Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1608/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1608/2020) Açar sözlər: sərəncamın ləğv edilməsi Giriş hissə 23.09.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı vəkili Vəkiliştirakı ilə, İddiaçı Cavabdehnə qarşı xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamın qismən ləğv edilməsi tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-131/2020 saylı iş üzrə xx xxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: Qəbələ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 125 nömrəli sərəncamına əsasən, X6 uzun müddətli istifadə etmək üçün Göyçay rayonu ərazisindəki dövlət torpaq fondundan icarəyə qış otlaq sahəsinin ayrılması barədə Qəbələ RİH başçısının xx.xx.1999-cu il tarixli sərəncamında qismən dəyişiklik edilməsi, Mirbala Xanalıyevə verilmiş qış otlaq sahəsindən X2, X5, X3 və İddiaçı oğluna birlikdə 327 hektar qış otlaq sahəsinin uzun müddətli istifadə üçün ayrılması qərara alınmışdır. Həmin sərəncam əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və X əritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsi tərəfindən X1 adına 314,4 hektar örüş sahəsinin 15 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2001-ci il tarixli JN10xx xxx 40800001 nömrəli "Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə" verilmişdir. Bundan sonra İddiaçı Göyçay RİH-ə ərizə ilə müraciət edərək qeyd olunan 314 ha torpaq sahəsinin onun icarəsinə verilməsini xahiş etmişdir. Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli 76 nömrəli sərəncamına əsasən, Göyçay rayonu inzibati ərazisindəki "Törə dağ" adlanan dövlət torpaq fondunun 300 hektarının İddiaçı icarəyə verilməsi qərara alınmış, Göyçay RİH ilə İddiaçı arasında 300 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2011-ci il tarixli icarə müqavilə bağlanmışdır. Bundan sonra, yəni Göyçay RİH başçısının x x.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamına əsasən, rayonun inzibati ərazisində mövcud olan dövlət fondu torpağından 1000 hektar X11 icarəyə verilmiş və torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2013-cü ildə icarə müqaviləsi bağlanmışdır. Bu torpaq sahəsinə X10 icarə hüququ xx.xx.2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Vəliyev X7 İlkin Nəbi oğlunun icarəsinə verilmiş torpaq sahəsinin bir hissəsinin onun icarəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyünü əsas tutaraq, Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Göyçay RİH-in xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamının 300 ha torpaq sahəsinə aid hissədə ləğv olunmasını xahiş etmişdir. İddi açının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki,Göyçay RİH başçısının xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamı ilə X11 icarəyə verilmiş 1000 ha torpaq sahəsinin 300 ha hissəsi Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli 76 nömrəli sərəncamı ilə ona icarəyə verilmiş 300 ha torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdehin etiraz dəlilləri: Cavabdeh iddianı qəbul edib-etmədiyini bildirməmiş və yuxarıda göstərilən halları sadalamaqla kifayətlənərək, işə qanunauyğun baxılmasını və müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (84)-730/2019 saylı, 17 dekabr 2019-cu il tarixli qərarı ilə (hakim-V.Qasımov) iddia təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı icarəyə torpaq sahəsi verilməsi ilə əlaqədar tərtib edilmiş sənədlər həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etməyə imkan vermir. Bu səbəbdən də həmin torpaq sahəsinin X11 icarəyə verilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyil. Belə olan halda iddiaçı, X11 torpaq sahəsinin icarəyə verilməsinin qanunsuz olmasını iddia etməkdə haqlı deyil. Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-131/2020 saylı, xx xxx 2020ci il tarixli qərarı ilə (hakimlər R.Rəfiyev (sədrlik edən və məruzəçi) Ə.Məcidov və M.Əsədli) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İ qtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-730/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qərarını birinci instansiya məhkəməsinin dəlillərinə uyğun əsaslandırmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilmişdir ki, apelyasiya instansiyası tərəfindən iş tam araşdırılmalı olduğu halda tam araşdırılmamışdır. Belə ki, hazırki mübahisə ilə bağlı ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin verdiyi mütəxəssis rəyi də özözlüyündə həqiqəti əks etdirmir. Çünki rəydə qeyd olunmuşdur k i, Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli 76 nömrəli sərəncamı ilə İddiaçı icarəyə verilmiş 300 ha torpaq sahəsinin yerquruluşu sxemində kifayət qədər istinad nöqtələri, koordinatları olmadığından ayrılmış torpaq sahəsinin harada yerləşməsini, eləcə də Göyçay RİH başçısının xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamı ilə X11 icarəyə verilmiş 1000 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir. Halbuki Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli 76 nömrəli sərəncamı ilə İddiaçı icarəyə verilmiş 300 ha torpaq sahəsinin yerquruluşu sxemi müəyyən edilərkən müvafiq qurumların razılığı və rəyi olmuşdur. Göyçay RİH-də və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsində İddiaçı icarəyə verilmiş torpaq sahəsinin yerquruluşu sxemi, yaxud onun koordinatlarını müəyyən etməyə imkan verən digər sənədlərin olmaması İddiaçı təqsiri deyil. Ona görə də işin halları hərtərəfli araşdırılmalı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, Dövlət Arxivinə müvafiq sorğular verilməli idi. Bundan başqa, iş məhkəmə icraatında olan zaman İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edərək icarə hüququnun dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2020ci il tarixli məktubu ilə bildirilmişdir ki, “torpaq sahəsinin üzərində icarə hüququnun qeydiyyatı üçün zəruri olan inventarlasdırılma isləri aparılmış və torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerindəmüəyyən edilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsin in təqdim etdiyi “elektron baza məlumatları ilə İddiaçı istifadəsində torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları digər icarəçiyə məxsus **********27 reyestr və **********64 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşür". Lakin məhkəmə icraatı zamanı ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin verdiyi mütəxəssis rəyində isə qeyd olunmuşdur ki, Göyçay RİH başçısının 19.09,2011-ci il tarixli 76 nömrəli sərəncamı ilə İddiaçı icarəyə verilmiş 300 ha torpaq sahəsinin yer quruluşu sxemində kifayət qədər istinad nöqtələri, koordinatları olmadığından ayrılmış torpaq sahəsinin harada yerləşməsini, eləcə də Göyçay RİH başçısının xx.xx.2013-cii il tarixli 53 nömrəli sərəncamı ilə X11 icarəyə verilmiş 1000 ha torpaq sahəsi ilə üstüstə düsüb-düşməməsini müəyyən etm ək mümkün deyildir.Göründüyü kimi eyni Komitənin müxtəlif qurumlarının verdiyi rəylər aşkar ziddiyyət təşkil edir. Tərəflərin izahatları İddiaçı vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Əsaslandırıcı hissə Kollegiya cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti qanunla müəyyən o lunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, işin hallarından göründüyü kimi Qəbələ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 125 nömrəli sərəncamına əsasən, X6 uzun müddətli istifadə etmək üçün Göyçay rayonu ərazisindəki dövlət torpaq fondundan icarəyə qış otlaq sahəsinin ayrılması barədə Qəbələ RİH başçısının xx.xx.1999-cu il tarixli sərəncamında qismən dəyişiklik edilməsi, Mirbala Xanalıyevə verilmiş qış otlaq sahəsindən X2 və onunla birlikdə 4 çoban ailəsinə 327 hektar qış otlaq sahəsinin uzun müddətli istifadə üçün ayrılması qərara alınmışdır. Həmin sərəncam əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsi tərəfindən X1 adına 314,4 hektar örüş sahəsinin 15 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2001-ci il tarixli JN10xx xxx 40800001 nömrəli "Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə" verilmişdir. Bundan sonra İddiaçı Göyçay RİH-ə ərizə ilə müraciət edərək qeyd olunan 314 ha torpaq sahəsinin onun icarəsinə verilməsini xahiş etmişdir. Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli 76 nömrəli sərəncamına əsasən, Göyçay rayonu inzibati ərazisindəki "Törə dağ" adlanan dövlət torpaq fondunun 300 hektarının İddiaçı icarəyə verilməsi qərara alınmışdır. Göyçay RİH ilə İddiaçı arasında 300 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2011-ci ildə "Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə (Torpaq icarəsi müqaviləsi)" bağlanmışdır. Bundan sonra X4 RİH-ə xx.xx.2013-cü il tarixli ərizə ilə müraciət edərək rayonun inzibati ərazisində olan dövlət fondu torpaqlarından ona uzun müddətli icarəyə torpaq sahəsinin verilməsini xahiş etmişdir. Göyçay RİH-in komissiyası tərəfindən torpaq sahələrinə baxış keçirilmiş, rayonun keçmiş R.Rza və Bığır təsərrüfatlarının inzibati ərazisinin aralığında yerləşən dövlət fondu torpaqlarından 1000 hektar torpaq sahəsinin X11 uzun müddətli icarəyə verilməsi məsləhət bilinmiş və bu barədə xx.xx.2013-cü il tarixli akt tərtib edilmişdir. Göyçay RİH başçısının xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamına əsasən, rayonun inzibati ərazisində mövcud olan döv lət fondu torpağından 1000 hektarın X11 uzun müddətli icarəyə verilməsi qərara alınmışdır. X11 icarəyə verilən 1000 ha dövlət fondu torpağının yerquruluşu planı tərtib edilmişdir. Göyçay RİH ilə X14 arasında 1000 ha torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2013-cü ildə "Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə (Torpaq icarəsi müqaviləsi)" bağlanmışdır. Göyçay RİH başçısının xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamı ilə icarəyə verilmiş 1000 ha torpaq sahəsinə X10 icarə hüququ xx.xx.2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyataı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Həmin 1000 ha torpaq sahəsi ilə bağlı X10 adına xx.xx.2017-ci ildə A-123496 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Belə ki, işin hallarından göründüyü kimi iddiaçı xx.xx.2013-cü il tarixli sərəncamla X10 icarəsinə verilmiş 1000 ha torpaq sahəsinin, əvvəllər onun icarəsinə verilmiş 300 ha torpaq sahəsindən verildiyini iddia edir və bu əsasla həmin sərəncamın, habelə X10 icarə hüquqlarının daşınmaz əmlakın dövlət reystrində aparılmış qeydin ləğvini tələb edir. Bu iddia tələbi mübahisələndirmə iddiasıdır. Mübahisələndirmə iddialarının hüquqi əsasını təşkil edən «İnzibati icraat haqqında» Qanunun 67.1 və 67.2-ci maddələrinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanuns uz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İddiaçı bu tələbinin faktiki əsası kimi isə ona istinad edir ki, onun icarəsinə verilmiş torpaq sahəsinin 300 ha hissəsi, icarə müqaviləsi qüvvədə olduğu halda başqasına verilmişdir. Apelyasiya instansiyası məhkəməsinin apelyasiya şikayətini rədd edərkən əsaslandığı dəlillərdən biri ondan ibarətdir ki, Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü hissəsinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təmin vermir. Məhkəmə kollegiyası xatırladır ki, bu normanın tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin «V.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəmə si Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məcəllənin 14.2.2-ci maddəsində dövlət orqanlarının aktları qanunvericilikdə mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsası kimi göstərilmişdir. Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınma z əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Konstitusiya Məhkəməsinin bu qərarı hazırki işə münasibətdə onu ehtiva edir ki, apelyasiya instansiyası məhkəməsinin Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü hissəsinə istinadı qanuna uyğun deyildir. Məhkəmənin iddianı rədd edərkən əsaslandığı di gər dəlil ondan ibarət olmuşdur ki, iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin, üçüncü şəxsə icarəyə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmələr iddiaçıya verilmiş torpaq sahəsinin üçüncü şəxsə verilmiş torpaq sahəsi ilə üstüstə düşüb düşməməsini təhlil etməkdə haqlı olmuşlar. Çünki cavabdehin mübahisələndirilən sərəncamının qanuniliyi, üçüncü şəxsə verilmiş torpağın iddiaçıya verilmiş torpaq (və ya onun bir hissəsi) olub olmamasından asılıdır. Məhkəmələrin bu araşdırması ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə məktub göndərərək, aşağıdakı suallara cavab verilməsini xahiş etmişdir:
1. Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixl i 76 nömrəli sərəncamı ilə İddiaçı icarəyə verilmiş 300 ha torpaq sahəsinin yerquruluşu sxemi nəzərə alınmaqla döngə nöqtələrinin koordinatları müəyyən edilsin.
2. Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli 76 nömrəli sərəncamı ilə İddiaçı icarəyə verilmiş 300 ha torpaq sahəsi və Göyçay RİH başçısının xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamı ilə X11 icarəyə verilmiş 1000 ha torpaq sahəsi üst-üstə düşürmü?
3. Həmin sahələr üst-üstə düşürsə, koordinatları göstərilsin və sxem tərtib edilsin. Bu məktubun icrası həvalə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubu ilə məhkəməyə göndərilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Göyçay RİH başçısı nın xx.xx.2011-ci il tarixli 76 nömrəli sərəncamı ilə İddiaçı icarəyə verilmiş 300 ha torpaq sahəsinin yerquruluşu sxemində kifayət qədər istinad nöqtələri, koordinatları olmadığından ayrılmış torpaq sahəsinin harada yerləşməsini, eləcə də Göyçay RİH başçısının xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamı ilə X11 icarəyə verilmiş 1000 ha torpaq sahəsi ilə üstüstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir. Üst-üstə düşməni müəyyən etmək mümkün olmadığına görə üçüncü sual üzrə tədqiqat aparılmamışdır. Məhz bu rəyə əsasən məhkəmələr o nəticəyə gəlmişdir ki, iddiaçının torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən olunmur və bu səbəbdən də həmin sahənin üçüncü şəxsə icarəyə verilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə kollegiya sı hesab edir ki, məhkəmənin bu araşdırması yarımçıqdır və Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının araşdırılması prinsipi ilə tam uzlaşmır. Çünki həmin normaya görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1-ci maddə). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2-ci maddə). Daha sonra məhkəmə göstərmişdir ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, mübahisə çərçivəsində həll olunan məsələ hüququn yaranması məsələsi deyildir. Məhkəmənin istinad etdiyi Torpaq Məcəlləsinin 68-ci maddəsində sadalanan sənədlər toplusu iddiaçıda olmasa da, nəzərə alınmalıdır ki, Torpaq Məcəlləsinin 65-ci maddəsinin birinci hissəsinə görə torpaq sahəsinin yerquruluşu planı - torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərt i işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin maddənin ikinci hissəsində deyilir ki, torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. İddiaçının icarə müqaviləsində göstərilən 300 ha torpaq sahəsinə dair subyektiv hüququnu təsdiq edən Göyçay RİH-nin sərəncamı, icarə müqaviləsi və torpaq sahəsinin yerləşməsini əks etdirən, müqavilə bağlanan dövrdə səlahiyyətli dövlət orqanlarının – Göyçay RİH və DTXK-nin Göyçay rayon şöbəsinin - möhürləri ilə təsdiqlənmiş yerquruluşu planı işə əlavə olunmuşdur. Həmin plan 1: 10000 miqyasla tərtib olunmuşdur və ərazidən keçən yollar, orada yerləşən tikililər göstərilməklə seçilən torpaq sahəsi nin planı qeyd olunmuşdur. Bundan başqa, apelyasiya məhkəməsinin müəyyən etdiyi işin hallarından aydın şəkildə görünür ki, İddiaçı icarəsinə verilmiş 314 ha torpaq sahəsi, Qəbələ RİH başçısının xx.xx.1999-cu il tarixli sərəncamı əsasında X1 (iddiaçı ilə birlikdə) icarəsinə verilmiş 327 hektar qış otlaq sahəsindən verilmiş torpaqdır. Bu torpaq sahəsinin koordinatları isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsi tərəfindən X1 adına verilmiş torpaqdan müvəqqəti istifadə hüququna dair JN10xx xxx 40800001 nömrəli şəhadətnamədə aydın və müfəssəl göstərilmişdir. Bu halda, qanuniliyi və mötəbərliyi mübahisə doğurmayan həmin sənədlər əsasında məhkəmə kollegiyası, «texniki kadastr sənədi» olmadığını bildirməklə yerquruluşu mütəxəssisinə tapşırıq verə bilərdi ki, iş materiallarınd a olan torpaqdan müvəqqəti istifadə hüququna dair JN10xx xxx 40800001 nömrəli şəhadətnaməni, yerquruluşu planını əsas götürməklə iddiaçının torpaq sahəsinin hüdudlarını müəyyən etsin. Məhkəmə kollegiyası həmçinin mütəxəssisə izah edə bilərdi ki, qeyd olunan yerquruluşu planında mübahisəli torpaq sahəsini müəyyən etməyə imkan verən, istinad nöqtəsi kimi istifadə olunacaq daşınmaz əmlak (yataq tikililəri) əksini tapmışdır. İşin vəziyyətindən görünür ki, iddiaçıya 300 ha torpaq sahəsinin verilməsi danılmaz fakt kimi qəbul olunur, lakin səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş böyük ölçüdə olan bu torpaq sahəsinin yeri müəyyən olunmur. Bu halda yalnız iddiaçıdan sübut (plan ölçü sənədi və sair) tələb olunması və cavabdehdən işin hallarına aydınlıq gətirilməsi, yəni iddiaçıya verdiyi torp aq sahəsinin harada yerləşdiyi barədə sübut tələb olunmaması, İPM-nin 14-cü maddəsində təsbit olunmuş sübut etmə vəzifəsi barədə müddəlara uyğun deyildir. İşin xüsusi olaraq nəzərə alınmalı halı ondan ibarətdir ki, torpaq sahəsini həm iddiaçıya həm də üçüncü şəxsə icarəyə verən subyekt - cavabdehdir. Mübahisəli torpaq sahəsi dövlətə məxsusdur və bu torpaq sahəsi cavabdehin sərəncamındadır (Torpaq Məcəlləsinin 66-ci maddəsi, Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin x xxxx 2000-ci il tarixli Fərmanının 1-ci bəndinin 5-ci hissəsi, «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci maddəsi). Buna müvafiq olaraq cavabdeh, iddiaçıya verilmiş torpaq sahəsinin harada yerləşməsini yerində göstərməyə borcludur. Bu həm də ondan irəli gəlir ki, rayon (şəhər) icra hakimiyyəti orqanlarına dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi hüququ verilməklə yanaşı, «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci maddəsinin 4-cü bəndində həm də onların, torpaq sahiblərinin və istifadəçilərinin hüquqlarını müdafiə etmək səlahiyyətləri müəyyən olunmuşdur. Əsasnamənin 3-cü maddəsində yerli icra hakimiyyəti başçısının fəaliyyətinin vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi prinsipi, 4-cü maddəsində müəyyən olunmuş fəaliyyətini həyata keçirərkən vətəndaşların hüquq və azadlıqların yerli mənafelərlə uzlaşdırılmalı olması, 35-ci maddəsində qanunçuluğun təmin edilməsi, vətəndaşların hüquq və aza dlıqlarının qorunması səlahiyyətləri əksini tapmışdır. Lakin bu prinsip və səlahiyyətlər, məcmu halda götürüldükdə, habelə «İnzibati icraat haqqında» Qanunda əksini tarmış prinsip və təminatlar əsasında təhlil olunduqda hazırki iş üzrə o hüquqi nəticə törədir ki, icra hakimiyyəti üçün səlahiyyət kimi müəyyən olunmuş bu hərəkətlər əslində vəziflər kimi çıxış edir və cavabdeh iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin yerini dəqiq müəyyən etmək vəzifəsi daşıyır. Bundan başqa, Azərbaycan Respublikası İPM-nin 12.3-cü maddəsinə görə məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanmasında məhkəməyə yardım etməlidirlər. Göründüyü kimi hazırki icraatda Cavabdeh, iddiaçıya icarəyə verilmiş torpaq sahəsinin yerini müəyyən edib göstərmək v əzifəsi daşıyır. Lakin məhkəmə mütəxəssisə torpağın yerini müəyyən etməklə bağlı tapşırıq verərkən cavabdehin də ölçü işlərində iştirakını təmin etməmiş, bununla bağlı ona vəzifələri bildirilməmişdir. Bundan başqa, kassasiya şikayətinə əlavə olunmuş DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin iddiaçıya ünvanlandığı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçı 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edərək, sözügedən torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Bununla əlaqədar olaraq 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən zəruri olan inventarlasdırılma isləri aparılmış və torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerindəmüəyyən edilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi elektron baza məlum atları ilə İddiaçı istifadəsində torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları digər icarəçiyə məxsus **********27 reyestr və **********64 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşür. Lakin məhkəmə icraatı zamanı ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin verdiyi mütəxəssis rəyində isə qeyd olunmuşdur ki, Göyçay RİH başçısının 19.09,2011-ci il tarixli 76 nömrəli sərəncamı ilə İddiaçı icarəyə verilmiş 300 ha torpaq sahəsinin yer quruluşu sxemində kifayət qədər istinad nöqtələri, koordinatları olmadığından ayrılmış torpaq sahəsinin harada yerləşməsini, eləcə də Göyçay RİH başçısının xx.xx.2013-cii il tarixli 53 nömrəli sərəncamı ilə X11 icarəyə verilmiş 1000 ha torpaq sahəsi ilə üst-üstə düsüb-düşməməsini müəyyən etmək mümkün deyildir. Göründüyü kimi ey ni Komitənin müxtəlif qurumlarının verdiyi rəylər aşkar ziddiyyət təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası, aşağı instansiya məhkəmələrinin bu iş üzrə araşdırmasını İPM-nin 12-ci maddəsinin və 14.1-ci maddəsinin tələblərinə uyğun hesab etmir. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. İşə təkrar baxan məhkəmə, iddiaçıya verilmiş torpaq sahəsinin yerquruluşu planına, torpaqdan müvəqqəti istifadə hüququna dair JN10xx xxx 40800001 nömrəli şəhadətnaməyə əsasən torpaq sahəsinin yerini müəyyə n etmək barədə mütəxəssis qarşısında sual qoymalı, zəruri hesab etdiyi halda ekspertiza təyin etməli, torpağın yerini müəyyən etmək üçün, sübutetmə vəzifəsi izah olunmaqla Cavabdeh (işin hallarından məlumatı olan) nümayəndəsinin də tədqiqatda iştirakını təmin etməli, torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi barədə tam araşdırılmış dəlillər əsasında nəticəyə gəlməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılmas ı üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-131/2020 saylı xx xxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.