Məhkəmə qərarları › İş №2-1(102)-1609/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1609/2021

22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1609/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı torpaq s ahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-221/2021 nömrəli iş üzrə 21.05.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 22 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarı ilə 0.70 ha mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin ca vabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarı ilə 0.70 ha həyətyanı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, həmin torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Birinci instansiya məhkəməsinin 15.02.2021-ci il tarixli, 2-1(116)109/2021 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Mülki Məcəllənin 139.1-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.4, 2.1, 8.0, 10, 11.1, 15, 23-cü maddələrinə, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə, “İnzibati icraat haqında” Qanunun 17, 19-cu maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddia qanuni və əsaslı deyil.

5. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 15.02.2021-ci il tarixli, 2-1(116)-109/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.05.2021-ci il tarixli, 2-1(107)-221/2021 nömrəli (hakimlər Vəzirxan Məliko v - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və İmanverdi Şükürov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 15.02.2021-ci il tarixli, 2-1(116)-109/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi hüquq normalarını tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

8. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində şikayət verilən məhkəmə aktından göründüyü kimi Azərbay can Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi İdarəsi "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə görə imtinanın bütün əsas və səbəblərini sadalamağa borclu idi. Lakin iş materiallarından və barəsində şikayət verilən məhkəmə aktından da göründüyü kimi cavabdeh imtinanın bütün əsas və səbəblərini sadalamamış, yalnız məhkəmədə bildirmişdir ki, sənəddə uyğunsuzluq vardır.

9. Satılmış torpaq sahəsinin 0,04 ha hissəsinin Ərazi İdarəsində olan elektron baza məlumatlarında yol yerinə düşməsi barədə də məhkəmənin gəldiyi qənaəti əsaslı sayıla bilməz. Belə ki, faktiki olaraq Zarağan bələdiyyəsinin mülkiyyətində hesab edilən torpaq sahəsi 1997-ci ildən, daha doğrusu mülkiyyətinə ve rildiyi gündən onun faktiki mülkiyyətinə verilib və oradan hər hansı yol keçmir. Birinci instansiya məhkəməsi bu xüsusatı nəzərə almamış, mülkiyyət hüquqlarını pozan məhkəmə aktını qəbul etmiş, apelyasiya məhkəməsi isə bu qanunsuzluğu aradan qaldırmamışdır.

10. Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası"nın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə araşdırılması hüququ, eləcə də mülkiyyət hüquqları pozulmuşdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Kovensiyaya dair Protokolun" (Paris, 2 mart 1952-ci il) 1ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. 11. "Azərbaycan Respublikasınd a mülkiyyət haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsi imperativ qayda olmaqla mülkiyyətçini digər şəxslərin özbaşınalığından qorumaq məqsədi daşıyır, həm də ədalətli olmalı, ictimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən, hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahislərin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hakimiyyətinə i ctimaiyyət tərəfindən etimad bəslənməsi və ona hörmət olunması məhkəmə işinin səmimiliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar.

12. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 21.05.2021-ci il tarixli, 2-1(107)-221/2021 nömrəli qərarın ləğv edilməsini, işin yeni apelyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında təmsil edilmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüy ü, kasasiya baxışının hədləri

14. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

16. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 25.05.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar bax ılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

18. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

19. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayəti və apelyasiya məhkəməsinin 25.05.2021-ci il tarixli qərarı ilə əlaqədar olaraq, qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, istənilən inzibati mübahisəyə məhkəmədə baxıldığı zaman hər şeydən öncə iddiaçı tərəfindən irəli sürülmüş iddianın mümkün olub-olmaması araşdırılmalı və iddiaya İPM-nin 35.1-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir.

20. Belə ki, İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsas landırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

21. Məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarı ilə 0.70 ha mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

22. İşdə Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarına əsasən DTXK-nın Qəbələ rayo n şöbəsi tərəfindən 0,70 hektar torpaq sahəsinin İddiaçı və L.İddiaçıanın mülkiyyətinə verilməsinə dair JN-119A-KOD 40608018 saylı şəhadətnamə mövcuddur ki, həmin şəhadətnamədə yuxarıda da göstərildiyi kimi iddiaçıdan başqa daha 3 nəfərin soyadları yazılmışdır.

23. Beləliklə sözügedən torpaq sahəsi iddiaçı ilə bərabər daha 3 nəfərin (onun ailə üzvlərinə) birgə mülkiyyətinə verilmişdir.

24. Azərbaycan Respublikası Mülki Məcəllənin 222.1-ci maddəsinə müvafiq olaraq birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.

25. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.

26. Lakin qanunun həmin tələblərinə baxmayaraq sözügedən 0.70 hektar torpaq sahəsi ilə bağlı yalnız bir şəxs, yəni hazırkı işdə iddiaçı olan İddiaçı məhkəmədə iddia qaldırmış, digər 3 şəxsin isə bu məsələyə münasibəti araşdırılmamış, belə ki, işdə onların adlarından çıxış etmək üçün nə iddiaçıya, nə də ki, tələbin güzəşti barədə hər hansı bir rəsmi sənəd mövcud deyildir.

27. Lakin istər birinci instansiya, istərsə də apelyasiya instansiyası məhkəməsi həmin məsələyə diqqət verməmiş, onu aydınlaşdırmamış, buna görə də apelyasiya məhkəməsində işə təkrar baxıldığı zama n sözügedən məsələ tam və hərtərəfli araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın mümkün olub-olmamasına münasibət bildirilməlidir.

28. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçının əsaslandığı 7N-119A KOD-40608018 saylı şəhadətnamədə Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarına və cavabdehin təqdim etdiyi 7N-518 KOD 40608018 saylı şəhadətnamədə Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 aprel 2002-ci il tarixli 03 saylı qərarına istinad edilsə də, sözügedən qərarlar iş materiallarında mövcud deyildir, halbuki məhz bu qərarlar adıçəkilən şəhadətnamələrin verilməsinə səbəb olmuşdur ki, bu da İPM-nin 12.1-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

29. Belə ki, İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılar ının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

30. Eyni zamanda işin hallarının apelyasiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmamasının daha bir faktı ondan ibarətdir ki, apelyasiya məhkəməsi 21 may 2021-ci il tarixli qərarında “İş materiallarında olan mütəxəssis rəyində qeyd edilir ki, faktiki naturada ölçülmüş torpaq sahəsi Qəbələ rayonu, Zarağan kənd İnzibati Ərazi Dairəsinin sərhədi daxilində kənd təsərrüfatı təyinatlı, bələdiyyə mülkiyyətinə aid torpaqlarda yerləşir. Belə ki, cavabdeh tərəfindən surətləri təsdiq edilərək məhkəməyə təqdim edilən JN-119F nömrəli X1 və Xəritəç əkmə Komitəsinin Qəbələ rayon şöbəsinin müdiri “T.Məmmədov” tərəfindən imza edildiyi halda, eyni tarixli və nömrəli qərara əsasən verilən 0.70 ha torpaq sahəsinə dair tərtib edilmiş və iddiaçı tərəfindən iş materiallarına əlavə edilən JN-119A nömrəli Şəhadətnamə digər şəxs, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin müdiri “İ.Hacıyev” və Dövlət Yerquruluşu və Layihə İnstitutunun əməkdaşı “H.Əlisoltanov” tərəfindən imzalanmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi şəhadətnamədə tərtib olunma (hazırlanma) tarixi qeyd olunmamışdır. Həmin şəhadətnamənin nə zaman verildiyini müəyyən etmək mümkün deyil. Həmçinin həyətyanı torpaq sahələrinə aid Cədvəlin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı və onun ailə üzvlərinin qanuni istifadəsində 0.10 ha, faktiki istifadəs ində 0.26 ha həyətyanı torpaq sahəsinin olması qeyd olunmuşdur. İddiaçının JN119A nömrəli Şəhadətnamə əsasında 0.70 ha həyətyanı torpaq sahəsinə malik olması öz təsdiqini tapmır”, yazdığı halda sözügedən ziddiyyətlərin və uyğunsuzluqların yoxlayaraq aradan qaldırması istiqamətində hər hansı hərəkətlər etməmişdir.

31. Halbuki, məlum olduğu kimi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyi zaman onun səlahiyyətləri Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin nəzdində yaradılmış X2 verilmiş və işin yuxarıda göstərilmiş ziddiyyətli məqamlarının hamısını, həmin Agentliyə müvafiq sorğular göndərməklə və Agentliyi isə üçüncü şəxs qismində cəlb etməklə araşdırmaq tələb olunurdu.

32. Lakin apelyasiya məhkəməsi bunu etməyərək, sadəcə olaraq sözügedən məsələləri qərarında sadalamaqla kifayətlə nmişdir ki, bu da İPM-nin 12.1, 58.7, 68.2-ci maddələrinin müddəalarına uyğun deyildir.

33. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 21.05.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.05.2021-ci il tarixli, 21(107)-221/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar