Məhkəmə qərarları › İş №2-1(102)-1608/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1608/2024

15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1608/2024 15.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-41/2024 saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin 16 aprel 1999-cu il tarixli qərarı ilə xx.xx.1988-ci il tarixli 9 saylı prtokolla O.M.Akimova verilmiş 1/2 saylı bağ sahəsi özünün ərizəsinə əsasən onun adından çıxarılmış, adına yazılmış üzvlük kitabçası qüvvəsini itirmiş hesab edilmiş, həmin bağ sahəsinin İddiaçı adına sənədləşdirilməsi və adına üzvlük kitabçasının verilməsi qərara alınmışdır.

2. İddiaçı “üzvlük kitabçasının müqavilə ilə əvəzlənməsi barədə” ərizəsinə əsasən Bakı şəhəri İcra Hakimiyyəti başçısı X1 inkişafı və istismarı Birliyi ilə iddiaçı arasında 1/21/302 nömrəli bağ sahəsinin iddiaçının istifadəsinə verilməsinə dair xx.xx.2007-ci il tarixli, 40887 nömrəli Müqavilə bağlanmışdır.

3. İddiaçı həmin bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün ərizə ilə cavabdehə müraciət etmişdir.

4. Cavabdeh çıxarışın verilməsindən imtina etmişdir. İmtina məktubu onunla əsaslandırılmışdır ki, koordinatlarla göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritədən kənarda yerləşir. Həmçinin, X2 və istismarı Birliyi tərəfindən verilmiş 40887 nömrəli müqavilənin arxiv arayışında həmin Birliyin təsdiqedici möhürü yoxdur. Bundan əlavə, kadastr baza məlumatlarına əsasən bağ sahə si Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri İcra Hakimiyyəti Buzovna qəsəbəsi Naxçıvan küçəsində 40887 saylı müqavilə ilə iddiaçıya ayrılmış 1/2-1/1302 saylı bağ sahəsinin üzərindəki hüquqlarının dövlət qeydiyyatına alınmasını məhkəmədən xahiş etmişdir.

6. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 7. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının “Bakı Şəhəri İcra Hakimiyyəti Buzovna qəsəbəsi Naxçıvan kü çəsində 40887 saylı müqavilə ilə iddiaçıya ayrılmış 1/21/1302 saylı bağ sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1988-ci ildə məlum Qarabağ məsələsi ilə əlaqədar ailəsilə birlikdə məcburi olaraq köçkün düşərək Bakı şəhəri Binə qəsəbəsində məskunlaşmışlar. İddiaçıya xx.xx.2007-ci il tarixində 40887 saylı müqavilə əsasında Bakı Şəhəri İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi tərəfindən Buzovna qəsəbəsindəki 1/2-1/1302 nömrəli bağ sahəsi ayrılmışdır. Lakin, sonradan xx.xx.2007-ci il tarixində qeyd edilən idarə ləğv edilmişdir. Bağ sahəsi ilə əlaqədar ona verilən sənədin doğruluğunu, hüquqi əsasda olduğunu müəyyən etmək üçün DƏDRX Bakı Şəhər Ərazi İdarəsinə ünvanladığı rəsmi sorğusuna verilən xx.xx.2015 tarixli, **********68 N-li cavab məktubu da sübut edir ki, ona verilən müqavilə ilə arxivdə saxlanılan müqavilə tamamilə eynidir. Bu isə Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunun 14.4-cü maddəsində göstərilən şərtin və 15-ci maddənin tələblərinin ödənilməməsi, yəni sənədlərin saxta olmaması və hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsasların olmaması anlamına gəlir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin etira zları:

9. İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, təqdim olunmuş hüquqmüəyyənedici sənədlərə əsasən bağ sahəsinin ölçüsü 600 kv.m təşkil edir, yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, əlavə 150 kv.m torpaq sahəsi istifadə edilməkdədir. Habelə, elektron baza məlumatlarına əsasən bağ sahəsi bağçılıq yoldaşlığın ayrıc aktından kənarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********665 saylı xx.xx.2015-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Vətəndaşın 2017, 2018-ci il tarixlərində 1 saylı Bakı Ərazi İdarəsinə deyil, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciətləri daxil olmuş və ona eyni məzmunlu məktublar ünvanlanmışdır. 10. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. 11. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir.

12. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (n aturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmu ş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Ekspert rəyi:

13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-6722/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması mübahisəli ərazidə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "GPS" elektron ölçü aparatına malik mütəxəssisinin və tərəflərin işti rakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur. Birinci sual: Bakı Şəhəri İcra Hakimiyyəti başçısı X1 İnkişafı və İstismarı Birliyi tərəfindən İddiaçı ayrılmış Bakı şəhəri, Buzovna qəsəbəsindəki 1/2-1/1302 nömrəli bağ sahəsi (naturada yerləşmə mövqelərinə əsasən koordinatları müəyyən olunaraq) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddirmi? İkinci sual: Bakı Şəhəri İcra Hakimiyyəti başçısı X1 İnkişafı və İstismarı Birliyi tərəfindən İddiaçı ayrılmış Bakı şəhəri, Buzovna qəsəbəsindəki 1/2-1/1302 nömrəli bağ sahəsi (naturada yerləşmə mövqelərinə əsasən koordinatları müəyyən olunaraq) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifa dəsinə verilmiş ərazilərə aid olduğu təqdirdə hansı hissədə yerləşir və yerləşmə vəziyyəti necədir?

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3805 nömrəli ekspert rəyi ilə ekspertiza qarşısında qoyulmuş suallara aşağıdakı kimi cavab verilmişdir. Birinci suala cavab: 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, koordinatlarla göstərilən bağ sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə düşdüyü müəyyən edildi. İkinci suala cavab: Göstərilən bağ sahəsinin hansı hissədə yerləşdiyi və yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə olunmuş sxemdə öz əksini tapmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

15. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-105 2/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı Şəhəri İcra Hakimiyyəti Buzovna qəsəbəsi Naxçıvan küçəsində 40887 saylı müqavilə ilə iddiaçıya ayrılmış 1/2-1/1302 saylı bağ sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, bağ sahəsinin ölçüsü 600 kv.m təşkil edir, yoxlamaölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, əlavə 150 kv.m torpaq sahəsi istifadə edilməkdədir. Habelə, elektron baza məlumatlarına əsasən bağ sahəsi bağçılıq yoldaşlığın ayrıc aktından kənarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istif adəsinə verilmiş ərazilərdə yerləşir.

17. Məhkəmə cavabdeh inzibati orqanın “koordinatlarla göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritədən kənarda yerləşir. Həmçinin, X2 və istismarı Birliyi tərəfindən verilmiş 40887 nömrəli müqavilənin arxiv arayışında həmin Birliyin təsdiqedici möhürü yoxdur.” dəlili ilə bağlı qeyd edir ki, göstərilənlər iddiaçının iradəsindən irəli gələn hallar deyil və belə hallar hüquqların qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz.

18. Məhkəmə cavabdeh inzibati orqanın “bağ sahəsinin ölçüsü 600 kv.m təşkil edir, yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, əlavə 150 kv.m torpaq sahəsi istifadə edilməkdədir.” dəlili ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən həmin halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, iddiaçı 40887 saylı müqavilə ilə ona ayrılmış 1/2-1/1302 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Həmin müqavilədə də torpağın ölçüsü 600 kv.m göstərilmişdir.

19. Məhkəmə cavabdeh inzibati orqanın “elektron baza məlumatlarına əsasən bağ sahəsi bağçılıq yoldaşlığın ayrıc aktından kənarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşir.” dəlili ilə bağlı aşağıdakıları qeyd edir. 20. 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əlavə edilmiş mübahisə predmeti olan bağ sahəsinin əks olunduğu ortofoto planından müəyyən edilir ki, bağ sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə düşür.

21. Lakin, həmin ortofoto planından, həmçinin xx.xx.2021-ci il tarixli yerində müayinə protokolundan müəyyən edilir ki, mübahisə predmeti olan bağ sahəsinin yerləşdiyi ərazi tamamilə yaşayış massividir və ətrafda hər-hansı neft quyusunun yerləşməsi müəyyən olunmur.

22. Cavabdeh inzibati orqanın iddiaya dair yazılı etirazında göstərdiyi “İdarənin elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisi olması” barədə dəlilinə münasibətdə həmçinin qeyd olunmalıdır ki, xx.xx.2004-cü il tarixində "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şi rkəti, X9 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti ("Podratçılar") arasında Saziş ("Saziş") imzalanmış və xx.xx.2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Qanun statusunu almış Saziş iddiaçının torpaq sahəsindən istifadə hüququnu məhdudlaşdırmır. Eləcə də Sazişin müddəaları iddiaçının istifadə hüququnun məhdudlaşdırılması istiqamətində təfsir olunmamalıdır.

23. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə old uğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.

24. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçının üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli dövlət orqanının qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədir. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, qeyd olunan ərazidə torpaq sahəsinin ayrılması və rəsmiləşdirilməsi ilə bağlı sənədlərdə nəzərdə tutulmuş, eləcə də torpaq sahəsinin ayrılması məqsədlərinə uyğun olan fəaliyyətlə məşğul olmaq üçün lazımi tədbirlər həyata keçirmiş və müvafiq iqtisadi və kommunikasiya infrastrukturu yaratmışdır.

25. Beləliklə, məhkəmə hesab ed ir ki, X2 və istismarı Birliyi tərəfindən torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan 40887 saylı xx.xx.2007-ci il tarixli müqaviləsi əsasında həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin müqavilə Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.

26. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

27. Bakı A pellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-41/2024 nömrəli qərarı ilə cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1052/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, cavabdehin dəlillərinə cavab olaraq aşağıdakıları qeyd etmişdir.

29. İddiaçıya ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşməsi barədə dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı məhkəməyə tərəfindən tərəflərin iştirakı ilə mübahisələndirilən torpaq sahəsinə baxış keçirilmiş dir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin torpaq sahəsinin yerləşdiyi ərazi yaşayış massividir, ərazidə avtomobil yolları vardır, yolların hər iki tərəfi yaşayış evlərindən ibarətdir. Həmin ərazidə Dövlət Neft Şirkətinə məxsus heç bir tikili, qurğu mövcud deyil. SOCAR tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda həmin ərazidə iki neft-qaz quyusunun olduğu göstərilsə də, həmin quyuların ləğv edildiyi qeyd olunmuşdur. Lakin məhkəmə tərəfindən keçirilən yerində müayinə zamanı üçüncü şəxsin nümayəndəsi həmin ərazidə neft-qaz quyusunun mövcud olduğunu göstərə bilmədi. Həmçinin ərazi Dövlət Neft Şirkəti tərəfindən qazla təchiz olunmuşdur, hər bir evə, o cümlədən iddiaçının yaşadığı evə qaz xətti çəkilmişdir və qaz sayğacı quraşdırılmışdır.

30. Üçüncü şəxs həmin qərarda n kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

31. Üçüncü şəxs məhkəmə iclasında verdiyi izahatda, həmçinin məhkəməyə təqdim edilən xəritələrdən çıxarışda torpaq sahəsinin Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazilərə aid olması, eləcə də, “X5” Əməliyyat Şirkətinin kontrakt sahəsi daxilində yerləşməsini bildirsə də, birinci instansiya məhkəməsi qəbul etdiyi qərarda ümumiyyətlə SOCAR tərəfindən təqdim edilmiş sübutlara qiymət verməmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataql arının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə istinad etsə də X2 və İstismarı Birliyi tərəfindən torpaq sahəsinin iddiaçıya ayrılması haqqında 40887 saylı xx.xx.2007-ci il tarixli müqavilənin göstərilən sazişdən sonra bağlanmasını qeyd edərək iddia tələbinin əsaslı olması barədə nəticəyə gəlsə də, nəzərə almamışdır ki, "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X9 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 901-İİQ nö mrəli Qanununun 4-cü maddəsinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.

32. Həmin Qanunun 5-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Bu isə o deməkdir ki, Sazişlə bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər və sonralar bağlanmış hər hansı qərar, sərəncam və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr qüvvədən düşmüşdür.

33. Üçüncü şəxs hesab edir ki, təhlükə potensiallı obyektlərin ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonalarının yaradılmasının məqsədləri əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinat lı obyektlərin istismarına lazımi şərait yaradılması olduğundan həmin ərazilər yaşayış üçün nəzərdə tutulmamışdır. Odur ki, həmin ərazidə iddiaçının torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz və iddiaçının hüquqlarına həmin müdaxilə X6 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin 3-cü qaydasına uyğun olmuşdur (mülkiyyətdən istifadəyə nəzarət). Belə ki, müdaxilə qanuni olmuş, qanuni məqsəd daşımış (əhalinin təhlükəsizliyinin təmin olunması) və zəruri olmuşdur neft-qaz əməliyyatlarının aparılması). Sazişin təsdiq olunduğu Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli 538-İQ nömrəli Qanunun 4-cü bəndində göstərilir ki, Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün m üstəsna hüquq verir. Həmçinin, Sazişin 22.1-ci bəndi ilə tövsif olunmuşdur ki,... bu Saziş Azərbaycan Respublikasının Parlamenti tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Qanunu qüvvəsinə minir və Azərbaycan Respublikasında müddəaları bu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya gələcək qanundan, fərmandan, yaxud inzibati sərəncamdan (və ya onun bir hissəsindən) üstün tutulur, (bu Sazişdə konkret olaraq başqa cür göstərilən hallar istisna olmaqla).

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları” Qaydalarının 3.3-cü bəndinə görə, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə, sənaye və kənd təsərrüfatı müəssisələrinə, elektrikötürücü xətlərinə və elektrik yarımstansiyalarına qədər minimum məsafələr (metrlə) müəyyən edilmişdir. Həmin Qaydalara görə, fontan, qazlift və dalma nasosları ilə təchiz olunmuş quyularla yaşayış evləri arasındakı məsafə ən azı 300 metr, mancanaq dəzgahı ilə istismar olunan və basqı quyuları ilə yaşayış evləri arasında olan mühafizə zonası isə minimum 150 metr müə yyən edilmişdir. Ləğv olunmuş quyularla yaşayış evləri arasında mühafizə zonası isə ən azı 75 metr olması müəyyən edilmişdir.

35. Məhkəməyə təqdim olunmuş sənədlərdən də görünür ki, mübahisəli torpaq sahəsi həm də onun üzərində tikilmiş fərdi yaşayış evi ilə ləğv olunmuş 408 saylı quyu ilə tikili arasındakı məsafə 2 metr, 786 saylı quyu arasındakı məsafə isə 18 metr təşkil edir. Həmin torpaq sahəsinin, eləcə də tikilinin SOCAR-ın daimi istifadəsində olan torpaq sahəsində yerləşməsi, nəinki həmin tikilidə yaşayanların həyatı üçün təhlükədi, eyni zamanda Dövlət Neft Şirkətinə neft-qaz çıxarılması üçün müvafiq əməliyyatların həyata keçirilməsinə maneçilik törədir.

36. Apelyasiya instansiya məhkəməsində müvafiq torpaq sahəsinə yerli baxış keçirilmiş, lakin həmin vaxt Dövlət Neft Şirkətinin müt əxəssisləri iştirak etmədiyi üçün torpaq sahəsinin 2 metrliyində və 18 metrliyində olan ləğv edilmiş neft-qaz quyularını görmək imkanı olmamış, lakin sonradan, xx.xx.2024-cü il tarixdə, Dövlət Neft Şirkətinin mütəxəssisinin iştirakı ilə həmin torpaq sahəsinə baxış keçirilmiş, quyuların elektron bazasında müəyyən edilmiş, torpaq sahəsinin 2 və 18 metrliyində olan ləğv edilmiş 408 və 786 saylı neft qaz quyularının yeri müəyyən edilərək, anbaan videoçəkiliş aparılmış və həmin videoçəkiliş məhkəməyə təqdim edilmiş, məhkəmə iclasında həmin videoya baxılmış, müzakirə edilmiş, amma nədənsə qərarda apelyasiya instansiyası məhkəməsi SOCAR-ın nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş videomateriala qiymət verməmiş, yalnız məhkəmə tərəfindən yerli baxış zam anı həmin neft-qaz quyularının yerinin göstərilə bilinməməsi barədə qənaəti qərarda əsaslandırılmışdır. X7 Şirkətinin əməkdaşı neft-qaz quyularına baxış keçirilməsi və onların yerinin müəyyən edilməsi üçün mütəxəssislərin iştirakının lazım olduğunu bildirmişdi. Buna baxmayaraq, apelyasiya instansiyası məhkəməsi üçüncü şəxsin gətirdiyi arqumentlərə qiymət verməmiş, nəticədə apelyasiya şikayətinin dəlillərini araşdırmamış, nəticədə düzgün olmayan qərar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

37. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etmişdir. Kassatorun qərarın ləğv edilməsi ilə bağlı göstərdiyi arqumentlərə bağlı iddiaçı qeyd edir ki, göstərilənlər iddiaçı olaraq onun iradəsindən irəli gələn hallar deyil və belə hallar hüquqlarının qeydiyyata alınmasından im tina üçün əsas ola bilməz. Bu, Azərbaycan Respublikası Konstitusiyasının 12, 29, 60, 71-ci maddələrini, 129.3-cu maddəsinin tələblərinə əsasən iddiaçının konstitutsiyon hüquqlarının pozulması və eyni zamanda, Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsinin tələblərinin pozulmasıdır. 38. "Torpaq İslahatı haqqında" Azərbaycan Respublikasının xx.xx.1996-cı il Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

39. Həmin Qanunun 25-ci maddəsinə əsasən (xx.xx.2008-ci il tarixli redaksiyada) Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir.

40. İddiaçıya 40887 saylı müqavilə ilə ayrılan bağ sahəsi qanunda göstərilən xx.xx.2007-ci il tarixdən əvvəl yəni xx.xx.2007-ci il tarixində olduğundan və sənədin cavabdeh idarənin arxiv arayışından alınmış sürətinə əsasən ( bu bir daha sənədin saxta olmaması anlamına gəlir ) iddiaçının iddiasına əsasən bağı qanunu əsasla mülkiyyətinə keçirmək hüququnun olduğunu sübut edir.

41. Əlavə olaraq birinci instansiya məhkəməsinə təqdim edilən ortofoto planından, hə mçinin Bakı İnzibatı Məhkəmənin təyin etdiyi xx.xx.2021-ci il tarixində yerində müayinə protokolundan və apellyasiya instansiya məhkəməsinin təyin etdiyi yerində müayinələrdən da müəyyən edilir ki, 40887 saylı müqavilə ilə iddiaçıya verilmiş 1/2-1/1302 olan bağ sahəsinin yerləşdiyi ərazi tamamilə yaşayış massividir, əhalinin evləri texniki şərtlər əsasında qazlaşdırılmış, su, elektrik, telefon, internet xətti, Bakı Abadlıq tərəfindən yolların işiqlandırılması və s həyata keçirilmişdir, ətrafda hər-hansı aktiv neft, qaz quyusunun yerləşməsi müəyyən olunmamışdır.

42. Torpaq sahəsi üzərində istifadə hüququ həmin torpaq sahəsinin ayrılması (icarəyə, istifadəyə, mülkiyyətə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, g eri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. İddiaçı tərəfindən DƏDKRX X8 1 saylı Bakı Ərazi İdarəsinə edilən müraciət əsasında verilmiş arxiv sənədi də bunu bir daha sübut etmişdir. Bu kassatorun şikayətində əsaslandığı 1-11-ci bəndlərin heç bir əsasının olmadığını bir daha sübut etmiş olur.

43. Kassatorun göstərdiyi iradlar tamamilə əsassızdır. Belə ki, 1/2-1/1302 saylı bağ sahəsi üzrə iddiaçıya verilmiş 40887 sayı müqavilədən əlavə Bakı Şəhəri İcra Hakimiyyətin X1 İnkişafı və İstismarı Birliyinin iddiaçının bağ sahəsinə bitişik olan X3 xx.xx.2001-ci ildə 30486 nömrəli müqavilə ilə 1/1-6-1301/1306 0.12 ha bağ sahəsində ev tikilməsinə dair edilmiş müraciətinə xx.xx.2007-ci ildə 532 saylı rəsmi cavab məktubunda Bakı Şəhəri İcra Hakimiyyəti X2 və istismarı Birliyi həmin torpaqda çəkilmiş layihəyə əsasən ev və hasar tikintisinə icazə verilmişdir. Bu bağ sahəsi də mütəxəssisin göstərdiyi sahənin içərisinə düşür. Əgər belə olsaydı Bakı Şəhəri İcra Hakimiyyəti Aparatı X2 və İstismarı Birliyi həmin torpaq sahəsində ev və hasarın tikintisi üçün icazə verə bilməzdi. Məhz qeyd edilən bu fakt və eyni zamanda Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə iddiaçının etdiyi müraciət məktubuna verilmiş xx.xx.2017-ci il tarixli 18/03-8/1023 saylı cavab məktubu bir daha sübut edir ki, bu torpaqlara hər hansı bir müəssisən in, bağçılıq yoldaşlıq torpağı kimi deyil, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən vətəndaşlara verilmiş ümumi istifadədə olan torpaqlar kimi baxılmalıdır, əks halda yuxarıda qeyd etdiyim cavab məktubuna əsasən təqdim edilmiş layihə əsasında o zaman Bakı Şəhəri İcra Hakimiyyəti tabeçiliyinə olan X2 və İstismarı birliyi bu bağ sahəsinə də ev və hasar tikintisinə icazə verə bilməzdi.

44. Kassator Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024 tarixli qərarının ləğv edilməsi ilə bağlı kassasiya şikayəti MPM-in 407.2-ci "Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir" maddəsin ə əsasən qəbul edilməməlidir, çünki işin araşdırılmasında rol oynayan hər hansı yeni və ya əlavə bir sübut, dəlilin irəli sürə bilməmişdir. Yəni qeyd edilən bütün hallar onsuz da birinci instansiya məhkəməsində və eyni zamanda apellyasiya məhkəməsində detalları ilə hüquqi baxımdan araşdırılmış, təfsir edilmiş və əsassız olduğundan iddiaçının lehinə qərar qəbul edilmişdir.

45. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixində qəbul edilmiş qərarda və eyni zamanda üçüncü şəxsin, "İdarənin elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisi olması" barədə dəlilinə münasibətdə istinad etdiyi xx.xx.2004-cü il tarixində "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X9 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti ("Podratçılar") arasında Saziş imzalanmış və xx.xx.2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Qanun statusunu almış Saziş iddiaçının torpaq sahəsindən istifadə və mülkiyyət hüququnu məhdudlaşdıra bilməz. TƏTBİQ EDİLƏN HÜQUQ 46. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-d ək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;...

47. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

48. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

49. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

50. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

51. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır.

52. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, o cümlədən apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə işin hallarının tam və hər tərəfli araşdırılması təmin edilmişdir.

53. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarını lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. 54. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.7-ci maddələrinin tələblərindən göründüyü kimi, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatın ın üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

55. Məhkəmə kollegiyası şikayətin təkrarlanan dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarına görə, iddia olunan torpaq sahəsi xx.xx.1988-ci il tarixli 9 saylı prtokolla O.M.Akimova verilmiş, H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin 16 aprel 1999-cu il tarixli qərarı ilə həmin bağ sahəsi O.M.Akimovun ərizəsinə əsasən onun adından çıxarılmış, adına yazılmış üzvlük kitabçası qüvvəsini itirmiş hesab edilmiş, həmin bağ sahəsinin İddiaçı adına sənədləşdirilməs i və adına üzvlük kitabçasının verilməsi qərara alınmışdır.

56. Göründüyü kimi, bağ sahəsi hələ 1988-ci ildə, yəni üçüncü şəxsin istinad etdiyi 2005-ci il Sazişindən 17 il əvvəl iddiaçının hüquq sələfinin istifadəsində olmuş, 1999-cu ildən iddiaçının istifadəsinə verilmiş, İddiaçı “üzvlük kitabçasının müqavilə ilə əvəzlənməsi barədə” ərizəsinə əsasən Bakı şəhəri İcra Hakimiyyəti başçısı X1 inkişafı və istismarı Birliyi ilə iddiaçı arasında 1/2-1/302 nömrəli bağ sahəsinin iddiaçının istifadəsinə verilməsinə dair xx.xx.2007-ci il tarixli, 40887 nömrəli Müqavilə bağlanmışdır.

57. Beləliklə, iddia olunan bağ sahəsi iddiaçının istifadəsinə qanuni əsaslarla verildiyindən, iddiaçının yuxarıda qeyd edilən normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.

58. Apellyasiya instansiyası mə hkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

59. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-41/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar