Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1609/2024 29.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə (üçüncü şəxs X27) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərba ycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə (üçüncü şəxs X27) qarşı “X13 mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin iddiaçıya məxsus torpaq sahəsinə dair tərtib edilmiş sxematik planda əks olunmuş koordinatlarla üst-üstə düşən hissədə ləğv edilməsi, Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ona ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsin in İnzibati Kollegiyasının 24 yanvar 2024-ci il tarixli, 2-1(107)-11/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı aid iş materiallarındakı sənədlər:
1. Göyçay Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 172 nömrəli sərəncamı ilə Göyçay rayonu, Potu kəndində yaşayan 24 nəfər şəhid ailəsinə, Qarabağ əlillərinə, kolxozçu və digər kateqoriyalı vətəndaşlara ehtiyaclarına uyğun torpaq sahəsi verilməsi məqsədilə 1.48 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair Potu bölgəsi üzrə nümayəndəliyin vəsatəti və “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 saylı müvəkkillər yığıncağının qərarı və siyahısı təsdiq edilmişdir. Həmin siyahının 8-ci sıras ında şəhid ailəsi kimi iddiaçıya 0.08 ha həyətyanı torpaq sahəsinin ayrılması göstərilmişdir.
2. Sözügedən torpaq sahəsinin hüdudları xx.xx.1996-cı ildə naturada tanıdılaraq iddiaçının istifadəsinə verilmiş və buna dair müvafiq akt tərtib edilmişdir. (Aktda təhvil verilən torpaq sahəsinin ölçüsü 0,06 ha qeyd olunub.) İddiaçı sözügedən torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir.
3. X14 iddiaçı X21 ilə nikah bağlamışdır. İddiaçı soyadını dəyişərək “Cəbrayılova” soyadını qəbul etmişdir. Üçüncü şəxs X18 aid iş materiallarındakı sənədlər:
4. X3 mülkiyyətində Göyçay rayonun Potu kəndində yerləşən 3,0269 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi üzərində Fərman Qurbanovun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
5. Qeyd olunan torpaq sahəsi torpaq islahatı zamanı üç ailənin mülkiyyətinə verilən, "Torpağa mülkiyyət hüququna dair" JN-572 KOD 40812018 saylı, JN-573, KOD 40812018 saylı və JN-574, KOD 40812018 saylı dövlət aktlarında göstərilən torpaq sahəsi olub və sonradan alğı-satqı müqavilələri əsasında özgəninkiləşdirilməklə Fərman Qurbanovun mülkiyyətinə keçmişdir.
6. Belə ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının (bundan sonra - Göyçay rayon AİK) 21 iyul 1998-ci il tarixli, 39 nömrəli qərarı ilə Göyçay rayon Potu kənd sakini X4 və onun ailə üzvlərinin mülkiyyətinə 1.11 hektar torpaq sahəsi verilmiş, torpağa mülkiyyət hüququ JN-572, KOD 40812018 saylı, "Torpağa mülkiyyət hüququna dair" dövlət aktı ilə rəsmiləşdirilmişdir.
7. Göyçay rayon AİK-nin 21 iyul 1998-ci il tarixli, 39 nömrəli qərarı ilə Göyçay rayon Potu kənd sakini X22 və onun ailə üzvlərinin mülkiyyətinə 1.00 hektar torpaq sahəsi verilmiş, torpağa mülkiyyət hüququ JN-573, KOD 40812018 saylı "Torpağa mülkiyyət hüququna dair" dövlət aktı ilə rəsmiləşdirilmişdir.
8. X22 xx.xx.2001-ci il tarixdə vəfat etməsindən sonra xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edilmiş və şəhadətnaməyə əsasən X23 və X24 mərhumun vərəsələri müəyyən edilmişlər. Onların adına AA seriyalı 004102 xx.xx.2011-ci il tarixli plan və ölçü sənədi, həmçinin MA seriyalı ******* nömrəli xx.xx.2011ci il tarixli çıxarış tərtib edilmişdir.
9. Göyçay rayon AİK-nin 21 iyul 1998-ci il tarixli, 39 nömrəli qərarı ilə Göyçay rayon Potu kənd sakini X5 və onun ailə üzvlərinin mülk iyyətinə 0.91 hektar torpaq sahəsi verilmiş, torpağa mülkiyyət hüququ JN-574, KOD 40812018 saylı "Torpağa mülkiyyət hüququna dair" dövlət aktı ilə rəsmiləşdirilmişdir.
10. Göyçay rayon Notariat Kontorunda təsdiq edilmiş 12 aprel 2011-ci il tarixli alğısatqı müqaviləsinə əsasən, JN-572, KOD 40812018 saylı "Torpağa mülkiyyət hüququna dair" dövlət aktı X4 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.11 hektar torpaq sahəsi X1, DƏDRX-in 16-saylı Ərazi İdarəsi tərəfindən X7 adına MA seriyalı, ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarış və AA 004004 nömrəli plan-ölçü sənədi tərtib edilmişdir. Sonradan Ş.Həsənova həmin torpaq sahəsini xx.xx.2018-ci il tarixli ******* nömrəli müqavilə əsasında X2.
11. Göyçay rayon Notariat Kontorunda təsdiq edilmiş 25 may 2011-ci il tarixli alğısatqı müqa viləsinə əsasən, JN-573, KOD 40812018 saylı "Torpağa mülkiyyət hüququna dair" dövlət aktı və MA seriyalı, ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışa əsasən X23 və X11 mülkiyyətinə verilmiş 1.00 hektar torpaq sahəsi X1, DƏDRX-nin 16-saylı Ərazi İdarəsi tərəfindən X7 adına MA seriyalı, ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarış və AA 004143 nömrəli plan-ölçü sənədi tərtib edilmişdir. Ş.Həsənova 1.0034 ha torpaq sahəsini xx.xx.2018-ci il tarixli ******* nömrəli müqavilə ilə X2.
12. Göyçay rayon Notariat Kontorunda təsdiq edilmiş 07 iyun 2012-ci il tarixli alğısatqı müqaviləsinə əsasən, JN-574, KOD 40812018 saylı "Torpağa mülkiyyət hüququna dair" şəhadətnamə ilə Göyçay rayon Potu kənd sakini X5 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.91 hektar torpaq sahəsi ünvan 1 ünvan da yaşayan Yaqubov (Həsənov) Zeynal Dadaş oğluna satılmış, DƏDRX-in 16-saylı Ərazi İdarəsi tərəfindən Yaqubov (Həsənov) Zeynal Dadaş oğlunun adına MA seriyalı, ******* nömrəli, xx.xx.2012ci il tarixli çıxarış və A seriyalı, 262097 nömrəli, xx.xx.2018-ci il tarixli plan-ölçü sənədi tərtib edilmişdir. X6 xx.xx.2018-ci il tarixli ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən, 0.91 ha torpaq sahəsini X2. İşin digər halları:
13. İddiaçı Göyçay rayonu, Potu kəndi ərazisində yerləşən və istifadəsində olan 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Müraciətə digər sənədlərlə yanaşı torpaq sahəsinin sxemi əlavə olunmuşdur. Həmin sxem Göyçay RİHB-nin baş memarı, Potu kənd İƏD üzrə nümayəndəsi və Potu Bələdiyyəsinin sədri tərəfindən imzalanıb möhürlərlə təsdiq olunmuşdur.
14. Cavabdeh inzibati orqanı iddiaçının tələbini təmin etməkdən imtina etmiş və iddiaçıya ünvanladığı 03 iyul 2020-ci il tarixli, **********86 saylı daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə dair bildirişdə göstərmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları elektron baza məlumatlarına əsasən yoxlanılarkən, həmin torpaq sahəsinin digər mülkiyyətçiyə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə verilmiş **********60 və **********21 reyestr nömrəli torpaq sahələrinin koordinatları ilə üst-üstə düşdüyündən ərizənin icrasından imtina olunur.
15. Bundan sonra iddiaçı cavabdeh orqa na ərizə ilə müraciət edərək, üçüncü şəxsin mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin iddiaçıya məxsus 0.08 ha torpaq sahəsinə dair tərtib edilmiş sxematik planda əks olunmuş koordinatlarla üst-üstə düşən hissədə ləğv olunmasını xahiş etmişdir.
16. Cavabdehin iddiaçıya ünvanladığı 04 avqust 2020-ci il tarixli, **********12 saylı məktubunda qeyd edilmişdir ki, X13 (üçüncü şəxs) mülkiyyətində olan torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi elektron məlumat bazasına (DWJ) uyğun olaraq tərtib edilmişdir. Hüquqların qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edildiyindən, iddiaçıya aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsi yyə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
17. İddiaçı 21 iyul 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “X13 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ona məxsus 0.08 ha torpaq sahəsinə dair tərtib edilən sxematik planda əks olunmuş X 730512.294 - Y 4499854.4, X 730541.876 - Y 4499842.2, X 730532.976 - Y 4499818.9, X 730503.386 - Y 4499831.1 koordinatlarla üst-üstə düşən hissədə ləğv edilməsi, Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ona ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiy yatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, üçüncü şəxsə məxsus torpaq sahəsinin koordinatları düzgün işlənilməmişdir. Belə ki, iş üzrə üçüncü şəxs X27 iddiaçının qardaşı X36, X31 və X8 qarşı tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma, torpaq sahəsinə yenidən daxil olmağa qadağa qoyulması, torpaq sahəsinə gedən tutulmuş su bərəsinin açılaraq bərpa edilməsi və torpaq sahəsinə gediş-gəlişi təmin edən yolun açılması tələbinə dair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddianın əsaslılığını yoxlamaq üçün iş üzrə ekspertiza təyin edərək rəy almışdır. Həmin rəydən görünür ki, üçüncü şəxsin Po tu kəndində yerləşən 3.0262 ha torpaq sahəsi onun göstərdiyi yerdə yerləşir, lakin konfiqurasiya fərqi və koordinat sürüşməsi vardır. Belə ki, sənəddə göstərilən torpaq sahəsinin koordinatları faktiki istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil edir.
19. Cavabdeh inzibati orqan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli iddia ərizəsinə qarşı etiraz məktubunda qeyd etmişdir ki X13 mülkiyyət hüququnun dövlət qeydiyyatı müvafiq hüquqmüəyyənedici və texniki sənədlər əsasında elektron məlumat bazasına uyğun olaraq aparılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və daşınmaz əmlaklar üzərində hüquqların dövlət qeydiyyatını aparan orqandır və torpaq islahatı aparılan zaman yol verilmiş nöqsanlara görə heç bir mə suliyyət daşımır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 23-cü maddəsinə əsasən İdarə, dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Torpaq islahatı haqqında” Qanunun 10cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
20. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-1216/2020 nömrəli qərardadı ilə X27 iş üzrə üçüncü şəxs qismində məhkəmə ic raatına cəlb edilmişdir.
21. Məhkəmə tərəfindən məhkəmə mühəndis-tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “X20” MMC-nin ekspertlərinə tapşırılmışdır. “X20” MMCnin verdiyi rəylə müəyyən edilmişdir ki, iddiaçıya ayrılmış 0,08 ha həyətyanı torpaq sahəsi ilə X13 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsi üst-üstə düşür. X10 əsasən (islahat dwg) X13 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədi ilkin sənədlərə, yəni JN-572, JN-573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair" dövlət aktlarına uyğun tərtib edilməmişdir. Çıxarış və plan-ölçü sənədləri tərtib edilərkən qeyd olunan torpaq sahəsinin koordinatlarının naturay a nisbətdə koordinat sürüşməsi xətasına yol verilmişdir. xx.xx.2019-cu il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən 3.02 ha torpaq sahəsinin koordinatları faktiki naturada istifadə vəziyyətilə uyğunsuzluq təşkil edir. Ərazinin ümumi xəritəsinə əsasən (kompleks yerquruluşu xəritəsi) JN-572, JN-573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarında qeyd olunan torpaq sahələri ilə iddiaçıya Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üst-üstə düşmür. JN-572, JN-573 və JN-574 saylı dövlət aktlarının planı köhnə Pulkovo-42 koordinat sistemində tərtib olunmuşdur. Sonradan DƏD RX tərəfindən dövlət aktlarının məlumatları yeni koordinat sistemində (WGS-84) tərtib olunan Elektron Məlumat bazasına inteqrasiya edən zaman köhnə koordinat sistemində yığılan bütün daşınmaz əmlak elementləri (torpaq sahələrinin, çayların, kanalların, fərdi yaşayış evlərinin və s. kimi oriyentirlər) naturadakı coğrafi yerləşmə mövqeyi (məkan göstəriciləri) nəzərə alınmadan olduğu kimi köçürülmüşdür. Bu səbəbdən də müəyyən koordinat sürüşmələri xətası baş vermişdir. Eləcə də sözügedən torpaq sahələrində də ərazi üzrə koordinat sürüşməsi xətası yaranmışdır.
22. Şəki İnzibati Məhkəməsinin (hakim İ.H.Cabbarov) xx.xx.2021-cü il tarixli, 21(116)-149/2021 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə X13 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızına məxsus 0.08 ha torpaq sahəsinə dair tərtib edilmiş sxematik planda əks olunmuş X 730512.294 - Y 4499854.4, X 730541.876 - Y 4499842.2, X 730532.976 - Y 4499818.9, X 730503.386 - Y 4499831.1 koordinatlarla üst-üstə düşən hissədə ləğv edilməsi, Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızına ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyy ə Əhməd qızının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur.
23. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, üçüncü şəxs qeyd olunan torpaq sahələrini almamışdan əvvəl iddiaçının JN-572, JN-573 və JN574 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktlarında qeyd olunan mülkiyyətçilər ilə mübahisəsi olmamışdır. Ərazinin ümumi xəritəsinə əsasən (kompleks yerquruluşu xəritəsi) JN-572, JN-573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktlarında qeyd olunan torpaq sahələri ilə iddiaçıya Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üst-üstə düşmür. Lakin 0,08 ha həyətyanı torpaq sahəsi ilə X13 mülkiyyətində olan və ********* *21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsi üst-üstə düşür. Bunun səbəbi isə X13 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ilkin sənədlərə, yəni JN-572, JN-573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair" dövlət aktlarına uyğun tərtib edilməməsi olmuşdur. Çıxarış və plan-ölçü sənədləri tərtib edilərkən qeyd olunan torpaq sahəsinin koordinatlarının naturaya nisbətdə koordinat sürüşməsi xətasına yol verilmişdir. Cavabdeh orqan özü də X13 mülkiyyətində olan torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin elektron məlumat bazasına (DWJ) uyğun olaraq tərtib edilməsini qeyd etmişdir. Halbuki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir.
24. Məhkəmə gəldiyi nəticəni “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2, 8.0.1, 8.0.5, 13.11, 16.2, 23.1-ci maddələrinə, “Torpaq islahatı haqqında” Qanunun 10 və 21-ci maddələrinə və ekspert rəyinə istinad etməklə belə əsaslandırmışdır ki, cavabdeh inzibati orqan ləğvi tələb olunan torpaq sahəsinin planı və ölçüsü sənədini tərtib edərkən “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsinin üst-üstə düşmə halını araşdırmamış, nəticədə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına gətirib çıxaran qanunsuz hərəkətlərə yol vermişdir. Torpaq sahəsinin planı və ölçüsü sənədinin elektron məlumat bazasına (DWJ) uyğun olaraq tərtib edilməsi cavabdeh inzibati orqanı reyestrdə qeydiyyat aparılan zaman həyata keçirilməli olan inzibati araşdırma aparmaq vəzifəsindən azad etməmişdir. Həmin sənəd tərtib olunarkən torpaq sahəsinin iddiaçının mülkiyyətində olan 0.08 ha həyətyanı torpaq sahəsinin coğrafi yerləşmə vəziyyəti nəzərə alınmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq d övlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
25. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişlər. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
26. Apellyasiya baxışı zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.
27. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 19 sentyabr 2022-ci il tarixli, 10/5065 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının ekspert rəyində qeyd olunur ki, iddiaçıya verilmiş 0.08 ha torpaq sahəsinin “sxematik planı"nda əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsinin 713 kv.m hissəsinin X15 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0224 ha torpaq sahəsi üst-üstə düşdüyü müəyyən edildi. F.Qurbanovun mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ilkin sənədlərə, yəni JN-572, JN-573 və JN-574 nömrəli "Torpağa mülkiyyət hüququna dair" dövlət aktlarına uyğun tərtib edildiyi müəyyən edildi. Fəxriyyə Əzizovaya ayrılmış 0.08 ha torpaq sahəsinin “sxematik planı ”nda əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsinin 12 kv.m hissəsinin “G.Əsədov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində” JN-573 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qeyd olunan torpaq sahəsi ilə, 701 kv.m hisəsinin isə JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edildi. 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, ərazidə sənədlər işlənərkən torpaq sahələrinin koordinatlarında sürüşmə olub-olmadığını müəyyən etmək mümkün olmadı. Fəxriyyə Əzizovaya ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik plan”nda əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsinin "G.Əsədov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində" kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid otmaqla əkin uqodiyalı, elektron bazada təqdim olunan, "X17 X29"ndə isə sözügedən torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla uqodiyası tikinti altında olan torpaqlar kimi göstərildiyi müəyyən edildi. F.Qurbanovun mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinin "G.Əsədov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquluşu layihəsində" kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla əkin uqodiyalı olduğu müəyyən olundu. F.Qurbanovun adına olan plan və ölçü sənədində və ilkin sənədlərdə, yəni JN-572, JN- 573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktlarında göstərilən torpaq sahələrinin yer quruluşunun, konfiqurasiyasının, plan və ölçüsünün "G.Əsədov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində" F.Qurbanovun nümayəndəsinin naturada göstərdiyi və faktiki istifadə etdiyi 2.83 ha torpaq sahəsinin 2.24 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən edildi.
28. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2-1(107)-15/2022 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi: E.Ş.Hüseynov, hakimlər: G.İ.Cavadova və V.İ.Məlikov) cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmaqla yanaşı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən alınmış ekspert rəyinin mötəbər olmamasına dair dəlilləri ilə bağlı nəzərə alınmalıdır ki, məhkəmə kollegiyası tərəfindən alınmış Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə “X20" MMC tərəfindən verilmiş rəyin əsas parametrləri ilə üstüstə düşür. Belə ki, hər iki rəydə elektron baza məlumatlarında iddiaçıya verilmiş torpaq sahəsinin təyinatının yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla, uqodiyasının tikinti altında olan torpaqlar kimi qeyd edildiyi göstərilmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2020-ci il tarixli, 30439 nömrəli ekspert rəyindən görünür ki, F.Qurbanovun xüsusi mülkiyyəti ndə olan 3.0262 ha torpaq sahəsi sonuncunun göstərdiyi ərazidə yerləşir, lakin konfiqurasiya fərqi və koordinat sürüşməsi vardır. Belə ki, xx.xx.2019-cu il tarixli çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları faktiki naturada istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil edir. İddiaçının mülkiyyətinə verilmiş çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsində tikililər mövcuddur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli, 10/5065 nömrəli və 19 mart 2020-ci il tarixli, 30439 nömrəli ekspert rəyləri bir-birini tamamladığından məhkəmə kollegiyası həmin rəyləri mötəbər sübut növü kimi qəbul edir. O da nəzərə alınmalıdır ki, iddiaçıya həyətyanı torpaq sahə si 1996-cı ildə, JN572, JN-573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair" dövlət aktlarında göstərilən torpaq sahələri isə 1998-ci ildə verilmişdir.
30. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2-1(107)-15/2022 nömrəli qərarını ləğv edib, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. c. Kassasiya instansiya məhkəməsində birinci icraat
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.N.Bədəlov (sədrlik edən), N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) 16 may 2023-cü il tarixli, 2-1(102)-482/2023 nömrəli qərarı ilə üçüncü şəxsin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 o ktyabr 2022-ci il tarixli, 2-1(107)-15/2022 nömrəli qərarının ləğv edilmiş və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
32. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk növbədə, məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus torpaq sahəsinin yerinin, o cümlədən koordinatlarının müəyyən edilməsi və həmin sahənin naturada və ya texniki göstəricilərlə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi təşkil etməlidir.
33. İddiaçının təqdim etdiyi Göyçay RİH başçısının xx.xx.1996-cı il tarixli, 172 nömrəli sərəncamı və həmin sərəncamla təsdiq edilmiş siyahının mötəbərliliyi məhkəmə sorğuları vasitəsi ilə yoxlanılmış və Milli Arxiv İdarəsinin Göyçay Filialı tərəfindən verilmiş sənədlərlə təsdiqlənmişdir (İ cild: iş v. 124-127).
34. İddiaçıya ayr ılmış 0.08 ha torpaq sahəsinin sxematik planı ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, həmin planın əsli iş materiallarında yoxdur (notarial təsdiq edilmiş surəti mövcuddur). Bundan əlavə, həmin planla bağlı onu təsdiqləmiş orqanlara (Potu Bələdiyyəsinə, Göyçay Rayon İcra Hakimiyyətinə) sorğular ünvanlanmamış, həmin planın və orada əks olunan koordinatların hansı qaydada tərtib edilməsi ilə bağlı araşdırma aparılmamış, iddiaçıya aktla təhvil verilmiş (Aktda qeyd olunmuş sərhədlər əsasında) torpaq sahəsinin sxematik plandakı koordinatlarla üst-üstə düşüb-düşməməsi yoxlanılmamışdır. Bundan əlavə, nəzərə alınmalıdır ki, aktda torpaq sahəsinin ölçüsü 20 m x 30 m, planda 25 mx 32 m, iş materiallarında olan “Tikinti və torpaq sahələrinin Baş Planında isə (İ cild: iş v.120) torpaq sahəsini n ölçüsü 40 m x 20 m göstərilmişdir (Baş Planın "xxxx" MMC tərəfindən verildiyi ehtimal olunur). Göründüyü kimi, torpaq sahəsinin quruluşu ilə bağlı iş materiallarında olan sənədlərdə uyğunsuzluqlar mövcuddur.
35. Qeyd edilənlərə əsasən, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddiaçıya ayrılan torpaq sahəsinin ölçüsünü müəyyən etməli (0.06 ha, yaxud 0.08 ha), həmin torpaq sahəsinin yerləşmə yerini dəqiqləşdirməli (bu zaman, Torpaq sahəsinin onun istifadəsinə verilməsinə dair Aktı və orada əks olunmuş sərhədləri, Göyçay rayon X12 əlavə olunmuş xəritədən çıxarış və Milli Arxiv İdarəsinin Göyçay Filialı tərəfindən həyətyanı torpaq fondu üçün ayrılan 1.48 ha torpaq sahəsinə dair yerquruluşu planı nəzərə alınmalı, iddiaçıya ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik Pla nının sözügedən sənədlərdəki məlumatlara uyğunluğu müəyyən edilməlidir) və sahənin dəqiq və həqiqi koordinatlarını müəyyən etməlidir.
36. Məhkəmə kollegiyası iddiaçı ilə üçüncü şəxsin torpaq sahələrinin üst-üstə düşməsinə dair aşağı instansiya məhkəmələrinin araşdırması ilə razılaşmayaraq qeyd edib ki, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyində, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyindən göründüyü kimi, iş materiallarında olan, torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi ilə bağlı sənədlərin məzmununda uyğunsuzluq vardır. Üçüncü şəxsə ayrılmış torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması işin mübahisəsiz halıdır və işdəki mötəbər sübutlarla da təsdiqlənir (dövlət aktları, reye strdən çıxarışlar və planölçü sənədləri). İddiaçıya isə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin mümkünsüzlüyü nəzərə alındıqda, bu halda müxtəlif kateqoriyalı iki torpaq sahəsinin naturada üst-üstə düşməsi şübhə doğurur.
37. Həmçinin, eyni qurum tərəfindən (Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti) müxtəlif icraatlarda (mülki və inizbati) verilmiş mütəxəssis rəylərinin məzmunu ziddiyyətlidir. Belə ki, birində torpaq sahələrinin koordinatlarında sürüşmə olubolmadığını müəyyən etmək mümkün olmadığı qeyd edilsə də, digərində konfiqurasiya fərqi və koordinat sürüşməsinin mövcudluğu müəyyən edilmişdir. Həmçinin, rəydə plan və ölçü sənədindəki koordinatlarla, faktiki vəziyyət arasın da uyğunsuzluq olduğu qeyd edilmişdir.
38. Apellyasiya instansiya məhkəməsi iddiaçıya ayrılmış torpaq sahəsinin onun iddia etdiyi torpaq sahəsi olub-olmaması məsələsini də araşdırmamışdır.
39. Göyçay Rayon Məhkəməsinin 2(046)119/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hazırda məhkəmə mübahisəsi yekunlaşması barədə dəqiq məlumat yoxdur). Həmin icraatda F.Qurbanov iddia tələbinin əsaslandırlmasında cavabdeh şəxslərin 0.08 ha torpaq sahəsini qanunsuz zəbt etdiyini və həmin sahədə fərdi yaşayış evi tikildiyini qeyd etmişdir ki, həmin şəxslərdən biri də iddiaçının qardaşı - X32r. Odur ki, sözügedən zəbt edilmiş sahənin hazırda mübahisə predmeti olan torpaq sahəsi olubolmaması, iddiaçının ona məxsus olduğunu iddia etdiyi fərdi yaşayış evinin, mülki icraat çərçivəsində sökülməsi t ələb olunan və digər şəxslər tərəfindən tikilmiş eyni ev olubolmaması məsələsi də araşdırılmalıdır.
40. Məhkəmə kollegiyası iddia tələbinin ikinci hissəsi ilə bağlı isə qeyd edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya ayrılan torpaq sahəsinin ölçüsü və yerləşmə yeri dəqiq müəyyən edildikdən sonra qanuni əsaslar mövcud olduğu halda, iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları qeydə alınması barədə qərar qəbul edilə bilər. d. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
41. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev sədrlik edən, M.A.Əsədli və Ə.T.Məcidov) 24 yanvar 2024-ci il tarixli, 2-1(107)-11/2024 nömrəli qərarı ilə cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilərək Şəki İnzibati Məhkəməsinin 3 iyun 2021-ci il tarixli 2-1(116)-149/2021 nömrəli qərarı ləğv edilmişdir. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilməmişdir.
42. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən sübut kimi qiymətləndirilən “X20” MMC-nin xx.xx.2021-ci il tarixli 179 nömrəli ekspert rəyi ilə Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışında göstərilənlər arasında ziddiyyətlər mövcud olduğundan “X20” MMC-nin ekspert rəyində iddiaçıya verilmiş 0.08 ha torpaq sahəsinin sxematik planında əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsinin 713 kv.m hissəsinin üçüncü şəxsin mülkiyyətində olan və 3.0224 ha torpaq sahəsi ilə üst-üstə düşməsinin müəyyən edilməsi şübhə doğurur.
43. İş materiallarından da göründüyü kimi sərəncamla təsdiqlənmiş siyahıda göstərilən torpaq sahəsinin ölçüsü ilə faktiki iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsü bir-birindən fərqlənir. İddiaçı tərəfindən sözügedən Aktda ona ayrılan torpaq sahəsinin ölçüsünün 0.06 olması mübahisələndirilməmiş, ona daha sonra 0.02 ha torpaq sahəsinin də ayrılmasına dair hər hansı sənəd təqdim edilməmişdir.
44. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd edir ki, inzibati orqan tərəfindən iddiaçının adına Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə verilmiş torpaq sahəsi əsasında “X16 ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik planı” tərtib edilərkən torpaq sahəsinin koordinatlarının hansı əsaslarla, hansı meyarlarla və ü sullarla müəyyən edilməsi göstərilmədiyindən kollegiya həmin sxematik planı sübut kimi mötəbər hesab etmir. Eyni zamanda iş üzrə təqdim edilmiş ekspert rəyləri də qeyd edilən sxematik plan əsasında verildiyindən, həmin rəylərlə sxematik plan əsasında müəyyən edilən hallara məhkəmə kollegiyası tənqidi yanaşır və sübut kimi qəbul etmir.
45. Həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyində X13 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ilkin sənədlərə, yəni JN572, JN-573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktlarına uyğun tərtib edildiyi müəyyən edilmişdir.
46. İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 2-1(107)-11/2024 nömrəli, 24 yanvar 2024-ci il tarixli qərarın ləğv edilməsi və işin təkrar apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
47. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə təkrar baxan apellyasiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarının 58-ci bəndin nəzərdə tutulmuş göstərişi əsasında iddia tələbinin bu hissəsi ilə bağlı araşdırma aparıb, konkret nəticəyə gəlməli idi. Lakin apellyasiya məhkəməsi iddiaçıya ayrılmış torpaq sahəsinin hüdudlarını müəyyən edilmədən saxlamaqla yanaşı, ümumiyyətlə iddia tələbini bu hissədə diqqətdən kənarda saxlamışdır.
48. Bundan başqa, iddiaçıya ayrılmış və uzun illərdir onun istifadəsində olan, üzərində yaşayış evi inşa etdiyi torpaq sahəsinin koordinatlarına dair “X20” MMC-nin xx.xx.2021-ci il tarixli 179 nömrəli rəyi ilə Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli arayışı arasında fərq olduğuna görə məhkəmə həmin halı müəyyən etmədən saxlamış, “X16 ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik planı” sübut kimi mötəbər hesab etməmişdir. Bunun əsası kimi isə plan tərtib edilərkən torpaq sahəsinin koordinatlarının hansı əsaslarla, hansı meyarlarla və üsullarla müəyyən edilməsinin göstərilmədiyini əsas gətirmişdir. Lakin həmin planın yerli icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndələri və yerli özünüidarəetmə orqanının rəhbəri tərəfindən təsdiq edildiyini nəzərə almaqla, ən azından bu orqanların münasibəti və izahı tələb edilməli idi. Bu hal işin mahiyyətinə təsir edən vacib bir haldır. Məhkəmə bu işdə Azərbaycan Respublikası İPM-in 13-cü maddəsində nəzərdə tutulmuş, yardım etmək vəzifəsini yerinə yetirməli idi. Azərbaycan Respublikası İPM-in 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Lakin işə baxan apellyasiya məhkəməsi sxematik planı araşdırmadan, onu qeyri-mötəbər tanımışdır. Bununla yanaşı həmin məhkəmənin istinad etdiyi, 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il məktubuna əlavə edilmiş mütəxəssis rəyi eyni qurumun 2 il əvvəl, yəni xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə ziddir. Halbuki hər iki rəy eyni şəxslər tərəfindən imzalanmışdır.
49. İş materiallarına notarial qaydada təsdiq edilmiş surə tləri əlavə edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsinə dair aktın və iddiaçıya ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik planının əslinin təqdim edilməsi zərurətini iddiaçıya bildirməmiş, yekunda qərarında bu sənədlərin əslinin təqdim edilmədiyini vurğulayaraq, həmin sübutların qüvvəsini zəiflətmişdir. İddiaçı özü vəkillə təmsil olunmadığından, hüquqi təhsili olmadığından bu məsələdə səriştəsizlik göstərmişdir. Surətlər isə əsilləri ilə tutuşdurularaq notarial qaydada təsdiq edilmişdir. Həmin sübutların əslini kassasiya instansiyasına təqdim ediləcəkdir.
50. Bundan başqa, iddia tələbinin iddiaçının torpağa dair mülkiyyət hüququnun qeydiyyatı hissəsi kimi mühüm məsələ səthi həll edilmişdir. Çünki inzibati orqana müraciət edərkən yalnız üçüncü şəxsə verilmiş çıxarışın qism ən ləğvi tələb edilməmişdir Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir TƏTBİQ EDİLƏN HÜQUQ 52. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına a lınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərd ə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
53. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının v ə ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
54. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan l azımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
39. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
55. Məhkəmə kollegiyası iş materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Prosessual pozuntuları ilə bağlı mövqe
56. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən əsaslardan biri kimi ilk öncə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinin pozulmasını qeyd etməyi zəruri sayır.
57. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçının hüquqi marağı və məqsədi 2 hissədən ibarət olan iddia tələbində öz əksini tapmışdır:
1. Üçüncü şəxs X13 mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ona məxsus 0.08 ha torpaq sahəsinə dair tərtib edilmiş sxematik planda əks olunmuş koordinatlarla üst-üstə düşən hissədə ləğv edilməsi;
2. Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ona ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi.
58. Qeyd olunan tələblər bir-biri ilə bağlıdır. Belə ki, inzibati orqan iddiaçıya ayrılmış torpaq sahəsinə hüququn qeydiyyata alınmasından ona görə imtina etmişdir ki, onun istifadəsində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmiş, lakin həmin torpaq sahəsi üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyünə görə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması mümkün deyildir. Cavabdeh imtinanın başqa səbəbini göstərməyib (1-ci cild, səh 9-10).
59. İşin bu halı onu deməyə əsas verir ki, məhkəmə araşd ırması zamanı cavabdehin imtinasının qanuni və əsaslılığını yoxlamaq üçün həmin torpaq sahələrinin üst-üstə düşüb düşmədiyi araşdırılmalı, üst-üstə düşürsə bunun səbəbləri müəyyən edilməli (daha əvvəl torpaq sahəsi iddiaçının qanuni istifadəsinə verildiyi və torpaq sahəsi təhvil verilib faktik istifadəsində olduğu halda üçüncü şəxsin adına işlənməsinin qanuni olub-olmamasına qiymət verilməli), bundan asılı olaraq birinci tələb həll olunmalı, torpaq sahələri üst-üstə düşmədiyi halda isə ikinci iddia tələbi təmin olunmalıdır.
60. Apelyasiya instansiyası məhkəməsi də “X20” MMC-nin xx.xx.2021-ci il tarixli 179 nömrəli ekspert rəyi ilə Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışında göstərilənlər arasın da ziddiyyətlər mövcud olduğundan hesab etmişdir ki, “X20” MMC-nin ekspert rəyində iddiaçıya verilmiş 0.08 ha torpaq sahəsinin sxematik planında əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsinin 713 kv.m hissəsinin üçüncü şəxsin mülkiyyətində olan və 3.0224 ha torpaq sahəsi ilə üst-üstə düşməsinin müəyyən edilməsi şübhə doğurur.
61. Həmçinin apelyasiya instansiyası məhkəməsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsaslanmaqla iddiaçıya ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik planında əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsi ilə üçüncü şəxs X13 mülkiyyətinə verilərək **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinin koordinatlarının məhkəmə tərəfindən təqdim olunan Göyçay rayonu Potu bələdiyyəsinin xəritəsində göstərilən ştrixlənmiş torpaq sahələri ilə üst-üstə düşmədiyini müəyyən etmişdir.
62. Bu hal, iddia ərizəsində irəli sürülən birinci tələbə aid hissədə (üçüncü şəxs F.Qurbanovun mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ona iddiaçıya məxsus 0.08 ha torpaq sahəsinə dair tərtib edilmiş sxematik planda əks olunmuş koordinatlarla üst-üstə düşən hissədə ləğv edilməsi) iddianın rədd olunması üçün əsasdır.
63. İddianın bu hissədə rədd olunması eyni zamanda iddianın ikinci tələbinə aid hissədə (iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) təmin olunmasını şərtləndirir. Lakin apelyasiya instans iyası məhkəməsi iddia tələbinin “iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” ilə bağlı hissəsinə ümumiyyətlə münasibət bildirilməmiş, həmin hissədə iddianın rədd olunmasını əsaslandırmamışdır.
64. Bundan başqa, apellyasiya baxışının hədlərini üçüncü şəxsin apellyasiya şikayəti təşkil etməsinə baxmayaraq, apellyasiya məhkəməsi cavabdeh inzibati orqanın şikayətinə də münasibət göstərərək şikayəti təmin etmişdir. Halbuki, cavabdeh birinci apellyasiya icraatı zamanı qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2-1(107)-15/2022 nömrəli qərarını mübahisələndirməmiş və kassasiya instansiyası məhkəməsi tərəfindən məhz üçüncü şəxsin şikayəti əsasında iş təkrar apellyasiya baxışına qaytarılmışdır.
65. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmaması ilə bağlı isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “X16 ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik planı”n sübut kimi qəbul edilməməsi barədə gəlinən nəticənin yarımçıq əsaslandırılması ilə bağlı
66. Apelyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən həm də bildirmişdir ki, «inzibati orqan tərəfindən iddiaçının adına Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə verilmiş torpaq sahəsi əsasında “X16 ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik planı” tərtib edilərkən torpaq sahəsinin koordinatlarının hansı əsaslarla, hansı meyarlarla və üsullarla müəyyən edilməsi gö stərilmədiyindən kollegiya həmin sxematik planı sübut kimi mötəbər hesab etmir. Eyni zamanda iş üzrə təqdim edilmiş ekspert rəyləri də qeyd edilən sxematik plan əsasında verildiyindən, həmin rəylərlə sxematik plan əsasında müəyyən edilən hallara məhkəmə kollegiyası tənqidi yanaşır və sübut kimi qəbul etmir».
67. Qeyd olunmalıdır ki, cavabdeh iddiaçıya torpağa mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina barədə məktubunda iddiaçı tərəfindən təqdim olunan sxematik planın düzgün tərtib olunmaması ilə bağlı hər hansı dəlil irəli sürməmişdir. Əksinə, xx.xx.2020-ci il tarixli imtina məktubundan görünür ki, inzibati orqan zəruri inventarlaşma işləri aparmaqla iddiaçının istifadəsində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarını müəyyən etmişdir. İş materiallarının 1-ci cild ində cavabdehin xx.xx.2020-ci il tarixli yazılı etirazdan sonra 38-ci vərəqində olan plan-ölçünün kserosurətindən görünür ki, yerquruluşçunun müəyyən etdiyi koordinatlarla, iddiaçının təqdim etdiyi sxematik planda olan koordinatlar eynidir.
68. İddiaçıya məxsus sözügedən torpaq sahəsi Göyçay Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 172 nömrəli sərəncamı və “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 saylı müvəkkillər yığıncağının qərarı ilə şəhid ailəsi kimi malik olduğu imtiyazlara görə ayrılmışdır və ölçüsünün 0.08 ha olduğu müəyyən edilir (Həmçinin işə əlavə olunmuş sənədlərdə iddiaçının faktiki istifadəsində bundan çox ölçüdə torpaq sahəsi olduğu da əksini tapmışdır (1-ci cild səh 167, 231, 3-cü cild səh 112)).
69. Sözügedən torpaq sahəsinin planı isə Göyçay Rayon İcra Hakimiyyətinin başçısının baş memarı, Göyçay Rayon İcra Hakimiyyətinin başçısının Potu kənd bölgəsi üzrə nümayəndəsi və Göyçay Rayon Potu kənd bələdiyyəsinin sədri tərəfindən imzalanmış və möhürlənmişdir. 70. “Sxematik planın tərtib edilərkən torpaq sahəsinin koordinatlarının hansı əsaslarla, hansı meyarlarla və üsullarla müəyyən edilməsi göstərilmədiyindən həmin sənədlər üzrə zəruri araşdırma aparmayaraq sənədləri mötəbər hesab edilməməsi ilk öncə etimadın qorunması prinsipinə ziddir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin koordinatlarının hansı əsaslarla, hansı meyarlarla və üsullarla müəyyən edilməsi göstərilməməsi iddiaçının səlahiyyət və nəzarət sferasına aid deyil.
71. Belə yanaşma “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kolleg iyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqedən də irəli gəlir. İstinad olunan həmin hüquqi mövqeyə görə, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində qəbul etdikləri inzibati aktlara münasibətdə vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilər yaranmış olsun.
72. Məhkəmə mübahisənin həlli üçün sxematik planın hansı məlumatlar əsasında tərtib edilməsinin araşdırılmasını zəruri saymış olsa, bu halda hüquqi yardım etməklə sxematik planı təsdiqləmiş Göyçay RİHB-nin baş memarı, Potu kənd İƏD üzrə nümayəndəsi və Potu Bələdiyyəsinin sədrindən məlumat tələb edə bilərdi. Lakin məhkəmə bu cür hüquqi yardım etməmişdir. İddiaçının istifadəsinə torpaq sahəsinin verilməsinə dair hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin ölçüsü barədə ziddiyyətlərlə bağlı
73. Bundan başqa, iddiaçıya torpaq sahəsinin ayrılması barədə inzibati aktda (Göyçay RİH başçısının xx.xx.1996-cı il tarixli, 172 nömrəli sərəncamı, “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 sayl ı müvəkkillər yığıncağının qərarı) 0.08 ha göstərildiyi halda, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi haqqında aktda torpaq sahəsinin ölçüsünün 0,06 ha göstərilməsi faktı da iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina üçün əsas olmamışdır. Hətta bu hal cavabdeh tərəfindən mübahisələndirilmiş olsa belə, onda iddiaçının mülkiyyət hüququnun 0.06 ha ölçüdə, yoxsa 0.08 ha ölçüdə tanınmalı olması müzakirə oluna bilərdi. Buna görə də apelyasiya instansiyası məhkəməsinin “sərəncamla təsdiqlənmiş siyahıda göstərilən torpaq sahəsinin ölçüsü ilə faktiki iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsü bir-birindən fərqlənir. İddiaçı tərəfindən sözügedən aktda ona ayrılan torpaq sahəsinin ölçüsünün 0.06 olması mübahisələndirilməmiş, ona daha sonra 0.02 ha torpaq sahəsinin də ayrılması na dair hər hansı sənəd təqdim edilməmişdir” dəlili, iddianın rədd olunması üçün əsas deyildir. Sənədlərin kserosurət olmasına görə mötəbər sayılmaması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı
74. Apelyasiya instansiyası məhkəməsinin torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsinə dair aktın və torpaq sahəsinin sxematik planın notarial təsdiq edilmiş surəti mövcud olmasına baxmayaraq əsillərinin olmaması barədə dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin özünün də qeyd etdiyi kimi iddiaçı həmin sənədlərin notariat qaydada təsdiq edilmiş surətlərini təqdim etmişdir.
75. Nəzərə alınmalıdır ki, təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunm asını tələb edə bilər.
76. İddiaçı kassasiya şikayətində qeyd edir ki, torpaq sahəsinin ayrılması barədə aktın və torpaq sahəsinin sxematik planının əslinin təqdim edilməsinin zəruri olması ona bildirilməmişdir və bu sənədlərin surətləri əsilləri ilə tutuşdurularaq notarial qaydada təsdiq edilmişdir. Həmin sübutların əslini kassasiya instansiyasına təqdim ediləcəkdir.
77. Həqiqətən də iş materiallarından məhkəmənin bəhs olunan aktın və sxematik planın əslini iddiaçıdan tələb etməsi, bununla bağlı işin hallarını müzakirə etməsi müəyyən olunmur. Bu halda məhkəmənin qeyd olunan sənədlərin aşlının olmamasına istinad etməsi, İPM-nin 12.1, 12.2 və 64.1-ci maddələrinin tələblərinə ziddir. İddiaçının istifadəsində olan torpaq sahəsi ilə cavabdehin mülkiyyətində olan torpaq sahələrinin üst-üstə d üşüb düşməməsi ilə bağlı
78. İşdən göründüyü kimi üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi əvvəllər torpaq islahatı ilə əlaqədar üç ailəyə verilmiş, həmin torpaq sahələrinə torpağa mülkiyyət hüququna dair JN-572, JN-573 və JN-574 nömrəli dövlət aktları tərtib olunmuşdur. Sonradan həmin torpaq sahələri satılmış və üçüncü şəxsin mülkiyyətinə keçmişdir. Hər dəfə alğı-satqı zamanı cavabdeh tərəfindən yerquruluşu kadastr işləri aparılmış, yeni tərtib olunan plan ölçü sənədləri tərtib olunmuşdur. Yeni plan və ölçü sənədləri hazırlanan zaman, üçüncü şəxslə iddiaçının torpaq sahələri qonşuluqda yerləşdiyinə görə, üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə yanaşı, iddiaçının istifadəsində olan torpaq sahəsi də həmin plan ölçü sənədlərinin hamısında əksini tapmışdır (1-i cild, səh 69, 61, 66, 238). Həmin plan ölçü sənədlərindən görünür ki, iddiaçının istifadəsində olan torpaq sahəsi ilə üçüncü şəxsin mülkiyyətində olan torpaq sahələri nəinki üst-üstə düşmür, hətta həmsərhəd sahələr deyildir.
79. Bundan başqa, iş materiallarında olan "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli rəyində (üçüncü şəxsin başqa şəxslərə qarşı qaldırdığı iddia üzrə mülki icraat çərçivəsində əldə edilmişdir - İ cild: iş v.14) üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin naturada onun göstərdiyi ərazidə yerləşdiyi müəyyən olunsa da, konfiqurasiya fərqi və koordinat sürüşməsinin mövcudluğu müəyyən edilmişdir.
80. Həmçinin mütəxəssis bu rəyində göstərmişdir ki, ərazinin ümumi xəritəsinə əsasən (kompleks yerquruluşu xəritəsi) JN-572, JN-573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktlarında qeyd olunan torpaq sahələri ilə iddiaçıya ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üst-üstə düşmür. JN-572, JN-573 və JN-574 saylı dövlət aktlarının məlumatlarıı yeni koordinat sistemində (WGS-84) tərtib olunan Elektron Məlumat bazasına inteqrasiya edilən zaman koordinat sürüşmələri xətası baş vermişdir. Eləcə də sözügedən torpaq sahələrində də ərazi üzrə koordinat sürüşməsi xətası yaranmışdır. 81. “X20” MMC-nin ekspert rəyində də üçüncü şəxsə plan ölçü sənədləri tərtib olunanda ilkin sənədlər olan JN-572, JN-573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair" dövlət aktlarına uyğun tərtib edilmədiyi, aktda göstərilən torpaq sahələrinin koordinatlarının naturaya nisbətdə sürüşməsinə yol verildiyi əksini tapmışdır. 82. “X20” MMC-nin r əyinə əlavə olunmuş sxemə (1-ci cild, səh 168) nəzər salınanda da aydın şəkildə görünür ki, üçüncü şəxsə aid olan torpaq sahəsində salınmış bağ sahəsinin davamı (bir hissəsi), iddiaçının torpaq yerləşən tərəfdə (kənd sakinlərinin evləri olan tərəfdə) deyil, əks tərəfdə (əkin sahəsi tərəfdə) qalır. Həmçinin aydın şəkildə görünür ki, bu sxemdə göy rənglə işarələnmiş dövlət aktlarının sərhədləri, əkin sahəsi olan tərəfdə qonşu torpaq sahələri ilə olan sərhədlərə uyğun görünür.
83. İşə əvvəl baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı əsasında rəy verən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssislərinin rəyində qeyd edilmişdir ki, ərazidə sənədlər işlənərkən torpaq sahəsinin koordinatlarında sürüşmə olub-olmadığını müəyyən etmək mü mkün olmamışdır.
84. Lakin mütəxəssis sürüşmənin olub-olmamasının müəyyən edə bilmədiyini göstərməsinə baxmayaraq, həmin rəyə əlavə etdiyi sxemdə (2-ci cild, səh 109) həm dövlət aktlarında göstərilən torpaq sahəsinin yerləşmə vəziyyərini (koordinatlarını), həm də plan ölçü sənədi üzrə yerləşmə vəziyyətini izahlı şəkildə göstərmişdir. Bu sxemdən sürüşmənin olduğu aydın şəkildə görünür. Həmin sxemdə cüzi fərqlə “X20” MMC-nin rəyinə əlavə olunmuş sxemlə (1-ci cild, səh 168) üst-üstə düşür.
85. Nəzərə alınmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəs b edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
86. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.
87. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
88. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.
89. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı iş üzrə qəbul edilmiş birinci qərar kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilib iş yeni apellyasiya baxışına qaytarılarkən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların yoxlanılıb qiymətləndirilməsi barədə işə təkrar baxan məhkəmə kollegiyasına göstəriş verilmişdir. Lakin iş materiallarından görünür ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin göstərişlərə tam əməl olunmamışdır
90. Bu səbəbdə n Ali Məhkəmənin sözügedən qərarındakı “mülki iş üzrə zəbt edilmiş torpaq sahəsinin hazırda mübahisə predmeti olan torpaq sahəsi olub-olmaması, iddiaçının ona məxsus olduğunu iddia etdiyi fərdi yaşayış evinin, mülki icraat çərçivəsində sökülməsi tələb olunan və digər şəxslər tərəfindən tikilmiş eyni ev olub-olmaması məsələsi də araşdırılması” göstərişinə də təkrar apellyasiya baxışı zamanı əməl edilərək hüquqi qiymət verilməlidir.
91. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidi r.
92. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli 21(107)-11/2024 nömrəli qərarı ləğv edilsin və iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir