Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1608/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: rəssamlıq emalatxanasının yerləşdiyi qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmə ti) qarşı “fərdi yaradıcılıq emalatxanası ilə bağlı mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-312/2023 nömrəli iş üzrə 7 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86 kv.m. olan fərdi yaradıcılıq emalatxanası üçüncü şəxs tərəfindən icarə müqavilə əsasında iddiaçının istifadəsinə verilmişdir.
2. İddiaçı fərdi yaradıcılıq emalatxanası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.
3. Cavabdeh inzibati orqan tərəfindən qey ri-yaşayış sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə uyğun sənədlərin təqdim edilməməsi əsas gətirilərək müraciətin təmin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2003-cü il tarixli, 1251 nömrəli Sərəncamına uyğun olaraq ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86 kv.m. olan fərdi yaradıcılıq emalatxanası ilə bağlı mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini o nunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” 19 iyun 2003-cü il tarixli 1251 nömrəli Sərəncamı əsasında artıq 31 ildir ki, istifadə etdiyi yaradıcılıq emalatxanası üzərində mülkiyyət hüququnun tanınması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2021-ci il tarixli imtina ilə bağlı cavab məktubunda bildirilir ki, “qeyd edilən qeyri yaşayış sahəsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(103)2948/2018 saylı qərardadı ilə iddia tələbi mümkü n sayılmamışdır. Məhkəmə aktı ilə İdarə üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Həmçinin qeyri-yaşayış sahəsi ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Bundan əlavə qeyd edilən ünvana texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənin icrası tərəfimizdən mümkün olmamışdır.” Hesab edir ki, 1 saylı Bakı Ərazi İdarəsinin imtina məktubu tamamilə əsassızdır. Belə ki, zəruri sənədlər tərəfindən ərizəyə əlavə olunaraq xx.xx.2021-ci ildə İdarəyə təqdim olunmuşdur. cavabdehin etirazları:
6. Etiraz onunla əsaslandırılmışdır ki, qeyd edilən qeyri-yaşayış sahəsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2- 1(103)-2948/2018 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Məhkəmə aktı ilə İdarə üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Həmçinin, qeyri-yaşayış sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Bundan əlavə, qeyd edilən ünvana texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin 31 mart 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1601/2022 nömrəli iş üzrə 19 may 2022-ci il ta rixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 86 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinə (fərdi yaradıcılıq emalatxanasına) xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, istinad edilən Sərəncamın məzmunundan aşkar göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan rəssamları və heykəltəraşlarının milli mədəniyyətin və incəsənətin təbliğində və inkişafındakı xidmətlərini nəzərə alaraq, onların yaradıcılıq fəaliyyəti üçün şəraiti daha da yaxşılaşdırmaq məqsədi ilə dövlət mülkiyyətində olan və Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verildiyini Sərəncamın birinci bəndinə təsbit etmişdir. Sərəncamın ikinci bəndi isə Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə həm dövlət mülkiyyətində olan, Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş və artıq həmin Sərəncamın birinci bəndi ilə onların mülkiyyətinə verilmiş fərdi yaradıcılıq emalatxanalarının, həm də Azərbaycan Rəssamlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə ittifaqın balansından əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilmiş yaradıcılıq emalatxanalarının üzərində rəssam və heykəltəraşların mülkiyyət hüquqlarını rəsmiləşdirmək öhdəliyi qoyulmuşdur. Başq a sözlə, Xidmətin öhdəliyi Sərəncama əsasən əldə edilmiş mülkiyyət hüququnu qeydə almaqdan və bununla bağlı sənədləri mülkiyyətçiyə verməkdən ibarət olmuşdur. Həmin öhdəlik iddiaçıya münasibətdə hal hazıradək icra olunmadığından, iddiaçı haqlı olaraq öhdəliyin icrasını tələb edir.
10. Beləliklə, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xa hiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-312/2023 nömrəli iş üzrə 7 mart 2023-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixdə İdarəyə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, qeyd edilən qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər (torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə) təqdim edilməmişdir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmam ış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır.
17. Üçüncü şəxsin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2003-cü il tarixli, 1251 nömrəli Sərəncamının 1- ci hissəsində Azərbaycan Respublikasında dövlət mülkiyyətində olan və Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanalarının qanunvericiliyə uyğun olaraq onların mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur.
18. Həmin Sərəncamın 2-ci hissəsi ilə Sərəncamın birinci hissəsinə uyğun olaraq Azərbaycan Rəssamlar İttifaqının üzvlərinə verilmiş fərdi yaradıcılıq emalatxanalarının və Azərbaycan Rəssamlar İttifaqı Rəyasət Heyətinin 14 iyul 2000-ci il tarixli qərarı ilə ittifaqın balansından əvəzsiz olaraq onun üzvlərinin mülkiyyət inə verilmiş yaradıcılıq emalatxanalarının üzərində onların mülkiyyət hüququnun müvafiq qaydada rəsmiləşdirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır.
19. Beləliklə, qeyd edilən Sərəncamla dövlət mülkiyyətində olan və Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi nəzərdə tutulsa da, bunun əvəzsiz qaydada edilməsi nəzərdə tutulmamışdır. Sərəncamda yalnız Azərbaycan Rəssamlar İttifaqının balansında olan yaradıcılıq emalatxanalarının ittifaqın üzvlərinə əvəzsiz verilməsi müəyyən edilmişdir.
20. Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86 kv.m olan yaradıcılıq emalatxanası Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, X1 İdarəsinin ba lansındadır və bu fakt məhkəmə araşdırması zamanı da sübut olunmuşdur.
21. Beləliklə, qeyd edilən qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olduğundan, həmin əmlak “Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və dövlət əmlakının özəlləşdirilməsini tənzimləyən digər qanunvericilik aktlarına uyğun olaraq yalnız dəyəri dövlət büdcəsinə ödənilməklə xüsusi mülkiyyətə verilə bilər. Qanunvericilikdə dövlət əmlakının əvəzsiz özəlləşdirilməsi nəzərdə tutulmamışdır.
22. Məhkəmə işin qeyd edilən hallarını düzgün araşdırmamış və buna obyektiv hüquqi qiymət verməmişdir.
23. Göründüyü kimi yalnız Azərbaycan Rəssamlar İttifaqının balansında olan yaradıcılıq emalatxanaları əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilə bilər.
24. Bundan əlavə hazırkı iş üzrə balans saxlayıcı təşkilat olan Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti üçüncü şəxs qismində işə cəlb edilməli olduğu halda, məhkəmə qeyd olunan təşkilatın məhkəmə icraatında iştirakını təmin etmədən iş üzrə qərar qəbul edərkən yanlış nəticəyə gəlmişdir.
25. Beləliklə, Xidmət tərəfindən hazırkı apellyasiya şikayətində göstərilən dəlillərə bundan əvvəl analoji iş üzrə Ali Məhkəmənin qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında hüquqi qiymət verilsə də, hazırkı işə baxan apellyasiya instansiya məhkəməsi qanunvericiliyin tələbinə uyğun olaraq şikayətdə qeyd olunan dəlillərə hər hansı münasibət bildirmək əvəzinə, formal olaraq birinci instansiya məhkəməsinin qərarında göstərilənləri sadalamaqla kifayətlənmiş və bununla da prosessual qanunvericiliklə üzərinə qoyulmuş öhdəlikləri pozmaqla iş üzrə yanlış nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2003-cü il tarixli, 1251 nömrəli Sərəncamı (4 avqust 2022-ci il tarixli dəyişikliklərlə):
1. Azərbaycan Respublikasında dövlət mülkiyyətində olan və Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanaları qanunvericiliyə uyğun olaraq onların mülkiyyətinə verilsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın birinci bəndinə uyğun olaraq Azərbaycan Rəssamlar İt tifaqının üzvlərinə verilmiş fərdi yaradıcılıq emalatxanaları və Azərbaycan Rəssamlar İttifaqı Rəyasət Heyətinin 14 iyul 2000-ci il tarixli qərarı ilə ittifaqın balansından əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilmiş yaradıcılıq emalatxanaları üzərində onların mülkiyyət hüququnu müvafiq qaydada rəsmiləşdirsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
28. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məc əllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA NİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 32. “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqavilələrindən aydın görünür ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 86 kvm təşkil edən, Mənzil Kommunal Təsərrüfatı Departamenti İnzibati binaların İstismar İdarəsinin balansında olan qeyri-yaşayış sahəsi yaradıcılıq emalatxanası məqsədilə 2002ci ildən İddiaçı müddətli istifadəyə verilmiş, hazırda da onun istifadəsindədir.
33. Apellyasiya instansiyası məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə və “Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2003-cü il tarixli, 1251 nömrəli Sərəncamına istinad edərək iddianı əsaslı hesab etmişdir. 34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmi ş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 35. “Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2003-cü il tarixli, 1251 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən, dövlət mülkiyyətində olan və Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanaları qanunvericiliyə uyğun olaraq o nların mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur.
36. Sərəncamın 2-ci bəndinə əsasən, dövlət mülkiyyətində olan və Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanaları və Azərbaycan Rəssamlar İttifaqı Rəyasət Heyətinin 14 iyul 2000-ci il tarixli qərarı ilə ittifaqının balansından əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilmiş yaradıcılıq emalatxanaları üzərində onların mülkiyyət hüququnu müvafiq qaydada rəsmiləşdirmək vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır.
37. İddiaçının istifadəsində olan yaradıcılıq emalatxanası Azərbaycan Rəssamlar İttifaqının balansında olmamışdır. Emalatxana dövlət mülkiyyətində olmaqla Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin X1 İdarəsinin balansı nda olmuşdur. Odur ki, Azərbaycan Rəssamlar İttifaqının balansında olmayan və Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin X1 İdarəsinin balansında olan qeyri-yaşayış sahəsinə münasibətdə yuxarıda qeyd edilən Qanunun və sərəncamın müddəalarını tətbiq etməklə apellyasiya məhkəməsi səhv nəticəyə gəlmişdir.
38. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia əsaslı olmadığından təmin olunmamalıdır.
39. İPM-in 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya in stansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.
40. Həmin normada təsbit edilən və işin təkrar apellyasiya baxışına qaytarılmasına səbəb olan əsaslar bu işdə mövcud deyil. Mübahisə ilə bağlı işə dair yekun qərar çıxarılması üçün əsaslar vardır.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 mart 2023-cü il tarixli, 21(103)-312/2023 saylı qərarı ləğv edilir. İddia rədd edilir. Qərar qətidir.