-20/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 16.07.2018-ci il tarixli **********3 nömrəli əmrinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara və müəyyən edilmiş qulluq reqlamentinə riayət etmədiyinə görə 13.07.2018-ci il tarixdən Azərbaycan Respublikasın ın Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin müdiri vəzifəsində qulluq keçən İddiaçı intizam tənbeh növü olan vəzifə maaşı bir il müddətinə 30 faizədək azaldılmışdır.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18.01.2019-cu il tarixli **********6 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə verilmiş inzitam tənbeh tədbirindən nəticə çıxartmayaraq təkrar qanun pozuntusuna yol verdiyinə, öhdəsinə düşən vəzifələrini yerinə yetirməyərək etik davranış qaydalarına əməl etmədiyinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsində müdir vəzifəsində qulluq ke çən İddiaçı 18.01.2019-cu il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla 28.07.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin onun vəzifədən azad edilməsi barədə 18.01.2019-cu il tarixli, **********6 saylı əmrinin ləğv edilməsi, Dövlət Qulluğuna və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon Şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

4. İddia çı tələbini belə əsaslandırmışdır ki, həqiqətən də cavabdehin 16.07.2018-ci il tarixli əmri ilə əmək funksiyalarının icrasında yol verilmiş nöqsanlara və müəyyən edilmiş qulluq reqlamentinə riayət etməmək əsas götürülməklə onun barəsində bir il müddətinə vəzifə maaşının 30 faizinədək azaldılması kimi intizam tənbeh tədbiri tətbiq edilmiş olsa da, həmin intizam tənbeh tədbiri 18.01.2019-cu il tarixində tutduğu vəzifədən azad edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Əmək Məcəlləsinin 190.1-ci maddəsinin tələbinə əsasən intizam tənbehi, verildiyi gündən 6 ay müddətində qüvvədə olur. Cavabdeh isə intizam tənbehi tətbiq edildikdən 6 ay sonra onu işdən azad etməklə Əmək Məcəlləsinin 190.1-ci maddəsinin tələbini pozmuşdur. Bundan başqa, cavabdeh orqan 16.07.2018-ci il tarixli əmri verərkən “ Dövlət qulluğu haqqında” Qanunun 25.3-cü maddəsinin tələblərinə riayət etməmiş, 18.01.2019-cu il tarixində tutduğu vəzifədən onu azad edərkən əvvəlki intizam tənbehinin cəmi 2 ay qüvvədə olduğunu nəzərə almamışdır. Belə ki, əmək funksiyalarının yerinə yetirilməsindəki nəticələrə görə 28.09.2018-ci il tarixində DSMF-də çalışan işçilər, o cümlədən iddiaçı da cavabdeh tərəfindən mükafatlandırılmışdır və o vaxtdan da ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilmişdir. Eyni zamanda, mübahisələndirilən əmrdə iddiaçının təkrar qanun pozuntusuna yol verməklə öhdəsinə düşən vəzifələrini yerinə yetirməyərək etik davranış qaydalarına əməl etmədiyi qeyd edilsə də, qanunun hansı normalarının təkrar pozulması, öhdəsinə düşən hansı vəzifələri yerinə yetirmədiyi, etik davranış qaydalarına əməl etməməsinin nədə ifadə olunması göstərilməmişdir.

5. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, X adlı vətəndaşın müraciəti zamanı Şəki şəhər şöbəsi tərəfindən süründürməçiliyə yol vermiş, bununla da 63 yaşının tamam olduğu 20.06.2017-ci il tarixində qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq pensiyanın hesablanmasına süni maneələr yaradılmışdır. Bundan əlavə, iddiaçının qeyrietik davranışları barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından nəzarət qaydasında vətəndaş müraciəti daxil olmuşdur. Həmçinin, iddiaçı “məzuniyyət və ezamiyyət əmrlərinin imzalanması səlahiyyətinin verilməsi barədə” Nazirliyin 26.10.2018-ci il tarixli **********3 nömrəli əmrinin tələblərinə məhəl qoymaya raq 17.01.2019-cu il tarixində xidmət yerini özbaşına tərk etmiş, saat 15:00 radələrində Nazirliyin inzibati binasına daxil olmaqla rəhbər vəzifəli şəxslərin qəbulu prosedurana əmək etməyərək subordinasiya və etik davranış qaydalarını ciddi şəkildə pozmuşdur. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.06.2019-cu il tarixli 2-1(81)2302/2019 saylı qərardadına əsasən (hakim Aygün Abdullayeva) inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.

7. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 12.09.2019-cu il tarixli 2-1(84)-1236/2019 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.

8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06.11.2019-cu il tarixli 2-1(107)-612/2019 saylı qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 12.09.2019-c u il tarixli 2-1(84)-1236/2019 saylı qərardadı ləğv edilmiş, iş baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmışdır.

9. Şəki İnzibati Məhkəməsinin 19.08.2020-ci il tarixli 2-1(116)-87/2020 saylı qərarı ilə (hakim İlqar Cabbarov) iddia tələbi təmin edilməmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı dövlət qulluqçusu kimi ona həvalə edilmiş vəzifələri lazımi şəkildə yerinə yetirməmiş, barəsində araşdırma aparılmış, iddiaçının kobud pozuntulara yol verməsi müəyyən edilmiş, araşdırmanın nəticəsində onun haqqında intizam tənbehi tətbiq edilmişdir. İddiaçının ezam olunması ilə bağlı əmr vermək səlahiyyəti nazirdə olduğu halda 16.01.2019-cu il tarixində özü və sürücüsünün Bakı şəhərinə ezam olunması barədə əmr vermiş, 17.01.2019-cu il tarixində xidmət yerini özbaşına tərk etmişdir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.05.2021-ci il tarixli, 21(107)-20/2021 saylı qərarına əsasən (sədrlik edən Vəzirxan Məlikov, hakimlər Rövşən Rəfiyev və Ayaz Mahmudov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 19.08.2020-ci il tarixli 2-1(116)-87/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

13. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Məhkəmə qərarı iddiaçıya 03.06.2021-ci il tarixində təqdim edilmişdir.

15. İddiaçı 02.07.2021-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.05.2021-ci il tarixli, 2-1(107)-20/2021 saylı qə rarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) İddiaçının kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddiaçının dövlət qulluqçusu kimi ona həvalə olunmuş hansı vəzifələri lazımi şəkildə yerinə yetirməməsini, cavabdeh orqan tərəfindən aparılmış araşdırmanın nədən ibarət olmasını, kim tərəfindən və necə aparılmasını müəyyən etməmişdir. Bundan başqa, məhkəmə iddiaçının etik davranış qaydalarını pozduğunu qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını qərarda göstərməmişdir. Məhkəmə nəzərə almamışdır ki, dövl ət qulluqçusu əgər hər hansı bir pozuntu törətsəydi, işdən azad etmə cəza tədbirinə kimi hələ bir sıra tətbiq oluna biləcək cəza növləri vardır ki, onlar tətbiq olunmalı idi. Apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 12, 16, 25, 60-cı, İnzibati Prosessual Məcəllənin 11, 12, 13, 14, 15, 34.1, 58.7, 68, 70.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 217.4, 76-81-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin təmin edilməsini, cavabdehin nümayəndəsi və cavabdehin vəkili isə apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədə n qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Dövlət qulluğu haqqında” Qanunun 18-ci maddəsinə görə dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir.

20. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh t ədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi.

21. Həmin Qanunun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqi nə mane olmur.

22. Həmin Qanunun 25.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 23. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Dövlət qulluqçusunun xidməti davranışı bu Qanunla müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır.

24. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icra sı ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.

25. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən dövlət qulluqçusu etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur.

26. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

27. Həmin Qanunun 9-ci maddəsinə əsasən dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və s əbirli olmalıdır.

28. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

29. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

31. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

33. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam, hərtərəfli araşdırmış, maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmiş, prosessual hüquq normalarının tələblərinə əməl etmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas yoxdur.

35. Belə ki, hazırkı işin hallarından da göründüyü kimi, iddi açı öz vəzifələrinin icrası zamanı kobud və mütəmadi pozuntulara yol vermişdir. İşə baxılarkən 18.01.2019-cu il tarixli xidməti məruzə əsasında müəyyən edilmişdir ki, xx.xx.1954-cü il təvəllüdlü X 28.04.2000-ci il tarixindən 2-ci dərəcə əlilliyə görə təyin edilmiş əmək pensiyasının ödənişi aylıq 148,0 manat olmaqla 01.02.2018-ci il tarixinədək davam etdirilmiş, eyni zamanda 29.01.2018-ci il tarixli ərizə əsasında Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin pensiya təyin edən komissiyasının 08.02.2018-ci il tarixli 32 nömrəli qərarı ilə onun pensiyasının növü dəyişdirilərək 01.02.2018-ci il tarixindən yaşa görə əmək pensiyası növünə keçirilmiş və aylıq 149,57 manat məbləğində ödənişə yönəldilmişdir.

36. Həmçinin, şöbənin 08.11.2018-ci il tarixli sərəncamı əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü maddəsi əsas götürülməklə X pensiyasının məbləği 01.02.2018-ci il tarixindən 186,19 manata çatdırılaraq 01.11.2018-ci il tarixindən ödənişə yönəldilmiş, keçmiş aylar üzrə yaranmış 329,54 manat fərq məbləği 2018-ci ilin noyabr və dekabr ayları üzrə pensiya məbləği ilə birlikdə vətəndaşa ödənilmişdir.

37. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, X əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilməsi barədə müraciəti zamanı Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi tərəfindən süründürməçiliyə yol verilmiş, bununla da vətəndaşın 63 yaşının tamam olduğu 20.06.2017-ci il tarixində qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq pensiyanın hesablanmasına süni maneələr yaradılmış, vətəndaşın müraciəti zamanı müvafiq sosial sığorta stajı və 9898,59 manat pensiya kapitalı nəzərə alınmaqla pensiyasının növünün dəyişdirilməməsi nəticəsində məbləğinin 148,0 manatdan 149,57 manata dəyişməsi, yəni 1,57 manat fərqlə artırılması ilə vətəndaşa qarşı qərəzli mövqe tutulmuş, həmçinin vətəndaşın müxtəlif dövlət orqanlarına şikayətindən sonra onun əvəzinə imzalanmış 29.01.2018-ci il tarixli ərizə şöbədə rəsmiləşdirilməklə bu prosedur həyata keçirilmişdir.

38. Bundan əlavə, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin müdiri İddiaçı qeyri-etik davranışları barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından nəzarət qaydasında vətəndaş müraciəti daxil olmuşdur.

39. Bundan başqa, iddiaçı “məzuniyyət və ezamiyyət əmrlərinin imzalanması səlahiyyətinin verilməsi barədə” Nazirliyin 26.10.2018-ci il tarixli **********3 nömrəli əmrinin tələblərinə məhəl qoymayaraq 17.01.2019-cu il tarixində xidmət yerini özbaşına tərk etmiş, saat 15:00 radələrində Nazirliyin inzibati binasına daxil olmaqla rəhbər vəzifəli şəxslərin qəbulu proseduruna əməl etməyərək subordinasiya və etik davranış qaydalarını ciddi şəkildə pozmuşdur.

40. Dövlət Sosial Müdafiə Fondunun direktoru xidməti məruzədə qeyd olunanları və Şəki şəhər şöbəsinin fəaliyyətində son illərdə bura xılan ciddi nöqsanları nəzərə alaraq, həmçinin əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə verilmiş intizam tənbeh tədbirindən nəticə çıxarmayaraq təkrar qanun pozuntusuna yol verdiyinə və öhdəsinə düşən vəzifələri yerinə yetirməyərək etik davranış qaydalarına əməl etmədiyinə görə Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin müdiri İddiaçı barəsində Azərbaycan Respublikası Prezidentinin 16.02.2011-ci il tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 5.6.9-cu yarımbəndini rəhbər tutaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirlərindən birinin tətbiq edilməsini məqsə dəmüvafiq hesab edərək baxılmasını xahiş etmişdir.

41. Həmin yazılı məruzə əsasında da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18.01.2019-cu il tarixli **********6 saylı əmrinə əsasən əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə verilmiş intizam tənbeh tədbirindən nəticə çıxarmayaraq təkrar qanun pozuntusuna yol verdiyinə, öhdəsinə düşən vəzifələrini yerinə yetirməyərək etik davranış qaydalarına əməl etmədiyinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsində müdir vəzifəsində qulluq keçən İddiaçı 18.01.2019-cu il tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla 28.07.2016-cı il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

42. Beləliklə, iddia çı kassasiya şikayətində məhkəmə tərəfindən iddiaçının hansı pozuntulara yol verildiyinin göstərilmədiyinə istinad etsə də, yuxarıda qeyd edilmiş işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh orqan tərəfindən iddiaçının vəzifədən azad edilməsinin əsasları göstərilmiş, onun öz xidməti vəzifəsinin icrası ilə bağlı yol verdiyi nöqsanlar və kobud pozuntular işə baxılarkən öz təsdiqini tapmışdır.

43. Hazırkı qərarın 19-27-ci bəndlərində göstərilən normaların məzmunundan göründüyü kimi, dövlət qulluqçusu vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə onun barəsində “dövlət qulluğundan azad edilmə” intizam tənbeh tədbiri tətbiq edilə bilər.

44. Odur ki, iddiaçının dövlət qulluğundan azad edilməsi barədə cavabdeh orqanın mübahisələndirilən əmri qanuni və ə saslı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

45. Odur ki, iddiaçının kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.05.2021-ci il tarixli, 2-1(107)20/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

46. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.05.2021-ci il tarixli, 21(107)-20/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar