Məhkəmə qərarları › İş №2-1(102)-1609/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1609/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1609/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: elmi dərəcənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı “cavabdehin qərarlarının ləğv edilməsi, iddiaçıya iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin və dissertasiya işinə müsbət rəyin verilməsi vəzifəsinin cavab dehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2023-cü il tarixli, 2-1(103)-840/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə-kredit ixtisası üzrə bitirmişdir. İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Sahə iqtisadiyyatı” ixtisası üzrə “Aqrar sahədə qiymət mexanizmi və onun formalaşdırılmasının iqtisadi problemləri” mövzusunda dissertasiya hazırlamış və 2014, 2015, 2017 və 2020-ci illərdə cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim etmişdir. Cavabdehi n Kollegiyasının xx.xx.2014-cü il tarixli, 18-K nömrəli iclas protokolundan çıxarışa əsasən, ekspert şurasının mənfi rəyi nəzərə alınaraq İddiaçı iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsindən imtina edilmişdir. Cavabdehin xx.xx.2015-ci il tarixli, 12-K nömrəli iclas protokolundan çıxarışa əsasən, qeyd edilən qərar, iqtisadiyyat elmləri üzrə ekspert şurasının mənfi rəyi (iddiaçı zəif çıxış edib) nəzərə alınaraq qüvvədə saxlanılmışdır. Cavabdehin xx.xx.2017-ci il tarixli, 35-K nömrəli iclas protokolundan çıxarışa əsasən, iqtisad elmləri üzrə ekspert şurasının xx.xx.2017-ci il tarixli mənfi qərarı və dissertasiya işinə verilmiş qapalı mənfi rəy nəzərə alınaraq, iddiaçıya iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina edilməsi haqqında Kollegiyanın xx.xx.2014-cü il tarixli və xx.xx.2015-ci il tarixli qərarları qüvvədə saxlanılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli, 09-K nömrəli iclas protokolundan çıxarışa əsasən, iddiaçıya iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina edilməsi haqqında Kollegiyanın xx.xx.2015-ci il tarixli (protokol № 12-K) və xx.xx.2014-cü il tarixli (protokol № 18-K) qərarları iqtisad elmləri üzrə ekspert şurasının mənfi rəyi nəzərə alınaraq qüvvədə saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iddiaçıya iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin veriməsindən imtina edilməsi haqqında xx.xx.2014 -cü il, xx.xx.2015-ci il, xx.xx.2017-ci il və xx.xx.2020-ci il tarixli qərarların ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzərinə İddiaçı iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi və dissertasiya işinə müsbət rəyin verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1995-1999-сu illərdə Azərbaycan Dövlət İqtisad Unuversitetində bakalavr təhsili, 2001-2003-cü illərdə isə həmin Universitetdə magistr təhsili almışdır. xx.xx.2013-cü ildə “Aqrar sahədə qiymət mexanizmi və onun formalaşdırılmasının iqtisadi problemləri” mövzusu üzərində dissertasiyanı müdafiə edərək ona iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi üçün Azərbaycan Respubli kasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına müraciət etmişdir. Lakin həmin Komissiyanın 10-K nömrəli, xx.xx.2014-cü il tarixli protokol qərarı ilə ona iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsindən imtina edilmişdir. Səbəb olaraq isə işdə plagiat faktının olması göstərilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 35-K nömrəli, xx.xx.2017-ci il tarixli protokol qərarı ilə ona fəlsəfə doktoru elmi dərəcəsinin verilməsindən imtina edilməsi haqqında kollegiyanın xx.xx.2014-cü və xx.xx.2017-ci il tarixli qərarları, iqtisadiyyat elmləri üzrə ekspert şurasının xx.xx.2017-ci il tarixli qərarının və dissertasiya işinə verilmiş qapalı rəyin mənfi olduğu nəzərə alınaraq qüvvədə saxlanılmışdır. Həmin Komissiyanın 09-K nömrəli, xx.xx. 2020-ci il tarixli protokol qərarı ilə ona fəlsəfə doktoru elmi dərəcəsinin verilməsindən imtina edilməsi haqqında kollegiyanın xx.xx.2014-cü il və xx.xx.2017-ci il tarixli qərarları, iqtisadiyyat elmləri üzrə ekspert şurasının mənfi rəyi nəzərə alınaraq qüvvədə saxlanılmışdır. İddiaçı bu qərarların surətini yazılı ərizə əsasında Ali Attestasiya Komissiyasından fevral ayında əldə etmişdir. İddiaçı həmin qərarları əsassız hesab edir və bu səbəbdən hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.

4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddia üzrə qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülmüşdür. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia elmi dərəcələr və elmi adlar verilməsi ilə bağlı inzibati aktlara münasibətdə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Eyni müddət “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddəsində də nəzərdə tutulmuşdur. İş üzrə müvafiq imtina qərarları qəbul edildikdən sonra, iddiaçı tərəfindən Komissiyaya ünvanlanmış xx.xx.2014cü, xx.xx.2015-ci il tarixli, o cümlədən iddiaçının anası tərəfindən Komissiyaya ünvanlanmış xx.xx.2015-ci və xx.xx.2018-ci il tarixli, iddiaçının atası tərəfindən ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizələrlə iddiaçının işinə yenidən baxılması xahiş edilmişdir. Yəni iddiaçı imtina barədə hər bir qərardan məlumatlı olmuşdur. Müvafiq müraciətlər əsasında iddiaçının işinə Komissiya tərəfindən apellyasiya qaydasında yenidən baxılmışdır. Ali Attestasiya Komissiyasının tərəfindən iddiaçıya iqtisad elm ləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsindən imtina qərarı onun diskresion səlahiyyətləri çərçivəsində qəbul olunmuşdur. Odur ki, cavabdeh iddia tələbinin təmin olunmamasını xahiş edir.

5. Bakı İnzibati Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərardadı ilə iddia Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iddiaçıya iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin veriməsindən imtina edilməsi haqqında Kollegiyanın xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2017-ci il tarixli qərarlarının ləğv edilməsi hissəsində mümkün sayılmamışdır.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6829/2022 saylı, 12 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının di ssertasiya işinə ekspert komissiyasının üç üzvü tərəfindən baxılmış və müvafiq rəylər verilmişdir. Həmin rəylərdə dissertasiya işinin müasir tələblərə cavab vermədiyi qeyd olunmuş və onun müəllifinə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi tövsiyyə olunmamışdır. Eyni zamanda həmin dissertasiya işinə X1 Elmi-Tədqiqat İnstitutunun direktoru və digər ekspertlər tərəfindən də mənfi rəylər verilmişdir. Həmin rəylərdə də iddiaçıya iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi tövsiyyə olunmamışdır.

8. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2023-cü il tarixli, 2-1(103)-840/2023 nömrəl i qərarı (hakimlər: A.Oruczadə /sədrlik edən və məruzəçi/, X.Cəmilova və R.Səmədov) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və yenidən baxılması üçün işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində və apellyasiya şikayətində göstərilənlər təşkil edir. kassasiya şikayətinəqarşı etirazın dəlilləri 13.Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təm in olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2023-cü il tarixli, 2-1(103)-840/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli, 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında” Əsasnamənin: - 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası (bundan sonra - Komissiya) Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatlar ın) akkreditasiyasını, bu sahədə (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır. Komissiya öz fəaliyyətində qanunilik, obyektivlik, şəffaflıq və peşəkar etik normalara əməl edilməsi prinsiplərini əsas tutmaqla, qərarların qəbulunda müstəqildir. Komissiya Azərbaycan Respublikasının Prezidentinə tabedir. - 2.0-ci bəndinə əsasən komissiyanın vəzifələri aşağıdakılardır: 2.0.1. elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi dərəcələr (fəlsəfə doktoru, elmlər doktoru) və elmi adlar (dosent, professor) verilməsi barədə vəsatətləri əsasında elmi dərəcə və elmi adlar verilməsini təmin etmək;..2.0.7. Azərbaycan Respublikasında elmi dərəcə və elmi ad almış şəxslərə dövlət sənədləri (di plomlar, attestatlar) vermək.

15. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli, 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin: - 1.2-ci bəndinə əsasən elmi dərəcələri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (bundan sonra – Komissiya) təsdiq etdiyi “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu”na uyğun olaraq elm sahələri üzrə Komissiya verir. - 1.3-cü bəndinə əsasən fəlsəfə doktoru elmi dərəcəsi magistr (rezident) elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan ali təhsili və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində Ko missiyanın yaratdığı dissertasiya şuralarında fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında verilir. - 1.4-cü bəndinə əsasən elmlər doktoru elmi dərəcəsi fəlsəfə doktoru elmi dərəcəsi və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində Komissiyanın yaratdığı dissertasiya şuralarında elmlər doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında verilir. - 2.2-ci bəndinə əsasən dissertasiyaların mövzuları müvafiq elm sahələri üzrə yüksəkixtisaslı elmi kadr hazırlamaq səlahiyyəti olan (doktoranturası olan) elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarında hər bir iddiaçı üçün ayrıl ıqda müəyyən edilir. - 3.1-ci bəndinə əsasən fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya iddiaçının müstəqil elmi işi olaraq, aşağıdakı tələblərdən birinə cavab verməlidir:3.1.1. dissertasiyada müvafiq elm sahəsində böyük əhəmiyyət kəsb edən problemin yeni həlli təklif olunmalıdır;3.1.2. böyük tətbiqi əhəmiyyəti olan iqtisadi, texniki və texnoloji işləmələrin təkmilləşdirilmiş elmi şərhi verilməlidir. - 3.2-ci bəndinə əsasən elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya iddiaçının müstəqil elmi işi olaraq, aşağıdakı tələblərdən birinə cavab verməlidir:3.2.1. dissertasiya işi böyük əhəmiyyət kəsb edən yeni elmi problemin həllini təmin etməlidir;3.2.2. dissertasiya işində müvafiq elm sahəsinin perspektiv inkişafı üçün mühüm elmi nailiyyət hesab edilə bilən əsaslandırılmış yeni nəzəri müddəalar irəli sürülməli və işlənib hazırlanmalıdır;3.2.3. elmi-texniki tərəqqini sürətləndirməyə əhəmiyyətli töhfə verən, texniki-iqtisadi cəhətdən əsaslandırılmış yeni texniki və texnoloji işləmələrin həlli verilməlidir. - 3.3-cü bəndinə əsasən dissertasiya iddiaçının şəxsən özünün yazdığı və müdafiə üçün irəli sürdüyü elmi müddəaların və nəticələrin məcmusunu əhatə edən tamamlanmış elmi tədqiqat işidir. - 3.4-cü bəndinə əsasən dissertasiyanın daxili vəhdəti olmalı, iddiaçının elmə verdiyi töhfəni əks etdirməlidir. - 3.5-ci bəndinə əsasən dissertasiyanın məzmununda aşağıdakılar əks olunmalıdır: 3.5.1. tədqiqatın aktuallığı, obyekti, məqsəd və vəzifələrinin müəyyən olunduğu elmi məsələnin (problemin) əsaslandırılmış qoyuluşu verilməlidir; 3.5.2. tə dqiqat mövzusu üzrə elmi ədəbiyyatın, o cümlədən xarici elmi informasiya mənbələrinin analitik icmalı verilməlidir; 3.5.3. müdafiəyə çıxarılan elmi müddəalar dəqiq göstərilməlidir; 3.5.4. iddiaçının təklif etdiyi elmi yeniliklər ciddi əsaslandırılmalı, mövcud faktlarla və elmi baxışlarla müqayisədə tənqidi qiymətləndirilməlidir; 3.5.5. dissertasiyanın ayrı-ayrı hissələri üzrə əldə edilmiş nəticələrin izahlı təqdimatı verilməlidir; 3.5.6. əsas elmi yenilikləri göstərməklə və onların əhəmiyyətini əsaslandırmaqla dissertasiyanın yekun nəticələri təqdim edilməlidir; 3.5.7. əldə edilmiş elmi nəticələrin istifadəsinə və tətbiqinə dair tövsiyələr verilməlidir; 3.5.8. tətbiqi əhəmiyyəti olan dissertasiyada iddiaçının aldığı elmi nəticələrin praktikada tətbiqi barədə məlumat, nəzəri əhəmiyyəti olan dissertasiyada isə elmi nəticələrin tətbiqi ilə əlaqədar tövsiyələr göstərilməlidir; 3.5.9. istifadə olunmuş ədəbiyyat siyahısı iddiaçının dissertasiyanın əsas nəticələrini əks etdirən nəşr olunmuş elmi əsərləri də daxil edilməklə verilməlidir. - 3.6-cı bəndinə əsasən iddiaçı özünün fəlsəfə doktoru dissertasiyasının ən çoxu beşdə bir hissəsindən elmlər doktoru dissertasiyasında istifadə edə bilər. - 4.1-ci bəndinə əsasən dissertasiya şuralarını vahid sistem əsasında, uyğun ixtisaslar üzrə elmin, texnikanın, təhsilin, mədəniyyətin və incəsənətin müxtəlif sahələrində daim elmi araşdırmalar aparan, yüksəkixtisaslı elmi kadr potensialı olan mülkiyyət formasından asılı olmayaraq elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində onların vəsatəti əsasında fəlsəfə doktoru və elmlər dokto ru dissertasiyalarının müdafiəsinin təşkili üçün Komissiya yaradır. - 5.1-ci bəndinə əsasən dissertasiya işi, iddiaçının seçiminə uyğun olaraq, onun yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilata, ali təhsil müəssisəsinə ilkin müzakirəyə təqdim edilir. - 5.2-ci bəndinə əsasən dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində iddiaçının rəsmi müraciət tarixindən etibarən üç aydan gec olmayaraq dissertasiyanın ilkin müzakirəsi keçirilir və iddiaçıya bir aydan gec olmayaraq müzakirənin keçirildiyi iclasın geniş protokolu və dissertasiya haqqında rəy verilir. - 5.6-cı bəndinə əsasən dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində ilkin müzakirənin nəticəsində verilən geniş protokol və rəylə birlikdə dissertasiya işi, Komissiyanın müəyyən etdiyi siyahı üzrə digər sənədlər həmin müəssisə və təşkilat, ali təhsil müəssisəsinin vəsatəti ilə müvafiq ixtisas üzrə fəaliyyət göstərən dissertasiya şuralarının hər hansı birinə müdafiə üçün təqdim edilir. - 6.1-ci bəndinə əsasən fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi məsələsinə Komissiyanın Kollegiyasında, elmlər doktoru elmi dərəcəsinin verilməsi məsələsinə X2 baxılır və qərar qəbul edilir. - 6.3-cü bəndinə əsasən Komissiya dissertasiya və sənədlərin bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə uyğunluğu üzərində nəzarətin həyata keçirilməsi ilə bağlı Komissiyaya tövsiyələr vermək üçün öz nəzdində müxtəlif elm sahələri üzrə ekspert şuraları yaradır.

16. İnzibati Prosessual Məcəllə Maddə

74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktını n qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Qanunvericiliyin yuxarıda istinad olunan nor maları baxımından iddiaçıya iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin və dissertasiya işinə müsbət rəyin verilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

23. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, elmi dərəcələrin verilməsi ilə bağlı səlahiyyətlərin məzmunu baxımından dissertasiya işinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq elmi dərəcənin verilməsini fərqləndirmək lazımdır. Fərqləndirmə dissertasiya işinin yuxarıda istinad olunan normalarda təsbit olunmuş kriteriyalara və tələblərə uyğunluğunun müəyyən olunması və müəyyən olunmuş nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır.

25. Nəzərə almaq lazımdır ki, dissertasiya işinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir. İnzibati orqan tərəfindən qiymətləndirmə azadlığına əsasən qəbul edilmiş qərarlar, xüsusən də elmi işlərin qiymətləndiriməsi nəticələrinə dair qəbul olunmuş qərarlar məhkəmə tərəfindən yalnız məhdud çərçivədə y oxlanıla bilər. Bu zaman məhkəmənin səlahiyyəti, bir tərəfdən, dissertasiya işinin qiymətləndirilməsi metodikası və meyarlarına, digər tərəfdən bərabər yanaşma prinsipinin tələblərinə riayət olunmasının yoxlanılması ilə məhdudlaşır. Başqa sözlə, məhkəmə inzibati orqan tərəfindən qiymətləndirmə azadlığına əsasən qəbul edilmiş qərarı yalnız qeyd olunan göstəricilər baxımından yoxlamağa haqlıdır. Elmi dərəcənin verilməsi isə dissertasiya işinin qiymətləndirilməsi nəticələrinə bağlıdır. Bu mənada cavabdeh tərəfindən elmi dərəcə qiymətləndirmə nəticələrinin şəxsə elmi dərəcənin verilməsi üçün yuxarıda istinad olunan normalarla tələb olunan kriteriyalara və tələblərə uyğunluğunun müəyyən olunduğu təqdirdə verilir.

26. Hazırkı mübahisəyə münasibətdə apelyasiya məhkəməsi tərəfindən bu qərarın 25-c i bəndində qeyd olunan qaydada aparılmış araşdırma nəticəsində cavabdehin qiymətləndirmə azadlığını qüsurlu həyata keçirdiyi, qiymətləndirmə kriteriyalarına və metodikasına, eləcə də bərabər yanaşma prinsipinin tələblərinə riayət etmədiyi müəyyən olunmamışdır. İddiaçı tərəfindən də mübahisələndirilən qərarın qəbulu zamanı yol verilmiş pozuntularla bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.

27. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun hesab olunmalıdır. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərar ı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2023-cü il tarixli, 2-1(103)-840/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar