Məhkəmə qərarları › İş №2-1(102)-1608/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1608/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1608/2021 05.10.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə çıxarış verilməsi tələbi; üçüncü şəxsin məhkəmə icraatına cəlb edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın 17.05.2021-ci il tarixli, 2-1(107)-256/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Göyçay rayon Aqrar İslahat Komissiyasının 28.08.1998-ci il tarixli 41 saylı qərarı ilə İddiaçı mülkiyyətinə 0,12 ha. torpaq sahəsi verilmiş, torpağın mülkiyyətə verilməsinə dair JN – 212A KOD 40814048 saylı şəhadətnamə tərtib edilmişdir.

2. Eyni zamanda, Göyçay rayon Aqrar İslahat Komissiyasının həmin qərarı ilə 1,40 ha torpaq sahəsi X4 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş, torpağın mülkiyyətə verilməsinə dair JN – 0067 KOD 40814058 saylı şəhadətnamə tərtib edilmişdir. Onun ailə üzvlərinin rəsmi razılığı əsasında ******* nömrəli, 17.11.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasə n torpaq sahəsi X1, sonuncunun adına RX seriyalı, ******* nömrəli, 21.11.2014-cü il tarixli çıxarış və həmin tarixli **********36 nömrəli plan və ölçü sənədi tərtib edilmişdir.

3. X14 2019-cu ildə məhkəmədə iddia qaldıraraq mülkiyyətində olan 1,00 ha torpaq sahəsinin 0,42 ha X15, 0,12 ha X9, mülkiyyətində olan 0,40 ha torpaq sahəsinin 0,20 ha hissəsi X5, 0,10 ha X6 və 0,10 ha İddiaçı tərəfindən qanunsuz zəbt edildiyini bildirmiş, qanunsuz zəb edilmiş Göyçay rayonunun Mirzəhüseynli kəndində yerləşən torpaq sahələrinin cavabdehlərdən alınaraq ona qaytarılmasını xahiş etmişdir.

4. Göyçay Rayon Məhkəməsinin 26.10.2015-cı il tarixli 2(046)-725/2015 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş Göyçay rayonunun, Mirzəhüseynli kəndində yerləşən, X7 mülkiyyətində olan 1,00 ha torpaq sahəsinin 0,42 ha- dan X15, 0,12 ha-dan X9, Göyçay rayonunun, Mirzəhüseynli kəndində yerləşən 0,40 ha torpaq sahəsinin 0,20 ha-dan X2, 0,10 ha-dan X6 və 0,10 ha-dan İddiaçı çıxarılması və həmin torpaq sahələrinin X7 istifadəsinə qaytarılması qət edilmişdir.

5. Şəki Apellyasiya Məhkəməsinin 17.01.2019-cu il tarixli, 2(107)-33/2019 nömrəli qətnaməsinə əsasən Göyçay Rayon Məhkəməsinin 26.10.2015-cı il tarixli 2(046)725/2015 nömrəli qətnaməsi İddiaçı, X5, X3 aid hissədə ləğv edilmiş və həmin hissə üzrə yeni qətnamə çıxarılmışdır. X7 mülkiyyətində olan Göyçay rayonunun Mirzəhüseynli kəndində yerləşən RX seriyalı ******* nömrəli çıxarışda göstərilən 0,40 ha torpaq sahəsinin 0,10 ha torpaq hissəsindən İddiaçı çıxarılması tələbi təmin edilməmişdir.

6. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək Göyçay rayonu, Qarabağlar kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh 29.07.2020-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.

7. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi elektron baza məlumatları ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının digər mülkiyyətçiyə məxsus JN-67A nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə üstüstə düşməsi və elektron baza məlumatlarının fərqli olması müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpağın mülki yyətə verilməsinə dair JN 212A saylı şəhadətnaməyə əsasən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbini belə əsaslandırmışdır ki, iddia etdiyi torpaq sahəsi qanuni əsaslarla ona məxsusdur. O, 1995-ci ildən 2016-cı ilədək həmin torpaq sahəsindən istifadə etmiş, hər il həmin torpaq sahəsinin vergi və digər xərclərini ödəmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh əsassız olaraq bundan imtina etmişdir. Cavabdehin imtinası Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152.1, 157.2-ci maddələrinin tələblərinə ziddir.

10. Cavabdeh imtina məktubu ilə eyni məzmunlu etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Şəki İnzibati Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2-1(116)-370/2021 nömrəli qərarı ilə cavabdehin üzərinə Torpağın mülkiyyətə verilməsinə dair JN-212A KOD 40814048 nömrəli şəhadətnaməyə əsasən iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulması qərara alınmışdır

12. Məhkəmə hesab etmişdir ki, elektron baza məlumatlarında pay torpaqları ilə şəhadətnamələrin üst-üstə vurulması iddiaçının hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmişdir.

13. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.05.2021-ci il tarixli, 21(107)-256/2021 n ömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Rövşən Rəfiyev, hakimlər – Vəzirxan Məlikov və İmanverdi Şükürov) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2-1(116)-370/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

15. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Məhkəmə qərarı cavabdehə 08.06.2021-ci il tarixində təqdim edilmişdir.

17. Cavabdeh 07.07.2021-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.05.2021-ci il tarixli, 2-1(107)-256/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏM Ə İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi Şəki Apellyasiya Məhkəməsinin 17.01.2019-cu il tarixli, 2(107)-33/2019 nömrəli qətnaməsinə sübut qismində istinad etsə də, həmin qətnamə hazırkı cavabdehə münasibətdə preyudisial deyil. Belə ki, cavabdeh 2(107)-33/2019 nömrəli iş üzrə məhkəmə icraatına cəlb olunmamışdır.

19. Bundan başqa, məhkəmə İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, məhkəmənin sübut kimi istinad etdiyi yuxarıda adıçəkilən qətnamədə torpaq sahələrinin üst-üstə düşməsi təsdiq olunsa da,qeydiyyatın aparılması öhdəliyi DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. İddianın təmin olunduğu və JN – 212A saylı şəhadətnaməyə əsa sən iddiaçının mülkiyyət hüququnun qeydiyyatı aparılmalı olarsa, bu zaman bir torpaq sahəsinə dair müxtəlif şəxslərə sənəd verilməli olacaq.

20. Məhkəmə tərəfindən İPM-in 28-ci maddəsinin tələbi də pozulmuş, üst-üstə düşən torpaq sahəsinin mülkiyyətçisi X14 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmamış və nəticədə hüquqlarına toxunacaq məsələyə onun iştirakı olmadan baxılmışdır.

21. İşə baxan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 129-cu, İnzibati Prosessual Məcəllənin 35-ci, Torpaq Məcəlləsinin 67-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 9, 11, 12.1-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçıla rının izahatları

23. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

24. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

25. İnzibati-Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd o lmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

26. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

27. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

28. Həmin Məcəllənin 28.2-ci m addəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).

29. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.

31. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

32. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

33. Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsi Plenumunun 23.02.2016-cı il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir”.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14.02.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə uyğun olaraq preyudisiallıq işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qərar ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Göründüyü kimi, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və yalnız prosessual qanunvericiliklə müəyyən edilmiş hədlərə malikdir. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusunun müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Preyudisial lığın obyektiv hədlərini isə qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən hallar, hüquqi faktlar və hüquq münasibətləri təşkil edir”. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

36. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Məhkəmə kollegiyası bunun la bağlı kassatorun dəlillərini əsaslı hesab edir.

38. Belə ki, məhkəmələr iddianı təmin edərkən Şəki Apellyasiya Məhkəməsinin 17.01.2019-cu il tarixli, 2(107)-33/2019 nömrəli qətnaməsinə istinad etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, həmin məhkəmə aktı hazırkı iş üzrə preyudisial qüvvəyə malik deyil. Belə ki, hazırkı qərarın 33-35-ci bəndlərində göstərilən normalara əsasən görünür ki, preyudisiallıq işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır. Hazırkı iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi isə məhkəmənin istinad etdiyi 2(107)-33/2019 nömrəli işdə tərəf kimi iştirak etməmişdir. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.01.2019-cu il tarixli, 2(107)33/2019 nömrəli qətnaməsi hazırkı iş üzrə preyudisial əhəm iyyət daşımır.

39. Buna baxmayaraq qeyd olunmalıdır ki, həmin qətnamə ilə X7 iddia tələbinin İddiaçı münasibətdə rədd edilməsinə əsas sonuncu tərəfindən torpaq sahəsinin zəbt edilməsinin öz təsdiqini tapmaması olmuşdur. Lakin həmin qətnamədə onlara məxsus torpaq sahələrinin üst-üstə düşməsi öz təsdiqini tapmışdır.

40. Belə ki, Şəki Apellyasiya Məhkəməsində 2(107)-33/2019 saylı işə baxılarkən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12.10.2018-ci il tarixli 31483 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və yerquruluşu Layihə-X11 LTİ-nin mütəxəssis rəyinə əsasən Göyçay rayon, Qarabağlar kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətinə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 212-A KOD 40814048 nömrəli şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinin 0,12 hektar hissəsi X8 verilmiş RX seriyalı ******* nömrəli çıxarışla üst-üstə düşür.

41. Beləliklə, sözügedən qətnamə hazırkı iş üzrə preyudisial əhəmiyyət daşımasa da, qətnamədə istinad edilmiş ekspert rəyi torpaq sahələrinin üst-üstə düşmə faktını göstərdiyindən, hazırkı işə baxan məhkəmə öz xidməti vəzifəsindən irəli gələrək bu halı araşdırmalı idi. Belə ki, hazırkı qərarın 26-27-ci bəndlərində göstərilən normaların tələblərindən göründüyü kimi, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaq məhkəmənin xidməti vəzifəsidir və məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamağa bor cludur.

42. Məhkəmə göstərilən prosessual normaların tələblərini pozmuş, mübahisənin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi RX seriyalı ******* nömrəli çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyündən hazırkı mübahisənin həlli də birbaşa olaraq X7 qanunla qorunan maraqlarına toxunur. Belə olan halda isə hazırkı qərarın 28-ci bəndində göstərilən normanın tələbinə görə X14 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməli və mübahisəli hallar onun iştirakı ilə araşdırılmalı idi.

43. Məhkəmələr isə X10 məhkəmə icraatına cəlb etməmiş, işə onun iştirakı olmadan baxmış, nəticədə üçüncü şəxsin iştirakı olmadan onun qanunla qorunan maraqlarına toxunan qərar qəbul edilmişdir.

44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.05.2021-ci il tarixli, 2-1(107)-256/2021 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

45. İşə təkrar baxan məhkəmə X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etməli, onun iştirakı ilə Ali Məhkəmənin yuxarıda göstərdiyi istiqamətdə təkrar araşdırma aparmalı, qanuni və əsaslı qərar qəbul etməlidir.

46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.05.2021-ci il tarixli, 21(107)-256/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə gö ndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar