Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1607/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair hüququn vəfat etmiş şəxsə məxsus olması barədə arayış verilməsi; işin hallarının araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Na zirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka dair mülkiyyət hüququnun mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2023-cü il tarixli, 2-1(103)-122/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Abşeron Rayon İcra Hakimiyyəti başçısının Pirəküşkül-Qobustan kəndləri üzrə nümayəndəsinin 25 dekabr 1997-ci il tarixli 8 saylı sərəncamı əsasında X3 (iddiaçının əri) Pirəküşkül kəndində Bakı-Şamaxı magistral yolunun sol kənarında yerləşən qeyri-yaşayış sahəsi üzərin də hüququ Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 22 iyun 2004-cü il tarixli, 01 nömrəli reyestr kitabının 132-ci səhifəsində 525 reyestr nömrəsi ilə qeydiyyata alınmış və bu barədə texniki pasport tərtib edilmişdir.
2. İş materiallarına Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 525 saylı qeydiyyat vəsiqəsinin fotosurətinin notarial qaydada təsdiqlənmiş surəti əlavə edilmişdir.
3. X5 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, bu barədə 3 saylı Bakı “ASAN” xidməti tərəfindən xx.xx.2020-ci il tarixli AZ-İİ 063648 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir.
4. İddiaçı mərhum ərinə məxsus daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir.
5. Belə ki, cavabdehin xx.xx.2020-ci il tarixli, **********94 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, müraciətlə əlaqədar qeyd edilən əmlakın qeydiyyata alınması ilə bağlı idarənin arxivində heç bir məlumat aşkar olunmamışdır. Həmçinin, qeyriyaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi il ə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 22 iyun 2004-cü il tarixli, 01 nömrəli reyestr kitabının 132-ci səhifəsində 525 reyestr nömrəsi ilə qeydiyyata alınaraq mülkiyyət hüququna dair 525 nömrəli qeydiyyat vəsiqəsi ilə mərhum həyat yoldaşı X2 miras payı qalmış Bakı-Şamaxı magistral yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binasına dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Pirəkəşkül kəndi, Bak ı-Şamaxı magistral yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binası iddiaçının mərhum həyat yoldaşı X3 adına Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 22 iyun 2004cü il tarixli, 01 nömrəli reyestr kitabının 132-ci səhifəsində 525 reyestr nömrəsi ilə qeydiyyata alınaraq mülkiyyət hüququna dair 525 nömrəli qeydiyyat vəsiqəsi və texnik pasport verilmişdir. Həyat yoldaşı X5 xx.xx.2020-ci ildə vəfat etdikdən sonra iddiaçı ondan miras payı qalmış qeyri-yaşayış binasına dair vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmək üçün daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət ünvanlamışdır. Müraciətinə xx.xx.2020-ci il tarixli, **********6 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, aparılan araşdırma zamanı, elektron kadastr baza və arxiv məlumatlarına əsasən qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakın Abşeron rayonunun inzibati ərazi vahidliyinə aid ərazidə yerləşmədiyi müəyyən edilmiş və aidiyyatı üzrə Xidmətin 1 saylı Bakı Şəhər Ərazi idarəsinə müraciət etməyi tövsiyə olunmuşdur. İddiaçıya tövsiyə olunduğu kimi arayışın əldə olunması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh ərizəsinə cavab olaraq bildirmişdir ki, sözügedən qeyri-yaşayış binasına dair idarənin arxivində heç bir məlumat aşkar olunmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, həmin qeyri-yaşayış binası 20 ildən artıq bir müddətdir ki, iddiaçının ailəsinin mülkiyyətindədir və kafe kimi fəaliyyət göstərir. Qeyri-yaşayış binası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergi İdarəsindən qeydiyyatdan keçmiş və ********** saylı VÖEN-lə vergi ödəyicisidir. Kommunal ödənişlər (qaz, su, işıq) iddiaçı tərəfindən vaxtlı-vaxtında ödənilmiş və bu vaxta qədər obyekt fasiləsiz olaraq fəaliyyətini davam etdirmişdir. Cavabdeh orqanın cavabından belə məlum olur ki, qeyri-yaşayış binasının arxiv sənədləri yoxdur. Lakin qeyriyaşayış obyektinə dair sənədlərdən aydın şəkildə məlumdur ki, 17 ilə yaxın bir müddət mərhum həyat yoldaşı Rafiq Xəlilovun mülkiyyəti kimi dövlət tərəfindən tanınmış və onun adına mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi, texniki pasport verilmişdir. Cavabdeh orqanın arxivində qeyri-yaşayış binasına dair hər h ansı məlumatın olmaması iddiaçının arayışı əldə edə bilməməyi və birinci dərəcəli vərəsə kimi miras payından kənarda qalmağı üçün əsas ola bilməz.
8. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazın məzmunu imtina məktubunun məzmunu ilə eynilik təşkil edir.
9. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, H210 nömrəli məktubuna əsasən Abşeron Rayon İHB-nın 25 dekabr 1997-ci il tarixli sərəncamı arxiv sənədlərinin içərisində aşkar edilməmişdir.
10. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2021-ci il tarixli XO-xx-xx-2021-02159 nömrəli məktu buna əsasən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 22 iyun 2004-cü il tarixli, 525 nömrəli qeydiyyat vəsiqəsinin və həmin vəsiqəsinin verilməsinə əsas olmuş sənədlər idarənin arxivində aşkar olunmamışdır.
11. Bakı İnzibati Məhkəməsinin 9 mart 2022-ci il tarixli, 2-1(112)-695/2022 nömrəli qərarı (hakim M.C.Qarayeva) ilə iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Bakı-Şamaxı magistral yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binası üzərində mərhum əri X3 hüququnun qeydiyyata alınmasını təsdiq edən sənəd kimi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 525 saylı qeydiyyat vəsiqəsinin fotosurətini təqdim etmişdir. Lakin həmin sənədin əsli iddiaçıdan tələb edilsə də, məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə yalnız həmin sənədin fotosurətinin notariat qaydada təsdiqlənmiş surəti təqdim edilmişdir ki, bu da həmin sənədin mötəbərliyinə şübhə yaradır. Çünki notarius tərəfindən yalnız sənədin fotosurətinin düzgünlüyü təsdiq etmişdir. Bundan başqa, iddiaçının iddiasının əsası kimi təqdim etdiyi qeydiyyat vəsiqəsi və onun verilməsi üçün əsas olmuş sənədlərin, həmçinin də Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Pirəküşkül-Qobustan kəndləri üzrə nümayəndəsinin 25 dekabr 1997-ci il tarixli 08 saylı sərəncamının mövcud olması barədə araşdırma aparılsa da, həmin sənədlər dövlət arxivlərində aşkar edilməmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, Pirəküşkül kəndində Bakı-Şamaxı magistral yolunun sol kənarında yerləşən qeyri-yaşayış sahəsi üzərində iddiaçının mərhum əri olmuş X3 hüququnu təsdiq edən sənədin təqdim edilməməsi barədə cavabdehin dəlilləri qanuni və əsaslı olmuşdur.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı apellyasiya instansiyası məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Abşeron Rayon İcra Hakimiyyəti başçısının PirəküşkülQobustan kəndləri üzrə nümayəndəsinin 25 dekabr 1997-ci il tarixli 08 saylı sərəncamı əsasında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tari xdə 01 nömrəli reyestr kitabında 132-ci səhifədə 525 reyestr nömrəsi altında qeydə alınmış və bu barədə 525 saylı qeydiyyat vəsiqəsi verilmiş Bakı-Şamaxı magistral yolunun sol tərəfində yerləşən daşınmaz əmlaka dair mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-330/2-5281/**********705281 nömrəli məktubuna əlavə edilən Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Pirəkeşkül-Qobustan kəndləri üzrə nümayəndəliyinin 08 saylı 25 dekabr 1997-ci il tarixli sərəncamında göstərilmişdir ki, Bakı-Şamaxı magistral yolunun sol kənarında 20.0 x 10.0 m ölçüdə torpaq sahəsi R.Xəlilova “Görüş” kafesi tikintisi üçün ayrılmış dır.
16. Həmin məktuba Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Rafiq Xəlilovun adına sözügedən daşınmaz əmlakla bağlı hazırlanmış texniki pasport da əlavə edilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2023-cü il tarixli, 2-1(103)-122/2023 nömrəli qərarı (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 9 mart 2022-ci il tarixli, 2-1(112)-695/2022 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Pirəküşkül-Qobustan kəndləri üzrə nümayəndəsinin 25 dekabr 1997-ci il tarixli 08 saylı sərəncamı əsasında Azərbaycan Respublika sı Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə 01 nömrəli reyestr kitabında 132-ci səhifədə 525 reyestr nömrəsi altında qeydə alınmış və bu barədə 525 saylı qeydiyyat vəsiqəsi verilmiş Bakı-Şamaxı magistral yolunun sol tərəfində yerləşən daşınmaz əmlaka dair mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
18. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Pirəküşkül-Qobustan kəndləri üzrə nümayəndəsinin 25 dekabr 1997-ci il tarixli 08 saylı sərəncamı əsasında X3 Pirəküşkül kəndində Bakı-Şamaxı magistral yolunun sol kənarında yerləşən qeyri-yaşayış sahəsi üzərində hüququ dövlət qeydiyyatına alınmış və texniki pasport verilmişdir. X5 ilə iddiaçı arasında xx.xx.1972-ci il tarixdə nikah bağlanmış, sonradan xx.xx.2020-ci il tarixdə X5 ölmüşdür. Buna görə də, iddiaçı tərəfindən mərhum həyat yoldaşına məxsus olduğunu iddia etdiyi qeyri-yaşayış obyekti ilə bağlı reyestrdən daşınmaz əmlakın mərhuma məxsusluğuna dair arayışın verilməsi üçün tələb olunan bütün sənədlər təqdim olunmuş hesab olunmalıdır.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh qeyd edir ki, elektron kadastr məlumatlarına əsasən qeyri-yaşayış binasının texniki pasportda qeyd edilən torpaq sahəsi bütövlükdə yüksək gərginlikli elektrik xəttinin və bir hissəsi isə Bakı-Şamaxı avtomobil yolunun mühafizə zonasında yerləşir. Bundan başqa, texniki pasportda qeyd edilən torpaq sahəsi ilə faktiki sahə arasında konfiqurasiya və perimetrik ölçü fərqi mövcuddur. Qeyd olunanlarla yanaşı, göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aid olduğundan, icarə müqaviləsinin bağlanması məqsədi ilə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edilməsi tövsiyə olunur. Cavabdeh kassasiya şikayətinin əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1, 12.1 və 23-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na, “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri ”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 298 nömrəli qərarının 1.2-ci bəndinə və Torpaq Məcəlləsinin 51.6-cı maddəsinə istinad edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. İddiaçı tərəfindən kassasiya şikayətinə etiraz təqdim edilmiş, etirazın dəlilləri iddia tələbinin dəlilləri ilə eynilik təşkil etməklə kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilmə si haqqında Təlimat” (2 nömrəli əlavə): 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir.... 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəl ləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınm az əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Maddə
12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənə d vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.... Maddə
22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələ blər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə sax laya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hazırkı qərarın 24 “a” bəndində qeyd olunan prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
28. Belə ki, apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməsi barədə qərar qəbul edərkən öz mövqeyini əsaslandırmışdır ki, iddiaçı tərəfindən mərhum həyat yoldaşına məxsus olduğunu iddia etdiyi qeyri-yaşayış obyekti ilə bağlı reyestrdən daşınmaz əmlakın mərhuma məxsusluğuna dair arayışın verilməsi üçün tələb olunan bütün sənədlər təqdim olunmuşdur.
29. Kassasiya şikayətinin dəlillərinə əsasən qeyri-yaşayış binasının texniki pasportda qeyd edilən to rpaq sahəsi bütövlükdə yüksək gərginlikli elektrik xəttinin və bir hissəsi isə Bakı-Şamaxı avtomobil yolunun mühafizə zonasında yerləşir, habelə, texniki pasportda qeyd edilən torpaq sahəsi ilə faktiki sahə arasında konfiqurasiya və perimetrik ölçü fərqi mövcuddur.
30. Məhkəmə kollegiyası kassatorun mübahisələndirilən qərarla bağlı dəlillərinə dair birinci növbədə qeyd edir ki, kassasiya şikayətində qeyd edilən həmin dəlillər cavabdeh tərəfindən nə iddiaçının müraciətindən imtina edilməsi, nə də aşağı instansiya məhkəmələrində icraat zamanı irəli sürülməmiş, hər hansı sübut təqdim edilməmişdir. Hazırda da cavabdeh kassasiya şikayətinin dəlillərini təsdiq edəcək hər hansı sübutu şikayətinə əlavə etməmişdir.
31. Belə olan halda, məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda qeyd edilən dəlillərini əsaslı hesab etmir. Bununla yanaşı, qeyd olunmalıdır ki, hazırkı iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmadığından kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının əhəmiyyətli dərəcədə pozulması ilə bağlı dəlili apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üçün əsaslıdır.
32. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 23-cü bəndində qeyd edilən maddi hüquq normasına əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
33. İşin müəyyən edilən hallarına görə iddiaçı mübahisələndirilən qeyri-yaşayış sahəsinə dair mərhum ərinin adına verilmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 525 saylı qeydiyyat vəsiqəsinin fotosurətini təqdim etmişdir. Məhkəmə araşdırması zamanı həmin qeydiyyat vəsiqəsinin digər nüsxəsi nə cavabdehin arxivində, nə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin arxivində, nə də digər orqanların arxivlərində aşkar edilməmişdir.
34. Habelə iddiaçının özü də iddia ərizəsinə əlavə etdiyi qeydiyyat vəsiqəsinin əslini təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanun un 8.0.5-ci maddəsində nəzərdə tutulan qeydiyyat vəsiqəsi təqdim edilmədiyindən mütləq şəkildə həmin qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlər (hazırkı halda Abşeron Rayon İcra Hakimiyyəti başçısının Pirəküşkül-Qobustan kəndləri üzrə nümayəndəsinin 25 dekabr 1997-ci il tarixli 8 saylı sərəncamı) apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmalı idi.
35. Lakin apellyasiya instansiyası məhkəməsi proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12 və 58-c i maddələrinin tələblərinə əsasən iş üzrə tam, hərtərəfli və obyektiv şəkildə araşdırma aparmamışdır.
36. Belə ki, cavabdeh tərəfindən təqdim edilən sənədlərə əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının Pirəkeşkül-Qobustan kəndləri üzrə nümayəndəliyinin 08 saylı 25 dekabr 1997-ci il tarixli sərəncamı ilə Bakı-Şamaxı magistral yolunun sol kənarında 20.0 x 10.0 m ölçüdə torpaq sahəsi R.Xəlilova “Görüş” kafesi tikintisi üçün ayrılmışdır. Bundan sonra Rafiq Xəlilov xx.xx.2004-cü il tarixdə öz şəxsi vəsaiti hesabına tikdirdiyi tikililərə texniki pasport və qeydiyyat vəsiqəsinin hazırlanmasını xahiş etmişdir. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Rafiq Xəlilovun adına sözügedən daşınmaz əmlakla bağlı texniki pasport hazırlanmışdır.
37. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri çərçivəsində olmuş, müstəsna hallarda bu səlahiyyət inzibati akt əsasında həmin icra hakimiyyətinin şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nümayəndəliklərinə ötürülmüşdür.
38. Hazırkı halda, mübahisələndirilən qeyri-yaşayış sahəsinə dair torpaq ayrılmasına və tikilməsinə əsas olmuş Abşeron Rayon İcra Hakimiyyəti başçısının Pirəkeşkül-Qobustan kəndləri üzrə nümayəndəliyinin 08 saylı 25 dekabr 1997-ci il tarixli sərəncamı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmamış, həmin sərəncamın qəbul edilməsi ilə bağlı səlahiyyətin Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Pirəkeşkül-Qobustan kəndləri üzrə nümayəndəliyə ötürülməsi nə dair sərəncamın – inzibati aktın mövcud olması, Pirəkeşkül-Qobustan kəndləri üzrə nümayəndəliyinin torpaq ayrılması barədə sərəncam qəbul etməyə səlahiyyətli olması araşdırılmamışdır.
39. İşə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman yuxarıda qeyd edilən hallar – Abşeron Rayon İcra Hakimiyyəti başçısının Pirəkeşkül-Qobustan kəndləri üzrə nümayəndəliyinin torpaq ayrılması barədə sərəncam qəbul etməyə səlahiyyətli olması yoxlanılmalı, yalnız bundan sonra hazırkı iş üzrə mübahisə predmeti olan qeyriyaşayış sahəsinə dair əmlakın vəfat etmiş şəxsə - iddiaçının ərinə məxsus olması barədə məsələyə hüquqi qiymət verilməlidir.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 23-24-cü bəndlərində qeyd olunan maddi və p rosessual hüquq normalarının tələblərinə cavab vermir.
41. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2023-cü il tarixli, 2-1(103)-122/2023 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
42. İşə təkrar baxan məhkəmə işin hallarını Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla təkrarən araşdırmalıdır.
43. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan hazırkı halda şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.
44. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2023-cü il tarixli, 21(103)-122/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.